Vitse-admiral

Vitse-admiralAzərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.

17.AzNF-VADM
Vitse-admiral poqonu
ABŞ Hərbi Donanması

ABŞ hərbi donanması ABŞ silahlı qüvvələrinin hissəsi. Hazırda 335,000 nəfər xidmətdə və 128,000 nəfər ehtiyatdadır. 280 gəmi və 4 mindən çox təyyarə var. Rütbələri: ensayn (O-1), kiçik leytenant (HDQ) (O-2), leytenant (HDQ) (O-3), kapitan-leytenant (O-4), komandan (O-5), kapitan (O-6), kontr-admirallar (O-7, O-8), vitse-admiral (O-9) və admiral (O-10). Donanma admiralı rütbəsi (O-11) yalniz hərb vaxtında mövcuddür. Donanmasında aviadaşıyıcıların növbəti şərti təsnifi işlədilir:

CV - aviadaşıyıcı

CVA - zərbə aviadaşıyıcısı

CVB - ağır aviadaşıyıcı

CVE - mühafizə aviadaşıyıcısı

CVL - yüngül aviadaşıyıcı

Alay

Alay — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər.

20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir.

Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.

Bölük

Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri kapitan, ya da mayordur.

İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir.

İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.

General-leytenant

General-leytenant — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.

Henri Kellett

Henri Kellett (ing. Henry Kellett;2 noyabr 1806(1806-11-02) —1 mart 1875(1875-03-01)) — Böyük Britaniyalı arktika dənizçisi, vitse-admiral (1868).

O, Afrikanın qərbində üzən qanunsuz gəmilərin təqiblərinə rəhbərlik etmişdir. Birinci Tiryək müharibəsində gəmi kanitanı olmuşdur.

1848—1850-ci illərdə Çukot dənizi ilə «Herald» (ing. Herald) gəmisində ekspedisiya etmişdir. 1849-cu ildə Herald adasını kəşf etmiş və adlandırmışdır. 1852—1854 illərdə Con Franklinin Kanada Arktik arxipelaqında müəmmalı şəkildə itkin düşməsindən sonra ora təşkil edilən ekspedisiyaya rəhbərlik etmişdir. Bu zaman Şahzadə Patrik, Melvill, Emerald adaları və Fisuilyam, Kellett boğazlarını aşkarlamışdır.

1869—1871 illərdə isə Böyük britaniyanın Çindəki mülklərinə aid donanmaya rəhbərlik etmişdir.

Kellettın adı ilə burun və boğaz adlandırılmışdır. 1988-ci ildə Herald adasına edilən ekspedisiya zamanı burada yerləşən zirvələrdən biri «Kellett dağı» olaraq adlandırılmışdır

Horatsio Nelson

Horatsio Nelson (29 sentyabr 1758, Byornem-Torp, Norfolk qraflığı – 21 oktyabr 1805, Trafalqar burnu yaxınlığı, İspaniya) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir.

Həmid Qasımbəyov

Həmid Həbib bəy oğlu Qasımbəyov (13 may 1923, Naxçıvan – 22 aprel 2005, Bakı) — hərbiçi, vitse-admiral (1971).

Kleopatra iynəsi

Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildə İsgəndəriyədən gətirilib.

E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraon III Tutmosun (sonradan II Ramzes və VII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoru Oktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır. XIX əsrin əvvəlində abidə baxımsız qalmış və quma batmışdır.

Misir hakimi Məhəmməd Əli tərəfindən eqiptomaniyanın ən qızğın çağında, 1819-cu ildə vitse admiral Nelsonun Əbukir dəniz döyüşündə və general Eberkrombinin 1801-ci il İsgəndəriyyə qələbəsini qeyd etmək üçün britaniyalılara hədiyyə edilmişdir. 1877-ci ildək, cərrah Erazmus Vilsonun şəxsi hesabından obeliskin Böyük Britaniyanın paytaxtına aparılması üçün pul ayırana qədər, İsgəndəriyyədə qalmışdır.

Obeliski dəmir silindirin içinə saldılar və xüsusi konstruksiya olunmuş "Kleopatra" gəmisinə yükləyib, 1877-ci ilin sentyabrında paroxodla yedək götürdülər. Biskay Körfəzində üzən zaman gəmi tufana düşür və 6 dənizçi həlak olur. 1878-ci il yanvarın 21-də obelisk Londona çatır. İlkin planda onun Britaniya parlamentinin sarayı önündə qoymaq planlaşdırılırdı. 1878-ci il 12 sentyabrda onu Viktoriya sahilində qoydular. Ətrafında tuncdan tökülmüş və üzü obeliskə tərəf olan Sfinks heykəlləri yerləşdirilir.

Korpus

Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.

Lui Antuan Bugenvil

Lui Antuan Bugenvil — fransız dəniz səyyahı, vitse-admiral (1791), Fransa Elmlər Akademiyasının üzvü (1795).

Nelson adası (Şpitsbergen)

Nelson adası (norv. Nelsonøya) — Şpitsbergen arxipelaqına daxil olan adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Barens dənizi akvatoriyasına daxildir. Ada 1773-cü ildə Şpitsbergen ekspedisiyasında matros kimi iştirak etmiş vitse-admiral Qorasio Nelsonun şərəfinə adlandırılmışdır.

Rafiq Əsgərov (admiral)

Rafiq Əsgərov — Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı (1992-1995), vitse-admiral

Stromboli döyüşü

Stromboli döyüşü Holland müharibəsinin tərkib hissəsi olub, 8 yanvar 1676-cı ildə Siciliyanın şimal sahillərindəki Lipar adaları yaxınlığında vitse admiral Abram Dükenin komandanlığı altında Fransa donaması ilə admiral Mixael de Rüyterin komandanlığı altında Niderland eskadrilyası arasında baş vermiş dəniz savaşı. Qanlı döyüşdən sonra Niderland admiral 1 gəmi itirərək, az canlı qüvvə itkisinə baxmayaraq geri çəkilməyə məcbur qalmışdır. Nəticədə fransız donaması, 3 alovsaçan qayıq - brender və 450 insan itkisi ilə Siciliya limanı Messinaya daxil olmuşdular.

Taqım

Tağım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 personaldan ibarət olan hərbi vahid. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik ünsürdür.

Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.

Tim

Tim - vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.

1 X Tim Komandiri (1 inciunsur komandiri)

1 X Ovçu Əri

2 X pulemyotçudan

2 X pulemyotçunun köməkçisi

2 X Raket atar Nişançısı

2 X Raket atar Nişançısı

1 X snayperçidən meydana gəlməkdədir

Türk Dəniz Qüvvələri

Türk Dəniz Qüvvələri (türk. Türk Deniz Kuvvetleri) Türkiyəni dənizdən ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla cavabdehdir. Türkiyə Silahlı Qüvvələrinin tabeçiliyi altında olan 3-cü ən böyük qüvvədir. Komandanı vitse-admiral Adnan Özbaldır. Yaranma tarixi ilk türk dənizçisi hesab edilən Çaka bəyin İzmirdə qurduğu donanmanın quruluş tarixi olan 1081-ci il qəbul edilmişdir.

Vandel dənizi

Vandel dənizi -Şimal Buzlu okeanın akvatoriyası daxildir. Nordostrunninqen və Piri torpağı burnu arasında yerləşir. Dənizin şimal və şimal-şərq hissələri il boyu buzla örtülü olur. Dənizin Qrenlandiyanın iki iri körfəzi yerləşir:İndepedens ford və Danmark. Şimal-qərbdə Linkoln dənizi ilə birləşir. Adı danimarkalı qütb hidroqrafı, vitse-admiral Karl Frederik Vandelın (1843-1938) şərəfinə adlandırılmışdır. O 1906-1908 ci illərdə Qrenlandiyanın sahil sularını tətqiq etmişdir. 2008-ci il məlumatına əsasən dəniz zəif örgənilmişdir. Səbəb isə onun sularının il boyu buzlarla örtülü olmuşdur. 1983-ci ildə dənizin Qrenlandiya sahilləri tətqiq edilir. 1998-ci ildə isə ABŞ Milli növ və kartoqrafiya agentliyi tərəfindən Linkoln və Vandel dənizləri tətqiq edilir. 1956-cı ildə isə dənizin sahilində Nord 'hərbi\elmi-tətqiqat' stansiyası istifadəyə verilir.

Vitse krallıq

Vitse-Krallıq ( «Vits-kral» : «kralın nümayəndəsi», «vitse-prezident» və ya «vitse-admiral») — Koloniya idarə sistemi, hansı ki onu vitse kral idarə edir. Qeyri-məhdud hakimiyyətə malik olaraq monarxın yerdə ki nümayəndəsi. Vitse kral vərəsəlik yolu ilə keçmir və monarx tərəfindən təyin edilir.

Şahin Sultanov

Şahin Əşrəf oğlu Sultanov — Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral

Azərbaycanın hərbi rütbələri Flag of Azerbaijan.svg
Hərbi Dəniz Qüvvələri Kiçik leytenantLeytenantBaş leytenantKapitan-leytenantÜçüncü dərəcəli kapitanİkinci dərəcəli kapitanBirinci dərəcəli kapitanKontr-admiral • Vitse-admiral • Admiral
Quru Qoşunları ƏsgərBaş əsgərKiçik çavuşÇavuşBaş çavuşKiçik gizirGizirBaş gizirKiçik leytenantLeytenantBaş leytenantKapitanMayorPolkovnik-leytenantPolkovnikGeneral-mayorGeneral-leytenantGeneral-polkovnik
Hərbi Hava Qüvvələri

ƏsgərBaş əsgərKiçik çavuşÇavuşBaş çavuşKiçik gizirGizirBaş gizirKiçik leytenantLeytenantBaş leytenantKapitanMayorPolkovnik-leytenantPolkovnikGeneral-mayor

General-leytenantGeneral-polkovnik

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.