Tər

Tər — tər vəzləri vasitəsi ilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır.

Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir - bir kvadrat santimetrdə 600 ədəddir.

Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır.

Amanda Françozo At The Runner Sports Fragment
Tər damcıları

Ədəbiyyat

  • Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]". Zeitschrift Für Erkrankungen Der Atmungsorgane (in German) 175 (2): 70–5. PMID 2264363.
  • Nadel ER, Bullard RW, Stolwijk JA (July 1971). "Importance of skin temperature in the regulation of sweating". Journal of Applied Physiology 31 (1): 80–7. PMID 5556967.
  • Sato K, Kang WH, Saga K, Sato KT (April 1989). "Biology of sweat glands and their disorders. I. Normal sweat gland function". Journal of the American Academy of Dermatology 20 (4): 537–63. doi:10.1016/S0190-9622(89)70063-3. PMID 2654204.
Başınağacı

Başınağacı (lat. Viburnum) – adokskimilər fəsiləsinə aid bitki cinsi.Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (Viburnum opulus) istifadə edilir.

Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir.

Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb. Ona daha çox meşələrdə, çayların kənarında və kolluqlarda rast gəlinir. Bundan əlavə – bağlarda, parklarda bəzək bitkisi kimi də becərilir.

Başınağacının meyvələrindən daha çox istifadə edilir. Meyvələrini tamam yetişəndə toplayır, onlardan həm təzə-tər, həm də xüsusi quruducularda qurudub istifadə edirlər.

Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər – [32 %-ə qədər], aşı maddələri [3 %], ursol və xlorogen turşuları, üzvi turşular [3 – 4 %], C və K vitaminləri vardır.

Elmi təbabətdə başınağacının qabıqlarından sulu dəmləmə, bişirmə və duru ekstrakt formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir.

Dəri

Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtük.

Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin tempratur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır.

Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhzullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur.

İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay fəslində tərin miqdarı 2-3 dəfə artır.

Endokrin sistemi

Endokrin sistemi və ya humoral sistem (lat. humor − "maye" deməkdir.) − bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin yaratdığı bioloji orqanlar sistemi

Free-to-play

Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən video oyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium video oyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür video oyunlarında, oyunçulara tam funksional bir video oyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikro-ödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.

Köpək

İt və ya köpək (lat. Canis lupus familiaris) — Carnivora dəstəsindan bir məməli növü.

Kükü plov

Kükü plov - Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.

Məməlilər

Məməlilər (lat. Mammalia) - xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan sinfidir.

Məməlilərin sinfinə aid iki - İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var.

Xarakterik xüsusiyyətləri bunlardır: körpə balalarını südlə bəsləyirlər, bədənləri tüklə örtülüdür. İnsan, Fil, inək, at, camış, keçi, şir və s. məməlilərə aiddir. Suda yaşayan balinalar da bu qrupa daxil olsa da, onların bədənlərindəki tüklər təkamül nəticəsində yox olmuşdur.

Məməlilər onurğalı heyvanların ən ali sinfidir. Məməli heyvanlar üçün bədənin tükİə örtülü olması, onların bala doğub südlə bəsləməsi, dodaqların əmələ gəlməsi, qulaq seyvanı və ya xarici qulağın olması, alt çənədə əlavə oynağın əmələ gəlməsi və beyin yarımkürələrində yeni qabığın əmələ gəlməsi, ürəkdən təkcə sol aorta qövsünün çıxması, bədən boşluğunun diafraqma pərdəsi ilə qarın və köks (sinə) boşluqlarına ayrılması və s. səciyyəvi əlamətlərdir.

Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır. Doğum zamanı balanın formalaşması məməli növünə görə dəyişir. Kor (və əsasən çılpaq) doğulan və bəzən illərlə anası tərəfindən böyüdülən məməli növləri olduğu kim, doğulduqdan qısa müddət sonra yeriməyə və ya üzməyə başlayan məməl növləri də var. Ancaq ümumilikdə balaların müəyyən müddət ana tərəfindən baxılması məcburidir. Dişi məməlilər balalarını zəngin tərkibli süd ilə qidalandırır.

Məməlilər müxtəlif böyüklükdə olur. Ən balaca məməli böcəklərlə qidalanan yarasa (Craseonycteris thonglongyai-3 sm, 1 qr); ən böyük məməli isə mavi balinadır (Balaenoptera musculus -35 m, 120ton). Məməlilərin bədəni isti və ya soyuq iqlimdə yaşamaq üçün fərqli xüsusiyətlərə sahibdir. Quru məməliləri qalın bir qış kürkünə , dəniz məməliləri isə dəri altında qalın bir yağ təbəqəsi və ya yağlanmış bir kürkə sahibdir. Bəi məməlilər qış yuxusuna yataraq bu dövrdə enerjiyə qənaət etmiş olurlar. Qidanın bol olduğu dövrdə yığdığı kaloriləri, qidanın az olduğu dövrdə yuxu zamanı sərf edirlər (sincablar, ayılar və porsuqlar kimi).

Qalay

Qalay (Sn), (lat. Stannum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element.

Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur.

Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur. Qalay mədə fermenti qastrinin tərkibinə daxildir, flavin fermentlərinin aktivliyinə təsir edir, böyümə prosesini gücləndirə bilir.

Orqanizmdən qalay sidik, nəcis və tər vasitəsi ilə xaric olunur. İnsan üçün zəhərlilik dozası 2q-dır.

Qalay insan orqanizminə aşağıdakı əsas mənbələr vasitəsi ilə daxil olur.

Bitki mənşəli məhsullar: tərəvəz.

Heyvan mənşəli məhsullar: piylər, yağlı balıq.

Qalayın daha geniş məlum olan və insan tərəfindən geniş istifadə olunan birləşmələri aşağıdakılardır.

SnS2 – qalay disulfid, susal qızılı

SnO2 – qalay oksid. Kassiterit, qalay daşı

Cu2FeSnS4 – stanin, qalay kolçedanı.

Qalay hələ qədimdən insanlara məlum olan metallardan biridir. Qalayın mis ilə ərintisi – bürünc 4000ildən çox əvvəl ilk dəfə alınmışdır.

Insan bədənində qalay atomlarının sayı 1,5·1020, bir insan hüceyrəsində isə 1,5·106 ədəddir.

Qalayın qida məhsulları ilə orqanizmə daxil olan sutqalıq miqdarı 0,004 mq-dır. Qalay və onun oksidi SnO2 qida turşularının, duzların və qidanın digər komponentlərinin təsirinə davamlıdır. Odur ki, ondan ağ dəmiri (tənəkəni) qalaylamaq üçün istifadə olunur. Belə qalaylanmış materialdan konserv bankaları hazırlanır. Akademik A.E. Fersman qalayı konserv bankası metalı adlandırmışdır.

Qalay taunu hadisəsi adi ağ qalayın digər şəkildəyişməyə - boz qalaya çevrilməsidir. Belə ki, 14 °C-dən aşağı temperaturda sıxlığın xeyli dəyişməsi səbəbindən metal boz toza çevrilir. Qütb tədqiqatçısı R.Skottun Cənub qütbünə 1912-ci ildə ekspedisiya zamanı yanacaq ehtiyatı itkisi səbəbindən bütün ekspedisiya məhv olunmuşdu. Yanacaq qalay ilə lehimlənmiş baklarda idi və ağ qalayın boz qalaya çevrilməsi mənfi 33 °C-də daha sürətliə getdiyindən baklar deşilmiş, yanacaq axıb tökülmüşdür.

Radium

Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı.

Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2. Bu zaman əmələ gələn radium – hidroksid qüvvətli əsasdır, suda yaxşı həll olur. Ona natrium – sulfat məhlulu ilə təsir etdikdə turşularda həll olmayan ağ rəngli radium – sulfat çöküntüsü əmələ gəlir: Ra(OH)2+Na2SO4=RaSO4+2NaOH.

Təbiətdə radium 238 U-in radioaktiv parçalanmasından əmələ gəlir. Ona görə də təəcüblü deyil ki, onu uran filizlərindən əldə edirlər. 236 Ra izotopunun yarımparçalanma periodu 1600 ildir. Bu zaman radioaktiv radon qazı əmələ gəlir.

Radium metalı təbiətdə olan ən radioaktiv maddə statusuna malikdir. İlk olaraq Mariya və Pyer Küri mineral uran filizindən radiumun alınmasına nail olmuşlar.Tonlarla filiz emal etdikdən sonra cəmi 0,1 qram radium ala bilmişlər və, onun insan dərisi ilə təmasda olduğunda, yanıq əmələ gətirməsini müəyyən etmişlər.

Daha sonra Pyer Küri və onunla çalışan tibb mütəxəssisləri radiumun radioaktiv təsiri ilə şişlərin dağıtma qabiliyyətini aşkar etmişlər. “Küri terapiyası” həm kəşf edilmə zamanına görə, həm də əhəmiyyətinə görə xərçəng xəstəliyinin şua ilə ilk müalicə üsulu idi.

“Qorxunc” mavi işıq saçan radium təbii enerji mənbəyi kimi, diş məcunun hazırlanmasından başlayaraq, saç bəsləmə maddələrinə qədər bir çox məhsulların tərkibinə daxil edilirdi. O, lüminissent tərkiblərin hazırlanmasında da geniş tətbiq olunurdu, saatları rəngləyən qadınlardan ibarət qrupun hamısı xərçəng və anemiya xəstəliyinə düşmədiyinə qədər. Qadınlar istifadə etdikləri fırçaları ağızlarında isladırdılar ki, fırça tükcüklərini birləşdirsinlər və bu zaman radioaktiv maddəni udmuş olurdular.

Sınıqkilsə

Sınıqkilsə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1993-cü ilin aprel ayının 2-də erməni işğalçıları tərəfindən işğal olunmuş, bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmış, kənd sakinlərinə məxsus olan on minlərlə baş mal-qara və digər var-dövlət ələ keçirilmişdir. Kəndin peyk vasitəsilə çəkilmiş son dövrünə aid şəkilləri onu göstərir ki, kənddə xeyli sayda erməni ailəsi məskunlaşdırılmişdır və onlar təsərrüfat fəaliyyəti ilə məşğuldur.

Tər vəziləri

Tər vəziləri - orqanizmdə tərləmə prossesini yerinə yetirən vəzilərdir.

Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir.

Tər vəziləri dırnaq və saç kimi dərinin əlavələri qəbul edilir. Bu vəzilər fiziki quruluşları, orqanizmdə yaşayış yerləri və funksiyalarına görə 3 müxtəlif alt qrupda bölünürlər.

Apokrin tər vəziləri

Ekrin tər vəziləri

Apoekrin tər vəziləri

Yay

Yay — ilin dörd fəslindən biri.

Şotlanlı (Ağdam)

Şotlanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.

Şəkərbura

Şəkərbura Azərbaycanda Novruz bayramının simvollarından sayılan şirniyyat növü.

Əriştə

Əriştə — türk yeməyidir. Un, yumurta, yağ və duz qarışığı olan xəmirin, oxlov ilə açılaraq incə lentlər halında kəsilməsi ilə edilən bir növ makarondur.

Anadoluda qışlıq yemək olaraq istehlak edilər. Şorbasından makaronuna qədər bir çox şəkildə istehlak edilər.

Əvəlik dolması

Əvəlik dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.