Ryukyu adaları

Ryukyu adaları (yap. 琉球諸島 Ryūkyū-shotō) — Şərqi ÇinFilippin dənizində yerləşən adalar qrupu.[1][2]

Ryukyu adaları
yap. 琉球諸島
Location of the Ryukyu Islands
26°19′58″ şm. e. 127°44′56″ ş. u.
Ölkə Yaponiya Yaponiya
Akvatoriya
Ümumi sahəsi
  • 4.642,11 km²
Hündür nöqtəsi 1.936 m
Əhalisi 1.550.161 nəfər (2005-ci il)

İstinadlar

  1. Tsuneyoshi, Ukita (1993). Nihon-dai-chizuchō (Grand Atlas Japan). Heibonsha. ISBN 4-582-43402-9.
  2. Ajiro Tatsuhiko and Warita Ikuo, Waga kuni no kōiki na chimei oyobi sono han'i ni tsuite no chōsa kenkyū (The geographical names and those extents of the wide areas in Japan), Kaiyō Jōhōbu Gihō, Vol. 27, 2009.online edition
Adaların dünyada sahəsinə görə sıralaması

Bu sıralamada Dünyada sahəsi 1,000 km² qədər olan adalar göstərilmişdir.

Edo dövrü

Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı.

Kurima

Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir.

Nansey adaları

Nansey adaları (yap. 南西諸島) — Yaponiyanın Sakit okeanın 31° şimal enliyində yerləşən adaların ümumi adı.

Okinava

Okinava (yap. 沖縄本島, okkinava-xonto:) — Yaponiya Ryukyu arxipelaqının ən iri adasıdır. Küysü adası ilə Tayvan adası arasında yerləşir. Adanın sahəsi 1207 km² təşkil edir. Okinava prefekturasının ən iri adasıdır. Əsas şəhəri olan Naxada 314067 insan yaşayır. Naxadan Syoriyə şose yolu gedir.

Sakişima

Sakişima adaları (yap. 先島諸島) — adalar qrupu olaraq Sakit okeanın qərbində, Okinava prefekturasının cənub-qərbində yerləşir. Yaponiya ərazisində daxildir.

Sakişima adaları Okinava adası (şimaldan) ilə Tayvan (cənubdan) arasında yerləşir. Ryukyu arxipelaqı ərazisinə daxildir. Bu adalar qrupu üç arxipelaqa bölünür:

Miyako adaları şərqdə

Yaeyama adaları qərbdə

Senkaku adaları şimaldaSakişima adaları ümumilikdə 280 km məsafədə uzanır. Sahəsi 817 km² təşkil edir. 2005-ci il məlumatına görə adalarda 108 000 nəfər adam yaşayır. Bu qrupa daxil olan Senkaku adaları Yaponiya, Çin Xalq Respublikası və Çin Respublikası arasında mübahisəli ərazilər hesab edilir.

Tokuqava İeyasu

Minamoto Şahzadəsi, diplomat və sərkərdə sülaləsinin banisi, Ən yaxın silahdaşı və məsləkdaşı Odasının, mərkəzləşdirilmiş feodal dövlətinin yaradılması başa vuran Yaponiyada Nobunaqi və Toötomi.Tokuqava dövrü (徳川時代 Tokuqava jidai?) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi.[1] Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı.

Hadisələr Redaktə

1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur.

1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur.

1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.

1607: Koreyanın Coson sülaləsi Tokuqava şoqunatında öz səfirliyini yaradır.

1611: Ryukyu adaları Satsuma vilayətinin vassalına çevrilir.

1614: Tokuqava İeyasu Yaponiyada xristianlığı qadağan edir.

1615: Osaka döyüşü. Tokuqava İeyasu Toyotomi ailəsinin əlində olan Osaka qalasını mühasirəyə aldı. Tokuqavanın hakimiyyəti bütün Yaponiyada məşhurlaşdı.

1616: Tokuqava İeyasu vəfat edir.

1623: Tokuqava İemitsu üçüncü şoqun seçilir.

1633: Tokuqava İemitsu xaricə səfər etməyi və xarici kitablar oxumağı qadağan edir.

1635: Tokuqava İemitsu daymyoların üzərinə icbari şəkildə bir il Edoda xidmət etmək mükəlləfiyyətini (sankin kotay) qoydu.

1637: Yüksək vergilərdən bezən kəndlilər Şimabara üsyanını (1637–38) başlatdılar.

1638: Tokuqava İemitsu gəmi tikintisinə qadağa qoydu.

1639: Milli özünütəcrid (Sakoku Rey) fərmanı verildi. Hollandlardan başqa bütün digər xaricilərin Yaponiyaya girişinə qadağa qoyuldu.

1641: Tokuqava İemitsu çinli və hollandlardan başqa bütün xaricilərin Yaponiyaya gəlməsinə qadağa qoydu.

1650: Sülhün bərqərar olması ilə yeni zadəgan təbəqəsi, buşido ("döyüşçünün yolu") qaydalarına riayət edən savadlı döyüşçülər formalaşdı.

1657: Böyük Meyreki yanğını Edo şəhərinin böyük hissəsini məhv etdi.

1700: Kabuki və ukiyo-e teatrları məşhurlaşdı.

1707: Fudzi vulkanı püskürdü.

1774: İlk dəfə Qərb tibb əsərinin tərcüməsi olan Kaytay Şinşo anatomiya kitabı Sugita Gempaku və Maeno Ryotaku tərəfindən nəşr olundu.

1787: Matsudaira Sadanobu, şoqunların ali şura üzvü, Kansey islahatlarını başlatdı.

1792: Rusiya nümayəndəsi Adam Laksman Ezonun şərqindəki (indiki Hokkaydo) Nemuroya gəlir.

1804: Rusiya nümayəndəsi Nikolay Rezanov Naqasakiyə çatır və Yaponiya ilə ticarət əlaqələri qurmağa uğursuz cəhd göstərir.

1837: Oşio Heyhaçiro üsyanı.

1841: Tenpo islahatları.

1854: ABŞ Yaponiyanı ticarət sahəsində "Kanaqava müqaviləsi"ni imzalamağa məcbur etdi. Bu müqavilə iki əsr sonra yenidən Yaponiyanı xaricilərin üzünə açdı.

1855: Rusiya və Yaponiya diplomatik əlaqələr qurdular.

1864: Britaniya, Fransa, Hollandiya və ABŞ hərbi gəmiləri Şimonoseki limanını bombalayırlar və xaricilərin istifadəsinə daha çox yapon limanının açılmasına nail olurlar.

1868: Tokuqava Yoşinobu hakimiyyətdən imtina edir, Tokuqava şoqunatınin hakimiyyəti bitir və paytaxtı Tokioda olmaqla və ilahi xüsusiyyətlərə malik olan imperator (yaxud mikado) hakimiyyəti bərpa olunur.

Uzaqşərq tısbağası

Uzaqşərq tısbağası və ya Çin trioniksi (lat. Pelodiscus sinensis) — şirinsu tısbağası olaraq Trionychidae fəsiləsinə daxil olan tısbağa növü. Asiya ərazisində geniş arealda yayılmışdır. Trionychoidea ən məşhur nümayəndələrindən biridir. Bir sıra Asiya ölkələrində qida kimi istifadə edilir və bu səbəbdən xüsusi şəraitdə yetişdirilir.

Yapon dəniz şiri

Yapon dəniz şiri (Zalophus japonicus) — Qulaqlı suitilər fəsiləsinə Kaliforniya dəniz şirlərinə daxil olan, nəsli kəsilmiş məməli. Bu canlının nəsli kəsilməsi 1970-ci illərə təsadüf edir.

Yapon dəniz şiri əsasən Yapon dənizi akvatoriyasında Yaponiya arxipelaqında və azda olsa Koreyanın qərb və sahillərində, Kuril adalarının cənub hissəsində yayılmışdı. Onların Kamçatka yarımadası və Ryukyu adaları ətrafında belə yayılmış olması ehtimal edilir.

Yapon dəniz şiri xariçi görünüş baxımından Kaliforniya dəniz şirinə bənzəyir (Zalophus californianus). Erkəklər tünd-boz, və tünd-qəhvəyi rəngdə olurdular. Uzunluqları 2,3 - 2,5 metr, çəkisi isə 450 - 560 kq arasında dəyişirdi. Yaşlı erkəklər demək olar ki, bütünlüklə qara rəngdə olur. Dişilər 1,40 - 1,64 m uzunluğa və parlaq rəngə malik olurdu.

Yapon dəniz şirləri sahildən çox aralanmırdılar. Onların sahildən 16 km məsafədən uzağa üzmürdülər. Sahildə əsasən qumsallıq ərazilərdə yerləşirdilər.

Uzun zaman bu canlı Kaliforniya dəniz şirinin yarımövü hesab edilirdi. 2003-cü ildə kəllə quruluşunun dəqiq diaqnostikası olnarın müstəqil növ olmasını ortaya çıxarmışdır. Yapon dəniz şirlərinin kəlləsi digər növə nisbətən iridir. Kaliforniya dəniz şiri beş üst azı diləri olduğu halda Yapon dəniz şirlərində altıdır.

Yapon dəniz şirinin soyunun kəsilməsinə səbəb kütləvi ovlanma və balıqçılar tərəfindən təqib olunmalarıdır. XIX əsrin ortalarında sayları 30 000 - 50 000 baş olaraq qiymətləndirilirdi. XX əsrin ortalarından sayları azalmışdır. Sonuncu dəfə 1951-ci ildə 50-60 baş olaraq Liankur adasında aşkarlanmışdır.

Yaponiya

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti"), köhnə mənbələrdə Japon (Köhnə Azərbaycan Türkcəsi: ژاپون) və ya Məmləkəti Japon (Köhnə Azərbaycan Türkcəsi: مملکت ژاپون) — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsi və Birinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür. Yaponiya böyük gücdür. Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.

Yaponiya adalarının siyahısı

Yaponiya adalarının siyahısı - Yaponiyaya məxsus olan və əsasən Sakit okean akvatoriyasında yerləşən adaları birləşdirir. Yaponiyaya məxsus adalar özündə 3000-dən çox adanı özündə birləşdirir.

Bu adaların böyük qismi Yaponiya arxipelaqında birləşdirir. Üstəlik bura Ryukyu adalarıda daxildir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.