Vikilüğət

Vikilüğət (Wiktionary) - izahedici məqalələr, tezauruslar və tərcümələrin saxlandığı saytdır. Bu layihə müxtəlif dillərdə hazırlanan azad lüğətlər üçün nəzərdə tutlmuşdur.

Layihə 2002-ci ilin dekabrında yaradılmış və hal-hazırda 170 dildə fəaliyyət göstərir. Ümumi halda, 01.10.2008-ci il tarixindəki məlumata əsasən 1,5 mln səhifəyə malikdir. Ən çox məqalə ingilis dilindədir. Daha sonra fransız, vetnam və rus dillərində daxil edilmiş məqalələr üstünlük təşkil edirlər. Bu dillərdən hər biri 100 mindən artıq məqaləyə malikdir.

Son zamanlar Vikilüğət layihəsi Vikimənbə ilə əlaqəli işləyir. Belə ki, Vikimənbə saytına istifadəçilər tərəfindən düzgün tələffüzü göstərən çoxlu sayda səs faylları yüklənmişdir və bu faylları artıq Vikilüğət vasitəsilə əldə etmək mümkündür.

Wiktionary-logo-en
Vikilüğət loqosu

Xarici keçidlər

Brahui dili

Brahui dili (Urdu dili: براہوی) və ya Brahvi dili (براوی) Dravid dil ailəsinə mənsubdur və Brahui xalqının Pakistan, Əfqanıstan və İran da danışdığı dildir.

Bu gün Brahui dili ölmək üzərə olan dillər dən biridir.

Klinqon dili

Klinqon dili (kli. tlhIngan Hol) – "Ulduz yolu" kainatında uydurma xalq klinqonlar tərəfindən danışılar uydurma və süni dil. Klinqon dili üçün 25 hərfdən ibarət əlifbadan istifadə olunur. Rəqəmlər üçün də ayrı işarələr var."Ulduz yolu"nun orijinal seriyasında klinqonlar insanlardan fərqli görünmürdülər və mədəniyyətləri kifayət qədər aydınlaşdırılmamışdı. Daha sonrakı serial və filmlərdə klinqonlar inkişaf etdirildi. Klinqon mədəniyyəti, tarixi, incəsənəti, mətbəxi, dini və dili ortaya çıxarıldı.

Sara (ad)

Sara və ya Sarə — dünyanın bir çox müxtəlif nahiyələrində, qadınlara xas verilən addır. İvrit Müqəddəs Kitabında,xristian Əhdi Ətiqində və İslam Quranında İbrahimin həyat yoldaşı və İshaqın anasına aid olan addır. İvrit dilində,"Sara" yüksək səviyyəli qadın deməkdir ki, adətən sadəcə "Şahzadə" kimi tərcümə edilir.

Bu adı olan tanınmış insanlar

Sara — İbrahimin həyat yoldaşı və İshaqın anası.

Sara Peylin — Alyaskanın keçmiş qubernatoru və ABŞ vitse-prezidentliyinə keçmiş namizəd.

Sara Nazarbayeva — Qazaxıstanın birinci xanımı.

Sara xatun — Şərqdə ilk diplomat qadın, Uzun Həsənin anası.

Sara Braun — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı.

Sara xanım Talışinskaya (Xürrəmoviç) — Mirkazım bəy Talışxanovun qızı

Sara Qədimova — Azərbaycanın xalq artisti.

Sara Bernar — dünya şöhrətli teatr aktrisası.

Sara Kolric — İngiltərə şairi.

Sara Şərifzadə — Aktrisa.

Sara Nəzirova — Mətn müəllifi.

Sara Reysi-Təbrizi — əslən azərbaycanlı ABŞ manekeni (foto modeli).

Sara xanım Vəzirova — pedaqoq, Nəcəf bəy Vəzirovun qızı.

Sara Cessika Parker — ABŞ aktrisası.

Sara Aşurbəyli — alim, tarixçi, şərqşünas.

Sara Knauss — Dünyanın ən uzunömürlü sakinlərindən biri.

Sərab

Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir.

Vikimedia

Vikimedia — bir neçə sahədə fəaliyyət göstərən bir böyuk layihədir. Vikimedia Wikimedia Foundation Inc adında şirkət tərəfindən idarə olunur.

Xəkəndaz

Xəkəndaz — zibil, kül və s. götürmək üçün tutacağı olan alət.

Vikimedia Fondu
Layihələr Vikipediya, Vikilüğət, Vikikitab, Vikixəbər, Vikiversitet, Vikianbar, Vikisitat, Vikimənbə, Vikinövlər, Vikiverilənlər, Vikisəyahət, MetaVikiWikimedia-logo black
Müəlliflər Cimmi Ueyls, Larri Senger

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.