Yoşua

Məşhur rəvayətə əsasən Musa (ə) "Təyyə" vadisində dünyadan getdi. Musanın (ə) vəfatından sonra peyğəmbərlik onun vəsisi Yuşə ibni Nuna çatdı. Yuşə peygəmbər e.ə 1355 - e.ə 1245 ci illərdə yaşamişdir Əfraim ibni Yusifin övladlarından idi. Yuşə peygəmbər Bəni-İsrailə rəhbərlik edərək "Əmaliqə" ilə müharibə etməyə getdi. Onlarla bir müddət vuruşandan sonra qələbə çaldılar. Əriha şəhərini fəth edib Bəni-İsraili orada yerləşdirdi.

Rəvayətdə nəql olunubdur ki, Yuşə peygəmbər Musadan (ə) sonra 28 il yaşadı. Bu müddətdə Bəni-İsrailin işlərini səhmana saldı. Onların düşmənləri ilə vuruşaraq hamısını məhv etdi. Fələstin və Şamat torpaqlarını onların arasında böldü. Yuşə peygəmbərlə müharibə edənlərdən biri də Musanın (ə) həyat yoldaşı Safura idi. O, bir dəstə Bəni-İsraili Yuşə peygəmbərin əleyhinə qaldırıb onunla döyüşdülər. Lakin onlar məğlubiyyətə uğrayıb əsir oldular. Lakin Yuşə peygəmbər böyük ruhiyyə, geniş qəlblə Safura ilə rəftar etdi və onu hörmətlə evinə qaytardı. Bu hadisəyə oxşar hadisə Cəməl müharibəsində də baş vermişdi.

Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran
Yuşə peygəmbər dua edərkən
Yuşə peygəmbər dua edərkən
Alatoran romanlar seriyasındakı obrazların siyahısı

Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir.

Georq Fridrix Hendel

Qeorq Fridrix Handel (alm. Georg Friedrich Händel‎, 1685-1759) – dahi alman bəstəkarı, barokko musiqi janrının ən görkəmli nümayəndələrindən biri. Həyatının böyük əksəriyyətini İngiltərədə yaşamışdır.

Vampirin gündəlikləri (I mövsüm)

"Vampirin gündəlikləri" Kevin Vilyamson tərəfindən L. J. Smitin eyni adlı romanlar seriyası əsasında yaradılmış ABŞ supernatural-fentezi qorxu teleserialıdır. Serialın 2009-2010-cu il mövsümü üçün hazırlanması 19 may 2009-cu ildə elan edilmişdi. Serialın premyerası 10 sentyabr 2010-cu il tarixdə The CW kanalında keçirilmiş və televiziya tarixində ən yüksək reytinq göstərərək 4.91 milyon canlı izləyici toplamışdır.Serialda hadisələr tarixi supernatural hadisələrlə zəngin uydurma Mistik Folls, Virciniyada baş verir. Hadisələrin mərkəzində valideynlərini itirmiş gənc qız Yelena Gilbert (Nina Dobrev tərəfindən canlandırılır) və Stefan (Pol Uizli tərəfindən canlandırılır) və Deymon Salvatore (Yan Somerhalder tərəfindən canlandırılır) qardaşları dayanır. İlk yeddi seriyadan sonra öldürülən Viki Danovan rolunu Kayla Yuell canlandırır. Metyu Devis serialda tarix müəllimi Alarik Zoltsman obrazını canlandırır. Daha sonra serialda onun rolu artırılır. Serialın I mövsümü 13 may 2010-cu ildə 22 seriya ilə tamamlanmışdır.

Şeytan

Satana və ya Şeytan – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.

Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.

Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətlik azad ola bilir. Lakin, məğlub edilir və Alov gölünə atılır. Xristianlıqda Satana həm də Şeytan (ing. Devil) adlandırılır və Varlıq kitabında onun adı çəkilməsə də, Eden bağındakı ilanın o olması bildirilir. Orta əsr Xristian teologiyasında Şeytan minimal rol oynamış və yalnız mistik tamaşalarda komik personaj kimi xatırlanmışdır. Erkən modern dövrdə Şeytnın dində rolu əhəmiyyətli dərəcədə artmış, demonik təsir və cadugərlik tez-tez xatırlanmağa başlamışdır. Maarifçilik dövründə Şeytanın varlığına inam ciddi tənqid olunurdu. Buna baxmayaraq Şeytana inam həmin dövrdə kəşf olunmuş Amerikaya da ayaq açmış və əsaslı şəkildə möhkəmlənmişdir.

Quranda alovdan yaradılmış olan və İblis adı ilə də tanınan Şeytan, özündən sonra yaradılmış Adəmə boyun əyməkdən imtina etdiyinə görə Cənnətdən qovulur. Bundan sonra o, vəsvəsə (şeytani təkliflər) vasitəsiylə insanlara təsir edərək onları günah işlər görməyə sövq edir. Şeytan adətən şər qüvvə kimi təsvir edilsə dəİblis, bəzi inanclarda bunun tam əksini müşahidə etmək mümkündür.

Teistik satanizmdə Şeytan, inanılan və ibadət edilən varlıq kimi qəbul edilir. La-Veya satanizmdə Şeytan xoş əməllər və azadlığın təmsilçisi hesab edilir. Bibliyada və Quranda Şeytanın xarici görünüşü heç vaxt təsvir edilməsə də, XIX əsrdən başlayaraq Xristian incəsənətində o, buynuzlu, haça dırnaqlı, qeyri-adi tüklü ayaqlarla, çox vaxt çılpaq və əlində yaba tutmuş halda təsvir edilir. İslam miniatürlərində də Şeytan buynuzlu, qabarıq dişli, quyruqlu və caynaqlı təsvir edilir. Bu vizual xüsusiyyətlər əsasən müxtəlif paqan tanrılarından - əsasən Pan, Poseydon və Besdən alınmışdır. Xristian ədəbiyyatında tez-tez xatırlanan Şeytan, Dantenin “İlahi komediya”sında, Faust əfsanələrində, Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” poemalarında, həmçinin Uilyam Bleykin poemalarında xüsusilə canlı təsvir edilir. Müasir dövrdə Şeytan müxtəlif film, televiziya və musiqi əsərlərində xatırlanır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.