XVI əsr

1501-ci ildə Səfəvi İmperiyası yarandı.

1514-cü ildə Çaldıran düzündə şah İsmayıl Xətai ilə Sultan Səlim arasında müharibə oldu.

1524-cü ildə Şah İsmayıl Xətai anadan vəfat etdi və Şah Təhmasib anadan oldu.

18-ci əsrin 40-cı illərinin sonlarından bu günə qədər "Gələrsən,görərsən" adlandırılan bu qala 1551-ci ildə tikilib.

1578-cı ildə Şah Təhmasib vəfat etdi.

2-ci minillik
XIV əsrXV əsrXVI əsrXVII əsrXVIII əsr
1490-cı illər 1490 1491 1492 1493 1494 1495 1496 1497 1498 1499
1500-cü illər 1500 1501 1502 1503 1504 1505 1506 1507 1508 1509
1510-cu illər 1510 1511 1512 1513 1514 1515 1516 1517 1518 1519
1520-ci illər 1520 1521 1522 1523 1524 1525 1526 1527 1528 1529
1530-cu illər 1530 1531 1532 1533 1534 1535 1536 1537 1538 1539
1540-cı illər 1540 1541 1542 1543 1544 1545 1546 1547 1548 1549
1550-ci illər 1550 1551 1552 1553 1554 1555 1556 1557 1558 1559
1560-cı illər 1560 1561 1562 1563 1564 1565 1566 1567 1568 1569
1570-ci illər 1570 1571 1572 1573 1574 1575 1576 1577 1578 1579
1580-ci illər 1580 1581 1582 1583 1584 1585 1586 1587 1588 1589
1590-cı illər 1590 1591 1592 1593 1594 1595 1596 1597 1598 1599
1600-cü illər 1600 1601 1602 1603 1604 1605 1606 1607 1608 1609
1 aprel

1 aprel — Qriqorian təqvimi ilə ilin 91-ci (uzun illərdə 92-ci) günü.

Ağbil türbələri

Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri.

Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1553), o cümlədən türbədə dəfn edilən şəxsin adı - Şah-Murad - göstərilmişdir.

Aşıq Abbas Tufarqanlı

Aşıq Abbas Tufarqanlı — XVI əsr Azərbaycan aşığı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Aşıq Qurbani

Aşıq Qurbani (azərb-ərəb: آشیق قربانی) və ya Dirili Qurbani (d. 1477, Diri, Səfəvilər Dövləti – XVI əsr, Diri, Səfəvilər Dövləti) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Baba Samid məqbərəsi

Baba Samid məqbərəsi — Səfəvilər dövrünə aid olan tarixi abidə.

Bolqar dili

Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan bolqarların dili.

Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 мilyona qədərdir.

Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır.

Heydər Həkim

Heydər Həkim(XVI-XVII əsrlər)

Həzrə türbələr kompleksi

Həzrə türbələr kompleksi – Qəbələ rayonunun Həzrə kəndində yerləşən XV-XVI əsrlərdə inşa edilmiş tarix-memarlıq abidələri kompleksidir. Kompleksə daha əvvəl yeddi türbə daxil olsa da, onlardan dördü dövrümüzə çatmışdır.

Abidələr kompleksi Həzrə kəndi ərazisindəki meşə içərisində yerləşməklə 3.5 hektara yaxın sahəyə malik orta əsr qəbristanlığının mərkəzində inşa edilmişdir. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir.

Kompleksə daxil olan türbələr bir-birindən giriş hissələrinin çərçivələri, karnizlərinin variasiyaları və daxili həcminin həlli ilə fərqlənirlər.

Koroğlu qalası (Şəmkir)

Koroğlu qalası — Şəmkir rayonu ərazisində yerləşən XVI-XVII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidənin dövrümüzə çatmış hissəsi möhkəm əhəngdaşından ibarət təpənin ən yüksək yerini tutur.

Koroğlu qalasının divarlarının hörgüsündə yerli süngər daşından istifadə edilmişdir. Xaricdən hörgü səliqəli horizontal xəttlər üzrə aparılmışdır. Daxildən isə hörgünün səliqəli olmasına bir o qədər də fikir verilməmiş və əhəng məhlulu ilə üzlənmişdir. Hörgü zamanı da möhkəm əhəng məhlulundan istifadə edilmişdir. Çılpaq qaya üzərində ucalaq qala təmələ malik olmamaqla, üzvi şəkildə yerləşdiyi sıldırım qayanın bətninə toxunmuşdur.

Litva şəhərləri

Litva şəhərlərinin əlifba sırasıyla siyahısı.

Nemətullah Naxçıvani

Nemətullah Naxçıvani (tam adı: Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani; 1452, Naxçıvan – 1514, Türkiyə) — Mənşəcə Azərbaycan türklərindən olan sufi alimi. Xacə Məhəmməd Parsanın məşhur tələbələrindəndir. Nemətullah Naxçıvani nəqşibəndilik təriqətinin Azərbaycanda ilk təmsilçilərindən olmuş, məşhur mütəfəkkir, ilahiyyatçı, hüquqşünas kimi tanınmışdır.

Qədim yunan dili

Qədim yunan dili (ἡ Ἑλληνικὴ γλῶσσα) — hind-avropa dil ailəsinə aid olan dil, yunan dilinin ilk variantı. Bizim eradan əvvəl ikinci minilliyin sonundan bizim eranın V əsrinə qədər yunan dili arealında yayılmışdı.

Dilin inkişafının aşağıdakı dövrlərini ayırırlar: proyunan (e.ə.XX əsr - e.ə.XVII əsr), miken (e.ə.XVI əsr- e.ə.XII əsr), postmiken (e.ə.XI əsr - e.ə.IX əsr, arxaik (e.ə. VIII əsr - e.ə.VI əsr), klassik (e.ə.V əsr - e.ə.IV əsr), ellinist (e.ə. III əsr - e.ə.IV əsr); dilin inkişafının hər mərhələsində əhəmiyyətli dialektləri mövcud idi.

Qədim yunan dilində Homerin məşhur «İliada» və «Odissey»i, həmin dövrün filosoflarının və yazıçılarının digər əsərləri yazılıb. O dildə Makedoniyalı İskəndərin imperiyasında danışırdılar, o Roma imperiyasının ikinci rəsmi dili idi, Orta əsrlərdə Vizantiyanın ədəbinə dilinə çevrildi.yeni yunan dilinin yaranmasına səbəb oldu.

Tisian Veçellio

Tisian Veçellio (it. Tiziano Vecellio; d. 1480/1485, Pivye-de-Kadore, İtaliya – ö. 27 avqust 1576, Venesiya, İtaliya) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə ( Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır.

Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir.Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.

Təbriz xalçaçılıq məktəbi

Təbriz xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.

XVIII əsr

XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi "Qafqaz siyasəti" yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi.

XVII əsr

XVII əsrin əvvəllərində Səfəvi - Osmanlı müharibəsinin gedişində üstünlüyü ələ alan Şah I Abbas Osmanlı sultanını sülh bağlamağa vadar etdi. 1612-ci noyabrın 20-də imzalanmış İstanbul sülhü Amasya sülhünün (1555) şərtlərini bərpa etdi.

Şeyx Cüneyd türbəsi

Şeyx Cüneyd türbəsi — Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən XVI əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi.

Şirvanşahlar və Ərdəbil hakimlərinin mübarizə tarixindən məlumdur ki, Qusar rayonu ərazisində 1456-cı ildə I Xəlilullahın başçılıq etdiyi Şirvanşahlar və Şeyx Cüneydin başçılıq etdiyi Qızılbaşlar arasında baş vermiş döyüşdə, ikinci ordunun rəhbəri öldürülmüşdür. Səfəvilər Şirvanda hakimiyyəti ələ aldıqdan sonra, 1544-cü ildə Həzrə kəndindəki məzar üzərində türbə tikdirilmişdir.

Şeyx Cüneyd türbəsi planda hər tərəfi 7.23 metr ölçüyə malik olan kvadrat formalı tikilinin hər dörd divarında qapı yeri vardır. Türbənin divarları daxildə 1.42 m hündürlükdə kvadrat formalı, şahmat formasında düzülmüş mavi və qara-bənövşəyi rəngli kaşı plitələrlə üzlənmişdir. Kaşılar aşağı keyfiyyətlidir və onların üst təbəqəsi çatlarla örtülmüşdür. İnteryerin təyinedici detalı, kvadrat formalı həcmdən günbəzə keçidi təmin edən stalaktitlərdir.

Şükrüllah Şirvani

Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.