Tanax

Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir.

Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir.

Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlarprotestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər.

Star of David.svg        Menora.svg
Yəhudilik
Entire Tanakh scroll set

Tanaxın bölmələri

Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.

Tanaxın ikinci bölməsi olan Peyğəmbərlər (נְבִיאִים Nəviim) 10 kitabdan ibarətdir. Nəviim də, öz növbəsində, İlk peyğəmbərlər, Son peyğəmbərlər və Kiçik peyğmbərlər olmaq üzrə, üç hissəyə bölünür. İlk peyğəmbərlər fəslinə 6 kitab daxildir: Yeşua, Hakimlər (ibranicə Şoftim), I və II Şamuel (Şmuel), I və II Krallar (Melaxim). Bu kitablarda Musanın (ə) vəfat etməsindən sonra yəhudilərin Allah tərəfindən vəd edilmiş torpaqlarda məskunlaşmaları, İsrail krallığının yaranması, yəhudilərin bütpərəst xalqlarla mübarizəsi, Müqəddəs Məbədin tikintisi və onun məhv olması haqda danışılır.

Nəviimin ikinci fəsli olan Son Peyğəmbərlər fəslinə Yeşaya (ibranicə Yeşayahu), Yeremya (İrmiyahu) və Yezekel (Yexezkel) kitabları daxildir. Bu bölmədə yer alan kitablarda peyğəmbərlərin bütpərəstliklə mübarizə aparmalarından, Təkallahlığı yaymaq uğrunda çəkdikləri əziyyətlərdən, onların xalqa etdikləri nəsihətlərdən bəhs edilir.

Nəviimin Kiçik peyğəmbərlər fəsli 12 kitabdan (Hoşea, Yoel, Amos, Ovadya, Yona, Mixa, Naxum, Xavakum, Tsfaniya, Xaqay, Zexarya, Malaxi) ibarət olsa də, yəhudi ənənəsinə görə, onlar bir kitab sayılırlar. Kiçik peyğəmbərlər bölməsində də son peyğəmbərlərin həyat yollarından, din uğrunda mübarizələrindən danışılır.

Tanaxın son bölməsi olan Yazılar (כְּתוּבִים Kətuvim) yəhudilərə görə, doqquz, xristianlara görə isə on üç kitabdan ibarətdir. Bu fikir ayrılığına səbəb, yəhudi din ənənəsində Kətuvim bölümündəki Ezra (Üzeyir) və Nehemya, həmçinin I və II Salnamə (ibranicə Divrey ha-yamim) əsərlərinin bir kitab sayılmasıdır. Ümumiyyətlə, Kətuvimə bu əsərlər daxildir: Təhillim (Zəbur), Mişley (Süleymanın Məsəlləri), İyov (Əyyub), Şir haşirim (Nəğmələr Nəğməsi), Rut, Eyxa (Mərsiyə), Kohelet (Vaiz), Ester, Daniel, Ezra, Nehemya, I və II Salnamələr.

Kətuvim istər məzmun, istərsə də tərkib cəhətdən çox zəngin və rəngarəngdir. Bu bölmədə Davuda (ə) aid məzmurlar (Zəbur Kitabı), Süleyman peyğəmbərin (ə) kəlamları, İsrail krallığının dağılmasına həsr olunmuş Yeremyanın Mərsiyəsi yer almışdır. Bundan başqa, burada Əyyubun (ə) ibrətamiz həyatı, onun Allahın iradəsinə təslim olması haqda bəhs edilir, Müqəddəs Məbədin babillilər tərəfindən dağıdılmasından, yəhudilərin Babilistana sürgün edilməsindən və əsarətdən azad olmalarından danışılır. Həmçinin, Kətuvimin Daniel kitabında insanın ölümdən sonra dirilməsi, Allah qarşısında hesab verməsi, ümumiyyətlə axirət həyatı təsvir olunur.

Kətuvimdəki Kohelet (Vaiz) kitabını xüsusilə qeyd etmək lazımdır. Bu kitabın filosoflar, ədəbiyyatçılar və psixoloqlar arasında çox populyar olduğunu desək, yanılmarıq. Xüsusən dünyanın fani olduğunu göstərmək üçün fəlsəfi-ideoloji cərəyanlar bu kitabdan sitat gətirməyi xoşlayırlar. Həqiqətən də, Vaiz Kitabında bədbinliyin izlərinə rast gəlmək mümkündür. Bu kitabda həyatın zövqləri bir-bir qeyd edilərək, onların boş şey olduğu bildirilir. Yalnız Allah qorxusunun və Onun əmrlərinə tabe olmağın mənasız şey olmadığı ifadə edilir.

Tanaxda yer alan kitabların yazılma tarixi fərqlidir və alimlər arasında mübahisə doğurur. Məsələn, yəhudilər və xristianlar Tanaxı müqəddəs hesab edir və belə qənaətdədirlər ki, onun bütün kitabları Müqəddəs Ruhdan (Ruax Ha-Qodeş) ilhamlanmış insanlar yazıblar. Tarixçilər və tədqiqatçıların çoxu bu fikirlə razı olmasa da, həqiqət odur ki, tarixi nəzərdən Tanaxın böyük əhəmiyyəti var. Bu Müqəddəs Kitabda yəhudi xalqının İkinci Məbəd dövrünə qədərki tarixi haqda danışılır və son dövrlər aşkarlanan arxeoloji tapıntılar onun həqiqiliyini təsdiq edir.

Tarixçilərin Tanaxa marağı günü-gündən artır. Onlar bu kitabda deyilənlərə əfsanə kimi yanaşmır, tarixi hadisə və həqiqət kimi qəbul edirlər. Bütün bunlar isə onu göstərir ki, Müqəddəs Kitab bundan sonra da aktuallığını qoruyacaqdır.

Mənbə

Antropomorfizm

Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi.

Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur.

Debora

Debora — "Tanax"a görə İsrail Krallığından əvvəlki hakimlər dövründə yaşamış dördüncü hakim, tək qadın hakim və Yəhudilikdə qəbul olunan qadın peyğəmbər. Onun barəsində "Tanax"dakı "Hakimlər Kitabı"nda iki fərqli yerdə – "Hakimlər 4" və "Hakimlər 5"-də məlumat verilmişdir.

Həyat

Həyat — Bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi maddələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır.

Tövrat

Tövrat (Ərəb dili:توراة İvrit dili : תּוֹרָה Torah ). Qədim ibrani dilində bu kəlmənin ilkin mənası “qanun”, “təlim” yaxud “öyüd-nəsihət” olub. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur.

Yaradılış kitabı

Tekvin və ya Yaradılış, Tanax və Əhdi-Ətiqin ilk beş kitabını formalaşdıran Tövratın birinci kitabı. Ümumi olaraq 50 bölümdən ibarətdir.

Kitabın adı Qərb dillərinə adı Yunancada “yaradılış, doğuş” mənasında olan Genesis sözündən keçmişdir. Yəhudi ənənəsində isə kitabın adı, kitabın ilk kəliməsi olan “ilk, başlanğıc” mənasına gələn Bişvil Reşit ya da qısaca Bereşit sözündən yaranmışdır.

Dünyanın yaradılışını, Adəm ilə Həvvanı, cənnətdən qovulmanı, Habil və Qabili, Nuh Tûfânını, Babil qülləsini və İbrahim, İshaq, Yaqub və Yusif peyğəmbərlərin hekayələrini anladır.

İsrail tarixi

İsrail tarixi - Müasir İsrail dövlətinin və İsrail torpağında yaşamış yəhudilərinin tarixi. Müasir İsrail dövlətinin ərazisi indiki Uels qədər və ya Kosta-Rikanın yarısı qədərdir. Dövlətin yerləşdiyi torpaqlar qədim İsrail dövlətinin və Yehuda krallıqlarının mövcud olduğu torpaqlardır. İsraildə ivrit dili vəsəmavi dinlər yaranmışdır. İsrail yəhudilik, islam, xristianlıq kimi dinlərin yarandığı məkandır.

Müxtəlif imperatorluqların hakimiyyəti altında olsa da qədim İsrail dövləti İsrail-Roma müharibəsinə qədər yəhudi dövləti qalmaqda idi. Amma daha sonra Amma daha sonra bölgə III əsrdən etibarən xristianlaşdı, ardınca VII-XX əsrlərdə müsəlmanlaşdı. Roma dövlətinin fəthindən sonra qədim İsrail torpaqları Müqəddəs Fələstin torpaqları adlandırılmağa başlandı. 1096-1921-ci illəri arasında bu bölgə xristianlar və müsəlmanlar arasında müharibələrə səhnə olurdu. Səlibçi yürüşlərinin bitməsindən 1917-ci il ingilis fəthinə qədər İsrail torpaqları Misir Məmlük Sultanlığının Suriya vilayətinin parçasl idi.

XIX əsrin sonlarında yəhudilərə qarşı zülmün artması sionist hərakatını başlatdı və qədim İsrail torpaqları olan Fələstində yeni bir İsrail dövlətinin yaradılması ideyası dəstəkləndi. Suriyanın ingilislər tərəfindən fəth edilməsindən, Balfour deklerasiyasından və Fələstin mandatının yaranmasından sonra Aliyah (İsrail topraqlarına yəhudilərin qayıtması) arttı və bu vəziyyət Ərəb-Yəhudi gərginliyini yaratdı. 1948-ci ildə İsrailin müstəqillik əldə etməsi ilə Avropanın bir çox ölkəsindən İsrailə yəhudi köçdü və İsraildən bir çox ərəb ölkələrinə köçdü. Bu köçlər Ərəb-İsrail münqişəsini daha da alovlandırmışdır. Hazırda dünya yəhudilərinin 42%-i İsraildə yaşayır.

1970-ci illərdən bəri ABŞ İsrailin əsas müttəfiqi oldu. 1979-cu ildə Misir və İsrail arasında sülh müqaviləsi imzalandı. 1993-cu ildə İsrail Fələstin Qurtuluş Təşkilatı ilə (Oslo müqaviləsi), 1994-cü ildə İordaniya ilə sülh mqaviləsi imzaladı. İsrail və Fələstin arasında nə qədər sülh vəziyyəti yaradılmağa çalışılsa da münaqişə davam etməkdədir. İsrail əvvəl sosialist ölkə idi, 1970-ci illərə qədər sosialistlər tərəfindən idarə olunurdu. Lakin daha sonra ölkə kapitalizmə yönəldi.

İudaizm və Xristianlıq

Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.

Şeytan

Satana və ya Şeytan – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.

Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.

Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətlik azad ola bilir. Lakin, məğlub edilir və Alov gölünə atılır. Xristianlıqda Satana həm də Şeytan (ing. Devil) adlandırılır və Varlıq kitabında onun adı çəkilməsə də, Eden bağındakı ilanın o olması bildirilir. Orta əsr Xristian teologiyasında Şeytan minimal rol oynamış və yalnız mistik tamaşalarda komik personaj kimi xatırlanmışdır. Erkən modern dövrdə Şeytnın dində rolu əhəmiyyətli dərəcədə artmış, demonik təsir və cadugərlik tez-tez xatırlanmağa başlamışdır. Maarifçilik dövründə Şeytanın varlığına inam ciddi tənqid olunurdu. Buna baxmayaraq Şeytana inam həmin dövrdə kəşf olunmuş Amerikaya da ayaq açmış və əsaslı şəkildə möhkəmlənmişdir.

Quranda alovdan yaradılmış olan və İblis adı ilə də tanınan Şeytan, özündən sonra yaradılmış Adəmə boyun əyməkdən imtina etdiyinə görə Cənnətdən qovulur. Bundan sonra o, vəsvəsə (şeytani təkliflər) vasitəsiylə insanlara təsir edərək onları günah işlər görməyə sövq edir. Şeytan adətən şər qüvvə kimi təsvir edilsə dəİblis, bəzi inanclarda bunun tam əksini müşahidə etmək mümkündür.

Teistik satanizmdə Şeytan, inanılan və ibadət edilən varlıq kimi qəbul edilir. La-Veya satanizmdə Şeytan xoş əməllər və azadlığın təmsilçisi hesab edilir. Bibliyada və Quranda Şeytanın xarici görünüşü heç vaxt təsvir edilməsə də, XIX əsrdən başlayaraq Xristian incəsənətində o, buynuzlu, haça dırnaqlı, qeyri-adi tüklü ayaqlarla, çox vaxt çılpaq və əlində yaba tutmuş halda təsvir edilir. İslam miniatürlərində də Şeytan buynuzlu, qabarıq dişli, quyruqlu və caynaqlı təsvir edilir. Bu vizual xüsusiyyətlər əsasən müxtəlif paqan tanrılarından - əsasən Pan, Poseydon və Besdən alınmışdır. Xristian ədəbiyyatında tez-tez xatırlanan Şeytan, Dantenin “İlahi komediya”sında, Faust əfsanələrində, Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət” poemalarında, həmçinin Uilyam Bleykin poemalarında xüsusilə canlı təsvir edilir. Müasir dövrdə Şeytan müxtəlif film, televiziya və musiqi əsərlərində xatırlanır.

Əhdi-Ətiq

Əhdi-Ətiq - Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. 39 kitabdan ibarət olub, e.ə. 3-2 əsrlərdə tamamlanmışdır. Yəhudilər və xristianlar tərəfindən Müqəddəs Yazılar kimi qəbul olunur. Yəhudilər Əhdi-Ətiqə Tanax deyirlər. Tanax 3 hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). “Tanax” adı bu üç hissənin ibrani dilindəki baş hərflərinin birləşməsindən meydana gələn sözdür (Ta-Na-X).

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.