Təbaşir dövrü

Təbaşir dövrüMezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə təbaşir dövrü 145,5 mln. il bundan əvvəl başlamış, təqribən 66 milyon il əvvəl başa çatmışdır.

Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən ayrılmışdır.

Geoxronoloji şkala

Fanerozoy

Proterozoy

  • Neoproterozoy
    • Ediakar
    • Kriogen
    • Ton
  • Mezoproterozoy
  • Paleoproterozoy
    • Stater
    • Orozir
    • Rias
    • Sider

Arxey

  • Neoarxey
  • Mezoarxey
  • Paleoarxey
  • Eoarxey

Katarxey

Geologiya

Stratiqrafik bölgülər

Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst. Alt şöbə Berrias, Valanjin, Qoteriv, Barrem, Apt, Alb, Üst şöbə isə Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt mərtəbələrindən ibarətdir.

Təbaşir dövrünün birinci yarısı ümumiyyətlə qalxma hərəkətlərinin üstünlüyü ilə səciyyəvidir. Dövrün birinci yarısının sonunda, Alb əsrində enmə prosesi başlamış, üst təbaşirdə daha inkişaf etmiş və böyük transqressiya (yer daxilində ən böyük transqressiyalardan biri) ilə müşahidə olunmuşdur. Təbaşir dövrünün sonunda yenidən qalxma hərəkətləri baş vermiş və dəniz hövzələri xeyli kiçilmişdir. İntensiv, qırışıq əmələgəlmə prosesləri, əsasən, Sakit okean geosinklinal qurşağında olmuşdur.

Təbaşir dövrünün ortalarında Şərqi Asiyada qırışıq əmələgəlmə prosesləri qurtarmışdır. Sonrakı hərəkətlər Oxotyanı zonanı əhatə etmişdir. Təbaşir dövrünün sonunda And dağlarının şimal hissəsi və qayalı dağlar formalaşmışdır. Aralıq dənizi geosinklinalında tektonik hərəkətlər zəif olmuşdur. Təbaşir dövründə iri yarıqlar əmələ gəlmiş (xüsusilə cənub materiklərində) Qondvananın parçalanma prosesi tamamlanmışdır.

Üst Təbaşirdə güclü vulkan püskürmələri olmuşdur. Təbaşir dövrü çöküntülərində əhəngdaşına çevrilmiş əhəngli və əhəngli-gilli lil, mergel və yazı təbaşiri (adı burdan götürülmüşdür) üstünlük təşkil etmişdir. Onurğasızlardan ammonit və beleminitlər daha da inkişaf etmiş, inoseramlar, əyri kirpilər, onurğalılardan sürünənlər geniş yayılmışdır. Ciftli məməlilər meydana gəlmişdir.

Təbaşir dövrünün sonunda sürünənlərin çoxu, ammonitlər, belemnitlər, və s. qırılmışdır. Təbaşir dövrünün florası çılpaqtoxumlularınqıjıkimilərin üstünlüyü ilə xarakterizə olunur. Təbaşir dövründədə örtülütoxumlular əmələ gəlmiş və inkişaf etmişdir. Təbaşir dövrü çöküntüləri bütün qitələrdə yayılmışdır. Şərqi Avropa platformasında Krım, Karpat və Qafqazın dağlıq sahələrində geniş yer tutur.

Təbaşir dövrü çöküntülərinin Azərbaycanda Böyük və Kiçik Qafqazda, Naxçıvan MR-də çıxışları var, Quba-Xəzəryanı bölgədə və Kür-Araz ovalığında qazma quyularında açılmışdır. Terrigen, karbonat və maqmatik suxurlardan ibarətdir. Bu çöküntülərdə Təbaşir dövrünə xas onurğasız heyvanların bütün nümayəndələrinin daşlaşmış qalıqları var. Təbaşir dövrü çöküntülərində bir çox faydalı qazıntı yataqları (kömür, neft, qaz, boksit, qalay, qurğuşun, civə və s.) aşkar edilmişdir.

Xarici keçidlər

Aeolosaurus

Eolozavr (lat. Aeolosaurus) — Titanozavr qrupuna Zauropod infradəstəsinə aid ot yeyən dinozavr cinsi. Təbaşir dövrü 70—68 milyon il əvvəl Cənubi Amerika ərazisində yaşamışlar. Onların sümüklərinə 1987-ci ildə Powell tərəfindən qeydə almışdır. Onların qalıqlarına Argentina və Braziliya ərazisində aşkarlanmışdır.

Aepisaurus

Epizavr (lat. Aepisaurus) — Zauropodlar infradəstəsinə aid ot yeyən dinozavr cinsi. Təbaşir dövründə 70-68 milyon il öncə Avropa ərazisində yaşamışdır. Onların qalıqları Fransada aşkarlanmışdır. Onlar haqqında il dəfə Gervais 1852-ci ildə məlumat vermişdir. Yeganə aşkarlanan çiyin sümüyü hazırda itirilmişdir. Hazırda yalnız bir növ daxildir - Aepisaurus elephantinus. Hazırda nomen dubium kimi qeyd edilir.

Afrovenator

Аfrovenator (lat. Afrovenator) — Nеоvеnаtоridlər fəsiləsinə aid dinozavr növü. Təbaşir dövründə 135 milyon il öncə indiki Afrika ərazisində yayılmışdır. Onların qalıqları Niger ərazisində Agadez adlı yerdə (Tiourarén formasiyada) aşkarlanmışdır. İlk dəfə Pol Sereno tərəfindən 1994-ci ildə ətraflı məlumat verilmişdir. Bu cinsə yalnız bir növ davildir — Afrovenator abakensis.

Amurozavr

Amurozavr (lat. Amurosaurus) — Qadrozavr fəsiləsinə aid dinozavr cinsi. Bu cinsinə — Amurosaurus riabinini növü daxildir. Amurozavrlar Təbaşir dövrünün sonlarında 74-65 milyon il öncə yaşamışlar. Onların bütün sümükləri aşkarlanmasada, uzunluqlarının təxmini 6-8 m olduğu ehtimal olunur.

İlk dəfə rus paleontoloqlar Yuriy Bolotski və Sergey Kurzanov tərəfindən 1991-ci ildə ətraflı məlumat vermişlər. Öz adını Amur çayı və qədim yunan sözü olan (kərtənkələ) birləşməsindən əmələ gəlmişdir. Amur çayı Rusiya və Çin arasında sərhədi təşkil edir.

Antarktozavr

Antarktozavr (lat. Antarctosaurus) — Təbaşir dövründə yayılmış və 84—65 milyon il önçə yayılmışlar.

Argentinozavr

Argentinozavr (lat. Argentinosaurus) — ölçülərinə görə mövcid olmuş ən iri dinozavrlardan biridir. Onların skletlərinin yalnız bir necə fraqmenti aşkarlanmışdır. Bu səbəbdən onların dəqiq ölçülərini demək mumkün deyil. Bununla belə alimlər onların uzunluğunu 22–35 m, cəkisini isə 60 - 108 t qiymətləndirirlər. Tapılan dinozavlar skletinin hissələri arasında aşkarlanmış onurğa fəqərəsinin hündürlüyü 159 sm-dir. Bu tapıntılar Argentinada yerli paleontoloqlar Xose Fernando Bonapart və Rodolfo Kоria 1993-cü ildə aşkarlanmışdır. Aşkarlanan tapıntılar Təbaşir dövründə 115-90 milyon il öncə yaşamışdır.

Arqirozavr

Arqirozavr (lat. Argyrosaurus; «Gümüşü kərtənkələ», ἄργυρος — Gümüş və σαῦρος — kərtənkələ) — Ot yeyən Dinozavr növü olaraq Titatozavr qrupuna daxildir. 70 milyon il öncə Təbaşir dövründə yaşamışlar. Onlar hazır ki, Cənubi Amerika ərazisində (Argentina və Uruqvay) yayılmışdır. Arqirozavr dünyanın ən iri dinozavrlarından biridir. Onun uzunluğu 20-30 metr, çəkisi 80 ton olmuşdur.

Arqirozavrın tipik növü Argyrosaurus superbus - dır (А. Superbus). İlk dəfə 1893-ci ildə paleontoloq Richard Lydekker tərəfindən yazılmışdır.

Atlaskopkozavr

Atlaskopkozavr (lat. Atlascopcosaurus) — Hypsilophodontidae fəsiləsinə aid dinozavr cinsi. Atlaskopkozavrlar Təbaşir dövründə (125-99 milyon il öncə) indiki Avstraliya ərazisində yayılmışlar. Onların qalıqları Viktoriya ştatı ərazisində aşkarlanmışdır. İlk dəfə paleontoloq Riç tərəfindən 1989-ci ildə məlumat verilmişdir. Elmə bir növü məlumdur: Atlascopcosaurus loadsi. Dinozavrın adı «Atlaskopkozavr» ona Viktoriya ştatında dinozavrların aşkarlanması üçün qazıntıları təşkil edən «Atlas Copco» şirkətindən götürülmüşdür.

Avimim

Аvimim (lat. Avimimus — "Quşa bənzəyir") — Avimimidae fəsiləsinə aid dinozavr növü.

Eqiptozavr

Eqiptozavr (lat. Aegyptosaurus;. «Misirli kərtənkələ») — Titonozavr qrupuna, Zauropodlar infra dəstəsinə aid ot yeyən canlı olmuşdur. Onlar Təbaşir dövrünün sonlarına yaxın 95 milyon il əvvəl hazırki Afrika ərazisində yayılmışlar. Onların qalıqlarına, Misir və,Niger dövlətlərinin ərazilərində Böyük Səhranın müxtəlif bölgələrində aşkarlanmışdır. İlk dəfə Ernest Ştromer tərəfindən 1932-ci ildə ətraflı izah etmişdir. Cəmi 7 Aegyptosaurus skleti aşkarlanmışdır.

Karkarodontozavr

Karkarodontozavr (yunanca"Köpək balığı dişli kərtənkələ") - 95 milyon il əvvəl yaşamış nəhəng yırtıcı dinozavr. Məşhur Tironazavr Reksdən belə böyük idi. Əsasən Şimali Afrikada yaşamışdır.

Mezozoy

Mezozoy erası (yun. μεσο - "orta" və ζωον - "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251-65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir.

Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi.

Qiqantoraptor

Qiqantoraptor (lat. Gigantoraptor) — Oviraptoridae fəsiləsinə aid Dinozavr növü. Onlar Təbaşir dövrünün sonları 89-85 milyon il öncə yayılmışlar. Onların qalıqları Asiyada Çinin Daxili Monqolustan vilayəti ərazisində aşkarlanmışdır. İlk dəfə 2007-ci ildə Syo Sin tərəfindən ətraflı olaraq məlumat verilmişdir. Yalnız bir növə malikdir — G. erlianensis.

Superzavr

Superzavr (lat. Supersaurus vivianae) — Həhəng dinozavr olaraq zauropodlara daxildir. Onların qalıqları Təbaşir dövrünün sonlarına aiddir və ABŞ-ın Kolorado ərazisində aşkarlanmış. Adı "yuxarıkərtənkələ" mənasını verir. Onların skeletlərinin müxtəlif hissələri aşkarlanmışdır. Ola bilsin ki, bu qalıqlar müxtəlif növlərə aiddir. Superzavrlar 33-34 metr uzunluğa, 35-40 ton çəkiyə malik idilər.

Triseratops

Triseratops (lat. Triceratops) — ceratopsidae fəsiləsinə aid heyvan cinsi.

Son Təbaşır dövründə yaşamış buynuzlu dinozavrlar yarımdəstəsindən qazıntı halda tapılmış sürünən heyvan cinsi. Uzunluğu 6 metrədək, başında 3 buynuz (qısa burun və iki uzun alın buynuzu) olmuşdur. 4 nəhəng ayaq üzərində hərəkət etmişdir. Ot bitkiləri ilə qidalanmışdır. Qalıqları Şimali Amerika çöküntülərindən məlumdur.

Yutyrannus huali

Yutyrannus huali (lat.) — Yutyrannus cinsinə aid yeganə növ. Təbaşir dövründə 125 milyon il öncə yayılmışlar. Çinin Lyonin vilayəti ərazisində aşkarlanmışdır. Qiqantoraptordan sonra ən iri lələkli canlıdır. Onun çəkisi 1,4 ton və 9 metr uzunluğa malik imiş. Adi ləlıklərin uzunluğu 15 sm təşkil edirdi. Yutyrannus adı Çin sözü olan yu, 羽 (lələk), növ adı isə Y. huali — huáli, 华丽 (gözəl)

Zauropodlar

Zauropodlar (lat. Sauropoda — «Kərtənkələayaq dinozavrlar») — Dördayaqlıların ən iri qrupuna daxil olan və otyeyən dinozavrlar. Onlar Yura dövründən Təbaşir dövrünə qədər ki, müddətdə (200—85 milyon öncə) yaşamışlar. Bütün materiklərdə infradəstəyə 130 növ, 13 fəsilə və 70-ə yaxın cins daxildir. Zauropodlərin bütün nümayəndələrinin nəsli kəsilmişdir. Ən çox adı çəkilən nümayəndəri: Diplodocus, Brachiosaurus və Apatosaurus.

Zavropodomorflar

Zavropodomorflar (lat. Sauropodomorpha) — Saurischia dəstəsinə aid altdəstə. Onlar əsasən Trias dövründən Təbaşir dövrünün sonlarına qədər (220-65 milyon il) yaşamış və yayılmışlar. Onların əsas xüsusiyyətləri bədən ölçülərinin böyük olması və ot yeyən olmalarıdır.

Şirşov silsiləsi

Şirşov silsiləsi — sualtı silsilə Berinq dənizində, 170—171° ş. u boyunca yerləşir.

Şirşova silsiləsi Olyotor yarımadasından başlayaraq 670 km cənuba istiqamətlənir. Şimalda eni 200 km, cənubds isə 25 km təşkil edir. Cənuba doğru Bauers silsiləsinə keçir. Silsilə Təbaşir dövrü vulkan məşəlli suxurlardan təşkil olunmuşdur.

Silsilə öz adını məşhur sovet alimi Pyotr Pyotroviç Şirşovun şərəfinə adlandırılmışdır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.