ZZ Top


ZZ Top (zizitop oxunur) — 1969-cu ildə Amerikanın Texas ştatının Hyuston şəhərində qurulmuş blüz rok qrupu.

Qrupun tərkibi praktiki olaraq bugünədək dəyişilməz qalıb.

ZZ Top
loqotip
ZZ Top performing in San Antonio, Texas 2015
2015-ci ildə qrupun, Texas, San Antonioda çıxışı.
Əsas məlumatlar
Üslub blüz rok
hard rok
rok-n-roll
buqi rok
Fəaliyyət illəri 1969 — h.h.
Ölkə ABŞ ABŞ
Şəhər Hyuston
Dil ingilis
Leybl Eagle Rock, Rhino/WEA, RCA, Warner Bros., London, American
Heyət Billi Gibbons
Dasti Hill
Frenk Bird
zztop.com

Diskoqrafiya

Studiya albomları

Albom Çıxış tarixi Səsyazma firması Billbord çartlarında yeri
ZZ Top's First Album 16 yanvar 1971 London Records -
Rio Grande Mud 4 aprel 1972 London Records 104
Tres Hombres 26 iyul 1973 London Records 8
Fandango! 18 aprel 1975 London Records 10
Tejas 9 fevral 1977 London Records 17
Degüello 27 avqust 1979 Warner Bros. Records 24
El Loco 30 noyabr 1981 Warner Bros. Records 17
Eliminator 23 mart 1983 Warner Bros. Records 9
Afterburner 28 oktyabr 1985 Warner Bros. Records 4
Recycler 23 mart 1990 Warner Bros. Records 6
Antenna 18 yanvar 1994 RCA 14
Rhythmeen 17 sentyabr 1996 RCA 29
XXX 28 sentyabr 1999 RCA 100
Mescalero 15 aprel 2003 RCA 57
La Futura 10 sentyabr 2012 American Recordings 6
Amerikan ata! (cizgi serialı, 2005)

"Amerikan ata!" (ing. American Dad!) — «Anderdoq» (Underdog Productions) və «Fazzi Dor» (Fuzzy Door Productions) studiyaların istehsalı və 20th Century Foxun sifarişi olan komediya janrında amerikan cizgi serialı. Tərtib üzrə işlər «Qriffinlərin» yaradıcısı Set Makfarleyn tərəfindən işlənib hazırlanmışdı.

Bon Jovi

Bon Jovi — 1983-cü ildə ABŞ-ın Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid Brayan və Alek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupu. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılması istisna olmaqla, qrup təxminən 30 ildir eyni heyət ilə fəaliyyətini davam etdirir.

Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir.

Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı "Bütün Zamanların Ən Böyük 50 qrupu" sıralamasında 14-cü sırada yer aldı. Qrup, 2004-cü ildə Amerikan Musiqi Mükafatlarında "Həyat Boyu Ləyaqət" mükafatı, 2005-ci ildə isə Dünya Musiqi Mükafatlarında bütün dünyada 100 milyonu keçən albom satışları səbəbiylə "Almaz Mükafatı" ilə şərəfləndirildi. Bon Jovi, 1990-cı illərdə MTV-nin reallaşdırdığı MTV Unplugged seriyalarına da ilham qaynağı olmuşdur.

Zinəddin Zidan

Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎‎ ; d.23 iyun 1972(1972-06-23), Marsel, Fransa) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur.

Karyerası ərzində, 1988-1992-ci illərdə, Fransanın "Kann", 1992-1996-cı illərdə "Bordo", 1996-2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001-2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub.

1988-1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994-2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub. 2006-cı ildə dünya çempionatının gümüş medalını, 1996-cı ildə Avropa çempionatının bürünc medalını qazanıb.

Zidan 1998, 2000 və 2003-cü illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.2006-cı ildə futbolçu karyerasını bitirib. Daha sonra "Real Madrid" klubunda prezidentin müşaviri, idman direktoru, baş məşqçinin asistenti vəzifələrində çalışıb. Hal-hazırda klubun baş məşqçisidir. Zidan, həmçinin, müxtəlif xeyriyyə oyunlarında iştirak edir və böyük şirkətlərin reklam çarxlarında çəkilir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.