Qalisiya

Qalisiya-İspaniyanın şimal qərbində yerləşən muxtar region.A Koruniya, Lugo, Ourense və Pontevedra əyalətlərindən ibarətdir.Cənubdan Portuqaliya ilə, şərqdən İspaniyanın muxtar birlikləri Kastiliya və LeonAsturiya ilə, qərbdən Atlantik okeanı ilə, və şimaldan Biskay körfəzi ilə həmsərhəddir.2012-ci ildə əhalisi 2,778,913 nəfərdən ibarət idi[3] və ümumi sahəsi 29574 km² dir.

Qalisiya
qalis. Galicia
Cabo Ortegal (Spain)
Bayraq[d] Gerb[d]
Bayraq Gerb

42°45′ şm. e. 7°53′ q. u.


Ölkə
İnzibati mərkəz Santiaqo de Kompostela
Tarixi və coğrafiyası
Yaradılma tarixi 28 aprel 1981
Sahəsi
  • 29.574 km²
Əhalisi
Əhalisi
Rəqəmsal identifikator
ISO kodu ES-GA
Rəsmi sayt
Qalisiya xəritədə

Dil

Qalisiyanın iki rəsmi dili var:Qalisiya dili (galego) və İspan dili

İstinadlar

  1. archINFORM — 1994.
  2. http://www.ine.es/prensa/cp_e2018_p.pdf
  3. "Instituto Galego de Estatística". Instituto Galego de Estatística.

Həmçinin bax

Xarici keçidlər

Böyük İrmandinya üsyanı

Böyük İrmandinya üsyanı (qalis. Gran Guerra Irmandiña) - 1467-1469-cu illərdə İspaniyanın Qalisiya bölgəsində baş vermiş üsyan. XV əsrdə Avropada baş vermiş ən böyük üsyanlardan biridir. Bu və 1431-1435-ci illərdə baş vermiş kiçik üsyanda yerli ziyalıların böyük rolu olmuşdur. Həmin dövrdə Qalisiyanın bağlı olduğu Kastiliya Krallığı tərəfindən hər iki üsyan yatırılmışdır.

Esmorqa

Esmorqa (qalis. Esmorga) — İkinci dünya müharibəsindən sonra Qalisiya ədəbiyyatında ən əhəmiyyətli roman. 1959-cu ildə Buenos-Ayresdə, 1970-ci ildə Qalisiyada nəşr olunan bur roman yazıçı Eduardo Blanko Amor tərəfindən yazılmışdır. Ədəbi təsiri gələcək nəsil üzərində böyük əhəmiyyəti olmuşdur. Roman haqqında film də çəkilmişdir.

Fransız dili

Fransız dili (le français, la langue française) — fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin danışıq dili.

Fransanın və bir sıra ölkələrin rəsmi dili.

Irmandades da Fala

Irmandades da Fala (azərb. Dil Qardaşlığı‎)— 1916-1936-cı illərdə fəaliyyətdə olan Qalisiya milliyətçi təşkilatı. Bu təşkilat Qalisiyanın ilk siyasi təşkilatı idi və ancaq Qalisiya dilindən istifadə edirdi.

Pedro Madruqa

Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu.

Portuqal dili

Portuqal dili (Português) Hind-Avropa dillərinə mənsub, əsasən Portuqaliyada istifadə edilən bir dil.

Qalisiya (Şərqi Avropa)

Qalisiya, 1945-ci ildə edilən sərhəd dəyişikliyi nəticəsində Polşa və Ukrayna dövlətlərinin daxilində qalan tarixi bölgədir.

Qalisiya Atlantik Adaları Milli Parkı

Qalisiya Atlantik Adaları Milli Parkı (qalis. Parque Nacional das Illas Atlánticas de Galicia; isp. Parque Nacional de las Islas Atlánticas de Galicia) — İspaniyanın muxtar birliklərindən biri olan Qalisiyada yerləşən yeganə milli park. Həmçinin Qalisiyanın ilk milli parkıdır. Qalisiya Atlantik adaları Siyas arxipelaqından, eləcə də, Ons, Salvora və Korteqada adalarından ibarətdir. Milli park sahəsinin 1.200 hektarı quru, 7.200 hektarı su ərazisidir. Qoruq ərazisi İspaniyanın ən çox ziyarət olunan 10-cu milli parkıdır. İspaniyada qurulmuş 13-cü milli parkdır.

Qalisiya Muxtariyyət Əsasnaməsi (1936)

Qalisiya Muxtariyyət Əsasnaməsi (1936) — 1936-cı ildə Qalisiyanın İspaniya tərkibində muxtariyyət qazanması üçün yaradılan əsasnamə. Referendum yolu ilə İspaniya parlamentinə təqdim edilmişdir. İspaniya vətəndaş müharibəsinə (1936-1939) və Fransisko diktatorluğuna görə (1939-1977) bu əsasnamə hələ də həyata keçirilməmişdir. Bu əsasnamə Qalisiya Partiyası tərəfindən tərtib edilmişdir. 1981-ci ildə yeni Qalisiya Muxtariyyət Əsasnaməsi hazırlanmışdır və beləliklə, Qalisiya İspaniya tərkibində muxtariyyət qazanmışdır.

Qalisiya dili

Qalisiya dili (Galego) — Hind-Avropa dillərinin İber-roman dilləri qolunun bir parçası olan və İspaniyanın Qalisiya bölgəsində danışılan dil. Ən çox portuqal dilinə bənzəyir.

Qalisiya sarışını

Qalisiya sarışını (qalis. Rubia galega; isp. Rubia gallega) — İspaniyanın Qalisiya bölgəsinə xas olan inək cinsi. Adını yer aldığı bölgədən və rəngindən alan bu cins sarı və qırmızı rənglə yanaşı başqa rənglərdə də ola bilir.

Çəkisi 450-500 kq olub, orta ölçülüdür. Qalisiya sarışını əsasən ətinə görə saxlanılır. Südü isə ənənəvi Tetilla pendirinin hazırlanmasında istifadə olunur. Bu cins ilk dəfə 1933-cü ildə qeydə alınmışdır. 1900-cu illərdə simmental, İsveçrə qəhvəyisi və cənub Devons cinslərinin cütləşdirilməsi ilə yarandığı güman olunur.

Qalisiya taxıl anbarı

Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir.XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır.

1973-cü ildə İspaniya höküməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur.

Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir. Anbarların gövdəsi qranitdən olub, divar panelləri ya daşdan, ya da taxtadan hazırlanır. Anbarın damı isə əsasən kərpicdən ibarət olur. Ənənəvi forması dördbucaqlı olsa da, bəzən L şəklində, dairə, kvadrat şəkillərində olurlar. Sayıları azalsa da, hazırda İspaniyada 30.000 Qalisiya taxıl anbarı vardır.

Qalisiyaca Vikipediya

Qaliscə Vikipediya(qalis. Wikipedia, A enciclopedia libre en galego; həmçinin Galipedia kimi qısaldılmış) - Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır.Bu versiyada 87,000-dən artıq məqalə var.

Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.

Rumın dili

Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.

Santiaqo de Kompostela

Santyaqo-de-Kompostela (qalis. Santiago de Compostela) — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin paytaxtıdır.

Yuqoslaviya Sosialist Federativ Respublikası

Yuqoslaviya Sosialist Federativ Respublikası (1945-1992) - Balkan yarımadasında keçmiş sosialist ölkəsi. Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya Respublikası, Monteneqro, Serbiya, Sloveniya, Voyevodina və Kosovodan ibarət olmuşdur. Ondan qabaq Yuqoslaviya Krallığı (1918, dekabrın 1-dən 1943-1945 il noyabrın 29-da qədər), sonra isə Yuqoslaviya Federativ Respublikası (1992-ci il aprelin 27-dən 2003-cü il fevralın 4-dək) mövcud olmuşdur.

İspaniya

İspaniya (isp. España) - rəsmi adı İspaniya Krallığı (isp. Reino de España) olan avropanın cənub-qərbində, qismən Afrikada suveren dövlət, Avropa Birliyi və NATO-nun üzvü. İspaniyanın paytaxtı Madrid şəhəridir.

İspaniya şəhərləri

Ispaniyanın ən böyük şəhərləri. Şəhər əhalisinin artma sırasının və hansı muxtar icmaya aid olduğunun göstərilməsi.

İtalyan dili

İtalyan dili (lingua italiana) - İtaliya, San-Marino, Vatikan və İsveçrənin dövlət dili. Sloveniya və Xorvatiyanın əsasən italyan mənşəli vətəndaşların məskunlaşdığı bölgələrində ikinci rəsmi dil elan edilmişdir.

Flag of Spain.svg İspaniya: muxtar ərazilər
Muxtar əyalətlər Andalusiya  • Araqon • Asturiya • Balear adaları • Basklar ölkəsi  • Estremadura  • Kanar Adaları  • Kantabriya • Kastiliya - La-Mança • Kastiliya və Leon • Kataloniya  • Madrid regionu  • Mursiya  • Navarra  • Qalisiya  • Rioxa  • Valensiya regionu
Escudo de España (mazonado).svg
Muxtar şəhərlər Seuta  • Melilla

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.