Tirə

Tirə- (rus. гряда, ing. ridge) müxtəlif  mən­şəli uzunsov, nisbətən alçaq, müs­bət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.[1]

Həmçinin bax

İstinadlar

  1. Tirə // Geomorfoloji terminlərin izahlı lüğəti. — Bakı: "Elm", 2012. — Səhifələrin sayı: 326. — Səh.: 140.  — ISBN 978-9952-453-14-0.
Aqlar silsiləsi

Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərə çayının adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.

Binədərəsi

Binədərəsi — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Banazur olmuşdur. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir.

Qarabağ silsiləsinin cənub-şərq ətəyindədir. Oykonim bana (alcaq tirə) və zur (ust, təpə) sözlərindən düzəlib, "tirənin üstü" deməkdir. Kəndin adı 1992-ci ildən Binədərəsi kimi rəsmiləşdirilmişdir.

Dağətəyi ərazidədir. XIX əsrdə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adı təhrif olunaraq Banazur adlandırılmış, 1992-ci ildən isə indiki adı bərpa olunmuşdur. Keçən əsrin əvvəllərində Qubadlı qəzasında Binədərəsi kəndi qeydə alınmışdır. Oykonim "müvəqqəti yaşayış məntəqəsi olan dərə" mənasındadır.

Bulaqbaşı silsiləsi

Bulaqbaşı silsiləsi – Sədərək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarında alçaqdağlıq tirə. Ermənistan ərazisində Dərələyəz silsiləsinin Saraybulaq qolundan cənub-qərbə ayrılan şaxənin Naxçıvan MR ərazisindəki qurtaracağına cavab verir. Sədərək kəndinin ətraflarından başlayaraq şimal-qərb istiqamətdə 3 km məsafədə uzanır. Əsasən Orta-Üst Devon yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı çökmə süxurlar və onların üzərində yatan Üst Pleystosenin allüvial-prolüvial törəmələri açılır. Ən yüksək nöqtəsi Ucubiz dağıdır (1210,0 m). Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış Bulaqbaşı antiklinal və Ucubiz sinklinal qırışıqları ilə təmsil olunan qalxıma uyğun gəlir.

Dəymədağıldı

Dəymədağıldı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.

El

El— türklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular.

Girdəsər silsiləsi

Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş, yamacları sıldırımlı alçaqdağlıq tirə. Naxçıvançayın və onun sağ qolu Cəhriçayın arasında təqribən 8 km məsafəyə üzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1568 m-dir. Çəpinə istiqamətlənmiş konsekvent antisedentvari dərələrlə bir neçə hissəyə ayrılmışdır. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu dərin fay qırılması izlənilir.

Hacıqır dağları

Hacıqır dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Naxçıvançayın sağ sahilindədir. Nəzərabad kəndindən 1 km qərbdə başlayaraq meridional istiqamətdə Uzunoba su anbarınadək 4 km məsafəyə uzanır. Ayrı-ayrı yüksəkliklərdən ibarətdir. Ən yüksək zirvəsinin hündürlüyü 1058,0 m-dir. Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq qanadının quruluşunda iştirak edir.

Kolanı tayfası

Kolanı tayfası - oğuz tayfalarından biri.[1]

Korosman tirəsi

Korosman tirəsi – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.

Lehvaz

Lehvaz - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda

kənd.

Ozlar

Ozlar.- (rus. озы, ing. eskers) /isveç., as- silsilə, tirə/, eskerlər, qumdan, çın­qıl­dan, çaqıldaşlardan təşkil olu­nub, əsas relyefdən asılı olmayaraq buzlağın geri çəkilmə cəbhəsinə perpendikulyar, yaxud paralel uzanan uzun /bir neçə on kilometr /, əyri- üyrü tirə. Eni bir neçə metrdən 2–3 km-ə qədər, hündürlüyü isə 20- və daha çox olur. Əsasən buzlaqdaxili ərinti su axınları ilə yaranır. Estoniya, Latviya Respub­likalarında və Rusiyanın şimal-qərbində geniş yayılmışdır.

Qaracalal-Qızılboğaz tirəsi

Qaracalal-Qızılboğaz tirəsi – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayin vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.

Qıvraq tirəsi

Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.

Qızılboğaz dağları (tirə)

Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.

Qızılboğaz dağı

Qızılboğaz dağı (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ.

Qızılboğaz dağı (Laçın) — Azərbaycanın laçın rayonu ərazisində dağ.

Qızılboğaz dağları (tirə) — Babək rayonu ərazisində alçaqdağlıq tirə

Resekvent tirə

Resekvent tirə- (rus. гряда ресеквентная, ing. resequent ridges) ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.

Tirə ada

Tirə ada – (rus. гряда островная, ing. island ridge) vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materik­lərin yaxınlığında isə qövsvari yerləşir.

Əmiralılar

Əmiranlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.

Əmiranlar kəndi Xocavənd rayonunda, rayon mərkəzindən 3 kilometr şimal-şərqdə, Ağdam - Füzuli şose yolu (Bəzirgan) kənarında, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd əhalisinin sayı 700 nəfərdir. Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, baramaçılıq, bostançılıq, bağçılıq və üzümçülüklə məşğul olur. Kənddə əmirallar, bəhrəmlilər, avşarlar, avdallar və s. adlı tayfa, tirə və nəsillər vardır. Əmirallar kəndi 2 oktyabr 1992-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdurƏmiranlar Xocavənd rayonunun Xocavənd qəsəbə inzibati ərazi vahidində kənd. Əsli Əmiralılardır. Yaşayış məntəqəsini əmiralı nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılmışdır..

Başqa fikirdə olan araşdırıcılar da var. Toponimi “əmir alanlar” kimi də yozanlar vardır. Deyilənə görə, bura çatdırılan əmirlər, fərmanlar ərazidə elan olunur, həm də onun icrasına nəzarət edilirmiş. Elə bəlkə də bu səbəbdən kənd əmir alanlar, yaxud azacıq təhriflə əmrallar adlanıb. Əmiralılar (eymuralılar) etnonimdir.

Əriklidərə dağları

Əriklidərə dağları – Ordubad rayonu ərazisində tirə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Vənəndçay və Ciqandərə çayının suayırıcısında uzunluğu 6 km-dən artıq olan, şimal-qərbə əyilmiş silsilədir. Ən yüksək zirvəsinin hündürlüyü 2056,9 m-dir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin Zəngəzur qalxım zonası ilə təmas zolağında yerləşir. Qərb və şərq hissələri Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından, mərkəzi hissəsi isə Şərqi Ordubad dərinlik qırılma zonasının nəzarət etdiyi eyniyaşlı Ağridağ intruziyasının diorit və dioritli porfiritlərindən təşkil olunmuşdur.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.