Tiberiya

Tiberya (İvrit: טבריה; Tverya; Ərəbcə: طبرية; Taberiyye) — İsrailin şimal-şərqində şəhər. Yəhudiliyin 4 müqəddəs şəhərindən biridir.[1] Adını imperator Tiberiusdan almışdır.

Şəhər 20-ci ildə Herod Antipas tərəfindən etdirilmişdir.

Şəhər
Tiberiya
ivr. טְבֶרְיָה
PikiWiki Israel 19333 Geography of Israel
Gerb
Gerb

32°47′23″ şm. e. 35°31′29″ ş. u.


Ölkə İsrail İsrail
Dairə [[Şimal dairəsi]]
Mer Yosef Ben David
Tarixi və coğrafiyası
Əsası qoyulub 20
Şəhər statuslu 1948
Sahəsi 10 km²
Mərkəzin hündürlüyü −200 m
Saat qurşağı UTC+2, yayda UTC+3
Əhalisi
Əhalisi 43 148 nəfər (2016)
Milli tərkibi yəhudilər (91.3%)
digərləri (8.7%)
Rəqəmsal identifikatorlar
Telefon kodu +972 4
tiberias.muni.il
Tiberiya xəritədə
Tiberiya
Tiberiya

Həmçinin bax

İstinadlar

  1. Jewish Encyclopedy: Tiberias

Xarici keçidlər

Arbel dağı

Arbel (ivr. הר ארבל‎) — İsrail ərazisində yerləşən dağ və milli park . Dağ ölkənin Aşağı Qaliley bölgəsinə aiddir. Arbel dağı Tiberiya şəhərindən şimal-qərbdə, Arbel vadisindən isə şimalda yerləşir.

Arbel dağının dəniz səviyyəsində hündürlüyü 181 metrdir. Ölü dənizin səviyyəsindən olan hündürlük isə 390 metrdir. Dağı əhatə edən ərazinin böyük hissəsi dəniz səviyyəsindən aşağıdadır. Zirvədə yerləşən müşahidə meydançasından bütün Qalileya, Qolan təpələri, eləcə də Safed, Tiberiya və Ölü dənizin böyük bir qismi görsənir. Arbel dağında dört kənd yerləşir: Kfar-Zaytim, Arbel, Kfar-Hittim və Mispa.

Barnaba İncili

Barnaba İncili — İsanın həyatından bəhs edən və həvari Barnabanın adından yazılmış ədəbi mətn. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır.

Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur.

Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz.

Beyt Quvrin Milli Parkı

Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. בית גוברין - מרשה‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir.Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır.

Dörd müqəddəs şəhər

Dörd müqəddəs şəhər - Yəhudi mədəniyyətində Qüds, Hebron, Tiberiya və Safed şəhərlərinə verilən ümumi ad.

Hattin döyüşü

Hattin döyüşü - 1187-ci ilin 4 iyul tarixində Tiberiya yaxınlığında yerləşən Hattin təpələrində baş vermiş döyüş. Döyüş Birinci səlib yürüşü zamanı yaradılmış Qüds krallığının kralı Luzuinyalı Qay və Əyyubilərin başçısı Səlahəddin Əyyubinin qoşunları arasında baş vermişdir. Taktiki gedişlərin düzgün seçilməməsi nəticəsində xaçlı qoşunu müharibənin gedişində ciddi itkilər vermiş və bundan istifadə edən Əyyubilər düşmən ordusunu mühasirəyə alaraq məhv etməyə başlamışdır. 17 min xaçlı əsgərinin ölümü və Qüds krallığının kralı Luzuinyalı Qayın əsir düşməsi ilə nəticələnən müharibədə Səlahəddin Əyyubinin qoşunu mütləq zəfər əldə etmişdir. Əyyubilərə qarşı aparılan döyüşdə Qüds krallığına Məbəd cəngavərləri, Malta cəngavərləri və Antakiya knyazlığı kimi birliklər yaxından köməklik göstərirdi.

Maymonid

Maymonid (30 mart 1138, Kordova (İspaniya), Murabit – 13 dekabr 1204, Qahirə, Əyyubilər sülaləsi) — Böyük yəhudi filosofu və ilahiyyatçısı, elm dünyasında "Maymonid", yəhudi qaynaqlarında isə "Rambam" adı ilə tanınan Moşe ben Maymon

Müqəddəs torpaqlar

Müqəddəs torpaqlar (İbranicə:אֶרֶץ הַקּוֹדֶשׁ, Latın dilində: lat. Terra Sancta, ərəbcə: الأرض المقدسة)—İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər; yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur.

Talsa

Talsa (ing. Tulsa) - ABŞ-ın Oklahoma ştatında yerləşən şəhərdir.

Tudela

Tudela - İspaniyanın Navarra bölgəsində yerləşən kiçik şəhər. Əsası 802-ci ildə qoyulmuşdur.

Təbəriyyə gölü

Təbəriyyə gölü (Qalilə Dənizi, Qalilə Gölü ya da Kinnərat Gölü (İbranicə ים כנרת) — İsraildə olan bir göldür. Livandan gələn Litani çayı tərəfindən bəslənməkdədir. İsrailin su ehtiyacı böyük nisbətdə bu göldən qarşılanmaqdadır. Təxminən 53 km sahilə sahib və qarşılıqlı uzaq nöqtələrindən 21 km / 13 km genişlikdəki İsrailın ən böyük şirin su gölü. Gölün cəmi sahəsi 166 km2-dir və ən dərin yeri təxminən 43 m.dir. Xəritələrdə dəniz səviyyəsindən 209 metr aşağıda göstərilən gölün səthi, Lut gölündən sonra dünyanın ən alçaq 2-ci nöqtəsi və eyni zamanda dünya üzərində ən dərində olan şirin su gölüdür.

Üçüncü Səlib yürüşü

Üçüncü Səlib yürüşü, 1189-1192-ci illər arasında baş vermiş Səlib yürüşüdür.Səlahəddin Əyyubi Qüdsü Səlibçilərdən aldıqdan sonra Avropada yeni bir Səlib yürüşü təşkil edildi.

Alman imperatoru təxminən yüz min nəfərlik ordusu ilə Anadoluya girdi. Gözlənilməz bir müdafiə ilə qarşılaşan və ağır itkilər verən Alman imperatoru I Fridrix Barbarossa Silifkedə boğulduqda ordusu dağıldı. Dəniz yolu ilə hərəkət edən Fransız və İngilis səlibçiləri Səlahəddin Əyyubini məğlub edə bilməyib geri döndülər.

Ərəb-İsrail müharibəsi (1948)

1948-ci il Ərəb-İsrail müharibəsi, Birinci Ərəb-İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948‎‎, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944-1947-ci illərdə yəhudi qiyamı baş verdi. 29 noyabr 1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Bu plana görə Fələstin ərəb və yəhudi dövlətlərinə bölünməli idi. Yerusəlim və Betlehəm şəhərləri isə xüsusi beynəlxalq rejimin hakimiyyətinə verilməli idi.

Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar.

15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu. Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər. Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir.

Müharibənin nəticəsi kimi İsrail dövləti onun üçün nəzərdə tutulmuş torpaqlarla yanaşı Bölünmə planında ərəblər üçün nəzərdə tutulmuş torpaqların 60 faizini ələ keçirdi. Bura Yaffa, Lidda, Ramla, Neqevin böyük bir hissəsi, Təl-Əviv – Yerusəlim yolunun əksər hissəsi və İordan çayının qərbindəki bəzi ərazilər daxil idi. Qüds şəhəri İordaniya və İsrail arasında bölüşdürüldü. Misir Qəzzanı, İordaniya isə İordan çayının qərb sahilini ələ keçirdi. 1948-ci ilin 1 dekabrında keçirilmiş Çeriço konfransında 2 min fələstinli nümayəndə İordaniyaya birləşmək barədə qərar qəbul etdi.

1948-ci il müharibəsindən sonra müharibəyə qatılan ərəb ölkələrində siyasi rejim dəyişikliyinə gətirib çıxaran qarışıqlıqlar oldu. Ən əhəmiyyətli dəyişiklik Misirdə yaşandı. Misirdə Kral Faruq qiyam nəticəsində general Nəcib tərəfindən əvəz edildi.

Müharibə nəticəsində Fələstin qaçqınları anlayışı formalaşdı. Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalar və I Ərəb-İsrail müharibəsindən sonra təxminən 750,000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabatına görə təxminən 711,000 fələstinli qaçqın var idi. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş, onlara, onların övladlarına vətəndaşlıq statusu verməmişdir (İordaniya istisna olmaqla). Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.

Eyni şəkildə, bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi. 1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-ci ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.