Tunc dövrü

Tunc dövrü — e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir. Tunc təbiətdə hazır şəkildə olmur. Tunc misin, qalayın, sürmənin qatışığından alınır və möhkəm olur.

Erkən tunc dövrü

Erkən tunc dövrü.Birinci böyük ictimai əmək bölgüsünün meydana gəlməsi.Erkən tunc dövründə təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, eyni zamanda əmlak və sosial bərabərsizlik yaranmışdı. Tunc dövrünün əvvəlində toxa əkinçiliyi xış (cüt) əkinçiliyi ilə əvəz olunmuşdu. Xış ağacdan hazırlanırdı. Xışla yer şumladıqda əvvəllər bir neçə adamın gücündən, sonralar isə iş heyvanlarından istifadə edilirdi. Daha sonra süni suvarma yarandı, iş heyvanlarından istifadə olundu, taxıl tunc oraqla biçildi və dən əl dəyirmanında üyüdüldü. Ev heyvanlarının növü artdı, at əhliləşdirildi, araba, təkər ixtira edildi (təkər təbiətdə olmadığına görə texniki tərəqqinin əsası hesab edilir), köçəri maldarlıq meydana gəldi, heyvanların yaylaq və qışlaq şəraitində bəslənməsinə başlandı. Maldarlar öz sürülərini yeni otlaqlara sürür, öz ailələri və əmlaklarını arabalara yığıb özləri ilə aparırdılar. Maldarlar ya arabalarda, ya da qurulub-yığılan çadırlarda yaşayır, tədricən köçəri həyat tərzinə keçərək köçəri olurdular. Beləliklə, ilk (erkən) tunc dövründə maldarlıq əkinçilikdən ayrıldı, birinci böyük ictimai əmək bölgüsü yarandı.

Dulusçuluq, metalişləmə, toxuculuq inkişaf etdi, tuncdan əmək alətləri (oraq, balta və s.), silah (qalxan, qılınc, döyüş baltası və s.), bəzək və məişət əşyaları (muncuq, tunc, boyunbağı, iynə, bıçaq və s.) hazırlayırdılar. İlk (erkən) tunc dövrünün ən böyük nailiyyətlərindən biri yazının icad edilməsi idi. Bu dövrdən başlayaraq ailədə və ictimai həyatda kişilərin rolu artdı. Xış əkinçiliyi, maldarlıq xüsusi dözüm tələb etdiyinə görə kişi peşəsinə çevrildi. Anaxaqanlığı ataxaqanlıq əvəz etdi. Nəsil ata xətti ilə müəyyən olunmağa başladı. E.ə. II minilliyin ortalarında orta tunc dövründə sənətkarlıq müstəqil sahəyə çevrildi, sənətkarlıq əkinçilikdən ayrıldı. Beləliklə, ikinci böyük ictimai əmək bölgüsü meydana gəldi. Dulus çarxından istifadə edildi, naxışlı və boyalı qablar istehsal olundu. Metaldan hazırlanan yeni keyfiyyətli məişət əşyaları, silahlar, əmək alətləri getdikcə çoxaldı.

Qəbilə ağsaqqalı hər bir ailəyə pay torpağı ayırırdı. Belə bir şəraitdə qəbilənin tərkibi də dəyişdi. İri ailələr ayrı-ayrı ailələrə parçalandı. Bu ailələr yeni kollektivə çevrildi, nəticədə qonşu icması (kənd icması) meydana gəldi. Qəbilə və tayfalardan fərqli olaraq, qonşu icması qohum olmayan ailələrin qonşuluq əsasında qurulan kollektivi idi. Qonşuluq icmasında hər bir ailənin pay torpağı var idi, bu torpağı hər bir ailə özü becərir, onun məhsulunu da özü üçün toplayırdı. Qonşuluq icması bərabərsizliyin əsasını qoydu. Taxıl biçilib qurtardıqdan sonra onun yerindən mal-qara üçün birgə istifadə olunurdu. Torpaq, su, meşə, biçənək və otlaqlardan hamı istifadə edirdi. Onlar yolları, su kanallarını birgə çəkir, əkin sahələri üçün torpaq sahələrini meşədən birgə təmizləyirdilə.

Orta tunc dövrü

Orta tunc dövrü e.ə. III minilliyin sonundan e.ə. II minilliyin ortalarına qədər davam etmişdir. Bu dövrün xarakterik xüsusiyyətləri aşağıdakılardır:

  • yeni təsərrüfat sahələri olan bağçılıq və bostançılıq, üzümçülük və şərabçılıq meydana gəldi;
  • sənətkarlığın əkinçilik və maldarlıqdan ayrılması nəticəsində ikinci böyük ictimai əmək bölgüsü baş verdi;
  • yaşayış məskənləri böyüdü, ilkin şəhər mərkəzləri yarandı;
  • boyalı qablar mədəniyyəti yarandı.
  • böyük tayfa ittifaqları meydana gəldi.

Orta Tunc dövründə Azərbaycanda:

  • İri yaşayış məskənləri yarandı;
  • Sosial və əmlak bərabərsizliyi artdı;
  • Tayfalar arasında əlaqələr genişləndi;
  • İlkin şəhər mərkəzləri yarandı (II Kültəpə, Oğlanqala, Göytəpə, Üzərliktəpə və Naxçıvan şəhəri);
  • Atdan minik və qoşqu qüvvəsi kimi istifadə edilirdi;
  • II ictimai əmək bölgüsü baş verdi (sənətkarlıq müstəqil sahəyə çevrildi);
  • Boyalı qablar mədəniyyəti yarandı;
  • İri tayfa ittifaqı yarandı;
  • İctimai və əmlak bərabərsizliyi dərinləşdi;

Son tunc dövrü

Son tunc dövrü e.ə. XIV-XII əsrləri əhatə edir. İbtidai icma quruluşunun sonuncu mərhələsi olan bu dövrdə əkinçilik, maldarlıq və sənətkarlıq ayrı-ayrılıqda inkişaf etdiyi üçün əmək məhsullarının bir-birinə dəyişdirilməsi — mübadilə yarandı. Beləliklə, e.ə. I minilliyin əvvəllərində, dəmir dövründə ticarət sənətkarlıqdan ayrıldı, yəni üçüncü böyük ictimai əmək bölgüsü baş verdi. Ticarətlə məşğul olan tacirlər təbəqəsi meydana gəldi.

E.ə. III minilliyin birinci yarısına aid dəmir əşyalar Misirdə, Kiçik Asiyada aşkar olunmuşdur. Lakin dəmirdən geniş istifadəyə e.ə. XI əsrdə başlandı. E.ə. VIII əsrdən başlayaraq dəmir geniş yayıldı. E.ə. IX-VII əsrlərdə dəmirdən polad alınması onun geniş tətbiq olunmasına və yayılmasına səbəb oldu. Dəmir dövrünü əsasən e.ə. IX-VIII əsrlərə aid edirlər. Dəmirdən istifadə bəşər tarixində inqilabi rol oynadı, məhsuldar qüvvələr inkişaf etdi, ictimai quruluşda əsaslı dəyişiklik yarandı. Məhsul istehsalı çoxaldı, insanın insan tərəfindən istismarı gücləndi, xüsusi mülkiyyət yaranmağa başladı.

Qəbilə ağsaqqalları torpağın və mal-qaranın yaxşısını özlərinə götürür, qəbiləni idarə etdiklərinə görə qəbilə üzvlərindən haqq alırdılar. Müharibə zamanı hərbi başçılar seçilir, ələ keçirilən qənimətlərin çoxu başçıya çatırdı. Qəbilə ağsaqqalları və hərbi başçıların həm sərvəti, həm də vəzifəsi irsən övladlarına keçirdi. Beləliklə, adlı-sanlı əsilzadələr yarandı. Bundan sonra insanların tayfadakı mövqeyi onun təcrübəsi və xidməti ilə yox, onun hansı ailəyə mənsub olması ilə müəyyən edilirdi.

Beləliklə, əmək alətləri və bunun əsasında məhsuldar qüvvələrin inkişafı, böyük ictimai əmək bölgüsünün yaranması, xüsusi mülkiyyətin, siniflərin, dövlətin meydana gəlməsi ibtidai icma quruluşunun dağılmasına səbəb oldu.

Son tunc - ilk dəmir dövrü II minilliyin 2-ci yarısı və 1-ci minilliyi əhatə edir. Bu dövrdə Xocalı-Gədəbəy və Talış-Muğan Mədəniyyətləri inkişaf etmişdi. Son Tunc dövrünün abidələri Qarabağda, Qazaxda, Gəncəçay ətrafında Naxçıvanda və s. yerlərdə öyrənilmişdir. Son Tunc dövründə daha möhkəm yaşayış və təsərrüfat binaları inşa edilirdi. Düşmənlərdən qorunmaq üçün yaşayış məskənlərinin ətraflarına möhkəm müdafiə divarları çəkilirdi.

Astara rayonu

Astara rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Astara rayonu Azərbaycan Respublikasının cənubunda, İran İslam Respublikası ilə sərhəddə yerləşir. Şimaldan, Lənkəran rayonu ilə, Şimal-Qərbdən Lerik rayonu ilə həmsərhəddir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir, 1963-cü ildə ləğv edilib, Lənkəran rayonuna birləşdirilmiş, 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. Mərkəzi Astara şəhəridir.

Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.

Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.

Ağdam rayonu

Ağdam rayonu —Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayondur. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.

İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

Dulusçuluq

Dulusçuluq — gilin xüsusi formaya salınması və xüsusi bişirilməsi ilə bağlı peşə.

Dulusçuluq istehsalatın üç istiqamətini əhatə edir:

Adi tikinti kərpicinin istehsalı;

Müxtəlif gil qabların və istehsalat məmulatlarının (odadavamlı kərpic, kafel, saxsı boru və s.) istehsalı;

Fayans və farfor məmulatlarının istehsalı.

Günəştəpə

Günəştəpə — Füzuli şəhərinin şimalında, Köndələnçayın sağ sahilində eneоlit və erkən Tunc dövrü insan məskəni.

1964-cü ildə arxeoloji qazıntılar zamanı Günəştəpədə enоlit və Tunc dövrlərinə aid gil qablar, daş alətlər, qab alətlər, Qab nümunələri, heykəlciklər, əkinçilik alətləri və s. aşkar edilmişdir. E. ə. II minillikdə Günəştəpə qəbristana çevrilmişdir. Оrоnim iki-"Günəş" və "təpə terminlərindən ibarətdir. Həmin ərazini Günəş şüası çоx tutduğu üçün оan Günəştəpə deyilir. Tədqiqatlar Günəştəpənin e. ə. V-III minilliklərdə оturaq əkinçi-maldar əhaliyə məxsus оlduğunu göstərir.

Kültəpə (Babək)

Kültəpə (əvvəlki adı: Gültəpə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd.

Küp qəbirləri mədəniyyəti

Küp qəbirləri mədəniyyəti — arxeoloji mədəniyyət; e.ə. IV əsr — eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində yayılmışdı. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfiqi şəkildə dəfn olunmuşdu.

Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarətdir. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir.

Kür-Araz mədəniyyəti

Kür-Araz mədəniyyəti — Erkən Tunc dövrünə (e.ə. IV minilliyin sonu – III minillik) aid mədəniyyət. Azərbaycan ərazisindən başlanğıcını götürən bu mədəniyyət Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. İlk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığından Kür-Araz mədəniyyəti adlandırılmışdır.

Kəlbəcər rayonu

Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Leylatəpə mədəniyyəti

Leylatəpə mədəniyyəti — Eneolitin son mərhələsinə aid olub, e.ə. IV minilliyin ortalarına qədər davam edib. Bu mədəniyyətin aşkar olunması ilk tunc dövrü Kür-Araz mədəniyyətinin formalaşmasında Azərbaycanın iştirakını təkzib edən fikirləri alt-üst etdi. Əsas abidələri Leylatəpə, Keçili təpəsidir. Rus təpəsi abidəsinin bir təbəqəsində də bu mədəniyyətin izlərinə rast gəlinir.

Maxta abidələr kompleksi

Maxta – Şərur rayonunun Maxta kəndi ərazisində yerləşən arxeoloji abidədir.

Mis dövrü

Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi.

Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:

insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi;

qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır;

yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu;Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsədə,ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi.

Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir. Bu,Xəzər dənizin sahillərində,Qafqazın dağətəyi və dağlıq ərazilərində,həmçinin Ön Asiya yaylalarının şərq hissəsində yaşayan qəbilələrin iqtisadi ,ictimai,mədəni,daha sonra isə siyasi həyatında olduqca ciddi dəyişikliklər dövrü idi.

Mis filizləri ilə zəngin olan Azərbaycan tunc dövründə metallurgiya və metal emalının mərkəzinə çevrilir.Arxeoloji qazıntılar zamanı mis əridən kürələrin qalıqları,tökmə formaları,istehsal alətləri ve tullantıları aşkar edilmişdir.Tapıntıların sayı burda metallurgiya prosesinin yaxşı təşkil olunduğunu və genişmiqyaslı xarakter daşıdığını göstərir.Mis hasil edilir,mis-arsenli tunc əridilir,həm isti,həm də soyuq döymədən istifadə edən coxsaylı emalatxanalarda isə tunc baltalar,bıçaqlar,ox ucluqları,qadın və kişi bəzək əşyaları hazırlanırdı.Azərbaycan tarixçələri arasında belə bir fikir mövcuddur ki,e.ə III minilliyin sonu- II minilliyin əvvəllərində bu məmulatlar hətta Şərqi Avropaya ixrac edilirdi.

Duluşçuluq sənəti bu dövürdə geniş yayılır.Doğrudur,duluşçu kürəsindən hələlik nadir hallarda istifadə olunurdu.Məmulatlar əsasən əl ilə hazırlansa da,onların çeşidi daima artırdı.Artıq təsərrüfatda forma və ölçülərinə görə müxtəlif olan qablar,səhəng,piyalə və digər əşyalar işlənirdi.Daha sonrakı dövürdə,akademik Vəli Əliyevin müəyyən etdiyi kimi,naxışlı keramikanin üzərində insan,heyvan,quş və mifik varlıqlar təsvir olunmağa başlayır.

Əhliləşdirilmiş heyvan sürülərinin sayı artırdı.İnsanlar yağ və digər süd məhsullarını əldə etməyi öyrənir,inək,qoyun,keçi,donuz bəsləyirdi.Eyni zamanda tarixçilərin qeyd etdiyi kimi,xırda buynuzlu mal-qaranın ümumi çəkisi tədricən artırdı.Nəticədə yeni və geniş otaqlar tələb edən köçürmə maldarlıq meydana gəlirdi.Ona görədə dağətəyi və dağ rayonları daxil olmaqla yeni ərazilər mənimsənilirdi.Təsərrüfatda at və uzunqulaqdan daha geniş istifadə edilirdi.

Qaraköpəktəpə

Qaraköpəktəpə və ya Taxtı-Tavus — Azərbaycanın Füzuli rayonu ərazisində, Köndələnçayın sağ sahilində yerləşən arxeoloji abidə-yaşayış yeridir. Abidə konusvari təpə formasındadır. Abidənin üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq Orta əsrlərə qədər uzun bir dövrü əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq 300 m2 sahədə tədqiqat aparılmışdır.

Qarğalar təpəsi

[[|thumb|

Qarğalartəpəsi yaşayış yeri.(D.Axundovun rekontruksiyası)

|281x281px]]

Tağlar mağarası

Azerbaycanın Xocavənd rayonu ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir. Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-ci təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi-mədəniyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tağlar Mustye düşərgəsinin daş məmulatının texniki və tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınıb ki, onları da Tağlar tipli alətlər adlandırıblar. Həmin alətlər zərif hazırlanıb və bir neçə işlək ağıza malikdir. Tağlar mağarası çöküntülərində çoxlu ocaq qalıqları da tapılıb. Mağarada kompleks tədqiqat işləri aparılıb, arxeoloqlarla yanaşı paleontoloqlar, paleogeoloqlar, paleocoğrafiyaçılar, paleobotaniklər də çalışıblar. Tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.

Xocalı rayonu

Xocalı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocalı şəhəridir.

Rayonda 1 tibb müəssisəsi, 54 mədəniyyət ocağı fəaliyyət göstərmişdir.

İbtidai icma quruluşu

İbtidai-icma quruluşu (həmçinin tarixdən əvvəl icma, tarixdən əvvəl dövr) — ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş.

Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma cəmiyyəti adlanır. İbtidai icma quruluşunun yaranması va inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur.

Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 2-3 milyon il bundan əvvəl yaşadıqlarını göstərir.

İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür:

Daş dövrü.

Tunc dövrü.

Dəmir dövrü.Daş dövrünün özü də üç mərhələyə ayrılır:

Qədim daş dövrü (paleolit);

Orta daş dövrü (mezolit);

Yeni daş dövrü (neolit).Daş dövrünün bu üç mərhələsindən sonra eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Eneolitin sonunda tunc dövrünə keçidin əsası qoyulmuşdur.

Tunc dövrü də üç mərhələyə bölünür:

erkən tunc dövrü;

orta tunc dövrü;

son tunc dövrü.

Əkinçilik

Əkinçilik — insanların səmərəsindən faydalandığı taxıl bitkilərinin becərilməsində məhsuldarlığın yüksəldilməsi, sabit məhsul almağa istiqamətli, əhəmiyyətli bir fəaliyyət növü.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.