Qüdrətli Hamam ordeni

Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.)

Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəmdeməkdir.

Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975 ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır. Orden başçısı yeni cəngavərləri hökumətin məsləhəti ilə təyin edir. Nizamnaməyə görə:

  • Böyük Xaçşn 120 cəngavər və ya xanım nümayəndəsi (ing. GCB) (bunlardan Böyük Magistr birincisi və başçısı sayılır);
  • 355 Cəngavər-komandorlar (ing. KCB) və ya xanım-komandorlar (ing. DCB);
  • 1925 kavalerlər (ing. Companions) (ing. CB)

Çəngavərlərin sayları statusla müəyyən olunur ki, bəzən çoxaldıla bilinir. İlkin olaraq orden 40 üzvdən ibarət olurdu. İndinin özündə isə bu say 200-ə qədər artmışdır. Bundan əlavə monarx xidmətlərinə görə üzvlərin sazənə artra bilir. Bunlar “əlavə üzvlər” və ya “fəxri üzvlər” adlanırlar, lakin onlar “həqiqi üzvlərə” aid edilmirlər. Ordenə layiq görülmüşlər soyadlarından sonra daha 3 - GCB və ya KCB hərflərini yazaraq əlavə edə bilərlər.

Qüdrətli Hamam ordeni
ing. The Most Honourable Order of the Bath
Order of the Bath UK ribbon GCB-Military-Star

Deviz lat. Tria Juncta in Uno
azərb. Üçü birində
Ölkə Böyük Britaniya Böyük Britaniya
Tip Cəngavər ordeni
Statistika
Təsis tarixi 1725 18 may

Təltif olunanlar

  1. Horatsio Nelson
  2. Kollinqvud Katbert
  3. Aleksandr Kolçak
  4. Anton Denikin
  5. Georgi Jukov
  6. İvan Konyev
  7. Konstantin Rokossovski
  8. Duayt Eyzenhauer
  9. Ronald Reyqan
  10. Corc Herbert Uoker Buş
Araqonlu Ketrin

Araqonlu Ketrin (İspan dili: Catalina; İngiliscə: Catherine of Aragon) (d. 16 dekabr 1485 - ö. 7 yanvar 1536) — İngiltərə kralı VIII Henrinin ilk qadını olması səbəbilə iyun 1509 tarixindən may 1533 tarixinə qədər İngiltərə kraliçası; eyni zamanda kralın böyük qardaşı Artur Tüdorun qadını olaraq Uels şahzadəsi.

Araqon kralı II Ferdinand və Kastilyalı İzabellanın qızı olan Ketrin hələ 3 yaşında ikən İngiltərə taxtının vəliəhdi Artur Tüdorla nişanlandı. 1501-ci ildə bu cütlük evləndi ancaq 5 ay sonra Artur Tüdor vəfat etdi. 1507-ci ildə o İspaniya krallığının İngiltərədəki səfiri seçildi və Avropa tarixindəki ilk qadın səfir oldu. Qısa müddət sonra isə Araqonlu Ketrin mərhum ərinin kiçik qardaşı və gələcək İngiltərə kralı olan VIII Henriylə evləndi (1509). 1513-cü ildə VIII Henri Fransada ikən 6 aylığına İngiltərədə taxt naibi olaraq ölkəni idarə etdi. Bu müddət ərzində ingilislər şotlandlarla girdikləri Flodden müharibəsini qazanmışdı və bu qələbədə Araqonlu Ketrinin rolu böyük olmuşdur.Təxminən 1525-ci ildə VIII Henri Anna Boleynlə gizli münasibət qurmağa başladı. Araqonlu Ketrinin taxta vəliəhd verə bilməməsi səbəbilə kral artıq evliliyindən narazı idi. Kral həm bu nigahın pozulması, həm də İngiltərə ilə Katolik kilsəsinin yollarını ayırmaq üçün yeni bəhanələr axtarmağa başladı. Papa VII Klement isə bu nigahı pozmaqdan imtina etdi. Bunun ardından dini məsələlər üzrə aliliyini elan edərək papanı tanımaqdan imtina etdi. 1533-cü ildə onların nigahı ləğv edildi və Kral VIII Henri papaya müraciət etmədən İngiltərə zadəganlarının qərarı ilə Anna Boleynlə evləndi. Ancaq Araqonlu Ketrin Kral VIII Henrini kilsə rəhbəri olaraq tanımadı və özünü İngiltərə kralının qanuni xanımı və İngiltərə kraliçası olaraq elan etdi. Bütün bunlara baxmayaraq VIII Henri kraliça ünvanını ondan aldı və Araqonlu Ketrin yalnızca Uels şahzadəsi olaraq anıldı. Məhkəmə qərarı ilə sürgün edilən Araqonlu Ketrin ömrünün geri qalanını Kimbolton Qəsrində keçirdi və 7 yanvar 1536 tarixində vəfat etdi.

Bernard Montqomeri

Bernard Lou Montqomeri (17 noyabr 1887 – 24 mart 1976) — ingilis feldmarşalı.

Enrike Penya Nyeto

Enrike Penya Nieto (İspancaca tələffüz: [enˈrike ˈpeɲa ˈnjeto] ( dinlə); isp. Enrique Peña Nieto; 20 iyul 1966) — 2012-2018-ci illərdə Meksika prezidenti. Mexiko ştatının qubernatoru. (2005-2011). Fil ordeni laureatı (13 aprel 2016).

Henrix Bart

Henrix Bart (alm. Heinrich Barth‎; d. 16 fevral 1821, Hamburq, Almaniya – ö. 25 noyabr 1865, Berlin, Almaniya) — alman coğrafiyaşünas-səyyahı, etnoloq. 1863-cü ildən Berlin Universitetinin professoru, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur.

Herbert Kitçener

Horatio Herbert Kitçener(d. 24 iyun 1850 - ö. 5 iyun 1916) Böyük Britaniyalı hərbi və siyasi xadim.

Sudanda Məhəmməd Əhməd əl-Mehdinin başlatdığı üsyanı yatırtmış, Cənubi Afrika Müharibəsində baş komandir, Birinci Dünya Müharibəsinin əvvəllərində isə hərbi naziri vəzifəsində çalışmışdır.

Horatsio Nelson

Horatsio Nelson (29 sentyabr 1758, Byornem-Torp, Norfolk qraflığı – 21 oktyabr 1805, Trafalqar burnu yaxınlığı, İspaniya) — ingilis donanmaçısı, vitse-admiral (1801), vikont (1801). Əbukir dəniz döyüşü (1798) zamanı eskadraya komandanlıq edərkən fransız donanmasını darmadağın etmişdi. Trafalqar döyüşündə (1805) Nelsonun komandanlığı ilə ingilis donanması fransız-ispan donanması üzərində böyük qələbə qazanmış, bu vuruşmada Nelson ölümcül yaralanmışdı. 1806 il yanvarın 9-da Londonda dəfn olunmuşdur. Dəniz döyüşündə yeni manevr taktikasını tətbiq etmişdir.

Kollinqvud Katbert

Kollinqvud Katbert, I baron Kollinqvud (ing. Cuthbert Collingwood, 1st Baron Collingwood of Coldburne and Heathpool; 26 sentyabr 1750), Nyukasl apon Tayn — 7 mart 1810) — Böyük Britaniya vitse-admiralı.

X Kristian

X Kristian (tam adı: Kristian Karl Frederik Albert Aleksandr Vilhelm) — 1912-1947-ci illərdə Danimarka kralı, həmçinin 1918-1944-cü ildə ilk və tək İslandiya kralı olan şəxs.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.