Torpaq sürüşməsi

Torpaq sürüşməsi — torpağın alt və ya üst qatının müəyyən qədər kəskin yer dəyişməsidir.

Landslide in Cusco, Peru - 2018

Haqqında

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.

Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.

Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen amillər səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5-7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.

Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.

Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.

İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır.

Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır.

Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.

Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:

  • Nəhəng - 400 ha və daha çox,
  • Çox böyük - 200- 400 ha,
  • Böyük - 100-200 ha,
  • Orta - 50-100 ha,
  • Kiçik - 5-50 ha,
  • Çox kiçik - 5 ha sahəni əhatə edir.

Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini dəyişən süxur kütlələlərin həcmi ilə xarakterizə olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.

Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir.

Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı.

3 aprel 2010-cu ildə Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində torpağın altında qaldı.

Böyük Qafqazda torpaq sürüşməsi

Böyük Qafqazda sürüşmə  prosesinin əhatə  etdiyi ərazilərin  getdikcə  genişlənməsi təşviş  doğurur. Sürüşmələrin  əhatə etdiyi  ərazi  300 km2-ə yaxındır. Sürüşmələr  torpaq ehtiyatlarını  məhv etməklə yanaşı  həm  də  kənd  təsərrüfat tikintilərinin, o  cümlədən  yolların və  bəzi  hallarda bütöv  kəndlərin  dağılmasına səbəb  olur. Belə  hallara cənub  yamacda  İsmayıllı, Ağsu  rayonunun dağlıq  hissəsində, Şamaxı  rayonunda və  şimali-şərq yamacda  Xızı, Quba və  Qusar  rayonlarında daha  çox  təsadüf edilir. Son  illərdə  Böyük Qafqazın şərq  qurtaracağında  yerləşən Abşeron  yarımadası  və  xüsusilə, Bakı  şəhərində də  sürüşmələrin baş  verməsi  bu  məsələyə  diqqətin artırılmasını  tələb  edir. Son vaxtlar  baş  verən Bayıl  sürüşməsi  belə  təhlükələrdən  xəbər verir[1].

İstinadlar

  1. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri Bakı 2006

Xarici keçidlər

2016 Eseka qatar qəzası

2016 Eseka qatar qəzası — 21 oktyabr 2016-cı ildə Kamrail şəhərlərarası sərnişin qatarının Kamerunun paytaxtı olan Yaunde şəhərindən Kamerunun ən böyük şəhərlərindən biri olan Duala şəhərinə gedən relsinin Mərkəzi Regionun Eseka şəhəri yaxınlığında relsdən çıxıb qəzaya uğradığı qatar qəzasıdır. Qatar qəzası nəticəsində 79 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Bəzi şəxslər hələ də qatar vaqonları nömrələrində qalıblar.Bu qəza 2007-ci ilin avqust ayında baş verən Benaleka qatar qəzasından bəri Afrika qitəsində baş verən ən dəhşətli dəmir yolu qəzası hesab olunur.

2019 Abankayda torpaq sürüşməsi

2019 Abankayda torpaq sürüşməsi — 27 yanvar 2019-cu ildə Perunun Abankay şəhərində baş vermiş torpaq sürüşməsi. Hadisə nəticəsində toy mərasimi keçirilən otelin bir hissəsinin çökməsi zamanı ən azı 15 nəfər həlak olmuş, 34 nəfər isə yaralanmışdır. 100 nəfərin iştirak etdiyi "Alhambra" mehmanxanasında baş verən torpaq sürüşməsi otelin yıxılmasına səbəb olmuşdur. Torpaq sürüşməsi günün əvvəlində baş verən aramsız yağışların nəticəsində baş vermişdir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi — Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilat. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır.

AMEA nəzdində RSXM MDB məkanında yeganə təşkilatdır ki burda seysmoloji tədqiqatlar ən müasir, peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır. Qeyd edək ki, ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan bu seysmik stansiyalar şəbəkəsi dünyanın əsas aparıcı dövlətlərində var.

Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində 35 peyk rabitəsi ilə işləyən seysmik stansiyaları var. Quruda daha beş seysmik stansiyanın qurulması nəzərdə tutulur.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, Dağlıq Qarabağ və ətraf ərazilərin işğalı nəticəsində ermənilər AMEA nəzdində RSXM-in Ağdam, Kəlbəcər və Cəbrayıl rayonlarında yerləşən seysmik stansiyalarını da vəhşicəsinə dağıdıblar.Bu səbəbdən həmin ərazilərdə seysmoloji tədqiqatların aparılması mümkün deyil.

Həmin ərazilər işğaldan azad edildikdən sonra Dağlıq Qarabağ və onun ətraf ərazilərində yenidən seysmik stansiyalar quraşdırılacaq. Ağdam və Füzuli rayonlarının Azərbaycanın nəzarətində olan hissəsində isə yeni seysmik stansiyalar quraşdırılıb.

MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 ədəd dənizdibi seysmik stansiyaların qurulması nəzərdə tutulur ki, həmin stansiyaların qurulması nəticəsində həm dənizin dibində gedən yeraltı tektonik proseslər, həm də bu proseslərin neft yataqlarına, neft hasilatına göstərdiyi təsirlərlə bağlı daha mükəmməl tədqiqatlar aparılmasına imkan yaranacaqdır.

Cek

Cek — Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən).

Dərə

Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır.

Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır.

Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.

Hoey zəlzələsi

Hoey zəlzələsi — 28 oktyabr 1707-ci ildə yerli vaxtla saat 14:00-da Yaponiyada baş verən zəlzələ

Bu zəlzələ 2011-ci ildə baş verən Tohoku zəlzələsinə qədər Yaponiya tarixində baş vermiş ən böyük zəlzələ olub. Bu zəlzələ cənub-qərbi Honşu, Şikoku və Kyüşü ərazilərində ciddi dağıntılara səbəb olub. Zəlzələ və dağıdıcı sunaminin qurbanlarının sayı 5000 idi. Bu hadisə Nankai megathrust zəlzələsinin bütün seqmentlərini alt-üst edən yeganə məlum zəlzələ kimi tarixə düşdü (8.6 ml miqyasında (bal) dəyərləndirilir).

Keçili (Şahbuz)

Keçili — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Dəniz səviyyəsindən 3000 m hündürlükdə. Rayon mərkəzindən 20 km şimalda,Zəngəzur silsiləsinin yamacındadır. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır.

Knyaz Hacıyev

Hacıyev Knyaz Mehdi oğlu — “Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Əməkdar Mühəndis

Panama kanalı

Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalİnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir.

Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür.

Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır.

Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraldırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən azsanlıqla keçə bilir.Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgənin sosial vəziyyəti inkişaf etmişdir. Panama kanalınnın sayəsində Panama əhalisinin rifahı yüksəlmişdir. Kanal ölkənin inkişafına önəmli yer tutur.

Kanal dəniz səviyyəsindən 26 m (85 ft) yüksəklikdədir. Panama kanalının eni isə 34 m (110 ft) olaraq hesablanmışdır. Birləşmiş qablarda olduğu kimi mayelərin tarazlığı və Arximed qanunlarından istifadə edərək suyun səviyyəsini dəyişməklə gəmilər yavaş-yavaş qaldırılır və endirilir.

Rıtıy burnu

Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır.

Sürüşmə

Sürüşmə - ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır.

Özalp

Özalp, Van elinin ikinci böyük mahalıdır. Türkiyə ilə İran sərhəd qapısı bu mahaldadır.

Dəmiryolu bu mahaldan keçməkdədir. Mahalda Kürdlər, Türklər, Lazlar və Azərbaycan türkləri bir yerdə yaşamaqdadırlar.

1961-ci ildə Trabzonun Çaykara mahalının Uzundere Kəndində o il böyük bir Torpaq sürüşməsi yaşandı. İsmət İnönü 'nün Baş nazir, Van lı Ferit Mələnil 'en də kabinetə çöldən Maliyyə Naziri olduğu dövr idi. Bu kənddə yaşayan Lazlar Əmək və Dönər dərə kəndlərinə yerləşdirildi.

İldırım və şimşək

İldırım — göy gurultusu və şimşəkdən ibarət, səma ilə yer arasındakı elektrik boşalmasıdır.Şimşək — bir buludun bazası ilə yer arasında, iki bulud arasında və ya bir bulud içində elektrik boşalarkən yaranan qırıq xətt formasındakı müvəqqəti işıqdır.

Havada olan su buxarı kondensasiya etdikdə və yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların içərisindən sürətlə keçdikdə onları parçalayır, müsbət və mənfi ionlara ayırır. Həmin ionlar buludun müxtəlif sahəsinə yığıldıqda qüvvətli elektrik sahələri əmələ gəlir. Bir buludun müsbət (və ya mənfi) qütbü ilə digər buludun mənfi (və ya müsbət) qütbü və ya yer arasında gərginlik müəyyən həddə çatanda havada deşilmə baş verir. Bu zaman buludda olan mənfi yüklər yerə, yerdə olan müsbət yüklər isə buluda tərəf axmağa başlayır. Sürətli axın zamanı güclü parıltı (şimşək) görünür və gurultu səsi eşidilir. Gurultu havanın sürətli genişlənməsi və partlayışı nəticəsində baş verir. Boşalmada cərəyanın şiddəti 500 min amper, gərginlik isə 109 volt ola bilir.İldırımın işığı parlaq və gözqamaşdıran olur, əyri xətlərlə bir neçə km gedir, çoxlu qollara bölünür ki, bu da şimşək adlanır.

Planetimizdə hər dəqiqədə 500-dən çox ildırım çaxır. İldırım çaxarkən radio, televizor, kompüter, mobil telefonlardan istifadə etmək doğru deyil.

Əlik

Əlik — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.