Səfərad yəhudiləri

İbri dilində "Sfarat", İspaniya mənasına gəlməkdədir. İspaniya xaricində Portuqaliya, İtaliya, Şimali Afrika, İstanbul, Anadolu, Egey Adaları və Bizans İmperiyası ndan qalan Yəhudilər in də hamısı bu adla xatırlanar. 16. əsrdə bütün bu qruplar, Judeo-Espegnol və ya "Ladino" deyilən və İspaniyanın Kastilya ləhcəsinə əlavə edilmiş; Türkcə, İbranice hətta Yunancadan gələn sözlər və deyimlər olan dil danışırdılar. Bu dil bu günlərdə unudulmağa başlanmışdır. 1492də İspaniyadan atılan Yəhudilər, İspaniya mənşəli olduqları üçün özlərinə "Sefarad" adını qoymuşlar.

Star of David.svg        Menora.svg
Yəhudilik
Amir Haddad

Lorent Amir Xlifa Xedider Haddad (ivr. לורן עמיר חליפה חדידר חדד‎; d. 20 iyun 1984, Paris, Fransa) və ya sadəcə Amir Haddad (ivr. עמיר חדד‎) — yəhudi əsilli Fransa müğənnisi. O, 2006-cı ildə İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir. 2011-ci ildə ifaçının Vayehi adlı debüt albomu işıq üzü görmüşdür. Həmin ildə eyni zamanda Amir Fransanın The Voice səs yarışmasında iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. O, "J'ai cherché" mahnısı ilə Fransanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Avqolemono

Avqolemono (yunan dilində:Αυγολέμονο və ya yunan dilində:Αβγολέμονο) — ənənəvi yunan şorbası, ərəb, türk, yəhudi, italyan və Balkan xalqlarının mətbəxində də analoji şorbalara rast gəlmək mümkündür.

Moşe Kastel

Moşe Kastel (ivr. משה קסטל‎‎; 1909 – dekabr 12, 1991) — İsrailli rəssam.

Ruse

Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.

Rusenin coğrafi mövqeyi ölkənin iqtisadi və siyasi həyatında tərəqqiyə səbəb olur və o, Osmanlı imperiyası dövrünün ən inkişaf etmiş şəhərinə çevrilir, beləliklə də Dunayda strateji baza roluna malik olur. Şəhər XV əsrin sonlarında İspaniya dan qovulmuş böyük yəhudi (Səfərad yəhudiləri) icmasını qəbul edir. Osmanlı İmperiyası Balkanları tərk etdikdən sonra Ruse Bolqarıstanın şimalında sərhədyanı şəhər və liman olaraq qalır. Məhz həmin illərdə şəhərdə çoxlu sayda gözəl binalar inşa edilir ki, onların çoxu bu günə qədər saxlanıb.

Bu gün təpələrdə yerləşən şəhər, ilk növbədə Bolqarıstanın ən iri liman şəhərlərindən biridir. Dunay çayı üzərindəki nəhəng körpü Rumıniya ilə əlaqəni təmin edir və iki ölkə arasındakı sərhəd bu körpüdən keçir. Rusede yaşayan əhalinin milli tərkibi də çox rəngarəngdir: burada qaraçıların sayı Bolqarıstanın digər şəhərlərinə nisbətən xeyli çoxdur. Rusenin inzibati, tarixi və memarlıq mərkəzi şəhərin Baş meydanı və ümumən canlı, müasir, gözəl memarlıq qurğularına malik şəhər mərkəzi hesab edilir. Eyni zamanda şəhər daxilində çoxlu tarixi abidələr yerləşir.

Bunların içərisində şəhərin Tarix Muzeyi əzəmətli görkəmi ilə adamı valeh edir. Muzey Bolqar çarı Birinci Aleksandrın sarayı olmuş binada yerləşir. Baş meydanda Azadlıq abidəsi yerləşir. Bu abidə italiyalı memar Arnoldo Tsokinin ən uğurlu işi hesab edilir. Şəhər mərkəzindən şərqdə yerləşən qızılı günbəzli "Panteon" binasında bolqar xalqının əsl qəhrəman hesab etdiyi şəxslərin hamısı: Lyüben Karavelov, Zaxari Stoyanov, Baba Tonka, Angel Kınçev, Stefan Qaraca, Panoyt Xitov dəfn olunublar.

Gənclər parkında, müqəddəs Boqoroditsı kilsəsindən 50 metr aralıda 1837-ci ildə Sultan Mahmudun şəhərə gəlişi şərəfinə ucaldılmış mərmər sütun, "Çar daşı" heyrət doğurur.

Ruse şəhərindəki Angel Kınçev adına universitet Avropanın bir sıra qabaqcıl ali məktəbləri sırasında bu proqramın tərəfdaşıdır. 1954-cü ildən fəaliyyətə başlayan universitet bu gun Bolonya prosesinə və ümumən Avropa təhsil məkanına tam inteqrasiya olunub.

İstanbul

İstanbul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin əhali, iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhəridir. Şəhər, iqtisadi böyüklük baxımından dünyada 34-cü, əhali baxımından Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada iştirak etməkdədir.İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca salınmış şəhərdir. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avropa yakası (tur. Avrupa Yakası), Asiyadakı hissəsinə isə Asiya yakası (tur. Anadolu Yakası) deyilir. Tarixdə ilk dəfə olaraq üç tərəfini Mərmərə dənizi, Boğaziçi və Haliç'in qucaqladığı bir yarımada üzərində qurulan İstanbulun qərbdəki sərhədi İstanbul Surlarını meydana gətirir. İnkişaf və böyümə prosesində şəhər hər dəfə qərbə doğru divarlar quraraq 4 dəfə genişlənmişdir və şəhər 39 rayondan ibarətdir. Böyükşəhər bələdiyyəsi (tur. Büyükşehir Belediyesi) ilə birlikdə 40 bələdiyyəsi vardır.

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330-395-ci illər arasında Roma İmperiyasının, 395-1204 ilə 1261–1453 illəri arasında Bizans İmperiyasının, 1204–1261 arasında Latın İmperiyasının və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.Son illərdə ard-arda ortaya çıxarılan arxeoloji tapıntılar bəşəriyyətin tarixində mühüm rol oynamışdır. Yarımburgaz mağarasında çıxarılan daş alətlərlə, ibtidai insan izlərinin 400.000 il əvvəlinə söykəndiyi ortaya çıxmışdır. Bu arxeoloji tapıntılar təkcə İstanbul deyil, bütün Marmara regionunun ən qədim insan izləridir. Anadolu tərəfindəki ilk qəsəbələr İstanbulun Asiya yakasında Kalkedon, Avropa yakasında isə Bizans olmuşdur. Müstəqillik dövründən yüz il əvvəllər də əsarəti altında olduğu dövlətlərin paytaxtı olan İstanbul, bu xüsusiyyətini 13 oktyabr 1923-cü ildə paytaxtın Ankaraya daşınması ilə itirdi. Ancaq İstanbul hal-hazırda ölkənin ticarət, sənaye, nəqliyyat, turizm, təhsil, mədəniyyət və incəsənətin mərkəzi olaraq davam edir.Qara dəniz ilə Mərmərə dənizini birləşdirən və Asiya ilə Avropanı ayıran İstanbul Boğazına ev sahibliyi etməsi səbəbiylə, İstanbulun geosiyasi əhəmiyyəti olduqca yüksəkdir. Bu gün demək olar ki, İstanbuldakı bütün təbii limanlar doldurulur və ya itirilir. Bu xüsusiyyətlərə görə, uzun müddətli suverenlik mübahisələri məhz bu bölgənin ərazisində baş vermişdir. Əsas çaylar Riva, Kağıthane və Əlibəy axınlarıdır. Şəhər torpaqları kələ-kötür deyil, ən yüksək nöqtəsi isə Qartal rayonundakı Aydos Təpəsidir. Şəhərdəki başlıca təbii göllər Büyükçekmece, Küçükçekmece və Durusu gölüdür. Hava temperaturu və yağıntı miqdarı qeyri-müntəzəmdir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.