ABŞ tarixi

ABŞ tarixi Şimali Amerikada yaradılan dövlətin, keçdiyi tarixdir.

Adilə Mütəllibova

Adilə Mütəllibova, Ədilə Mütəllibova (1938, Bakı – 5 iyul 2019, Bakı) — Azərbaycan Respublikasının ilk birinci xanımı, prezident Ayaz Mütəllibovun həyat yoldaşı. İxtisasca həkim idi.

Corc Vaşinqton

Corc Vaşinqton (ing. George Washington; 22 fevral 1732, Brics-Krik, Virciniya – 14 dekabr 1799, Maunt-Vernon, ABŞ) — ABŞ- nın dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-ın ilk Prezidenti (1789–1797).

Daşnaksütun

Erməni İnqilabi Federasiyası, Daşnaksütun (erm. Հայ Յեղափոխական Դաշնակցութիւն; Hay Heğapoxakan Daşnaktsutyun) — ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir.

Difai

«Difai» — 1905-ci ildə Gəncədə, erməni Daşnaksütun partiyasının terrorizminə qarşı mübarizə aparmaq üçün yaradılan mübariz təşkilat.

Franklin Delano Ruzvelt

Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; d. 30 yanvar 1882, Hayd Park, Nyu-York, ABŞ - ö. 12 aprel 1945, Uorm-Sprinqs, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933-1945). 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilmiş, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etmişdir.

Noyabr

Noyabr — Qriqorian təqvimi ilə ilin on birinci ayıdır. 30 gündən ibarətdir.

Qrover Klivlend

Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885-1889, 1893-1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir.

Sakslar

Sakslar və ya Saksonlar — qədim german tayfaları, III-IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər.

Skottsboro məhkəməsi

Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-da baş verən hadisə.

Uilyam Henri Harrison

Uilyam Henri Harrison (ing. William Henry Harrison; 9 fevral 1773, Çarlz Siti, Virciniya, Britaniya Amerikası - 4 aprel 1841, Vaşinqton, Kolumbiya Federal Dairəsi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 9-cu prezidenti (4 mart-4 aprel 1841). Ən qısa müddətdə hakimiyyətdə olmuş ABŞ prezidenti (32 gün 12 saat 30 dəq.). 1841-ci il martın 4-də inauqurasiya çıxışı zamanı güclü yağış və küləyə baxmayaraq, ABŞ prezidentlərinin inauqurasiya çıxışları tarixində ən uzunmüddətli nitq söyləmiş (2 saat), nəticədə xəstələnərək pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicədən sonra vəfat etmişdir.

İbrahim Emin

İbrahim Məhərrəm oğlu Eminov (18 may 1963, Sumqayıt – 2 iyul 2019, Sumqayıt) — Azərbaycanlı musiqi bəstəkarı və rok ifaçısı, Yuxu və Sirr qruplarının yaradıcısı.

İkinci Mahmud

İkinci Mahmud (əsl adı: Ağakişiyev Mahmud İsmayıl oğlu; 30 may 1986, Qazax – 6 iyul 2019, Bakı) — yazıçı, esseist, publisist.

İstanbul

İstanbul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin əhali, iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhəridir. Şəhər, iqtisadi böyüklük baxımından dünyada 34-cü, əhali baxımından Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada iştirak etməkdədir.İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca salınmış şəhərdir. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avropa yakası (tur. Avrupa Yakası), Asiyadakı hissəsinə isə Asiya yakası (tur. Anadolu Yakası) deyilir. Tarixdə ilk dəfə olaraq üç tərəfini Mərmərə dənizi, Boğaziçi və Haliç'in qucaqladığı bir yarımada üzərində qurulan İstanbulun qərbdəki sərhədi İstanbul Surlarını meydana gətirir. İnkişaf və böyümə prosesində şəhər hər dəfə qərbə doğru divarlar quraraq 4 dəfə genişlənmişdir və şəhər 39 rayondan ibarətdir. Böyükşəhər bələdiyyəsi (tur. Büyükşehir Belediyesi) ilə birlikdə 40 bələdiyyəsi vardır.

İstanbul Universiteti

İstanbul Universiteti (türk. İstanbul Üniversitesi) — Türkiyənin ən qədim universiteti. Əsası 30 may 1453-cü ildə, Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur. Hazırda 55 000 tələbəsi var və dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir. Eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır.

İttihad və Tərəqqi

İttihad və tərəqqi partiyası (türk. إتحاد و ترقى - İttihat ve Terakki) — 1889-cu ildə Türkiyədə qurulmuş, 1908-1918-ci illərdə qısa fasilərlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyayı əsas ideya qəbul etmiş siyasi cəmiyyət.

Başqa dillərdə oxuyun