Talavera-de-la-Reyna dulusçuluğu

Talavera-de-la-Reyna dulusçuluğu (isp. Cerámica de Talavera de la Reina) — İspaniyanın Toledo əyalətinin Talavera-de-la-Reyna şəhərinə xas olan dulusçuluq. Son dövrlərində aparılmış arxeoloji qazıntılar zamanı bu dulusçuluq stilində hazırlanmış qablar, küpələr və digər əşyalar tapılmışdır. Bəzi materialların tarixi Qədim Roma imperiyasına qədər uzanır.

Ərəblər şəhərə yeni dulusçuluq texnikaları (eləcə də, yeni növ dulusçuluq üçün yeni növ soba) gətirmişdilər. Bu dövr zamanı qabların üzərində abstrakt motivlər olurdu. XV əsrdə Jan Floris Hollandiyadan yeni stil gətirmişdir. Jan Floris burada dulusçuluq müəssəsi açaraq şəhərin dulusçuluq ənənəsinin əsasını başlatmışdır.[1]

Talavera keramikasından fəvvarələrin hazırlanmasında istifadə olunmuşdu: nümunələr KubaBraziliyada mövcuddur. Həmçinin binaların tikintisində də bu tərzdən istifadə olunmuşdur: Nyu-Orlean, ParisTokio şəhərlərində nümunələrini görmək mümkündür. Kral saraylarında və dünyadakı bir çox muzeylərdə istifadə edilməsi onun keyfiyyətindən xəbər verir.

Talavera-de-la-Reyna dulusçuluğunun bir çox stilləri vardır:

  • Barokko
  • İntibah
  • Quş kolleksiyaları
  • Ev kolleksiyaları
  • Dini kolleksiyalar
  • Ov səhnələri

Ruiz de Luna və Emilio Niveyro kimi emalatxanalarda hələ də Talavera-de-la-Reyna dulusçuluğunun ənənələri qorunub saxlanılır.

Cerámica Talavera2

Qalereya

Fuenteranas

Prados bağlarında qurbağa fəvvarəsi, Talavera-de-la-Reyna.

Ceramica Talavera fuente decorada ni

Talavera-de-la-Reyna şəhərində keramika. Fabio Nelli Sarayında yerləşən Valyadolid muzeyi.

Talaveramenhires

Talavera menhirləri.

İstinadlar

  1. Natacha Seseña: Cacharrería popular. La alfarería de basto en España; 1997, Alianza Editorial. ISBN 84-206-4255-X; p. 238.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.