Ticarət

Ticarət İqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti.

Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır.

Wojciech Gerson - Gdańsk in the XVII century
Gdańsk
Accarias de Sérionne - Intérêts des nations de l'Europe, dévélopés relativement au commerce, 1766 - 5790093
Intérêts des nations de l'Europe, dévélopés relativement au commerce, 1766

Ədəbiyyat

Abşeron iqtisadi rayonu

Abşeron İqtisadi Rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,29 min km2

. Əhalisi 513 min (2009). Abşeron və Xızı inzibati rayonnları, Sumqayıt şəhəri daxildir.

Afina

Afina (yunanca: Αθήνα - Afina) - Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur.

Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir.

Almatı

Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernıy, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir).

Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və bu gün 2.000.900 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Əvvəlki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dili qazaxça və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çok sürətli inkişaf etmişdir.Almatı köhnə paytaxt olmasına rəğmən (indiki paytaxt Astana şəhəridir.) hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır.

Azərbaycan–Baham adaları münasibətləri

Azərbaycan–Baham adaları münasibətləri — Azərbaycan Respublikası ilə Baham Adaları Birliyi arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Beliz münasibətləri

Azərbaycan–Beliz münasibətləri — Azərbaycan Respublikası ilə Beliz arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Honduras münasibətləri

Azərbaycan–Honduras münasibətləri — Azərbaycan Respublikası ilə Honduras Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Bakı

Bakı — Azərbaycan Respublikasının paytaxtıdır; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2130 km², əhalisi, 2018-ci ilin əvvəlinə 2,262,600 nəfərdir (şəhərətrafı zona əhalisi daxil olmaqla 3.000.000 nəfərdən çox). Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir.

Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3-4 °C, iyulda isə 25-26 °C-dır. İllik yağıntı 300 mm-dir. Bakı üçün güclü şimal küləyi – xəzri və cənub küləyi – gilavar səciyyəvidir.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur. Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Əmircan və s. yerlərdə e. ə. III-I-ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir.Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016-cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb.

Bərdə

Bərdə şəhəri — Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır.

Duz

Xörək duzu - əsasən natrium xlorid (NaCl) kimyəvi maddəsindən ibarət olan qida məhsulu. Kristal quruluşlu, insan da daxil olmaqla əksər canlıların qida məhsulu kimi istifadə etdikləri duz, ticarət baxımından da önəmli bir məhsuldur. Dünyanın hər yerində rast gəlinən xörək duzuna tarixən böyük ehtiyac olmuşdur.

Bəsit kimyəvi quruluşu olan duzdan, dəriçilikdə, maldarlıqda, su təmizləmə sistemlərində və kimya sənayesində geniş istifadə edilir. İnsanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır[Mənbə göstərin].

Dərbəndilər

Dərbəndilər – Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səvəfilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.

Nyu-York

Nyu-York şəhəri (ing. New York City) — ABŞ-ın əhalisinə görə ən böyük şəhəri. Hesablamalara əsasən 2018-ci ildə 8.398.748 nəfər əhalinin təxminən 302.6 square mile (784 km2) ərazi üzərində paylandığı Nyu-York eyni zamanda ABŞ-ın ən sıx məskunlaşmış böyük şəhərdir. Nyu-York ştatının cənub ucunda yerləşən şəhər şəhər kütləsinə görə dünyanın ən böyük meqapolisi olan Nyu-York meqapolisinin mərkəzidir və 2018-ci ildə metropiliten statistik ərazisində təxminən 19.979.477 nəfər və birləşmiş statistik ərazisində 22.679.948 sakin ilə ən çox məskunlaşmış meqaşəhərlərindən biridir. Qlobal bir güc şəhəri olan Nyu-York şəhəri dünyanın mədəni, maliyyə və media paytaxtı olaraq səciyyələndirilmişdir və ticarət, əyləncə, tədqiqat, texnologiya, təhsil, siyasət, turizm, incəsənət, moda və idman sahələrində əhəmiyyətli dərəcədə təsirə malikdir. Şəhərin sürətli tempi Nyu-York dəqiqəsi termininə ilham qaynağı olub. Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahına ev sahibliyi edən Nyu-York beynəlxalq diplomatiya üçün vacib bir mərkəzdir.Dünyanın ən böyük təbii limanlarından birində yerləşən Nyu-York şəhəri Nyu-York ştatının müxtəlif qraflıqlarında yerləşən beş borodan təşkil olunub. Beş boro – Bruklin, Kuins, Manhetten, Bronks və Staten-Aylend 1898-ci ildə vahid bir şəhərə birləşdirildi. Şəhər və onun meqapolis ərazisi ABŞ-a qanuni immiqrasiya üçün əsas giriş qapısıdır. Nyu-Yorkda 800-dən çox dildə danışılır və bu, onu dünyanın linqvistik cəhətdən ən müxtəlif şəhəri edir. Dünyanın istənilən digər şəhərndən daha çox xarici doğumlu əhaliyə malik olan Nyu-York şəhərində ABŞ-dan kənarda doğulan 3,2 milyondan çox sakin yaşayır. 2019-cu il (2019-cu il) tarixinə olan məlumata əsasən, Nyu-York meqapolis ərazisinin 1,9 trilyon $ Ümumi Daxili Məhsul (ÜDM) istehsal edəcəyi təxmin edilir. Böyük Nyu-York şəhəri suveren dövlət olsa idi ÜDM həcminə görə dünyada 12-ci olardı. Nyu-York dünyanın istənilən digər şəhərindən daha çox milyarderə ev sahibliyi edir.Nyu-York şəhərinin izləri 1624-cü ildə Yeddi Birləşmiş Əyalət Respublikasından olan kolonistlər tərəfindən Aşağı Manhettendə qurulan ticarət məntəqəsinə qədər gedib çıxır, 1626-cı ildə məntəqəyə Yeni Amsterdam adı verildi.Nyu York bir çox Amerika mədəni hərəkatının də doğum yeridir. Ədəbiyyat və vizual sənətlərdə Harlem İntibahı, şəkildə mücərrəd ekspressionizm (Nyu York məktəbi), musiqidə hip-hop, pank, salsa və Tin Pan Alley bu hərəkatlardan bəziləridir. 24 saat açıq olan metrosu və sıx nəqliyyatı ilə "Heç Vaxt Yatmayan Şəhər" adını almışdır.

Azadlıq heykəli, Empayr Steyt Binası, Sentral Park və Tayms Meydanı, Müasir İncəsənət Muzeyi, Quggenhaym Muzeyi və Müasir Tarix Muzeyi şəhərin maraqlı məkanlarıdır. Göydələnləri, prospektləri, restoranları, alış-veriş mərkəzləri və insanları ilə Nyu York turistləri cəlb etməkdədir.

Oman

Oman — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur.

Sahəsi- 309,500 min km2

, əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı - Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.

Polşa

Polşa, köhnə mənbələrdə Lehistan ya da rəsmi olaraq Polşa Respublikası (pol. Rzeczpospolita Polska) — Avropada dövlət. Mərkəzi Avropada olub qərbdə Almaniya, cənubda Çex Respublikası və Slovakiya, şərqdə Ukrayna və Belarus, şimalda isə Baltik dənizi, Litva və Rusiya (Kalininqrad vilayəti) ilə həmsərhəddir. Ölkənin həmçinin Danimarka və İsveç ilə dəniz sərhədləri vardır. Polşanın ərazisi 312.696 km²-dir (dünyada ərazisinə görə 69-cu yerdədir). Əhalisi 38.1 milyondan çoxdur, sakinlər əsasən tarixi mərkəz Krakov və paytaxt Varşava kimi böyük şəhərlərdə məskunlaşmışdır.

İlk polyak dövləti 966-cı ildə yaradılmışdı. Həmin dövlətin sərhədləri təxminən bugünkü Polşa sərhədləri ilə üst-üstə düşür. Polşa 1025-ci ildə krallığa çevrilmiş, 1569-cu ildə isə Böyük Litva hersoqluğu ilə birləşərək Polşa-Litva birliyinin əsasını qoydu. Bu ittifaq yalnız 1795-ci ildə dağılmışdı. 1918-cu ildə müstəqilliyini yenidən qazanan Polşa İkinci dünya müharibəsi dövründə Adolf Hitler Almaniyası tərəfindən işğal olunmuş, müharibə bitdikidən sonra isə kommunist dövlət kimi SSRİ-nin nəzarət etdiyi Şərq Blokuna daxil olmuşdu. 1989-cu ildə kommunist rejimi devrildikdən sonra Polşada "Üçüncü Respublika" quruldu. Bu gün Avropa İttifaqının ən çox əhaliyə malik 6-cı ölkəsi olan Polşa 16 voyevodaliqdan (pol. województwo) ibarət liberal demokratik dövlətdir. Ölkə Avropa Birliyi, NATO, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatının üzvüdür.

Rio-de-Janeyro

Rio-de-Janeyro (isp. Rio de Janiero) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir.

Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.

Şəhərin rəmzi Korkovado dağının zirvəsində İsa peyğəmbərə qoyulmuş, 38 m hündürlüyə malik olan heykəldir (port. O Cristo Redento). Bu dünyada əzamətli heykəllərdən biri sayılır. Rio de Janero həm də hər il burada keçirilən karnaval ilə məşhurdur. Samba məktəblərinin təşkil etdiyi rəngarəng parad dünayda ən böyük parad sayılır.

Səsyazma şirkəti

Səsyazma şirkəti (ing. Record label) — musiqi yazıları və musiqi videoları bağlı brend və ya ticarət nişanıdır.

Təbriz

Təbriz Cənubi Azərbaycanın paytaxtı və İranın əhalisinə görə (Tehran, Məşhəd, İsfahan, Kərəcdən sonra) 5-ci ən böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi. Təbriz şəhəri azərbaycanlıların mənəvi və mədəni paytaxtı hesab olunur.2017-ci siyahıyaalınmasına əsasən, əhalisi 2.900.000 nəfərdir. Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350-1410 metr yüksəklikdə yerləşir.

Ərəblər

Ərəblər – Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var .Ərəblər, ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.