Sinaqoq

Sinaqoq və ya xavra[1] və ya kənisə[2] (yunanca: συναγωγή, transliterasiyada synagogē; ibricə: בית כנסת, transkripsiyada bayt knesset - yığıncaq evi; idişcə: שול, transkripsiyada şul) — iudaizmdə ibadətlər üçün xüsusi bina.

Star of David.svg        Menora.svg
Yəhudilik
Praha Staronova Synagoga
1270-ci ildə tikilmiş Praqa sinaqoqu - dünyada fəaliyyətdə olan ən qədim sinaqoq

İstinadlar

  1. [1]
  2. [2]
16 may

16 may — Qriqorian təqvimi ilə ilin 136-cı (uzun illərdə 137-ci) günü.

9 noyabr

9 noyabr — Qriqorian təqvimi ilə ilin 313-cü günü (uzun illərdə 314-cü). İlin sonuna 52 gün qalır.

Azərbaycandakı sinaqoqların siyahısı

Azərbaycandakı sinaqoqların siyahısı — Azərbaycan Respublikasının ərazisində yerləşən sinaqoqlar.

Azərbaycanda yəhudilər əsasən Bakı, Sumqayıt, Quba və Oğuz şəhərlərində məskunlaşıblar. Yəhudilər Azərbaycanda 3 icma ilə — Dağ yəhudiləri, Gürcüstan yəhudiləri və Aşkenazi yəhudiləri icmaları ilə təmsil olunurlar. Aşkenazi yəhudilərinin Bakı dini icmasının keçmiş rəhbəri Qennadi Zelmanoviçin sözlərinə görə, hazırda Azərbaycanda 10 sinaqoq fəaliyyət göstərir. Sinaqoqların ikisi Bakıda, altısı Qubada, ikisi isə Oğuzda yerləşir.

Aşağı məhəllə sinaqoqu

Aşağı məhəllə sinaqoqu — Oğuz şəhəri, Qüdrət Ağakişiyev küçəsində yerləşən sinaqoq.

Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)

Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır.

Budapeşt

Budapeşt (mac. Budapest) — Macarıstanın paytaxtı. Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb.

Böyük Sinaqoq (Varşava)

Böyük Sinaqoq (ivr. בית הכנסת טלומצקה‎; pol. Wielka Synagoga w Warszawie) - Polşanın paytaxtı Varşava şəhərində yerləşmiş sinaqoq. Məbəd 1875-1878-ci illərdə şəhərdə yaşayan yerli yəhudi icması tərəfindən tikilimişdir. Böyük Sinaqoq olaraq adlandırılan məbəd 1878-ci ilin 26 sentyabr tarixində Roş Haşana bayramı münasibəti ilə istifadəyə verilir. Uzun müddət şəhərin əsas sinaqoqu olaraq fəaliyyət göstərən Böyük sinaqoq 1943-cü ildə Varşava gettosunda saxlanılan yəhudilər tərəfindən başladılmış Varşava gettosu üsyanı zamanı Üçüncü Reyx ordusu tərəfindən dağıdılmışdır.

Böyük sinaqoq (Tbilisi)

Böyük sinaqoq, Sefard sinaqoqu və ya Ahalsıx yəhudilərinin sinaqoqu (gürc. ახალციხელების სინაგოგა) – – Tbilisi yəhudi icmasının əsas ibadət məbədidir. Sinaqoq Qədim şəhər rayonunda, Kote Abxazi küç. 45-47 ünvanında, Yerusəlim meydanınn qarşısında yerləşir.

Dağ yəhudilərinin sinaqoqu (Bakı)

Dağ yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Əli Mərdan Topçubaşov küçəsi, 72 ünvanında yerləşən dağ yəhudilərinin sinaqoqu. Sinaqoq 2011-ci ildə inşa edilmişdir.

Etz Hayyim sinaqoqu

Etz Hayyim sinaqoqu (ivr. בית הכנסת עץ חיים‎) – Krit adasındakı Romaniot yəhudi cəmiyyətinə məxsus yeganə salamat qalmış sinaqoq. Sinaqoq bərpa edildikdən sonra turistik məkana çevrilmişdir. İspaniya kraliçası Sofiya və 6 mart 2006-cı ildə keçmiş Yunanıstan kralı II Konstantinin bacısı sinaqoqu ziyarət etmişdirlər.

5 yanvar 2010-cu ildə bir Britaniya vətəndaşı sinaqoqda yanğın törətməyə cəhd göstərmişdir.Hazırda sinaqoq birlikdə mehriban yaşamağın simvoludur.

Gürcü yəhudiləri

Gürcü yəhudiləri – qədimdən Gürcüstan ərazisində məskunlaşmış, burada yaşayan yerli xalqın adət-ənənəsini və dilini mənimsəmişlər. Bu baxımdan onlara "gürcü yəhudiləri" deyil, "Gürcüstan yəhudiləri" demək daha doğru olardı.

Lutsk

Lutsk (ukr. Луцьк, pol. Łuck, alm. Luzk‎) — Ukraynanın şimal-qərbində, Volın ərazi vahidinin mərkəzi şəhəri. Ukraynanın ən qədim şəhərlərindən hesab edilir. Lutsk haqqında ilk yazılara 1085-ci ilin sənədlərində rast gəlinir.

Midraş

Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır.Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir;

“Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir.Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur. Midraş ilə mədrəsə sözü eyni kökdən yaranmışdır.

Məbəd

Məbəd — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir.

Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi.

Nalçik

Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı.

Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir.

Qırmızı Qəsəbə

Fətəli xan, Qırmızı Qəsəbə və ya Qırmızı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Eyniadlı bələdiyyənin tərkibindədir.

Yuxarı məhəllə sinaqoqu

Yuxarı məhəllə sinaqoqu — Oğuz şəhəri, Arzu Əliyeva küçəsində yerləşən sinaqoq.

İudaizm

İudaizm (q.yun. Ἰουδαϊσμός) və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış təkallahlı din.

İvrit dili

İbri dili və ya İvrit dili (ivr. עברית‎) — Afro-Asiya dil ailəsinə məxsus sami dillərindən biri. Qədim yəhudi dilinin müasir modifikasiyasıdır. Semit dillərinin yeni mərhələsinə aiddir. İvrit əlifbası 22 samit hərfdən ibarətdir. İsrail dövlətinin rəsmi dilidir (ərəb dili ilə bərabər). Eliezer Ben Yehudanın (1858-1922) səyləri nəticəsində ivrit dili yenidən dirçəlmişdir.

XX əsrin əvvəllərinə qədər bir neçə tələffüz norması mövcud olmuşdur: aşkenaz (əsasən Şərqi Avropà mənşəli, Almaniyada yaşayan yəhudilərin arasında); sefard (Şərqi Aralıq dənizi hövzəsindən, Niderlanddan və Cənubi Fransadan çıxmış İspaniya yəhudilərinin istifadə etdikləri dil. Yazısı Yəhudi əlifbasındadır.

Qeyd: Azərbaycan dilində ivrit dili ibri yaxud ibrani dili olaraq tərcümə olunur.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.