Teologiya

Teologiya (yun. θεος, theos, "Tanrı", + yun. λογος, logos, "bilim") - hər hansı bir dinin, xüsusi mənada isə xristianlığın təliminin sistemləşdirilməsi.

Ümumi məlumat

Bir qayda olaraq Bibliyaya, ümumdünya kilsə məclislərinin qərarlarına və (protestantlardan başqa) "kilsə atalarının" təlimlərinə ("Müqəddəs Yazıya" və "Müqəddəs Ənənəyə") əsaslanan xristian teologiyasının tarixi nisbətən yenidir. XVIII əsrə qədər ilahiyyatçılar adətən Bibliya mətninin tarixi, ədəbi kontekstinə əhəmiyyət vermədən sitat gətirərək təlim vermişlər.

Bibliya teologiyası müstəqil bir elm olaraq XVIII əsrdə protestant kilsəsində meydana gəldi. Protestantlar, ümumiyyətlə, Müqəddəs Ənənənin avtoritetini qəbul etmədikləri və yalnız Bibliyanı vəhy saydıqlarına görə, sistematik teologiyanı yaradan protestantların başlıca üsulu “Bibliyanı Bibliya vasitəsilə şərh etmək” qaydasından ibarət idi. Müqəddəs Ənənəyə böyük əhəmiyyət verən pravoslav və katolik teoloqları əvvəllər protestantlığın təsirindən ehtiyatlanaraq belə teologiyaya bir qədər şübhə ilə yanaşmışlar. Lakin sonra elmi üsullara əsaslanan teologiyanın təkcə protestant deyil, pravoslav və katolik təliminə də tətbiq edilməsinin mümkünlüyünü və zərurətini görmüşdürlər.

Xristianlıq teologiyası

Xristianlığın əsas ehkamlarında eyni mövqeyi tutan pravoslav, katolikprotestant kilsələri bir çox detallarda fərqli təlimlərə etiqad edirlər, buna görə də bir məzhəbin içində belə sistematik teologiyanın bir neçə variantı ola bilər. Protestant müəlliflərin arasında P. Tillix[1], U. Qrudəm[2] kimi müəlliflərin sistematik teologiya əsərləri xeyli yayılmış və başqa dillərə tərcümə olunmuşdur. Rus baptist ilahiyyatçısı M.V. İvanovun “Sistematik teologiyanın əsasları” əsərində baptist təlimləri öz əksini tapmışdır.[3] Pravoslav kilsəsində V.N. Losskiyin “Doqmatik teologiya” adında sanballı əsəri şöhrət qazanmışdır.[4]

Teologiya bir çox sahələrdən ibarət olan mürəkkəb elmdir. Müxtəlif xristian məzhəblərində teologiyanın sahələrə, fənlərə bölünməsi fərqlidir, lakin ümumiyyətlə xristian teologiyasında aşağıdakı əsas sahələri qeyd etmək olar: Allah haqqında təlim olaraq “xüsusi teologiya” (o cümlədən Üç Üqnum, Allahın adları və sifətləri), vəhy, yaradılış, teodiseya (şərin mövcudluğunu izah edən elm), Bibliya antropologiyası, hamartiologiya (günah haqqında təlim), xristologiya (Məsihin şəxsiyyəti haqqında təlim), pnevmatologiya (Müqəddəs Ruh haqqında təlim), soteriologiya (xilas haqqında təlim), ekklesiologiya (kilsəni tədqiq edən elm), missiologiya, esxatologiya (dünyanın axırı haqqında təlim), sakramentologiya (vəftizRəbbin süfrəsi kimi “sakramentlər” (müqəddəs mərasimlər) haqqında təlim), patrologiya (kilsə atalarını tədqiq edən elm), angelologiya və demonologiya (mələkləri və cinləri tədqiq edən elm).

Xristian teologiyası, dəyişməz təməl əqidələri sabit qaldığı halda, daim inkişaf edən və dəyişən bir hadisədir. Ehkamçı teologiya bütün dövrlərin mütəfəkkirləri tərəfindən tənqid edilmişdir. Bu səbəbdən xüsusilə son əsrlərdə teoloqların elmə və tənqidə daha çox açıq olmaları teologiyanı getdikcə ifrat ehkamçılıqdan uzaqlaşdırır, məzhəblər və dinlər arasında sağlam dialoqun artmasına zəmin yaradır.

İstinadlar

  1. Paul Tillich. Systematic Theology. (3 volumes). Rus dilinə tərcümə bax: http://knigosite.ru/library/books/52239
  2. Wayne Grudem (1995). Systematic Theology. Zondervan. (ISBN 978-0-310-28670-7). Rus dilinə tərcümə bax: http://tpor.ru/duxovnoe/uejn-grudem-sistematicheskoe-bogoslovie
  3. Bax: http://rusbaptist.stunda.org/sistem.htm
  4. Bax: http://predanie.ru/lib/book/69664/

Mənbə

  • Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Богословие Библейское»
Apologetika

Apologétika (yun. ἀπολογία, "dəf edirəm, cavabını verirəm") - rasional düşüncə ilə dini ehkamların əsaslandırılması və tənqidçilərdən müdafiə edilməsinə həsr edilən xristian ilahiyyatının bölməsidir. Geniş anlamda apologetika hər hansı təlimi rasional dəlillərlə müdafiə edənlərə də şamil edilə bilər.

Bağışlanma

Bağışlanma yaxud Əfv – günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama. Dünya dinlərində bağışlanma fəlsəfəsi mühüm yer tutur. Monoteist dinlərdə insanların bir-birini bağışlaması və Allah tərəfindən bağışlanması haqqında müxtəlif fikirlər mövcuddur.

Bibliya antropologiyası

Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm.

Katolisizm

Katoliklik və ya Katolisizm(ing. Catholicism) — Xristian dininin bir cərayanı. Dini cərəyanın teologiya və doktrinalarını, onun mərasim, əxlaqi, mənəvi və davranış xüsusiyyətlərini, bütövlükdə həmin dinin mahiyyətini əhatə edir

Kilsə

Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolok kilsəsi, protestant kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizam dinlərinə xas deyil.

Bir kilsə bina və ya kilsə evi, tez-tez sadəcə kilsə deyilən, xristian dini fəaliyyətlər üçün, xüsusilə xristian ibadət xidmətləri üçün istifadə olunan bir binadır. Müqavilə tez-tez xristianlar tərəfindən ibadət etdikləri fiziki tikililərə istinad etmək üçün istifadə olunur, lakin bəzən digər dinlərin binalarına istinad etmək üçün istifadə edilir. Ənənəvi xristian memarlığında, kilsə tez-tez bir xristian xaç şəklində təşkil edilir. Plan görünüşündən baxdıqda xaçın ən uzun hissəsi koridorda təmsil olunur və xaçın qovşağı qurbangahın ərazisində yerləşir.

Qüllələr və ya qübbələr tez-tez izləyicinin gözünü göylərə və ruhlandırıcı ziyarətçilərə istiqamətləndirmək niyyəti ilə əlavə olunur. Müasir kilsə binalarının müxtəlif memarlıq üslubları və planları var; digər məqsədlər üçün nəzərdə tutulmuş bir çox bina artıq kilsə istifadəsinə çevrilmişdir və əksinə, bir çox orijinal kilsə binaları digər məqsədlər üçün istifadə edilmişdir.

Ən qədim xristian kilsəsi binası 233 və 256 arasında qurulan bir ev kilsəsidir. XI-XIV əsrlərdən etibarən, Qərbi Avropa ərazisində catedral və kiçik kilise kilsələrinin bünövrəsi tikilmişdir. Katedral bir kilsə binasıdır, adətən Roma katolik, Protestant (Anglican daxil olmaqla), Şərq ortodoks və ya şərq pravoslavları, kafedranı məskunlaşdıran, başçılıq edən piskoposun taxtı və ya taxt üçün rəsmi adı.

Lüteranlıq

Lüteranlıq - protestantlığın başlıca istiqamətlərindən biri. 16-cı əsrdə Almaniyada Reformasiya gedişində yaranmışdı. Əsasını Martin Lüter və ardıcılları qoymuşdur. İdeya əsasını Bibliya, "Razılıq kitabı", İncil və Apostol müraciətnamələri təşkil edir. Lüteranlıq ayinlərin sadələşdirilməsi uğrunda çıxış edir, boşanmaya və ikinci dəfə nikaha icazə verir.

Müqəddəs Ruh

Müqəddəs Ruh və ya Rəbbin Ruhu, Allahın Ruhu - xristianlıqda Üç üqnumun üçüncü Sifəti.

Bibliyanın ilk sətirlərində Allahın Ruhu ifadəsinə rast gəlinir. Tövratın birinci hissəsi olan Yaradılış Kitabı belə başlanır: “Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu”. Xristian inancına görə, Ata Allah hər şeyin mənbəyi, Oğul Allah İlahi Kəlam olaraq hər şeyi var edən Şəxsdir, Allahın Ruhu isə Kainatın mövcudluğunu davam etdirir, həyatla təmin edir. Buna görə də Müqəddəs Ruh şəxssiz qüvvə deyil, İlahi Şəxs kimi qəbul olunur.

Patristika

Patrístika (latınca pater-ata sözündəndir) — kilsə atalarının VII yüzilliyə qədər yaratdığı fəlsəfəsi və ilahiyyatıdır.

Patristika antik dövrdə quldarlıq quruluşunun böhranı zamanı qnostisizmlə, müxtəlif hereslərlə, bütpərəst dünyagörüşü ilə mübarizədə, və eyni zamanda antik dünyasının müxtəlif fəlsəfi-dini təlimləri ilə mürəkkəb münasibətlərə girərək yaranmışdır.

Patristika dövrü öz növbəsində bir neçə dövrə bölünür:

1. Apologetlərin fəaliyyəti dövrü (II - III əsrlər). Xristianlığın təməl prinsiplərini bütpərəstlərin və yəhudilərin tənqidlərindən müdafiə edən xristian mütəfəkkirləridirlər. Onların fəaliyyət göstərdiyi sahə isə apologetika adlanır. Apologetika - dini təlimin əqlə əsaslanan dəlillərlə müdafiə edilməsidir.

Apologetləri iki hissəyə bölürlər:

Yunan dilində yazan şərq apologetləri;

Latın dilində yazan qərb apologetləri.IV-cü əsrdə Romada Xristianlıq dövlət dini elan edildikdən sonra apologetikaya artıq ehtiyac qalmamışdır. Bundan sonra xristian teoloqları hereslərə qarşı rəddiyyələr yazırdılar.

2. Rəsmi xristian (kilsə) təliminin sistemləşdirilməsi dövrü (IV - V əsrlər). O dövrdə müxtəlif xristian mütəfəkkirlərinin pərakəndə olan fəlsəfi fikirlərinin əvəzinə vahid dini konsepsiya meydana gəlmişdir. Bu işdə ən böyük nailiyyətləri Kappodokiyalı atalar əldə etmişdir.

3. Xristian ehkamlarının möhkəmlənməsi və sabitləşməsi dövrü (VI əsr) (Leontius şərqdə, Boetsius qərbdə).

Patristika dövrü VII əsrdə Yohannes Damaskenosun fəaliy-yətindən sonra başa çatmışdır. O, həm də sxolastikanın əsaslarını ifadə etmişdir. Bundan sonra xristian fəlsəfəsində sxolastika dövrü başlanmışdır.

Antik dövrünün fəlsəfəsindən fərqli olaraq, patristika dövrünün fəlsəfəsi teosentrik olub. Teosentrizmə görə hər bir mövcud olan şeyi təyin edən reallıq təbiət deyil, Tanrıdır.

Xristian fəlsəfi ontologiyasının əsasını yaradılış , idrak nəzəriyyəsinin əsasını isə vəhy amili təşkil edir. Bütün bu prinsiplər, ümumiyyətlə, təkcə Xristianlığa deyil, həm də Yəhudilik və İslama da aiddir.

Protestantlıq

Protestantlıq (latınca: protestans - etiraz edən) - pravoslavlıq və katolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri.

Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Niderlandda isə Jan Kalvinin kilsəyə qarşı çıxışları protestantlığın əsasını qoydu. Bununla bağlı olaraq da, protestantlığın əsas qolları Lüteranlıq və Kalvinizmdir. Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada, sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanının lüteranlarının sayı hal-hazırda 85 milyona yaxındı.

Bir çox Avropa ölkələrində olduğu kimi də Fransada da protestanlar və katoliklər arasında ciddi mübarizələr geniş yer almışdı. 1572-ci ildə katoliklər protestantlara qarşı əməliyyat hazırlmamışlar. 24 avqust tarixində “Varfolomey gecəsi” adı altında tarixə düşən dəhşətli qətliam katoliklər tərəfindən törədilmişdi. “Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətl edilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqoriri faciəni alqışlayaraq Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdir. Ədalət naminə qeyd etmək lazımdır ki, 425 il sonra Roma Papası II İoann Pavel rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.

Protestantlıq xristian kultunu xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi rədd etdi. Əsasən, Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderlandda, ABŞ-da yayılmışdır.

İslahat sonrası ortaya çıxan dini münasibətlər nəticəsində sonradan 3 qola ayrılmıstır. Bunlar:

Lüteranlıq

Kalvinizm

Anglikanizm - İdarə üsuluna görə Anglikanizm Katolikliyə Protestantizmdən daha yaxın.

Soteriologiya

Soteriologiya (yunan. σωτηρία, soteriya, "xilas", + yunan. λογος, logos, "elm") yaxud Bibliya soteriologiyası – xristian teologiyasının bir sahəsi, insanların xilası haqqında Bibliya əsasında qurulan təlim.

VI Pavel

VI Pavel (Covanni Battista Montini, 26 sentyabr 1897 - 6 avqust 1978, Kastel-Qandolfo) - Roma Papası (1963-1978), başçılığın altında İkinci Vatikan məclisinin ikinci sessiyası keçirilmişdir. 1965 ildə Konstantinopolun yunan pravoslav patriarxı I Afenaqorla birgə Qərbi və Şərqi Kilsələrin 1054 il qarşılıqlı ittihamlarını ləğv etdi.

Mülki və kanonik hüququ, habelə teologiya və fəlsəfə üzrə elmi dərəcə almış, 1923 ildə Varşavada xidmət etmişdir. 1954 ildə Milan arxiyepiskopu olmuş, 1958 ildə kardinal rütbəsi aldı. 1964 ildə İordaniya və İsraildə, növbəti ildə ABŞ-da olmuşdur. 1967 ildə Nikolay Podqornı və İosip Broz Tito ilə görüşmüş, Macarıstan kommunist hökümətilə danışıqlar aparmışdır.

XV Benedikt

XV Benedikt (Cakomo delyi Çiyezi; 21 noyabr 1854(1854-11-21), Peqli[d], Genuya – 22 yanvar 1922(1922-01-22), Apostol Sarayı[d]) — Roma Papası (1914-1922). Genuya Universitetində hüquqşünaslıq doktoru dərəcəsini almış, teologiya və diplomatiyanı öyrənmək üçün Romaya getmişdir. 1878-ci ildə keşiş, 1907-ci ildə Bolonya arxiyepiskopu, 1914-cü ildə kardinal olmuşdur. 1914-cü il sentyabrın 3-də Papa seçilmişdir. Birinci dünya müharibəsini dayandırmağa çalışmış, bitərəflik siyasəti aparmışdır. 1917-ci ildə yeni Kanonik Hüquq Kodeksini bəyan etmişdir.

Xristian

Xristian, Xaçpərəst, Nəsrani və ya Məsihi-Əhdi-Cədid məktublarında və incildə qeyd edilmiş Nazaretli İsanın həyatı və təlimlərinə əsaslanan təkallahlı və İbrahimi din olan xristianlığa bağlı şəxsdir.

Xristianlıqda Ata

Ata yaxud Ata-Allah – xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır.

Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar.

Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir.

Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır:

“Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”.

“Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır:

“Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir.Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.

Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.

Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.

Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır...

Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.

Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir”.

Ümumiyyətlə, xristianlar Allaha Ata dedikdə, onların qayğısına qalan, bütün ehtiyaclarını ödəyən, onları şərdən qoruyan bir Allahı nəzərdə tuturlar. Xristian kilsəsi "Ata" və "Oğul" adlarını həmişə məcazi mənada başa düşmüşdür.

Xristianlıqda Oğul

Oğul, Oğul-Allah yaxud Allahın Oğlu – xristian inancına görə, bir Allahın üç üqnumundan biri. Üç üqnum doktrininə əsasən, Allahın Oğlu və ya Oğul-Allah Ata və Müqəddəs Ruh ilə mahiyyətcə eynidir, lakin Şəxs olaraq ayrıdır. İsa Məsihin Şəxsində bəşər olub dünyaya gəlmədən öncə Oğul əzəldən vardır.Xristian inancına görə, Allah-Oğul Ata və Müqəddəs Ruh kimi əzəli və əbədidir. “Afanasiy iman rəmzi” belə elan edir:

Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.

Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.

Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır...

Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.

Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.

Xristologiya

Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim.

Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir.

Bibliya xristologiyası “Əhdi-Ətiq xristologiyası” və “Əhdi-Cədid xristologiyası” olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir.

Yeni Əhd

Yeni Əhd (ivrit. ברית חדשה brit xadaşa; yunan. διαθήκη καινή diateke kayne) İsa Məsihin insanların günahının bağışlanması üçün tökülmüş qanı vasitəsilə Allahın insanlarla bağladığı əhd. Bu əhdə görə İsa Məsihin qurbanına iman gətirən hər kəs xilas olur.

İppolit Romalı

Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası.

İsgəndəriyyə ilahiyyat məktəbi

İsgəndəriyyə ilahiyyat məktəbi — II yüzillikdə formalaşan Xristian ehkamlarını və fəlsəfəsini sistemləşdirən, onları vahid təlim şəkilində ortalığa çıxardan, antik fəlsəfi irsi ilə Xristianğı uyğunlaşdıran məktəb idi.

Xristianlığın formalaşmasında apologetlər (əqli və məntiqi üsullarla xristian ehkamlarını tənqidçilər qarşısında müdafiə edən ilahiyyatçılardır) çox əhəmiyyətli fəaliyyət göstərmişdirlər. Ancaq o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Antik fəlsəfi təlimlərlə mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə Xristian düşünürü bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II yüzillikdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər.

Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb qarşısına ən savadlı təbəqələrin nümayəndələrində xristian təliminə marağını oyatmaq məqsədini güdürdü. Ancaq bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fənlərə də böyük önəm verilirdi. Dini ehkamlarla antik mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaşması, uyğunlaşması siyasəti aparılırdı. Burada çalışan alimlər bu yaxınlaşmaya nail olmayaraq Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu istiqamətdə məqsədyönlü iş aparırdılar.

179-cu ildən başlayaraq İsgəndəriyyə məktəbinə Panten başçılıq etməyə başlamışdı. O keçmişdə stoik olmuşdu. O fəlsəfəyə daha da çox önəm verirdi. Ancaq onun əsərləri bizim zəmanəmizə çatmamışdı. Bu məktəbin nümayəndələri İsgəndəriyyəli Klement, Origen, İsgəndəriyyəli Herakl, İsgəndəriyyəli Dionisius, Afinaqor kimi tanınmış Xristian ilahiyyatçıları olmuşdurlar.

İsgəndəriyyəli Klement və Origen haqıında ayrıca məqalələrə baxın.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.