Subotiça

SubotiçaSerbiyanın şimalında Voyvodina muxtar vilayətində yerləşən şəhər.

Serb dili gündəlik həyatda ən çox işlədilən dildir. Macar dili gündəlik söhbətlərində əhalinin təxminən üçdə biri tərəfindən də istifadə olunur. Həm dillər həm də kommersiya və rəsmi lövhələrdə geniş şəkildə istifadə olunur [1]

Суботица

Mənbə

  1. "The Use of Hungarian and Serbian in the City of Szabadka/Subotica: An Empirical Study". İstifadə tarixi: 2017-09-08.
Azərbaycan-Serbiya futbol matçlarının siyahısı

Serbiya futbolu Azərbaycanda təkcə komandaları ilə oyunlarımıza görə deyil həm də futbolçularına görə tanınır. Artıq 6 ildir ki, hər transfer dövründə onlarla serbiyalı klublarımıza keçir. Daha artığı baxışa dəvət olunur, danışıqlar aparır. 2004/05 mövsümündə başlayan axın ərzində 100-ə yaxın serbin çıxış etdiyi Azərbaycanda ən məşhurları Branimir Subaşiç, Vladimir Miçoviç, Milan Zaqoratsdır. Ölkəmizdə 5 il çıxış edən sonuncularla müqayisədə vətənində daha tez qayıdan Branimir yığmamızın da şərəfini qoruyub. Serbiya millisindən imtina edən 28 yaşlı hücumçu hətta həmvətənlərinə 1:6 uduzduğumuz görüşün iştirakçısı olub. Millimizdə keçirdiyi 26 qarşılaşmada 6 qol vurmaqla, komandanın ən məhsuldar oyunçuları siyahısına da düşüb. Hazırda "Srvena Zvezda"da çıxış edən Subaşiç artıq neçə vaxtdır nə klub, nə yığmada oynayır.

Azərbaycanda serbiyalı baş məşqçiyə də təsadüf olunub. 2005/06 mövsümünün ilk 7 turundan sonra "Olimpik"in "sükanı arxasına" keçən Peter Kurçubiçin fəaliyyəti 19 matçdan ibarət olub.

Baçka

Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon.

Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir.

Dejö Kostolanyi

Dejö Kostolanyi (mac. Kosztolányi Dezső; 29 mart 1885(1885-03-29)[…], Subotiça, Voevodina – 3 noyabr 1936(1936-11-03)[…], Budapeşt) — Macarıstan şairi və nəsr yazıçısı.

Dunayska Streda

Dunayska Streda (slovak. Dunajská Streda, alm. Niedermarkt‎, mac. Dunaszerdahely) — Slovakiyanın cənubunda, Trnava bölgəsində şəhər. Əhalisi 23 562 nəfərdir (2004-cü il). Şəhər ölkədəki macar azlığının qeyri-rəsmi paytaxtıdır.

Nemanya Vidiç

Nemanya Vidiç (serb. Немања Видић, 21 Oktyabr 1981-də doğulub) serb karyerasını bitirmiş futbolçudur. O 2002-2011-ci illər aralığında Serbiya milli futbol komandasında çıxış etmişdir.

2000-ci illərin əvvəllərində Srvena Zvezda FK-da özünü yaxşı tərəfdən göstərir. Buna gorə də 2004-cü ilin yayında Spartak Moskva FK-na transfer olunur. 2006-cı il Dünya Çempionatının seçmə mərhələsində göstərdiyi oyunla məşhurluğu daha da artır. 2006-cı ilin yanvarında isə 7 milyon £ qarşılığında Mançester Yunaytedə keçir. Həmin il Rio Ferdinandla birlikdə oynadığı oyunla, dünyanın ən yaxşı müdafiə cütlüklərindən biri kimi hesab olunmağa başlanılır. O, 2014-cü ilin iyulunda kontraktı bitdikdən sonra Mançester Yunayteddən ayrılır.

Vidiç Mançester Yunayted FK-da böyük uğurlar qazanmışdır. Bu uğurlara 3 İngiltərə Premyer Liqası çempionluğu,UEFA Çempionlar Liqası çempionluğu,FİFA Klublararası Dünya Kuboku qalibiyyəti və 3 İngiltərə Liqa Kuboku çempionluğu aiddir.Şəxsi uğurlarına isə 2007-2009-cu illər aralığında qazandığı İngiltərədə ilin ən yaxşı 11-liyini göstərmək olar.2008-2009 sezonunda Mançester Yunaytedlə liqada 14 oyunda qapını toxunulmaz saxlanılmasında birbaşa iştirak edir və həmin sezonun ən yaxşı oyunçusu seçilir.O,həmçinin azarkeşlər və oyunçular arasında keçirilən ilin ən yaxşı oyunçusu müsabiqəsində də ilk pilləni tutur.2010-11 sezonun başlanğıcında isə klubun kapitanı seçilir.O kapitanlığı klubdan ayrıldığı 2013-14 sezonuna qədər davam etdirir.18 yanvar 2016 tarixində İnterlə müqaviləyə qarşılıqlı xitam verir.Sonrakı dövrlərdə MLSə keçmək barədə düşünsə də bu alınmır və 29 yanvar 2016-da karyerasını başa vurur.

Paliç gölü

Paliç gölü — Serbiyada göl. Subotiça şəhərindən 8 km aralıda yerləşir. Gölün ərazisi 4 km², ən dərin yeri 3,5 m-dir. Dəniz səviyyəsindən 101 m yüksəklikdə yerləşir. Göldə 19 balıq növü var.

Peter Leko

Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrossmeyster.

İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib.

2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir.

2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu.

2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.

2008-ci ildə şəxsi hesabda birinci lövhədə qızıl medal qazandı.

2013-cü ilin Dünya Kubokunda 0.5-1.5 hesabı ilə Julio Granda-ya məğlub oldu. Sonuncu Olimpiadada komanda hesabında gümüş medal qazandı

Serbiya macarları

Serbiya macarları — Serbiya Respublikası ərazisində yayılmış çox saylı milli azlıq.

Serbiya şəhərləri

Əlifba sırasıyla Serb şəhərləri

Spartak (ad)

Spartak — ad.

Spartak —Futbol klublarıSpartak Trnava FK —

Spartak Moskva FK —

Spartak Subotiça FK —DigərSpartak (film, 1960) —

Spartak Subotiça FK

Spartak Zlatibor Voda FK (serb-kiril Фудбалски клуб Спартак Суботица) və ya Spartak Subotiça FK (serb-kiril ФК Спартак Суботица), — Serbiyanın ən üst səviyyəli futbol liqası olan Serbiya Super Liqasında iştirak edən bir futbol klubu.

UEFA Avropa Liqası 2018/2019

UEFA Avropa Liqası 2018/2019 – UEFA tərəfindən keçirilən Avropanın ən böyük ikinci futbol tədbirinin 48.mövsümüdür. UEFA Avropa Liqası adı və formatıyla isə 10.mövsümdür.

Final matçı Azərbaycandakı Bakı Olimpiya Stadionunda iki ingilis klubu – Arsenal və Çelsi arasında keçirildi. Bu finalda ilk dəfə eyni şəhəri təmsil edən klublar iştirak edirdi. Bundan əlavə həm Çempionlar Liqası, həm də Avropa Liqasının finalında ingilis klubları üz-üzə gəldi. Bu da UEFA tarixində bir ilkdir. Bu uğuru ilk dəfə məhz ingilis klubları elə bu il qazandılar. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi Liverpul ilə mat, oynama hüququ qazandı.

Turnir tarixində ilk dəfə məhz bu il Video köməkçi hakim (VAR) sistemindən istifadə edildi.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.