Rif

Rif (nid. rif- qabırğa, til) - dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının [1], yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır.

Geomorofloji termin

Rif - (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən baş­qa orqanizmlərin sualtı əhəngli qur­ğuları. Ancaq isti dənizlərdə yayıl­mışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.[2]

Qədim riflər

Kaynozoy

Müasir riflər

Biotik riflər

Digər biotik riflər

Həmçinin bax

İstinadlar

  1. Географическая энциклопедия. Риф
  2. Rif // Geomorfoloji terminlərin izahlı lüğəti. — Bakı: "Elm", 2012. — Səhifələrin sayı: 326. — Səh.: 177.  — ISBN 978-9952-453-14-0.
Abşeron arxipelaqı

Abşeron Arxipelaqı - Xəzər dənizinin Abşeron körfəzinin eyniadlı arxipelaqına daxil olan adalara Böyük Tava, Kiçik Tava, Çilov, Pirallahı

, Qu adası, Tavaaltı adası, Koltiş, Qarabattaq, Dardanel və Yal adası aiddirlər. Arxipelaqın tərkibinə Buzovna Vulkan sayı, Rif sayı, Abşeron sayı, Daşlı sayı, Şimali Qu sayı, Karaçyov sayı, Darvin sayı, Kesson sayı, Orasnaya bankası, və Yuznaya bankası kimi dayazlıqlar və adacıqlar daxildir.

Amazon rifi

Amazon rifi — Fransa Qvianası və Şimali Braziliyanın sahilində yerləşən geniş mərcan və süngər rifi sistemi. O, dünyadakı ən böyük rif sistemlərindən biridir, sahəsi 9300 kvadrat kilometr və uzunluğu 970 kilometrdir. İllər əvvəl Amazon çayı deltası yaxınlığında böyük geoloji rif quruluşunun olmasıyla bağlı dəlillər ortaya çıxmış, 2012-ci ildə okeanoqrafik tədqiqat aparılmış, 2016-cı ilin aprelində Amazon rifinin kəşf edildiyi elan edilmişdir.

Atoll

Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər. Atollar Sakit və Hind okeanlarında daha çoxdur.

Balmoral rif plitəsi

Balmoral rif plitəsi — tektonik mikro plitə olaraq 0,00481 streadian sahəyə malikdir. Adətən Sakit okean plitəsi ərazisinə daxil edilir.

Sakit okeanın cənubunda, Fici adasından şimalda yerləşir. Sakit okean plitəsi, Avstraliya plitəsi, Yenihebrid plitəsi və Konvey rif plitəsi ilə əhatələnmişdir.

Bləkett boğazı

Bləkett boğazı (ing. Blackett Strait) - Kolonbanqora adasını şimaldan Arimdel və Qizo adalarını ayırır. Nyu-Corciya arxipelaqına daxil adaları ayırır. Qərbdə Belya körfəzi ilə, şərqdə isə Kula körfəzi ilə əhatələnir. Boğazın bəzi yerlərində rif adaları ilə əhatələnir. Şimal hissədə Arundel və Vonavona adaları yerləşir. Ən enli yeri, 5,5 km, ən dar yeri isə 0,9 km təşkil edir. İkinci Dünya Müharibəsində Yapon və ABŞ hərbi gəmilərinin əsas döyüş yerlərindən biri olmuşdur.

Bransfild boğazı

Bransfild boğazı Argentinalılar boğazı isp. Mar de la Flota adlandırılar. Boğazın uzunluğu 300 km (200 mil), eni isə 100 km (60 mil) təşkil edir. Boğaz Cənubi Şetland adalarını Antarktik yarımadasından ayırır. Bu adı bura 1825-ci ildə Ceyms Ueddell vermişdir. Belə ki Şetland adalarını 1820-ci ildə tətqiq etmiş Edvard Bransfildın şərəfinə vermişdir. O kral donanmasının kapitanı olmuşdur. Boğazın ortasında rif dərələri vardır. Onun uzunluğu 200 km, dərinliyi isə 2 km təşkil edir. Rif dərələrının yaranması 4 millyon il bundan öncə yaranmışdır. Üstəlik burada sualtı dağlara rast gəlinir ki, onlar da vulkan məşəlidir. Ən hündür dağı Orka dağıdır.

23 noyabr 2007-ci ildə Bransfild boğazında "Ekcloper" gəmisi batmışdır. Bununla belə 154 heyət üzvünün hamısı xilas edilmişdir.

Böyük Sədd rifi

Böyük Sədd rifi – Avstraliya sahillərində 2600 km boayunca,2900 rif sistemindən,344.4 km² sahədən malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstralyanın Queensland vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur.

Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikro orqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşitliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gemiylər "Böyük Sədd Rifi"-nə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstralyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir.

Devon dövrü

Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mər­canlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nə­həng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devon­da suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir. Devon dövrü Atlantik və Sakit okean paleozoocoğrafi vilayətləri ayrılır.

Gəmi ranqı

Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.

Karimata boğazı

Karimata boğazı (ind. Selat Karimata) — Kalimantan adasını Belitunq adasından ayırır. Cənubi Çin dənizini Yava dənizi ilə birləşdirir. Boğazın ən dar yeri 210 km təşkil edir. Boğazın ən dərin yeri 36 m-dir. Boğaz kiçik adalar və rif dərələri ilə zəngindir. 28 dekabr 2014-cü ildə İndoneziya məxsus AirAsia şirkətinin təyyarəsi boğaz üzərində qəzaya uğrayır.

Konvey rif plitəsi

Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir.

Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.

Mərcan polipləri

Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir.Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.

Rif pərttəgözü

Rif pərttəgözü (lat. Burhinus giganteus) - pərttəgöz cinsinə aid heyvan növü.

Sinaqoq

Sinaqoq və ya xavra və ya kənisə (yunanca: συναγωγή, transliterasiyada synagogē; ibricə: בית כנסת, transkripsiyada bayt knesset - yığıncaq evi; idişcə: שול, transkripsiyada şul) — iudaizmdə ibadətlər üçün xüsusi bina.

İudaizm

İudaizm (q.yun. Ἰουδαϊσμός) və ya yəhudilik — e.ə. I minillikdə Fələstində yaranmış təkallahlı din.

İvrit dili

İbri dili və ya İvrit dili (ivr. עברית‎) — Afro-Asiya dil ailəsinə məxsus sami dillərindən biri. Qədim yəhudi dilinin müasir modifikasiyasıdır. Semit dillərinin yeni mərhələsinə aiddir. İvrit əlifbası 22 samit hərfdən ibarətdir. İsrail dövlətinin rəsmi dilidir (ərəb dili ilə bərabər). Eliezer Ben Yehudanın (1858-1922) səyləri nəticəsində ivrit dili yenidən dirçəlmişdir.

XX əsrin əvvəllərinə qədər bir neçə tələffüz norması mövcud olmuşdur: aşkenaz (əsasən Şərqi Avropà mənşəli, Almaniyada yaşayan yəhudilərin arasında); sefard (Şərqi Aralıq dənizi hövzəsindən, Niderlanddan və Cənubi Fransadan çıxmış İspaniya yəhudilərinin istifadə etdikləri dil. Yazısı Yəhudi əlifbasındadır.

Qeyd: Azərbaycan dilində ivrit dili ibri yaxud ibrani dili olaraq tərcümə olunur.

Şimali-Atlantika silsiləsi

Şimali-Atlantika silsiləsi — Orta Atlantika silsiləsinin tərkibinə daxil olub, Atlantik okeanın mərkəzindən keçir. 52° ş. e başlayaraq Ekvator yaxınlığına qədər uzanır.

Meridian istiqamətində qövsvari şəkildə 8,2 min km məsafədə uzanır, maksimal eni isə 1500 km təşkil edir.

Sualtı silsilənin su səthinə ən yaxın nöqtəsi 128 m təşkil edir. Bununla belə bəzən adalar əmələ gəlir Azor adaları və b.). Bəzən rif dərələri əmələ gətirir.

Şərqi Çin dənizi

Şərqi Çin dənizi (çincə:東海|东海 Dōng Hǎi}}, tərcüməsi — Şərq dənizi;kor. 동중국해,yap. 東シナ海) — Şərqi Asiya (Çin) sahilinin və Ryukyu və Kyusyu (Yaponiya) adalarının arasında Sakit okeanın dənizi.

Sahəsi — 836 min km².

Ən böyük dərinlik — 2719 m.

7-dən fevralda suyun orta temperaturu 16 °C-qədər, 27 avqustda-28 °C.

Suyun duzluluğu 30-34,5 ‰-dir, çay mənsəblərində — 5−10 ‰-dir.

Qabarma və çəkilmələr (7,5 m-ə qədər) müşahidə olunur.

Şərqi Çin dənizinə tökülə ən böyük çay — Yanszı çayıdır.

Kələ-kötür relyefli Şərqi Çin dənizinin qərb sahili və ümumiyyətlə sahilboyu ərazilər dayazdır. Dayaz yerlərdə və adalara yaxın yerlərdə qaya, rif və bank təhlükəsi səbəbilə dəniz səfəri təhlükəlidir. Yanszının mənsəbində və Çjouşan arxipelaqı ərazisi yaxınlığında sular xüsusilə təhlükəlidir.

Ərəb-Hind silsiləsi

Ərəb-Hind silsiləsi — sualtı Orta-Okean silsiləsinin tərkibinə daxil olan, Hind okeanının şimal-qərbində yerləşir.

Silsilə Ədən körfəzindən başlayaraq Rodriqes adasına qədər 3700 km məsəfədə uzanır. Buradan isə silsilə Mərkəzi Hind silsiləsinə keçir. Eni 650 km təşkil edir. Dəniz səthindən dərinliyi 2500-3000 m dərinlikdə yerləşir. Ən dayaz nöqtəsi 1271 metrdir. Yazınlıqlarında rif dərələrinə sahibdir. Burada 6492 m dərinliyə malik ensiz rift dərəsi vardır.

1964-ci ildə bir qrup SSRİ alimləri Vityaz gəmisində orta-okean silsiləsini araşdırarkən bölgədə mantiya suxurları aşkarlayırlar.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.