Qəzza

QəzzaFələstinin cənub-qərbində yerləşən şəhər. Şəhər inzibati baxımdan Qəzza bölgəsinə daxildir və həmin bölgənin ən böyük şəhəri hesab olunur.

Qəzzadakı insan yaşayış tarixi bu şəhəri dünyadakı ən qədim şəhərlərdən biri edəcək şəkildə 5.000 ilə çatır. Şimali Afrika və Levant arasındakı Via Maris deyilən ticarət rotası üzərində iştirak etdiyi üçün tarixinin böyük bir hissəsində Cənubi Fələstinin qiymətli bir antreposu və Qırmızı dəniz üzərindən gələn Ədviyyat Yolu üzərində əhəmiyyətli bir fasilə yeri olaraq funksiya gördü.

Romalılar və daha sonra Bizanslılar altında, Qəzza və nisbi sülh dövrü yaşayaraq əhəmiyyətli bir məskunlaşma vahid oldu. 635-ci ildə, İslam Ordusu tərəfindən fəth edildi və sürətli bir şəkildə İslami bir hüquq mərkəzi halına gəldi. Ancaq, Xaçlılar zəbti ilə şəhər xarab oldu. Aşağıdakı hissələrdə bir tarixçinin Xaçlılar'ın şəhəri "pilotsuz və xarab tapdığından" bəhs etdiyi yazmaqda olub bu mövzuda qəti qaynaq yoxdur. Sonrakı əsrlərdə, Qəzza sellər və Monqol axınları üzündən bir çox çətinlik yaşadı. 16-cı əsrdə, Osmanlı İmperatorluğuna daxil olduqda bir kənd idi. Osmanlı hakimiyyətinin ilk yarısında, Rıdvan Xanədanı rəhbərliyində şəhərdə böyük ticarət və sülh içində dövr keçdi.

Qəzza I. Dünya Döyüşü əsnasında, İngilis qüvvətlərinə təslim oldu və İngilis mandatı altında Fələstinin bir parçası halına gəldi. 1948 Ərəb-İsrail müharibəsi nəticəsində, Misir rəhbərliyində Qəzzada bəzi inkişaflar olmuşdur. 1967-ci ildə İsrail tərəfindən Altı Gün Döyüşü nəticəsində ələ keçirildi; ancaq 1993-ci ildə, şəhər rəhbərliyi Fələstin Milli rəhbərliyinə keçdi. Həmas, 2007-ci ildə edilən seçkiləri qazanaraq şəhəri Əl Fəthin təslim etdi və o tarixdən bəri İsrail tərəfindən mühasirə altında tutulmaqdadır.

Qəzzanın əsas iqtisadi fəaliyyətləri kiçik miqyaslı sənaye, kənd təsərrüfatıdır. Ancaq, iqtisadiyyat mühasirə və davamlı davam edən qarşıdurmalar ilə iqtisadi olaraq şəhər pis vəziyyətdədir. Əhalisinin çoxu müsəlman olan şəhərdə, çox az xristian azlıq vardır. Qəzza xalqının təxminən 75%-i 25 yaşın altındadır və dünyada qaçqın olaraq başqa bölgələrdə yaşayan ən yüksək sayda xalqa sahib şəhərdir.

Qəzza
Gaza City
Məlumatlar
Ölkə Fələstin
Bölgə Qəzza
Ərazi 45 km²
Əhali 409.680 nəfər

Qardaş şəhərlər

Barselona

Cascais

Təbriz

Dunkerque

Tel Aviv

Torino

Tromsa

Xarici keçidlər

22 yanvar

22 yanvar — Qriqorian təqvimi ilə ilin 22-ci günü.

28 oktyabr

28 oktyabr — Qriqorian təqvimi ilə ilin 301-ci günü (uzun illərdə 302-ci). İlin sonuna 64 gün qalır.

Amos Oz

Amos Oz yaxud Amos Klausner (d. 4 may 1939, Qüds - ö. 28 dekabr 2018, Təl-Əviv) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır.

Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi. Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır.2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzza müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan

və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA)

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) (ing. – Azerbaijan International Development Agency) — 2011-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmışdır. AİDA Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. AIDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

AİDA-nın büdcəsi illik olaraq dövlət büdcəsi hesabına formalaşır. AİDA-nın fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə uyğun olaraq məqsədyönlü şəkildə qurulur. Agentliyə rəhbərliyi xarici işlər naziri tərəfindən təyin edilmiş Agentliyin rəisi həyata keçirir. AİDA-nın əməkdaşları AR Xarici İşlər Nazirliyinin əməkdaşlarıdırlar. AİDA Afrika, Asiya və Latın Amerikasında humanitar və texniki yardım sahələri üzrə fəaliyyət göstərir. AIDA-nın həyata keçirdiyi proqramlardan artıq 30-dan çox ölkə faydalanmışdır.

Birinci Qəzza döyüşü

Birinci Qəzza döyüşü — döyüş 26 mart 1917-ci ildə baş tutmuşdur. Bu zaman Misir ekspedisiya ordusu Fələstinin cənubuna hücum təşkil etmişdir. Bu dövrdə Fələstin Osmanlı imperiyasının ərazisinə daxildir. Döyüş Sinay və Fələstin kompaniyasının tərkib hissəsi olmuşdur. Qəzza şəhəri ətrafında, Aralıq dənizi sahilində baş vermişdir. Britaniya qüvvələrinin əsas hədəfi Qəzzanı ələ keçirmək olmuşdur. Gecə ikən hücuma keçə Britaniya qüvvələri şəhəri ələ keçirmək ərəfəsində olmaq üzrə gələcək osmalı qüvvələri və qaranlıq səbəbindən geriyə çəkilməli olmuşdur. Bu məğlubiyyətin ardından 1917-ci ilin aprelində ikinci Qəzza döyüşündə britaniyalılar daha ağır məğlubiyyət əldə etmişdir

Ehud Barak

Ehud Barak - İsrailin Müdafiə naziri. 2008-ci il dekabr ayının 27-də HƏMAS hərəkatının nəzarət etdiyi Qəzza zolağında İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edir.

Fələstin

Fələstin — Aralıq dənizinin şərqində, Yaxın Şərqdə, Fələstin torpaqlarının bir hissəsini əhatə edən coğrafi bölgə.

Fələstin Azadlıq Təşkilatı

Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzza və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.

Fələstin Dövləti

Fələstin Dövləti (ərəb. دولة فلسطين‎‎, ing. State of Palestine) - Yaxın Şərqdə yaranma mərhələsində olan dövlət.

Misir

Misir (ərəb. مصر Misr/Masr‎‎), rəsmi adı Misir Ərəb Respublikası (ərəb. Cumhûriyet Masr'al Ərabiye‎‎) — Afrikanın şimal-şərqində və Sinay yarımadasında yerləşən ölkə. Paytaxtı Qahirə şəhəridir. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir. Misir Aralıq dənizi sahilində yerləşir. Ölkənin şimal sahili Aralıq dənizi ilə, şimal-şərqdən Qəzza zolağı və İsrail, şərqdən Qırmızı dəniz, cənubdan Sudan, qərbdən isə Liviya dövləti ilə əhatə olunub.

Misir dünyanın ən qədim dövlətlərindən biri hesab olunur. Bu dövlətin tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunur. Misirin islamlaşması isə 7-ci əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

92 milyon nəfər əhalisi ilə Şimali Afrika və Ərəb dünyasında 1-ci, Afrika materikində 3-cü (Nigeriya və Efiopiyadan sonra), dünya ölkələri arasında isə 15-ci yerdədir. Əhalinin əksər hissəsi 40,000 kv.km sahəni əhatə edən, yeganə əkin-biçin işləri üçün əlverişli olan Nil çayı boyunca yerləşir. Misir ərazisinin böyük hissəsini Sahara səhrası tutur ki, burda da demək olar ki, əhali yaşamır. Əhalinin təqribən yarısı şəhərlərdə yaşayır. Əhalinin çox hissəsi Qahirə, İsgəndəriyyə və Nil deltasında yerləşir.

Misir hazırda Şimali Afrika, Yaxın Şərq və Müsəlman dünyasında əsas güclərdən hesab olunur. Misir BMT, Qoşulmama hərəkatı, Ərəb Dövlətləri Liqası və İƏT kimi böyük təşkilatların üzvüdür.

Qoruyucu Sərhəd əməliyyatı

Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzaya qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzadan İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib.

Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum

Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu.

"Mavi Marmara" gəmisi Qəzza zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı.

Qəzza müharibəsi

Qəzza müharibəsi (ərəb. الهجوم على قطاع غزة‎‎; ivr. מבצע עופרת יצוקה‎) İsrail Silahlı Qüvvələrinin Hanukanın davam etdiyi 27 dekabr 2008 tarixində yerli saatla 09:30 radələrində Həmasın israilli vətəndaşlara və hərbi bölmələrə qarşı kassam roketli hücumlar etdiyi iddiası ilə başlatdığı müharibə.

Qəzzə zolağı

Qəzzə zolağı — Aralıq dənizinin şərq sahilində torpaq zolağı. Misir və İsrail ilə həmsərhəddir. Ərazi - 365 km2, əhali - 1,7 milyon.

Ümumi Daxili Məhsul

Ümumi Daxili Məhsul (ing. Gross Domestic Product - verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. ÜDM, xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. Adətən bu interval il və ya rüblərdir.

ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.

ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.

İsrail

İsrail Dövləti (ivr. מדינת ישראל‎ (Medinat Yisra'el), ərəb. دولة إسرائيل‎‎ (Dawlat Isrā'īl)), qeyri rəsmi adı İsrail (ivr. ישראל‎)(ivr. מדינת ישראל ‎ — Asiyada dövlət. Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, şərqində və qərbində İordan çayının qərb sahilində yerləşən Fələstin əraziləri və Qəzza zolağı, cənubunda Misir və Qırmızı dəniz yerləşir. Ölkə olduqca kiçik sahəsinə baxmayaraq, coğrafi cəhətdən fərqli ərazilərə sahibdir. İsrailin iqtisadi və texnoloji mərkəzi Tel-Əviv olsa da, bütün dövlət orqanları paytaxt elan olunan Qüdsdə yerləşir. Buna baxmayaraq, Qüds şəhəri hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu ölkənin paytaxtı kimi qəbul olunmur.

İsrail və İuda krallıqları Dəmir dövrü ərzində mövcud olmuşdur. Eramızdan əvvəl 720-ci ildə Yeni Assuriya İmperiyası İsrail Krallığını işğal etmişdir. İuda Krallığı sonradan başqa imperiyaların tabeliyi altında Yəhudi muxtar ərazisi kimi mövcudluğunu qoruyub saxlamışdır. Eramızdan əvvəl 110-cu ildə uğurlu Makkabi inqilabı nəticəsində müstəqil Yəhudi krallığı yaranmışdır. Bu krallıq da eramızdan əvvəl 63-cü ildə Roma Respublikasının tabeçiliyi altına keçənə qədər müstəqilliyini qoruyub saxlamışdır. Eramızın 6-cı ilində bu ərazidə Roma İmperiyasının nəzarəti altında olan İuda əyalətinin əsası qoyulmuşdur. Bu əyalətdə Roma hakimiyyətinə qarşı yəhudilər tərəfindən başlanan üsyanlardan sonra bölgənin yəhudi əhalisi yaşayış yerlərini tərk etməyə məcbur edilmiş və ərazinin adı da dəyişdirilərək Suriya Fələstini adını almışdır. Bütün bunlara baxmayaraq, regionun yəhudi əhalisi öz mövcudluğunu uzun əsrlər boyunca qoruyub saxlamışdır. 7-ci əsrdə ərəblər Bizans İmperiyasının tabeçiliyində olan Levantı işğal etmiş və 1099-cu ildə başlamış Birinci səlib yürüşünə qədər ərazini öz nəzarəti altında saxlamağı bacarmışdır. 1187-ci ildə bu ərazi Əyyubilər sülaləsi tərəfindən işğal olunmuşdur. Məmlük dövləti 13-cü əsrə qədər öz hökmranlıq etdiyi ərazini genişləndirərək Levantı da ələ keçirməyi bacarmışdır. 1517-ci ildə Osmanlı İmperiyası tərəfindən məğlub edilən Məmlük dövləti qoşunları Levantı tərk etməyə məcbur olmuşdur. 19-cu əsr ərzində yəhudilər arasında milli oyanışın başlaması səbəbilə özündə yəhudi millətçiliyini ehtiva edən Sionizm hərəkatı meydana gəlmişdir.

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunan Fələstinin bölüşdürülməsi planına görə müstəqil ərəb və yəhudi dövlətləri yaradılmalı, Qüds şəhərinə isə beynəlxalq status verilməli idi. Bu plan Fələstinin yəhudi icması tərəfindən qəbul olunsa da, ərəb liderlər tərəfindən qəbul olunmadı. Növbəti il yəhudi icması İsrail Dövlətinin müstəqilliyini elan etdi. 1948-ci ildə başlayan Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin mandatının ərazisinə daxil olan ərazinin əksər hissəsini ələ keçirməyə nail oldu. İordan çayının qərb sahili və Qəzza zolağı isə qonşu ərəb ölkələri tərəfindən işğal olundu. Bu hadisə İsraillə ərəb dövlətləri arasında tək müharibə olmamış, bundan sonra da tərəflər arasında bir çox müharibələr baş vermişdir. Həmin hərbi münaqişələr nəticəsində İordan çayının qərb sahili, Qolan təpələri və Qəzza zolağı İsrail tərəfindən işğal olunmuşdur. İsrail tərəfindən işğal olunan Fələstin əraziləri müasir dövrdə ən uzun çəkən işğal faktı kimi tarixə keçmişdir. İsrail-Fələstin münaqişəsini həll etmək məqsədilə aparılan danışıqlar sülhlə nəticələnməmişdir. Buna baxmayaraq, İsrail həm Misir, həm də İordaniya ilə sülh müqaviləsi imzalamağa nail olmuşdur.

İsrail coğrafiyası

İsrail coğrafiyası

İsrail coğrafiyası — İsrail Dövlətinin coğrafiyası. İsrailin coğrafiyası çox müxtəlifdir. Belə ki, ölkənin cənubunda səhra şəraiti hökm sürsə də, şimal əraziləri qarlı dağlarla əhatə olunmuşdur. İsrail Asiya qitəsinin qərbində və Aralıq dənizinin şərq sahilində yerləşir. Ölkə şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən isə Misirlə həmsərhəddir. İsraildən qərb istiqamətində Aralıq dənizi və Qəzza zolağı yerləşir.İsrailin ümumi sahəsi 20,770 km²-dir ki, bunun da 445 km²-ni su sahəsi təşkil edir. Ölkə şimaldan cənuba doğru 424 km, qərbdən şərqə doğru isə 114 km məsafədə uzanır.İsrailin cənubunun əsas hissəsini ümumi sahəsi 16 min km² olan Neqev ərazisi əhatə edir. Neqevdən şimalda Yəhudi səhrası yerləşir. Ölkənin İordaniya ilə arasında sərhəddə dünyanın ən alçaq nöqtəsi olan Ölü dəniz yerləşir. İsrailin daxilində yerləşən ən böyük göl olan Təbəriyyə gölü şərqdən Qolan təpələri ilə əhatə olunmuşdur. Qolan təpələrində yerləşən ən hündür zirvə isə Hermon dağıdır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.