Süleyman


Süleyman (e.ə. 1011, Qüds[1]e.ə. 931, Qüds[2][3]) — İsrail Krallığının üçüncü kralı.

Adı Quranda hallanan bu Peyğəmbərə çox sayda nemətlər əta edilmişdir. O cümlədən, peyğəmbərlik, səltənət, məntiqüt-təyr (quşların dili) elmi, qəzavət elmi, hikmət və alimlik, cinləri, şeytanları ram etmək kimi elmlər. O, böyük, münbit və yeraltı mədənlərə malik olan ölkəyə, yəni Üqbə körfəzindən Fərat çayına qədər olan torpaqlara hökmranlıq edirdi. Həzrət Süleyman (ə) cinlər, şeytanlar və külək qüvvələrini öz ixtiyarı altında saxladığı üçün Beytul-Müqəddəs, məşhur heykəl kimi əzəmətli binalar və əsərlər özündən iz qoymuşdur. İndiyə qədər həmin tarixi abidələrin çoxunu Fələstin və Şamat torpaqlarında müşahidə etmək olar. Belə uca tikintilərin divarındakı nəhəng daşları görən şəxs üçün onun gözə görünməyən qüvvələrin gücü ilə tikilməsində heç bir şəkk-şübhə qalmır.

“Dedi: “Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi şəkildə) məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!”. “Beləliklə Biz küləyi ona ram etdik. Külək onun əmri ilə mülayimliklə onun istədiyi yerə gedirdi”. “Həmçinin bir bənna və dalğıcdan olan (cin) şeytanları (nı bina tikmək və dənuzdən ləl-cəvahir çıxarmaq üçün ona ram etdik). Habelə digər şeytanları (onun ölkəsində fəsad törətməmələri üçün) birlikdə zəncirlənmiş halda (ona ram etdik). (Dedik:) “Bu, bizim (sənə) ətamızdır. (İstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız şəkildə əta et və ya əsirgə!” (“Sad” surəsi, 35-39).

Bəli, bu ayələrdən də göründüyü kimi, Allah Təala Həzrət Süleymana (ə) çox sayda nemət əta etmişdir. Bu haqda İmam Musa ibn Cəfər (ə) buyurur: “Hökumət iki cür olur. O hökumət ki, zülm vasitəsilə əldə edilir. O hökumət ki, Allah tərəfindəndir. İbrahimin, Talutun, Zülqərneynin hökuməti kimi. Süleyman Allahdan istəmişdi ki, Pərvərdigar ona elə bir hökumət əta etsin ki, ondan sonrakı insanlar deməsinlər ki, zülm yolu ilə əldə edilmişdir. Belə ki, Allah küləyi onun ixtiyarına vermişdi, o, hara istəsə o tərəfə əssin. Sübh çağı da bir ayın yolunu başa vurardı, günarta da bir ayın yolunu başa vurardı. Allah-Təala şeytanları ona ram etmişdi ki, onun üçün binalar tiksinlər və dalğıclıq etsinlər. Quşların dilini ona təlim vermişdi və hökumətini yer üzərində bəqərar etmişdi. Belə ki, həmin zamanda və sonrakı zamanlarda insanlar bildilər ki, bu hökumət zülm ilə əldə edilməmişdir”.

Süleyman
ivr. שְׁלֹמֹה
Solomon and the Plan for the Temple
Rütbə Peyğəmbər
Doğum tarixi E.ə. 1010 və ya E.ə. 982
Doğum yeri
Vəfat tarixi E.ə. 931
Vəfat yeri

İstinadlar

  1. 1 2 http://www.funtrivia.com/en/subtopics/Whos-Related-to-Whom-in-the-Bible-324796.html
  2. 1 2 http://www.gutenberg.org/files/29434/29434-h/files/2848/2848-h/book8.htm
  3. 1 2 http://www.jstor.org/stable/10.1086/423399

Ayrıca bax

Xarici keçidlər

Qurandakı peyğəmbərlər
Adəm  • Şeys  • İdris  • Nuh  • Hud  • Saleh  • İbrahim  • İsmail  • İshaq  • Lut  • Yaqub  • Yusif  • Əyyub  • Şüeyb  • Musa  • Harun  • Davud  • Süleyman  • Yunis  • Zəkəriyya  • Yəhya  • İsa  • Məhəmməd
Ayrıca bax: Allah , Din , İslam , Quran
II Süleyman

II Süleyman ( d. 15 aprel 1642, İstanbul – ö. 22 iyun 1695, Ədirnə) - 20. Osmanlı padşahı və 99. İslam xəlifəsidir.

Məhəmməd Füzuli

Məhəmməd Füzuli ibn Süleyman — (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman, d. 1494, Kərbala, İraq, Ağqoyunlu dövləti — ö. 1556, Kərbala, İraq, Osmanlı imperiyası) — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Məscid Süleyman

Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.

Məscid Süleyman şəhristanı

Məscid Süleyman şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Məscid Süleyman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 117,796 nəfər və 24,776 ailədən ibarət idi.

Osmanlı sultanlarının siyahısı

Osmanlı Sultanları — 1299-1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.

Qafqaz İslam Ordusu

Qafqaz İslam Ordusu — Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət idi. Birinci dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Nuru Paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918 noyabrına qədər fəaliyyət göstərmişdir.

Solomon adaları

Solomon adaları və ya Süleyman adaları — Sakit okeanda arxipelaq və dövlət. Papua Yeni Qvineyadan şərqdə yerləşir. Melaneziyanın tərkib hissəsidir.

Sultan Süleyman Qanuni

Sultan Süleyman Qanuni (Osmanlı Türkcəsi: سلطان سليمان اول‎, Sultan Süleyman-ı Evvel) (d. 6 noyabr 1494, Trabzon – 7 sentyabr 1566 və ya 6 sentyabr 1566(1566-09-06), Siqetvar, Baranya əyaləti), Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsidir. Qərb dünyasında Möhtəşəm Süleyman, şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni Sultan Süleyman olaraq da tanınır. 1520-dən 1566-dakı ölümünə qədər təqribən 46 il sultanlıq etmiş və 13 dəfə səfərə çıxmış, səltənətinin ümumilikdə 10 il 1 ayını səfərlərdə keçirmişdir. Osmanlı tarixinin ən uzun müddət taxtda oturan, ən uzun müddət səfərdə qalan və ən çox səfərə çıxan sultanıdır.

I Süleyman 1520 tarixində atası I Səlimin vəfatı ilə taxta çıxdı. Qərbdə Belqrad, Rodos, Boğdan (indiki Moldova) və Macarıstanın böyük hissəsini imperiya torpaqlarına birləşdirdi. 1529 tarixində Vyananı mühasirəyə alsa da, müxtəlif səbəblərdən bü mühasirə uğursuz oldu. Şərqdə Səfəvilərlə gedən döyüşlərdən sonra Orta Şərqin böyük bir qismini işğal etmişdir. Afrikada imperiya sərhədləri Əlcəzairə qədər uzanmış, Osmanlı donanması Aralıq dəniz və Qırmızı dəniz sahillərini fəth etmişdi. I Səlimdən 6.557.000 km2 olaraq aldığı Osmanlı mülkünü, oğlu II Səlimə 14.893.000 km2 olaraq miras buraxmışdır. Zigetvar mühasirəsinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566 tarixində müharibə düşərgəsində vəfat etmiş və yerinə oğlu II Səlim keçmişdir.

Süleyman Hilmi Tunahan

Süleyman Hilmi Tunahan (1888-1959) — Türkiyənin XX əsrdə yetişdirdiyi görkəmli müsəlman alimlərindən.

Süleyman Muxarski

Muxarski Süleyman Bikir oğlu (20.7.1900, Vilnüs quberniyası, Ostrino - ?) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr - haqqında qərar) əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, milliyyətcə tatar, Litva vətəndaşı.

Süleyman Rüstəm

Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü.

Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur.

Süleyman Rəhimov

Süleyman Hüseyn oğlu Rəhimov (9 [22] mart 1900, Əyin, Yelizavetpol quberniyası – 11 oktyabr 1983(1983-10-11), Bakı) — Azərbaycan-sovet yazıçısı, nasiri, siyasətçisi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

Süleyman Sani Axundov

Axundov Süleyman Sani Rzaqulu bəy oğlu (3 oktyabr 1875, Şuşa – 29 mart 1939, Bakı) – Azərbaycan dramaturqu, nasir, maarif xadimi. Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüşdür.

Süleyman Vəliyev

Vəliyev Süleyman Vəli oğlu — müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsidir. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. 1939-cu ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (04.01.1977), əmək veteranı (1976), Əməkdar incəsənət xadimi (1987), Müharibə veteranı (1981).

Süleyman mirzə İskəndəri

Süleyman mirzə İskəndəri (fars. سلیمان اسکندری; tam adı: Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri və ya Süleyman mirzə Möhsün mirzə оğlu İskəndəri; 1877, Təbriz – 1943, Tehran) — İran Qacar şahzadəsi, müəllimi, jurnalisti və sosialist siyasətçisi.

Yəhudi təqvimi

İvrit təqvimi və ya Yəhudi təqvimi (ivr. הלוח העברי‎, ‎ing. Hebrew calendar) yəhudilərin dini məqsədlərlə istifadə etdiyi təqvimdir. Aylar etibariylə qəməri, illər etibariylə Günəş əsaslı (Lunisolar) bir təqvimdir. Yəhudi bayramları və Matzevah mərasimləri kimi özəl günlərin tarixləri bu təqvimə görə müəyyən edilir. Təqvim Tanaxa görə dünyanın yaratıldığı gündə başlayır.

Bilinən ilk Yəhudi təqvimi Süleyman Peyğəmbərin dövründə yaradılan Qezer təqvimidir. On iki qəməri əsaslı aydan ibarətdir. Kənd təsərrüfatı fəaliyyətinin planlaşdırılması məqsədi ilə yaradılmış olan təqvim qəməri əsasa sahib olmaqla birlikdə sonradan Günəş əsaslı təqvimə çevrildi.

İsrail oğulları isə Babil təqvim quruluşuna istinadən yaratdıqları və qarışıq sistemə sahib olan bir quruluşdan istifadə etmişdir.Təqvimin e.ə. 10-cu əsrdən qalmış bir nümunəsi İstanbul Arxeologiya Muzeyində saxlanılır.

İslam peyğəmbərləri

Quranda adı çəkilən peyğəmbərlər:

Adəm

İdris

Nuh

Hud

Saleh

Lut

İbrahim

İsmail

İshaq

Yaqub

Yusuf

Şüeyb

Harun

Musa

Davud

Süleyman

Əyyub

Zulkifl

Yunus

İlyas

Əlyəsa

Zəkəriyya

Yəhya

İsa

MəhəmmədBundan başqa Quranda 3 şəxsiyyətdən də danışılır. Lakin, bunların peyğəmbər olub-olmadıqları mövzusu ixtilaflıdır. Bunlar Üzeyir, Loğman və Zülqərneyndir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.