Qərb

Compass Rose English West
Kompasda səmtlərin müəyyənləşdirilməsi

Coğrafi izahı

Qərb Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir.

Siyasi mənası

1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir.

Xristianlıqda istifadə

Pravoslavlüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb. Katolik kilslərinin altarları qərbə tərəf yönəlib.

Əsas səmtlər

ŞmQ
Şm

ŞmŞ
Q ◄ Dünya Ş
CQ
C
Amerika

Amerika — Qərb yarımkürəsində qitə.

Sahəsi 42.000.000 kv.km dir.

Asiya

Asiya –Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) -10,5 min km, qərbdən şərqə - 12,5 min km məsafədə uzanır. sahəsi 44,4 min kv. km-dir. Əhalisi 3761 min. nəfər təşkil edir. OnLARDAN 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfrədir. Təbii artıma gəldikdə, illik orta artım-1,1%, ən cox artımda Yəməndə -3,40 %, ən çox artım isə Gürcüstanda-0,31%-dir. Əhalinin orta ömur sürməsi kişilər üçün - 68,8 il, qadınlar üçün isə 66,4 ildir. Uzunömürlülk kişilərəsə-77,7 il, (Yaponiyada), qadınlar yenə Yaponiyada - 84,2 ilə çatır. Ən az ömür sürmə Əfqanıstanda müşahidə edilir. Asiyada savadlılığın orta göstəricisi 71% olmaqla Yaponiyada 99%-ə, ən az Nepalda 26% təşkil edir.

Asiyada 48 dövlət, iki xüsusi statusa malik olan ərazi vardır. Sakit okeanda Britaniya ərazisində və Fələstindən ibarətdir. İdarə olunma formasına görə 34 respublika,14 monorxiya mövcuddur. Deyilənlərdən 4-ü federativ quruluşa, 9-u konstitusiyalı monarxiya, 5-i isə mütləq monorxiyaya malik olan dövlətlərdir. Asiya əhalisinin irqi, milli və dil tərkibi çox mürəkkəbdir. Birada bəçəriyyətin 4 aparıcı irqi mövcuddur. Bu monqoloid, avropoid, avstrolid və neqroid irqləridir. Regionda mindən artıq xalq yazır ki, onlar da 200-dən atrıq dil və dialektə aiddirlər.

Hindistan, indoneziya Filippin, İran, Əfqanıstan, Pakistan, Malaziya və digərləri çoxmillətli dövlət sayılırlar. Banqladeş, Yəmən, Kampuçiya, Çin, Koreya Xalq Demokratik Respublikası, Maldiv, Yaponiya azsaylı milli tərkibə malik olan dövlətlərdir. İslam, induizm, buddizm dinlləri aparıcı sayılır.

Asiya Avropa ilə birlikdə 54 mln. km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. Əsasən şərq yarımkürəsində yerləşir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahesi Cenubi Amerika, Antraktida, və Avstraliyanın birge götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Ural və ya Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Don çayının aşağı axını, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi olaraq qəbul edilmişdir. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır.

Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan yarımadası Ərəbistan və Hindistan yarımadası Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dənizAsiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir.

Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal yarımadası, Taymır yarımadası , Çukot yarımadası və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali Amerikadan ayırır. Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.

Avropa

Avropa — Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Sahəsi 10,523,000 km²-ə bərabərdir."Avropa" sözü sami dillərində Erep (yaxud İrib), "günəşin batdığı tərəf" mənasını verir. Finikiyalılardan yunanlara keçən bu ad, yunanca "Europa" olmuş və Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir.

Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayı ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur. Azərbaycanda Avropanın sərhədinin hüdudları təxminən Abşeron rayonun Zirə qəsəbəsində tamamlanır. Zirənin yarısı Asiya, yarısı isə Avropa hüdudlarına daxildir. Bakı tam olaraq Avropanın hüdudlarına daxil olmur. Bakıda Şüvəlanın çox hissəsi, Binəqədi rayonu, Mərdəkan qəsəbəsinin bir hissəsi Avropanın hüdudlarına daxildir. Ümumilikdə, Bakının mərkəzi hissəsi Asiya, şimal-qərb hissəsi isə Avropaya aid olur.

Azərbaycan dili

Azərbaycan dili (Azərbaycanca, Azərbaycan türkcəsi, tarixi adı: Türk dili və ya Türkcə) — Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri

Qərb dialekti - Qarabağ və Qarabağətrafı rayonların dialektləri

Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri

Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər.

Cənubi Amerika

Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi. və s.olmaqla

Dizəzinə dağı

Dizəzinə dağı – Babək rayonu ərazisində dağ (hünd. 1091,4 m).

Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı zirvəsindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli Əshabi-Kəhf ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 1,4 km cənub-şərqdə yerləşən alçaq tirənin suayırıcında yastı yüksəklik.

Alt Miosenin Sakaraul mərtəbəsinə aid Qızılboğaz lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvəsindən və cənub-qərb yamacından şimal-qərb istiqamətli fay qırılmaları keçir.

Düymə (ölçü vahidi)

Düym— ölçü vahidi.Niderland dilində mənası baş barmaq deməkdir.

Dəhnə dağı

Dəhnə dağı – Şərur və Sədərək rayonları sərhədində dağ (hünd. 1154,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin cənub-qərb qurtaracağında zirvə. Dəmirçi kəndindən 8 km qərb-şimal-qərbdə, “Qurd qapısı” keçidindən 3 km cənub-qərbdədir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik lay dəstəsinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuş yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Saraclıdağ sinklinalının nüvə hissəsində yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.

Dəmirlidağ

Dəmirlidağ – Culfa rayonu ərazisində dağ (hünd. 3368,2 m). Zəngəzur silsiləsinin suayırıcısında, Əlincəçayın Dəmirlisu qolunun mənbə hissəsində zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lava-brekçiyalarından təşkil olunmuş cənub-qərb yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Cənub-qərb yamacında andezitli porfirit tərkibli iki subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Kolanısu antiklinalının şimal qanadında yerləşir. Yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları, həmçinin dioritli porfirit daykaları izlənilir.

Dərələyəz silsiləsi

Dərələyəz silsiləsi – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindədir. Ermənistan ilə Naxçıvan sərhədi boyu qərb, şimal-qərbdən şərq istiqamətində uzanır. Arpaçay ilə Naxçıvançay arasında yerləşir. Bu silsilə Gəlinqaya (2800 m-ə yaxın) dağının qərb hissəsindən başlayaraq, Biçənək aşırımına qədər uzanır. Zəngəzur silsiləsilə birləşir. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (3120 m).

Mərakeş

Mərakeş (ərəb. المغرب‎‎‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية‎‎‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) - Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Mərədərə-darı dağı

Mərədərə-darı dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərə çayının aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.

Sakit okean

Sakit okean ing. Pacific Ocean — 161.8 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit Okean və Cənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır.

Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir.

/7 /69==Dənizləri==

Berinq dənizi

Oxot dənizi

Yapon dənizi

Şərq dənizi

Sarı dəniz

Şərqi Çin dənizi

Cənubi Çin dənizi

Yava dənizi

Banda dənizi

Filippin dənizi

Ross dənizi

Amundsen dənizi

Bellinshauzen dənizi

Mərcan dənizi

Tasman dənizi

Durvil dənizi və.s.

Xəzər dənizi

Xəzər dənizi (qaz. Каспий теңізі, rus. Каспийское море türkm. Hazar deňzi, fars. دریای خزر) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Axmaz olduğundan tərkibində duzun faizi 0,05% Volqa çayının deltasında 1—3%-dir. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır.Qədim xəritələrdə Xəzər dənizi Gilan dənizi kimi də adlandırılırdı.

Xəzərin sahəsi 376 000 km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6 380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1 205 km, eni 554 km,ən dərin yeri 1 025 m-dir.

İsrail

İsrail Dövləti (ivr. מדינת ישראל‎ (Medinat Yisra'el), ərəb. دولة إسرائيل‎‎ (Dawlat Isrā'īl)), qeyri rəsmi adı İsrail (ivr. ישראל‎)(ivr. מדינת ישראל ‎ — Asiyada dövlət. Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, şərqində və qərbində İordan çayının qərb sahilində yerləşən Fələstin əraziləri və Qəzza zolağı, cənubunda Misir və Qırmızı dəniz yerləşir. Ölkə olduqca kiçik sahəsinə baxmayaraq, coğrafi cəhətdən fərqli ərazilərə sahibdir. İsrailin iqtisadi və texnoloji mərkəzi Tel-Əviv olsa da, bütün dövlət orqanları paytaxt elan olunan Qüdsdə yerləşir. Buna baxmayaraq, Qüds şəhəri hələ də beynəlxalq ictimaiyyət tərəfindən bu ölkənin paytaxtı kimi qəbul olunmur.

İsrail və İuda krallıqları Dəmir dövrü ərzində mövcud olmuşdur. Eramızdan əvvəl 720-ci ildə Yeni Assuriya İmperiyası İsrail Krallığını işğal etmişdir. İuda Krallığı sonradan başqa imperiyaların tabeliyi altında Yəhudi muxtar ərazisi kimi mövcudluğunu qoruyub saxlamışdır. Eramızdan əvvəl 110-cu ildə uğurlu Makkabi inqilabı nəticəsində müstəqil Yəhudi krallığı yaranmışdır. Bu krallıq da eramızdan əvvəl 63-cü ildə Roma Respublikasının tabeçiliyi altına keçənə qədər müstəqilliyini qoruyub saxlamışdır. Eramızın 6-cı ilində bu ərazidə Roma İmperiyasının nəzarəti altında olan İuda əyalətinin əsası qoyulmuşdur. Bu əyalətdə Roma hakimiyyətinə qarşı yəhudilər tərəfindən başlanan üsyanlardan sonra bölgənin yəhudi əhalisi yaşayış yerlərini tərk etməyə məcbur edilmiş və ərazinin adı da dəyişdirilərək Suriya Fələstini adını almışdır. Bütün bunlara baxmayaraq, regionun yəhudi əhalisi öz mövcudluğunu uzun əsrlər boyunca qoruyub saxlamışdır. 7-ci əsrdə ərəblər Bizans İmperiyasının tabeçiliyində olan Levantı işğal etmiş və 1099-cu ildə başlamış Birinci səlib yürüşünə qədər ərazini öz nəzarəti altında saxlamağı bacarmışdır. 1187-ci ildə bu ərazi Əyyubilər sülaləsi tərəfindən işğal olunmuşdur. Məmlük dövləti 13-cü əsrə qədər öz hökmranlıq etdiyi ərazini genişləndirərək Levantı da ələ keçirməyi bacarmışdır. 1517-ci ildə Osmanlı İmperiyası tərəfindən məğlub edilən Məmlük dövləti qoşunları Levantı tərk etməyə məcbur olmuşdur. 19-cu əsr ərzində yəhudilər arasında milli oyanışın başlaması səbəbilə özündə yəhudi millətçiliyini ehtiva edən Sionizm hərəkatı meydana gəlmişdir.

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunan Fələstinin bölüşdürülməsi planına görə müstəqil ərəb və yəhudi dövlətləri yaradılmalı, Qüds şəhərinə isə beynəlxalq status verilməli idi. Bu plan Fələstinin yəhudi icması tərəfindən qəbul olunsa da, ərəb liderlər tərəfindən qəbul olunmadı. Növbəti il yəhudi icması İsrail Dövlətinin müstəqilliyini elan etdi. 1948-ci ildə başlayan Ərəb-İsrail müharibəsi nəticəsində İsrail keçmiş Fələstin mandatının ərazisinə daxil olan ərazinin əksər hissəsini ələ keçirməyə nail oldu. İordan çayının qərb sahili və Qəzza zolağı isə qonşu ərəb ölkələri tərəfindən işğal olundu. Bu hadisə İsraillə ərəb dövlətləri arasında tək müharibə olmamış, bundan sonra da tərəflər arasında bir çox müharibələr baş vermişdir. Həmin hərbi münaqişələr nəticəsində İordan çayının qərb sahili, Qolan təpələri və Qəzza zolağı İsrail tərəfindən işğal olunmuşdur. İsrail tərəfindən işğal olunan Fələstin əraziləri müasir dövrdə ən uzun çəkən işğal faktı kimi tarixə keçmişdir. İsrail-Fələstin münaqişəsini həll etmək məqsədilə aparılan danışıqlar sülhlə nəticələnməmişdir. Buna baxmayaraq, İsrail həm Misir, həm də İordaniya ilə sülh müqaviləsi imzalamağa nail olmuşdur.

Şimali Amerika

Şimali Amerika — Qərb yarımkürəsində, Amerika qitəsinin şimal hissəsinə verilən şərti ad.

Şimali Amerika materikinin sahəsi 24.247(adalar ilə birlikdə 24.365) milyon kv. km-dir. Sahil xəttinin uzunluğu 60 milyon km-dən çoxdur. Materikin parçalanmış şimal sahili çoxlu sayda körfəz və adalardan ibarətdir. Dünyanın ən böyük adası sayılan Qrenlandiya burada yerləşir. Materikin dəniz səviyyəsindən ən yüksək nöqtəsi Mak-Kinli dağıdır (6194m). Dəniz səviyyəsindən ən aşağı nöqtəsi isə Ölüm dərəsidir(-86m). Ən ucqar nöqtəsi şimalda Merçison, cənubda Maryato, şərqdə Sent-Çarlz, qərbdə Uels şahzadəsi burnudur.

Şərq

Şərq - Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir.

Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür.

Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir.

Beynəlxalq işarəsi E (east) hərfidir.

Şərq-Qərb nəşriyyatı

"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.

Ərtik

Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.