Qızıl

Qızıl ya Altın[1] (Au) – təbiətdə saf şəkildə rast gəlinən metal. Kimyəvi elementlərdən biridir (element, kimyəvi yollarla daha bəsit cisimlərə parçalanmayan bir cisim). Kimyəvi elementlərin dövri cədvəlində 79-cu element. Təmiz halda qızılın rəngi samanı-sarıdır və melallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda inun rəbgi açıq-sarı, mis olduqda yaşımtıl sarı, bismut olduqda isə qırmızımtıl olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun çiqdarı 25% olduqda ona "ağ qızıl" deyilir.

79 platinqızılcivə
Ag

Au

Rg
Au-TableImage
Ümumi
Ad, İşarə, Nömrə qızıl, Au, 79
Qrup, Dövr, Blok 11, 6, d
Xarici görünüşü
Gold-crystals
Atom kütləsi 196.966569 q/mol
Elektron formulu 4f14 5d10 6s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 1064.18 °C
(1337.33 K, 1947.52 °F)
Qaynama temperaturu 2856 °C
(3129 K, 5173 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
İonlaşma enerjisi kCmol-1

Xüsusiyyətləri

Qızıl özünə xas sarı rəngdədir. Əksərən sıx metaldır. Qızıl məsələn, dəmir və şüşə kimi daha az sıx maddənin eyni ölçüdəki bir hissəsindən daha ağırdır. Qızıl sıx olmaqla yanaşı həm də olduqca yumşaq bir metaldır. Metalların içərisində (çəkiclə döyülməklə) ən asan şəklə salına biləndir. Qızıl çəkiclə döyülməklə nazik bir təbəqə halına gətirilə bilər, məsələn, bir qram qızıl döyülməklə 180 sm kvadratlıq bir təbəqəyə çevrilə bilər. Bir qızıl yarpağının qalınlığı 1 sm-in milyonda biri qədər ola bilər, bu qalınlıq 1000 atomun qalınlığı qədərdir.

Qızılın dəyərli olmasının səbəblərindən biri də, az tapılan bir metal olmasıdır. İnsanların sahib olmaq istədikləri bir maddə nə qədər azdırsa, dəyəri də o qədər artır. Qızıl yerin səthində və dənizlərin dibindəki yer qabığında tapılır. Ancaq yenə də tapıldığı yerdə az miqdarda olur. Qızılın dəyərliliyini artıran səbəblərdən biri də, vaxt keçməklə xarab olmamasıdır. Minlərlə il bundan əvvəl düzəldilən qızıl pullar və heykəllər, dünən düzəldilmiş kimi parlaqlarını mühafizə etməkdədir. Digər bir çox metal isə hava ilə təmasda olduqda aşınmağa, yeyilməyə başlayır.

Məsələn, dəmir oksigen və suyun meydana gətirdiyi pasla xarab olur. Dəmir atomları, oksigen atomları və su ilə birləşərək dəmir hidroksidi meydana gətirir. Bu qırmızı bir tozdur. Bu səbəblə dəmir mühafizə edilmədikdə getdikcə xarab olur və dəmir oksidə çevrilir. Qızıl isə kimyəvi olaraq sabit bir metaldır. Kimyəvi sabit maddələr, başqa cisimlərlə asanlıqla birləşə bilməz. Qızılı havanın oksigeni, su və turşular xarab edə bilmir. Buna görə də paslanmır. Metalların çoxu metal olmayan elementlərlə birləşməklə mineralları meydana gətirir. Təbiətdə, metallar ümumiyyətlə mineral yığınlarının içində tapılır. Metalı əldə etmək üçün minerallar mədənlərdən götürülüb bunların içindən saf metallar çıxarılır. Ancaq qızılın vəziyyəti başqadır.

Təbiətdə müxtəlif formalarda tapılır

Qızıl kimyəvi sabitliyi səbəbi ilə başqa elementlərlə asanlıqla birləşərək mineral meydana gətirmir. Əksəriyyətlə, torpaqda və qayaların içində qızıl tozları halında saçılmış olaraq tapılır. Bu tozlar yalnız mikroskopla görülə biləcək ölçüdədir. Qızıla külçələrə və yaxud təbəqələr formasında da rastlaşılır. Qızıl başqa elementlərlə nadir hallarda birləşsə də, başqa cisimlərlə bir yerdə tapıla bilər. İçində qızıl olan mineralların tərkibində ümumiyyətlə, sink sulfat və dəmir disulfat da olur. Belə minerallara yalançı qızıl deyilir. Bunun səbəbi rənglərinin sarı olması və bəzən qızılla qarışdırılmasıdır. Koloradoda və Qərbi Avstraliyada, qızıl telluriumla birləşmiş halda tapılır. Bu birləşmələrə qızıl tellurid deyilir.

Bəzi yerlərdə qızıl, kvars qayalıqları içində damcılar formasında olur. Qızıl damarları ehtiva edən bu qayalar, atmosferin təsirinə məruz qalan yerlərdə yağış və küləklərin təsiri ilə aşınıb parçalanaraq çınqıl və qum halına çevrilirlər. Qum yağış suları ilə axaraq sel yataqlarında toplanır. Kiçik qızıl külçələri və qızıl tozları da qumların içində yığılır.

Sel yataqlarında qum içində olan qızılı, bu qumdan ayıraraq əldə etmək çox asandır. Bunun üçün yuvarlaq və yastı qabdan istifadə olunur. Qum bu qaba doldurulub suyu axıdılır. Sonra qab maili olaraq silkələnir. Beləliklə qum qabın kənarında toplanır və asanlıqla boşaldıla bilər. Qızıl qumdan çox ağır olduğu üçün qabın ortasında qalır.

Qızıla hücum

Keçən yüzillikdə tapılan yeni qızıl yataqları, "qızıla hücum" adlandırılan köçlərə səbəb olmuşdu. İlk böyük qızıla hücum 1849-cu ildə Kaliforniyada meydana gəlmişdir. Kiçik San-Fransisko şəhəri bu köçlərin nəticəsində üç il ərzində gözlənilməyən dərəcədə böyümüşdür. Dünyanın hər tərəfindən buraya axın olmuşdur. Ancaq gələnlərin çox azı xəyallarına çatmış, bir çoxu ölmüş və ya əlləri boş geri qayıtmışlar.

Amerikadakı son qızıla hücum 1897-ci ildə Alyaskada Klondayk Riverdəki qızıl yataqlarına olmuşdur. Qızıl axtaranlar şaxtalı soyuğa və dəhşətli şərtlərə qatlanmaq məcburiyyətində qalmışdılar. 18521859-cu ildə Avstraliyadakı qızıl yataqlarına da maraq olmuşdur. Avstraliyanın əhalisi bu səbəblə 8 il ərzində iki dəfə artmışdır. Burada nəticə Amerikadakına görə daha yaxşı olmuşdur. Amerikadakı qızıl axtaranlar daha çox toz qızıl ya da kiçik külçələr tapa bilirdilər.

Avstraliyada isə daha böyük külçələr tapılmışdır. Tapılan ən böyük külçə 270 kq ağırlığında Holtermann külçəsidir. Bu külçə 1872-ci ildə Avstraliyanın Yeni Cənubi Uels bölgəsində yerin bir neçə santimetr altındakı bir qızıl damarından çıxarılmışdır. Avstraliyada o vaxtlar başqa böyük külçələr tapılmışdır. Bunlardan birisi də Uelkom Streyncer külçəsidir. Bu külçə qarışıq halda 70 kq, saf qızıl kimi isə 65 kq idi.

Okean dibindəki və çay yataqlarındakı qızılı tapıb çıxarmaq üçün xüsusi cihazlardan istifadə edilir.

Kvars qayalıqlarında isə qızıl çox kiçik hissəciklər halında tapılır. 10 qram qızılı əldə etmək üçün bəzən bir tonluq bir qayanı parçalamaq lazım ola bilər. Bunun üçün qaya bir sistern içində kiçik hissələrə ayrılır. Sonra bu hissələrin üstünə suda həll olunmuş sodium və ya kalium sianid tökülür. Bununla da qızıl məhlulu alınır. Bu məhlul da sinklə reaksiyaya girərək qızıl əldə edilir.

Qızıl Beynəlxalq ticarətdə

Beynəlxalq ticarətdə qızılın çox vacib yer tutur. Hər ölkədə əldə edilən qızılın təxminən 60%-i dövlət tərəfindən külçə halında saxlanılır. Buna da ölkənin qızıl rezervi adı verilir. Dövlətlərin bir-birinə olan borclarında qızıl ödəməsi qəbul olunur.

Külçə qızılın alqı-satqısı qadağandır. Ancaq qızıldan hazırlanan daş-qaşlar və müxtəlif əşyaların satılmasına icazə verilir.

Qızıl zərgərlikdə

Qızılın çox yumşaq olması, daş-qaş hazırlanmasında təkcə qızılın istifadəsini çətinləşdirir. Ümumiyyətlə başqa bir metalla qarışdırılaraq istifadə edilir. Qarışıq əldə etmək üçün iki və ya daha çox metalla birlikdə əridilməklə atomlarının qarışması təmin edilir. Qızıl, mis, nikel və gümüşlə qarışdırılaraq daha möhkəm qarışıqlar əldə olunur. Zərgərlər qızılın saflığını karat adlı vahidlə ölçürlər. Saf qızıl 24 karatdır.

Qızıl sənaye və elmdə

Bununla yanaşı, qızıl, sənaye və elmdə də istifadə olunur. Məsələn, yaxşı elektrik keçirici olduğuna görə elektrik və elektronika dövrələrində istifadə edilir. Qızıl bəzən şüşə istehsalında istifadə edilir. Şüşəyə qatılan qızıl, istilik şüaları olan infrared şüaların 98%-ni əks etdirir. Beləliklə, qapalı yerlərin isinməsinin qarşısını alır və daha az havalandırma ehtiyacı meydana gətirir. İstilik şüalarının keçməsinin qarşısını alarkən, işıq şüalarının hamısının keçməsini təmin edir. Beləliklə də işıqlandırmaya mənfi təsir göstərmir. Bundan başqa, Günəş istiliyinin meydana gətirdiyi yüksək temperaturdan qorumaq məqsədilə ABŞ-ın düzəltdiyi kosmos vasitələrində nazik bir təbəqə kimi qızıldan istifadə olunmaqdadır.

Həmçinin bax

Mənbə

  1. Qızıl. «Payız günəşi ətrafındakı kolların seyrək yarpaqlarını altın təbəqələri kimi parlatmaqda idi» (H.Nəzərli).
Başqırdlar

Başqırdlar və ya Başqurdlar — Türk xalqları qrupunun bulqar yarımqrupuna aiddir.

Başqırdlar haqqında ilk tarixi məlumatlar IX-X əsrlərə aid ərəb mənbələrində verilir. Mənbələrdə onlar «başkorf» və ya «başqırd» kimi qeyd olunmuşdular. Başqırdlar Volqa Bulqar dövləti yaranandan sonra onlara tabe oldular. XIII əsrdən Başqırdlarda feodal münasibətləri yarandı. 1236-cı ildə Batu xanın monqol qoşunları Volqa-Bulqar dövlətini süquta uğratdı, həmçinin Başqırdıstan torpaqları da onların işğalı altına düşdü. Başqırdlar Qızıl Ordaya xəz ilə yasaq (vergi) ödəyirdilər. Bundan başqa mal-qaranın sayının onda bir hissəsi də onlara verilirdi. XIV əsrdə Başqırdıstan ərazisi Qızıl Orda xanı Toxtamışla Əmir Teymur arasında döyüş (1391-ci il-Gündüzcə döyüşü) meydanına çevrilmişdi. XV əsrdə Başqırdıstanın xeyli hissəsi Noqay Ordasının tərkibinə qatılmışdı. Uraldan şərqdə yaşayan başqırdlar isə əvvəlcə Sibir, sonra Qazan xanlığına tabe edilmişdi.Bununla da, Başqırd torpaqları dövlətlər arasında parçalanmışdı.

Əvvəllər başqırdların ictimai həyatında mühüm rol oynamış «yıyın» adlanan xalq yığıncağı daha çağrılmırdı. Indi Başqırd tayfalarını Noqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarxanları idarə edirdilər. XIV-XV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri «biy»lər (bəylər) meydana çıxmışdı ki, onlar da Sibir və Noqay xanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.

Dərələyəz mahalı

Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir.

Neft

Neft (qədim akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyə malik yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir.

Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir.

O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhzulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır.

Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5-6 min metrə qədər dərinliklərində rast gəlinir. Adətən, bu dərinlik 1000-3000 metr təşkil edir. Yer səthinə yaxınlaşdıqca atmosfer sularının və bakteriyaların təsiri altında neft deqradasiyaya məruz qalır (biodeqradasiya) və qatılaşır. Kimyəvi tərkibinə görə neft təbii qaza və asfalta yaxındır. Bu səbəbdən də çox vaxt bu maddələr ümumilikdə petrolitlər də adlanırlar.

Pul

Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsul. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.

Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir:

Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr;

Kağız dəyər nişanələri (əsginaslar), bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.Pullar iki formada ola bilər:

nəğd

nəğdsiz

Qızıl Orda

Qızıl Orda (rus. Золотая Орда), Altın Ordu (monq. Altan Ord, tatar. Altın Urda) ya da Cuçinin Ulusu (monq. Cuçiyn Uls), bəzi mənbələrdə Ulu Ulus - bir Türk dövləti. Çingiz xanın nəvəsi Batı xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşən və təqribən 200 il ömür sürən Qızıl Ordu öz zamanında dünyanın ən böyük və ən qüdrətli dövləti olmuşdur.

Qızıl Ordu

Fəhlə-Kəndli Qızıl Ordusu — RSFSR və SSRİ-nin 1918 -1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı.Qısa adı: Fəhlə-Kəndli Qızıll Ordu, Qızıl Ordu.

Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi .

FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi..

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Demokratik Respublikasını devirib.

Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi. Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər.

Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi.

11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.

Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib.

71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağırılır. Məhz 94 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 71 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil.

Əksər ekspertlər hesab edir ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.

Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır.

Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Amma bütün bu mənfi cəhətləri ilə yanaşı Sovet hakimiyyətinin Azərbaycanın tarixində müsbət izlərinin də olması danılmazdır.

Qızıl balıq (bürc)

Qızıl balıq ((lat. Dorado)) - göyün Cənub yarımkürəsində bürc.

Qızıl kənd (Salmas)

Qızıl kənd (fars. قزل كند) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd.

Qızıl qlobus mükafatı

Qızıl qlobus (ing. Golden Globe) — Hollivud cəmiyyəti tərəfindən 1944-cü ildən etibarən təqdim edilən amerikan kino mükafatıdır.

Qərbi Azərbaycan ostanı

İranda, Güney Azərbaycan bölgəsində ostan. Mərkəzi Urmiya şəhəridir.

Ostanın ərazisi 37437 km², əhalisi 2006-cı ildə aparılmış siyahıya almaya əsasən 2.873.459 nəfərdir, əhalinin 60,03% – i isə şəhərlərdə yaşayır.

Rusiya

Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция) — Şimali Avrasiyada bir ölkədir. Rəhbərlik şəkli federal yarı prezidentlik tipli respublikadır. Şimal-qərbdən cənub-şərqə Rusiya, Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti ilə), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya ilə həmsərhəddir. Dəniz sərhədi olaraq isə Oxot Dənizindən Yaponiya ilə, Berinq Boğazından isə ABŞ ştatı olan Alyaska ilə də qonşudur. 17,075,400 km²-lik ərazisi ilə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Rusiya eyni zamanda 2014 ili etibarı ilə 144 milyon əhalisi ilə dünyanın ən sıx əhalili doqquzuncu ölkəsidir. Bütöv şimali Asiyanın və Şərqi Avropanın böyük bir qisminə uzanan Rusiya, doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif relyef və iqlimə malikdir.

Rusiyanın tarixi III və VIII əsrlər arasında Avropada tanınan bir qrup olaraq ortaya çıxan Şərq Slavyanları ilə başlayır. IX əsrdə Varyaqlar tərəfindən qurulan və idarə olunan Orta Əsr Kiyev Rus Dövləti ortaya çıxdı. 988-ci ildə Bizans İmperiyasından Pravoslav Xristianlığı qəbul edildi və sonrakı minillik üçün buraya Bizans və Slavyan mədəniyyətlərinin sintezi başladı. Daha sonra Kiyev Rus Dövləti bir sıra kiçik dövlətlər halına parçalandı və torpaqlarının əksəriyyəti Monqollar tərəfindən istila edilib Qızıl Orda Dövlətinin qolları halına gəldi. Qızıl Orda Dövlətindən müstəqilliyini elan edən Rus knyazlıqları yavaş-yavaş yenidən birləşib Moskva Knyazlığını qurmuş və Kiyev Rus Dövlətinin mədəni və siyasi irsinin ardıcılı olmuşdur. 18-ci əsrə gəldikdə, böyük ölçüdə fəth, ilhaq və kəşf yolu ilə Avropada Polşadan Şimali Amerikada Alyaskaya qədər uzanan tarixin ən böyük üçüncü imperiyası olan Rus İmperiya halına gəldi.

1917-ci il Oktyabr İnqilabından sonra Rusiya Sovet Federativ Sosialist Respublikası, dünyanın ilk konstitusiyalı sosialist dövləti olmuş və II Dünya Müharibəsində müttəfiqlərə qarşı qələbədə həlledici rol oynayaraq Super güc ölkəsi kimi tanınan, SSRİ-nin ən böyük və aparıcı dövlətlərindən biri oldu. SSRİ dövründə dünyanın ilk süni peyki və ilk insanlı kosmik uçuşu daxil olmaqla, XX əsrin ən əhəmiyyətli texnoloji nailiyyətləri məhz burada həyata keçirilib. Rusiya Federasiyası, SSRİ-nin dağılmasının ardından 1991-ci ildə yaradılıb və SSRİ-nin ardıcılı kimi tanınır.

Rusiya İmperiyası

Rusiya İmperiyası (rus. Российская империя) — 1721-ci ildə Şimal müharibəsinin sona çatmasından 1917-ci il Fevral inqilabı nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumət tərəfindən Respublika qurulana qədər Avrasiya və Şimali Amerika boyunca mövcud olmuş imperiya.Dünya tarixində üçüncü böyük imperiya olmaqla, üç qitə boyunca uzanan Rus İmperiyası ərazi ölçüsünə görə yalnız Britaniya və Monqol İmperiyasından geri qalırdı. Rusiya imperiyasının yüksəlişi rəqib qonşularının - İsveç, Reç Pospolita, İran və Osmanlı imperiyalarının zəifləməsi sayəsində baş verdi. Bu, 1812-1814-cü illərdə Napoleonun Avropanı idarə etməklə qərbə və cənuba doğru genişlənmək istəyinin dəf edilməsində böyük rol oynadı.

Rusiya İmperiyasını 1721-ci ildən 1762-ci ilə qədər Romanovlar ailəsi, 1762-ci ildən sonra bu ailənin alman əsilli qolu Holşteyn-Qottorp ailəsi idarə edirdi. 19-cu əsrin əvvəllərində Rusiya İmperiyası şimaldan Şimal Buzlu okeandan cənubda Qara dənizə, qərbdən Baltik dənizindən şərqdə Sakit okeana və 1867-ci ilə qədər Amerikada Alyaskaya qədər uzanırdı. 1897-ci ildə əhalinin siyahıya alınması ilə qeydiyyata alınan 125.6 milyon nəfər ilə həmin dövrdə Böyük Tzin və Hindistandan sonra dünyada əhalisinin sayına görə üçüncü yerdə idi. Rusiya bütün imperiyalar kimi iqtisadiyyat, etnik və dini mənsubiyyət fərqliliklərini özündə birləşdirirdi. İmperiyada çoxsaylı üsyan və sui-qəsd cəhdləri həyata keçirən müxalif qüvvələr var idi. Onlar gizli polis tərəfindən yaxından izlənilir və minlərlə insan Sibirə sürgün edilirdilər.

İqtisadi cəhətdən, imperiyanın əsas bazasını kənd təsərrüfatı təşkil edirdi. Böyük əmlaklarda təhkimli kəndlilərin çalışması (1861-ci ildə azad olunanadək) ilə məhsuldarlıq göstəriciləri aşağı idi. Dəmir yolu və fabriklərdə xarici sərmayələrin qoyulması hesabına iqtisadiyyat yavaş-yavaş sənayeləşdirildi. Torpaqlar 10-cu əsrdən 17-ci əsrə qədər zadəganlar (boyarlar), sonralar isə imperator tərəfindən tərəfindən idarə olunurdu. Çar III İvan (1462-1505), daha sonra ortaya çıxacaq olan imperiyanın təməlini qoymuşdur. O, dövlətin ərazisini üç dəfə artırmış, Qızıl Ordanın ağalığına son qoymuş, Moskva Kremlini bərpa etdirmiş və Rusiya dövlətinin bünövrəsini qoymuşdur. Çar Böyük Pyotr (1682-1725) çoxsaylı müharibələr aparmış və onsuz da böyük olan imperiyanı daha da böyüdərək Avropanın əsas güclərindən birinə çevirmişdir. O, paytaxtı Moskvadan yeni şəhər modeli olan Sankt-Peterburqa köçürmüş və ənənəvi, orta əsrlərdən qalma bəzi ictimai və siyasi baxışları müasir, elmi, Avropayönümlü və rasionalist bir sistemlə əvəz edən mədəni inqilab həyata keçirmişdir.

Böyük Yekaterina (1762-1796-cı illərdə hakimiyyətdə olmuşdur) imperiyaya qızıl dövrdə başçılıq etmişdir. O, fəthlə, müstəmləkəçilik və diplomatiya ilə dövləti genişləndirmiş, Qərbi Avropa xətləri boyunca Böyük Pyotrun modernləşmə siyasətini davam etdirmişdir. Çar II Aleksandr (1855-1881) 1861-ci ildə bütün 23 milyon təhkimli kəndlilərin azad olunması da daxil olmaqla bir çox islahatlar həyata keçirmişdir. Onun Şərqi Avropada siyasəti pravoslav xristianları Osmanlı hökmranlığı altında qoruyurdu. 1914-cü ilə qədər davam edən bu əlaqə Rusiyanın Birinci Dünya müharibəsinə Fransa, Birləşmiş Krallıq və Serbiya tərəfdən qatılaraq Alman, Avstriya və Osmanlı imperiyalarına qarşı mübarizəyə başlamasına gətirib çıxardı.

Rusiya İmperiyası 1905-ci il inqilabına qədər mütləq bir monarxiya kimi idarə olundu və daha sonra de-yure konstitusiyalı monarxiyaya çevirildi. İmperiya, 1917-ci ilin Fevral İnqilabı və Birinci Dünya müharibəsində iştirakında kütləvi uğursuzluqları səbəbindən süqut etdi.

Sovet İttifaqı Qəhrəmanı

Sovet İttifaqı Qəhrəmanı (rus. Герой Советского Союза) — SSRİ-nin qəhrəmanlıq medalı.

İkinci dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona bürünc büst qoyulurdu. SSRİ-də ümumilikdə, 12 777 nəfər bu fəxri ada layiq görülmüşdür. Azərbaycanda bu ada iki dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.

Özbəkistan

Özbəkistan (özb. O‘zbekiston Respublikasi) — Asiyada dövlət.

Özbəkistan Mərkəzi Asiyanın mərkəzi və şimal-qərb hissəsində yerləşir. Şimal-şərqdə Qırğızıstan, şimal və şimal-qərbdə Qazaxıstan, cənub-şərqdə Tacikistan, cənub və cənub-qərbdə isə Türkmənistan və Əfqanıstanla həmsərhəddir. Paytaxtı Daşkənd şəhəridir. Daşkənd aeroportu, Səmərqənd dəki Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən məscidlərdən ən böyüyüdür. Özbəkistanda həm də Asiyanın ən böyük qızıl mədəni yerləşir.

Özbəkistan böyük bir tarixi olan qədim ölkədir. Burada sanki zaman öz "imzasını" qoyub. Ən mühüm şəhərləri Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbzdir. Ölkədə müxtəlif tarixi abidə, məscid və muzeylər var. Onların sırasında Bibixanım məscidi, Uluqbəy rəsədxanası və mədrəsəsi, Şahi Zində məqbərəsi, əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir mavzoleyi, Ağ-Saray, Reqistan meydanı nın adını çəkmək olar. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın arxitektura abidəsi var. Qədim Xivə isə müxtəlif əsr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.

Kimyəvi elementlərin dövri cədvəli
Qrup 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
Dövr
1 1
H

2
He
2 3
Li
4
Be

5
B
6
C
7
N
8
O
9
F
10
Ne
3 11
Na
12
Mg

13
Al
14
Si
15
P
16
S
17
Cl
18
Ar
4 19
K
20
Ca
21
Sc
22
Ti
23
V
24
Cr
25
Mn
26
Fe
27
Co
28
Ni
29
Cu
30
Zn
31
Ga
32
Ge
33
As
34
Se
35
Br
36
Kr
5 37
Rb
38
Sr
39
Y
40
Zr
41
Nb
42
Mo
43
Tc
44
Ru
45
Rh
46
Pd
47
Ag
48
Cd
49
In
50
Sn
51
Sb
52
Te
53
I
54
Xe
6 55
Cs
56
Ba
57
La
72
Hf
73
Ta
74
W
75
Re
76
Os
77
Ir
78
Pt
79
Au
80
Hg
81
Tl
82
Pb
83
Bi
84
Po
85
At
86
Rn
7 87
 Fr 
88
Ra
89
Ac
104
Rf
105
Db
106
Sg
107
Bh
108
Hs
109
Mt
110
Ds
111
Rg
112
Cn
113
Nh
114
Fl
115
Mc
116
Lv
117
Ts
118
Og

58
Ce
59
Pr
60
Nd
61
Pm
62
Sm
63
Eu
64
Gd
65
Tb
66
Dy
67
Ho
68
Er
69
Tm
70
Yb
71
Lu
90
Th
91
Pa
92
U
93
Np
94
Pu
95
Am
96
Cm
97
Bk
98
Cf
99
Es
100
Fm
101
Md
102
No
103
Lr
Açar
Metallar Metalloidlər Qeyri-metallar Təsirsiz qazlar LantanoidlərAktinoidlər

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.