Qərbi Avropa

Qərbi AvropaAvropanın qərbində tarixi-geosiyasi bölgə.

Ərazisi

Qərbi Avropa ölkələrinin vahid ərazisi Norveç dənizindən Aralıq dənizinədək 5000 km uzanır. Onların ümumi sahəsi 3,8 milyon km²-dir, bu Yer kürəsinin quru ərazisinin 2,5%-nə bərabərdir. Qərbi Avropa iqtisadi və siyasi cəhətdən bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan 24 müstəqil dövlət və həmçinin Cəbəllüttariq yerləşir. Bu ölkələrdən dördü G8 qrupuna daxil olan başlıca İnkişaf Etmiş Ölkələrdir. Kiçik dövlətlər olan qalan 14 ölkə (mikrodövlətlər istisna olmaqla) Qərbi Avropada xüsusi mövqe tuturlar. Mikro dövlətlər isə xüsusi qrup əmələ gətirir. Qərbi Avropa dövlətlərinin iqtisadi-coğrafi mövqeyi üç başlıca əlamətlə səciyyələnir.

  • Bir-birinə nəzərən sıx qonşuluq mövqeyi
  • Əksər ölkələrin dəniz sahilində olması və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi
  • Ümumi Avropa əməkdaşlığının inkişafı üçün Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması

Dövlət quruluşuna görə Qərbi Avropa ölkələrinin 12-si respublika, digər 12-si isə monarxiyadır. Burada həm federativ, həm də unitar dövlətlər var.

Əhalisi

2009-cu statistikasına görə Qərbi Avropa əhalisinin sayı 409 milyon nəfərdir, bu da dünya əhalisinin 6%-nə bərabərdir. Son illər Qərbi Avropada əhalinin artımı olduqca yavaş gedir. Belə demoqrafik vəziyyət Qərbi Avropanı dünyanın başlıca əmək immiqrasiyası mərkəzlərindən birinə çevirib. Hal-hazırda Qərbi Avropada 40 milyona yaxın immiqrant yaşayır. Milli tərkibinə görə regionun əhalisi nisbətən yekcinsdir. Yerli əhalinin əksəriyyəti Hind-Avropa dillərində danışır. Regionda əhalinin sıxlığı çox yüksəkdir. Orta hesabla hər km²-ə 100 nəfər düşür. Lakin Qərbi Avropanın ayrı-ayrı regionlarında əhalinin sıxlığı olduqca müxtəlifdir. Əhalinin yerləşməsi şəhərlərin coğrafiyası ilə müəyyən edilir. Dünyanın ən çox urabnizasiyalaşmış regionlarından bir olan Qərbi Avropada əhalinin 2/3 hissəsini, bir sıra ölkələrdə (Belçika, Almaniya, Niderland) isə 80%-dən çoxunu şəhər əhalisi təşkil edir. İlk şəhər aqlomerasiyaları məhz Qərbi Avropada yaranmış və inkişaf etmişdir. London və Paris dünyanın ən iri aqlomerasiyalarından biri hesab olunur.

İqtisadiyyatı

Qərbi Avropa bir sıra iqtisadi göstəricilərinə görə, xüsusi ilə xarici ticarət dövriyyəsinə görə ABŞ-ı ötüb keçmişdir. Qərbi Avropa həm də mühüm maliyyə mərkəzidir. LondonSürix onun maliyyə "paytaxtları" hesab olunurlar. Qərbi Avropanın təsərrüfat siması ilk növbədə inkişaf etmiş sənaye ilə, xüsusilə maşınqayırma və kimya sənayesi ilə təmsil olunur. Regionun iqtisadiyyatının özəyini Avropa Birliyi ölkələri, ilk növbədə G8 qrupuna daxil olan Almaniya, Böyük Britaniya, Fransa və İtaliya təşkil edir. Təsərrüfatın müxtəlif sahələrinə malik olan bu ölkələr, regionun ümumi sənaye məhsulunun 75%-ni istehsal edir. Qərbi Avropada iqtisadiyyatın ərazi strukturu olduqca müxtəlifliyi və mürəkkəbliyi ilə fərqlənir. Ümumiyyətlə, hələ 19-cu əsrdə formalaşan sənayenin coğrafiyası indi də öz mənzərəsini saxlayır. İnkişafın əsas mərkəzi İngiltərənin cənub-şərqindən başlayaraq Fransanın şimalından, Belçikadan, Almaniyanın qərbindən, Reyn və onun vadilərindən keçməklə Şimali İtaliyaya qədər səkkiz ölkənin ərazisi üzrə təqribən 1.500 km uzanır. Regionun ərazisinin 1/5-ni tutan sənaye zolağında Qərbi Avropa əhalisinin yarısı və sənaye potensialının 75%-i təmərküzləşmişdir. 19-cu əsrdən etibarən Qərbi Avropanın iqtisadiyyatının ərazi strukturunda mühüm dəyişikliklər iri sənaye port komplekslərinin (Rotterdam, Marsel və s.) yaranması, Şimal dənizinin neft və qaz yataqlarının mənimsənilməsi, geri qalmış bölgələrin sənayeləşdirilməsi və sənayenin təmərküzləşməsinin qarşısının alınması ilə əlaqədardır. Xüsusilə Avropa İttifaqı çərçivəsində inteqrasiya prosesinin güclənməsi regionun iqtisadiyyatının coğrafiyasında ciddi dəyişikliklər edir.

Qərbi Avropanın kənd təsərrüfatı istehsal həcminə görə ABŞ-dan geri qalmasına baxmayaraq, yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənir. Buğda istehsalının məhsuldarlığına (hər hektardan 60-70 sentner) Qərbi Avropa dünyada birinci yeri tutur. Qərbi Avropa ərzaq məhsulları ilə əhalinin tələbatını demək olar ki, ödəyir. Burada yalnız tropik əkinçilik məhsulları və yem taxılı idxal olunur. Qərbi Avropanın əksər ölkələrinin kəənd təsərrüfatında heyvandarlıq başlıca yer tutur. Hər yerdə ixtisaslaşdırılmış və və yüksək mexanikləşdirilmiş kapitalist təsərrüfatı üstünlük təşkil edir.

Nəqliyyat

Qərbi Avropa yüksək inkişaf etmiş nəqliyyat sisteminə malikdir. Yük daşıma məsafəsinin uzunluğuna görə region ABŞ-dan geri qalır, lakin nəqliyyat şəbəkəsinin sıxlığına görə dünyada birinci yeri tutur. Xüsusilə avtomobil nəqliyyatı ilə beynəlxalq və tranzit daşınmanın mühüm əhəmiyyəti var. Dəniz nəqliyyatı çox qədim dövlərdən bəri Qərbi Avropa xalqlarının həyatında mühüm rol oynamış və indi də oynamaqdadır. Nəqliyyat növləri arasında daşınmanın bölgüsündə boru kəməri və hava nəqliyyatının payı getdikcə artır. Qərbi Avropadan nəqliyyat əlaqələri üçün keçilməz maneələr yaradan təbii sədlər demək olar ki, qalmamışdır. Bir çox dəmir və avtomobil yolları, boru kəmərləri Alp dağlarını kəsib keçir. Bərə körpüləri Şimal və Baltik dənizinin sahillərini birləşdirir. Qərbi Avropa dövlətləri ABŞ-a nisbətən beynəlxalq ticarətə daha geniş cəlb olunmuşdur. Xüsusilə dar ixtisaslaşdırırlmış istehsal ilə fərqlənən Qərbi Avropanın kiçik ölkələri xarici ticarətdən daha çox asılıdır.

Qərbi Avropadakı Dövlətlər

Qərbi Avropadakı dövlətlərin siyahısı.

Ölkə adı Əhalisi
(2009-cu il)
Paytaxtı
Avstriya Avstriya 8.355.260 Vyana
Belçika Belçika 10.665.867 Brüssel
Danimarka Danimarka 5.511.451 Kopenhagen
Finlandiya Finlandiya 5.244.749 Helsinki
Fransa Fransa 64.351.000 Paris
Almaniya Almaniya 82.002.356 Berlin
Yunanıstan Yunanıstan 11.305.118 Afina
İslandiya İslandiya 319.368 Reykyavik
İrlandiya İrlandiya 4.465.540 Dublin
İtaliya İtaliya 60.053.442 Roma
Lüksemburq Lüksemburq 493.500 Lükmburq
Niderland Niderland 16.486.587 Amsterdam
Norveç Norveç 4.799.252 Oslo
Portuqaliya Portuqaliya 10.627.250 Lissabon
İspaniya İspaniya 46.661.950 Madrid
İsveç İsveç 9.256.347 Stokholm
İsveçrə İsveçrə 7.700.202 Bern
Böyük Britaniya Böyük Britaniya 61.634.599 London
Cəmi 408.480.692
Azərbaycan Dövlət Kamera Orkestri

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri — 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir.

Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.

Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.

Bakalavr

Bakalavr (lat. baccalarius və ya baccalarium; bacca — "meyvə", larius — "dəfnə", mənası "dəfnə meyvəsi") — Bolonya prosesində iştirak edən ölkələrdə ali təhsil proqramının birinci pilləsini mənimsəyən şəxslərə verilən akademik dərəcə və ya ixtisaslaşma göstəricisi; bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;

Lakin istisnalar da var, məsələn, Amerika Birləşmiş Ştatlarında az sayda ikinci pillə dərəcəsini bitirənlər də uyğun sahədə bakalavr adını alırlar, Fransada isə tam orta təhsili başa vuranlar bakalavr dərəcəsi alırlar.

İlk dəfə orta əsrlərdə Qərbi Avropa universitetlərində tətbiq olunmuşdur.

Birləşmiş Krallıq

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – Şimal-qərbi Avropa dövləti.

Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Materik Avropaya Fransa vasitəsi ilə La Manş kanalı ilə birləşir.

Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.

Birləşmiş Millətlər Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Vatikan BMT-nin üzvü deyil.

BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.

Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır.

BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.

Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı aşağıdakı qurumlardan ibarətdir:

Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu-Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər.

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar.

Dadaizm

Dadaizm (fr. dadisme; dada – mənasız ahəngdarlıq) – Qərbi Avropa ədəbiyyatı və rəssamlığında modernist cərəyan. Birinci dünya müharibəsi illərində İsveçrədə yaranmış, Fransa və Almaniyada geniş yayılmışdı. Dadaistlər burjua ədəbiyyatı və incəsənətinə qarşı çıxsalar da, alogizmi (fikir və forma pərakəndəliyinin yaradıcılıq prosesində əsas götürülməsi) əsas sayır, ideyalılığı, obrazlılığı inkar edirdilər.

T.Tsara, R.Gülzenbek, Q.Alp dadaistlərin ən görkəmli nümayəndələridir. XX əsrin 20-ci illərində dadaistlər başqa dekadent cərəyanlara qoşulmağa başladılar. J.Qross və C.Hartfild bu qəbildən olan dadaistlərdən idilər.

Kilsə

Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolok kilsəsi, protestant kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizam dinlərinə xas deyil.

Bir kilsə bina və ya kilsə evi, tez-tez sadəcə kilsə deyilən, xristian dini fəaliyyətlər üçün, xüsusilə xristian ibadət xidmətləri üçün istifadə olunan bir binadır. Müqavilə tez-tez xristianlar tərəfindən ibadət etdikləri fiziki tikililərə istinad etmək üçün istifadə olunur, lakin bəzən digər dinlərin binalarına istinad etmək üçün istifadə edilir. Ənənəvi xristian memarlığında, kilsə tez-tez bir xristian xaç şəklində təşkil edilir. Plan görünüşündən baxdıqda xaçın ən uzun hissəsi koridorda təmsil olunur və xaçın qovşağı qurbangahın ərazisində yerləşir.

Qüllələr və ya qübbələr tez-tez izləyicinin gözünü göylərə və ruhlandırıcı ziyarətçilərə istiqamətləndirmək niyyəti ilə əlavə olunur. Müasir kilsə binalarının müxtəlif memarlıq üslubları və planları var; digər məqsədlər üçün nəzərdə tutulmuş bir çox bina artıq kilsə istifadəsinə çevrilmişdir və əksinə, bir çox orijinal kilsə binaları digər məqsədlər üçün istifadə edilmişdir.

Ən qədim xristian kilsəsi binası 233 və 256 arasında qurulan bir ev kilsəsidir. XI-XIV əsrlərdən etibarən, Qərbi Avropa ərazisində catedral və kiçik kilise kilsələrinin bünövrəsi tikilmişdir. Katedral bir kilsə binasıdır, adətən Roma katolik, Protestant (Anglican daxil olmaqla), Şərq ortodoks və ya şərq pravoslavları, kafedranı məskunlaşdıran, başçılıq edən piskoposun taxtı və ya taxt üçün rəsmi adı.

Kənd təsərrüfatı

Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılmasına deyilir. İnsan qidanı ola biləcək və iqtisadi dəyəri olan hər cür bitki-heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikiləşdirmə fəaliyyətlərinin hamısıdır.

Bu elm sahəsi elmi məlumatın yanında xüsusi qabiliyyət və ayanlıq tələb edir. Tətbiqli bir elm sahəsi olub, məqsədi insanların faydasına iqtisadi dəyərlər əldə etməkdir.

Kənd təsərrüfatı, iki təməl istehsal budağından meydana gəlir. Bunlar Bitki mənşəli İstehsal və Heyvan mənşəli İstehsaldır. Bu iki təməl Kənd təsərrüfatı istehsal budağı və hətta tərifləri arasındakı tək ayrı-seçkilik, istifadə etdikləri materialın birində bitki, o birində isə heyvan materialı olmuşdur.

Heyvan mənşəli istehsalı əkinçiliyin xaricində qəbul etmək, günümüzün gerçəklərinə zidd və çağın gerisində qalmış bir görüşdür və ancaq geri qalmış ya da inkişaf etməkdə olan cəmiyyətlərdə etibarlıdır. Çünki bu iki təməl istehsal qolu, bir-birinə ehtiyacı olan, bir-birini tamamlayan və dəstəkləyən iki istehsal budağıdır.

Markiz

Markiz (fr. Marquis, ing. Marquess, it. Marchese, Latınca marchisus və ya marchio, alm. Markgraf‎) — Qərbi Avropa zadəgan titulu.

İyerarxiyaya görə hersoq və qraf titularının arasındadır.

İngiltərədə hersoqların böyük oğlu markiz titulu daşıyır.

Niderland Krallığı

Niderland Krallığı (nid. Koninkrijk der Nederlanden) və yaxud da digər adı ilə Hollandiya Krallığı — Qərbi Avropa və Karib hövzəsində toprağı olan bir suveren dövlət və konstitusiyalı monarxiya. Aruba, Kürasao, Niderland və Sint-Marten olmaq üzrə dörd ölkədən ibarətdir. Ancaq reallıqda, krallığın işlərinin çoxunu əhalisinin və sahəsinin 98 %-ini təşkil edən Niderland idarə etməkdədir. Bu səbəbdən digər üç ölkə, müəyyən qədər öz parlamentləri vasitəsilə muxtar olsa da xarici siyasət və müdafiə məsələlərində Niderlanddan asılıdırlar.

Niderlandın torpaqlarının çoxu Avropadadır. Yalnız Niderlanda aid 3 özəl bələdiyyədən – Boneyr, Sint-Estatius və Sabadan ibarət Karib Niderlandı ərazisi Karib dənizindədir. Aruba, Kürasao və Sint-Marten də Karib dənizindədir.

Oksford

Oksford (ing. Oxford) — Böyük Britaniyada, İngiltərədə şəhər.

Pop-art

Pop-art (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950-60-cı illərdə Qərbi Avropa və ABŞ-da abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti, partlayış, şok effekti əmələ gətirən incəsənət.

Puştu dili

Puştu dili, Əfqan dili — puştunların ana dili, Hind-Avropa dillərinin İran dilləri qrupuna daxildir. Bütün cənub və cənub-şərqi Əfqanıstanda, şimal-qərbi və qərbi Pakistanda yayılmışdır. Dari dili ilə birlikdə Əfqanıstanda rəsmi dövlət dilidir. Leksikasına hind, fars, ərəb, türk, monqol, Qərbi Avropa dillərindən çoxlu söz keçmişdir. Yazıda ərəb əlifbasından istifadə edilir. İlk yazı nümunələri XIII əsrə aiddir.

Rusiya İmperiyası

Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya.Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının - İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812-1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı.

Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi. Onlar gizli polis tərəfindən yaxından izlənilir və minlərlə insan Sibirə sürgün edilirdilər.

İqtisadi cəhətdən, imperiyanın əsas bazasını kənd təsərrüfatı təşkil edirdi. Böyük əmlaklarda təhkimli kəndlilərin çalışması (1861-ci ildə azad olunanadək) ilə məhsuldarlıq göstəriciləri aşağı idi. Dəmir yolu və fabriklərdə xarici sərmayələrin qoyulması hesabına iqtisadiyyat yavaş-yavaş sənayeləşdirildi. Torpaqlar 10-cu əsrdən 17-ci əsrə qədər zadəganlar (boyarlar), sonralar isə imperator tərəfindən tərəfindən idarə olunurdu. Çar III İvan (1462-1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682-1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir. O, paytaxtı Moskvadan yeni şəhər modeli olan Sankt-Peterburqa köçürmüş və ənənəvi, orta əsrlərdən qalma bəzi ictimai və siyasi baxışları müasir, elmi, Avropayönümlü və rasionalist bir sistemlə əvəz edən mədəni inqilab həyata keçirmişdir.

Böyük Yekaterina (1762-1796-cı illərdə hakimiyyətdə olmuşdur) imperiyaya qızıl dövrdə başçılıq etmişdir. O, fəthlə, müstəmləkəçilik və diplomatiya ilə dövləti genişləndirmiş, Qərbi Avropa xətləri boyunca Böyük Pyotrun modernləşmə siyasətini davam etdirmişdir. Çar II Aleksandr (1855-1881) 1861-ci ildə bütün 23 milyon təhkimli kəndlilərin azad olunması da daxil olmaqla bir çox islahatlar həyata keçirmişdir. Onun Şərqi Avropada siyasəti pravoslav xristianları Osmanlı hökmranlığı altında qoruyurdu. 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş Krallıq və Serbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı.

Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de-yure konstitusiyalı monarxiyaya çevirildi. İmperiya, 1917-ci ilin Fevral İnqilabı və Birinci Dünya müharibəsində iştirakında kütləvi uğursuzluqları səbəbindən süqut etdi.

SOCAR-GPC

SOCAR-GPC — Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi. İnşasına 2020-ci ilin I rübünün sonunda başlanılması və 2023-cü ilin III rübündə istismara verilməsi planlaşdırılır. 2019-cu ilin aprel ayında olan məlumata görə layihə üçün FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə), geotexniki və topoqrafik işlər və digər işlər yekunlaşıb, Qaradağ rayonu ərazisində 250 hektar torpaq ayrılıb. Məhsullar üçün Türkiyə, İran, Mərkəzi və Qərbi Avropa, Çin, Rusiya və digər ölkələr ixrac bazarları olaraq nəzərdə tutulub.

Simvolizm

Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan.

Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Sözlə təsvir olunmuş həyat faktı da simvola çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur.

Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və Artur Rembo, Belçikada – Emil Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə Oskar Uayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir. Simvolluq ədəbi obrazın, sözün təbiətindədir, ona görə bundan ifadə vasitəsi kimi ədəbiyyatda ən qədim vaxtlardan və bütün ədəbiyyatlarda az-çox istifadə edilmişdir. Simvol funksiyasında sözdən başqa heyvan obrazları, təbiət hadisələri, predmetlər, insan hərəkətləri, şəkil və heykəllər və s. də çıxış edə bilir. Məsələn, nağıl və təmsillərdə heyvanlar insanların simvolu kimi göstərilir. Və ya sufi poeziyanın obraz sırası başdan başa rəmzi və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvolizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli saymaq olar.

Simvolistlərdə insan obrazları həyat faktından daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında simvolizm cərəyan kimi olmayıb, amma XX əsrin əvvəllərinin müəyyən əsərlərində öz aşkar təsirini qoyub. Məsələn, Cəlil Məmmədquluzadə "Ölülər" pyesində simvolik ümumiləşmədən istifadə edib. Fanatizmə təslim olmuş müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq formasıdır. Hüseyn Cavidin "İblis" dramı da simvolik təsvir üsulu ilə yaradılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi verilir. Hər iki fakt Azərbaycan ədəbiyyatına Qərb simvolizminin təsiri kimi qiymətləndirilə bilər.

Soylar

Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri.

O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur.

Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır.

Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur.

Nəsli ağsaqqallar idarə edirdilər. Onlar dünyəvi və dini funksiyalar daşıyırdılar. O, nəslin və ya qəbilənin adət-ənənələrinə ciddi riayət olunmasına nəzarət edirdi. Qəbilə rəhbərinin funksiyası ondan ibarət idi ki, o, təsərrüfata başçılıq edir, nəsillər arası ixtilafları həll edir, hərbi işə rəhbərlik edirdi. Nəsli şura – nəslin tam bərabər hüquqlu üzvlərinin ümumi yığıncağı idi.

İnkvizisiya

İnkvizisiya — orta əsrlər Qərbi Avropa ölkələrində katolik kilsəsinin keçirtdiyi siyasətin, həmçinin bu siyasəti yerinə yetirən təşkilatın adıdır. İslahatlara dözümsüzlük nümayiş edən katolik kilsəsi geniş şəkildə "kafirlərə" qarşı repressiyalar kampaniyasına vüsət verirdi. Əsasən İspaniya, Fransanın cənub-qərbində, İtaliyanın və Almaniyanın cənubunda geniş tətbiq olunurdu. Mütərəqqi insanlar dinin ehkamlarına zidd təbliğata görə müxtəlif işgəncələrə məruz qoyulur, diri-diri tonqallarda yandırılırdı. İnkvizisiya tərəfindən öldürülən məşhurlar arasında Cordano Bruno, Yan Qus, Janna Dark və bir sıra başqaları var.

Yer kürəsinin bölgələri
LocationAmericas.png Amerika Şimali · Karib · Latın · Mərkəzi · Cənubi
Location of Europe.svg Avropa Şimali · Qərbi · Mərkəzi · Şərqi · Cənubi
LocationAsia.png Asiya Şimali · Ön · Mərkəzi · Qərbi · Cənubi · Cənub-Şərqi
Yaxın Şərq · Orta Şərq · Uzaq Şərq
LocationAfrica.png Afrika Şimali · Qərbi · Mərkəzi · Şərqi · Cənubi · Yaxın Şərq
LocationOceania.png Okeaniya Avstraliya · Yeni Zelandiya · Melaneziya · Mikroneziya · Polineziya
LocationPolarRegions.png Qütb sahələri Arktika · Antarktida
LocationOceans.png Okeanlar Atlantik · Hind · Şimal Buzlu · Sakit  · Cənub (rəsmi olaraq qəbul edilməyib)

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.