Sülalə

Sülalə və ya xanədanMonarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.

Tanınmış sülalələr

Abidos siyahısı

Abidos siyahısı (fr. la nouvelle table d’Abydos) — Qədim Misirdə fironların siyahısı, Adibosdakı I Seti məbədinin divarlarına kartuşda həkk olunmuş 76 fironun - Qədim Misir çarlarının Menesdən başlamış I Setiyə qədər adlarının siyahısı. İlk olaraq Mariet Ogüst tərəfindən aşkarlanmışdır.

Kartuşlar iki horizontal sırada yerləşmişdir. Siyahıda hər fironun bir adı göstərilmişdir. Cədvəldə əvvəlcə Adibos siyahısındakı ad, sonra isə fironun digər məşhur adı və izahı göstərilir.

Altıncı sülalə (Misir)

VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347-2216-ci illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir.

Atropatidlər

Atropatidlər – Atropatena dövlətində hakimiyyətdə olmuş türk mənşəli sülalə.

Müstəqil Atropatena dövləti Atropatın başçılığı ilə e.ə. 328-ci ildə yaradılmışdır. Atropatın ölümündən sonra isə hakimiyyətə Artabazan keçmişdir. Atropatın əsasını qoyduğu sülalə Atropatidlər sülaləsi adlandırılır. Atropatidlər sülaləsi Arşakilərin kiçik qolu – Atropatena arşakiləri Atropatena hakimiyyətə gələnə kimi öz şahlığını davam etdirmişdir.

Cəlairilər sultanlığı

Cəlairilər sülaləsi — 1336-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş monqol xanədanıdır.

Dərbəndilər

Dərbəndilər – Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğurunda Qızıl Orda Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səvəfilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.

Firon

Firon — Qədim Misirdə padşah, çar, kral.

Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539-1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945-730-ci illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib.

Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir.

Kəsranilər

Kəsranilər – Şirvanşahlar sülaləsi (1027-1382). 1382 ildə Kəsraniləri Dərbəndilər sülaləsi əvəz etdi. Ümumiyyətlə, Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.Kəsranilər Şirvanın istiqlaliyyəti uğurunda gürcü feodallarına, səlcuq, qıpcaq və monqol hücumlarına qarşı mübarizə aparmışlar. Kəsranilər dövründə Şirvanda ədəbiyyat, elm və incəsənət yüksək inkişaf etmiş, Şamaxı və Bakıda geniş tikinti işləri aparılmışdı.

Məzyədilər

Məzyədilər, Şeybanilər, Yəzidilər – Şirvanşahlar sülaləsi (861-1027). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə Məzyədilər ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının ilk mərhələsini təşkil etmişlər.Tarixşünaslıqda uzun müddət Şirvanşahların “birinci dövr” xanədanı kimi bəhs edilən Məzyədilər rəbiə ərəb tayfasının şeybanilər qoluna mənsub olduqları göstərilir.

Orta padşahlıq (Misir)

Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə. 18 ci əsrin sonunda (e.ə. təqr. 1710-1580 ci illərdə) Misir heksosların istilasına məruz qalır. Heksoslar Misirdə 100 ildən artıq hökmranlıq etsələr də müstəqil dövlət yarada bilmədilər. E.ə. 17 ci əsrin sonunda Misirin XVII sülalə fironlarının başçısı Yaxmosun dövründə hiksosların ölkədən qovulmalarına başlanıldı.

Qədim padşahlıq (Misir)

Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu.

Sakkara siyahısı

Sakkara siyahısı və ya Sakkara hökmdar siyahısı Qədim Misirə aid 1861 ci ildə Sakkarada aşkarlanmış hökmdar mirzəsi ya memarı (Memar Tunari II Ramzesin tikinti işlərinə rəhbərlik etmişdir.) və ali rahib Tunariyə məxsus qəbirdən tapılmış, hal hazırda Qahirə Misir muzeyində saxlan hökmdar siyahısı.

Sülalə öncəsi dövr (Misir)

Sülalə öncəsi dövr — Misirdə sülalə öncəsi dövrü əhatə edir.

Tan sülaləsi

Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan.

Teymurilər

Teymurilər sülaləsi, Teymurlular sülaləsi — Orta Asiya, İran və Azərbaycanda iqtidarda olmuş türk xanədanı.

Turin çar papirusu

Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma

Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir.

Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar.

Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir.

Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir.

Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur. Sonra bu işi Qustav Zeyfart davam etdirmişdir.

2009 cu ildə Turin muzeyının ehtiyat anbarında papirisun bir neçə əvvəllər məlum olmayan fraqmentləri aşkar edilmişdir.

[1]

Yeni padşahlıq (Misir)

Qədim dövr və ya Qədim Misirin "Yeni dövr" adlandırılan zaman kəsiyi e.ə. 1550 – 1070 ci illəri əhatə edir, fironlar dövranı kimi səciyyələndirilir.

Yustinian sülaləsi

Yustinian sülaləsi - İlliriya əsilli ailəyə mənsub, 518-602-ci illərdə Bizans İmperiyasını idarə etmiş hökmdarlar sülaləsi. İlk imperator I Yustinian, sonuncu isə Mavriki olmuşdur. Sülalə 518-ci ildə qvardiya komandiri I Yusinin Anastasiyanın ölümündən sonra taxta çıxarıldıqdan sonra onun adı ilə adlandırılmışdır.

I Yusinin hökmranlıq dövrü 518-527-ci illərə təsadüf edir. Onu Böyük I Yustinian (527-565) əvəz etmiş, ondan sonra isə hakimiyyətə Kiçik II Yustinian (565-578) gəlmişdir. Ağıldankəm və sonsuz II Yustinian frakiyalı qvardiya başçısı Tiberi oğulluğa götürərək onu sezar elan edir. I Tiberidən sonra səltənətə onun qızının əri Mavriki (582-602) hökmdarlıq edir.

Şirvanşahlar

Şirvanşahlar – Şirvanşahlar dövlətində hakim sülalə.Ərəb mənşəli sülalə olmuşdur. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V.F.Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür.

Şirvanşahlar sülaləsinin banisi Yezid ibn Məzyəddir. O, ərəblərin Əş-Şeyban tayfasındandır. Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rabia qəbiləsindəndir. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə xəlifə Osmanın zamanında Aranı işğal etdi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər də bu vaxtdan bölgədə yerləşməyə başladılar. Məzyədilərin nümayəndəsi sərkərdə Yezid ibn Məzyəd 799—801-ci illərdə Aran, Şirvan, Dərbənd və indiki Ermənistan ərazisinin hakimi idi. Ərazini idarə edən ərəb canişini Yezid ibn Məzyədin iqamətgahı Bərdədə idi. Onun dövründə çox sayda Rəbiə tayfasından, həmçinin Misirdən və Suriyadan olan ərəblər bölgəyə köçdu. Yezid ibn Məzyəd 801-ci ildə Bərdədə ölmüş və burada da dəfn olunmuşdu.859-cu ildə Məhəmməd ibn Yezid Gəncə şəhərini bərpa etdirdi və öz iqamətgahını da buraya köçürdü. Bərdə Sacilər tərəfindən işğal olunduqdan sonra ərəblər, əsasən, Şirvan ərazisində cəmləşdilər. 861-ci ildə Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.

Əhəmənilər sülaləsi

Əhəmənilər sülaləsi- (Bizim eradan əvvəl E.ə. 558 — E.ə. 330)-cu illərdə İranda iqtidarda olmuş xanədan.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.