Pireney yarımadası

Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) - Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, CəbəllütariqFransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada. Şərq və cənub-şərqdən Aralıq dənizi, şimal, qərb və cənub-qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Yarımadanın şimal hissəsi Biskay körfəzinin sahilində yerləşir. Şimal-şərqindən Pireney dağları keçir və yarımadanı Avropanın qalan hissəsindən ayırır. Sahəsinə görə (582 860 km²) Avropada ikinci ən böyük yarımadadır.

Pireney yarımadası
isp. Península Ibérica
Kosmosdan görünüşü
Kosmosdan görünüşü
40°18′ şm. e. 03°43′ q. u.
AkvatoriyasıBiskay körfəzi, Atlantik okeanı, Aralıq dənizi
Sahəsi582 860 km²
Ölkələr İspaniya İspaniya
Portuqaliya Portuqaliya
Andorra Andorra
Fransa Fransa, Cəbəllütariq Cəbəllütariq

Red pog.png
Iberian map europe
Avropa xəritəsində Pireney yarımadası. İspaniyaPortuqaliya sərhədləri qeyd olunub.
Adi kərtənkələ

Adi kərtənkələ (lat. Lacerta agilis) — Yaşıl kərtənkələlər cinsinə aid kərtənkələ növü.

Amfisbenlər

Amfisbenlər (lat. Amphisbaenia), ikiyerişlilər – pulcuqlu sürünənlər yarımdəstəsi. Torpağı eşməyə uyğunlaşmışlar. Gözlərinin üstündə dəri pərdə var.

Bədəni qurdşəkillidir, bütöv zirehli çexolla örtülüdür, quyruğu qısadır. Əksəriyyəti ayaqsızdır; təkcə ikiayaqlılar cinsinin (Bipes) nümayəndələrində barmaqları reduksiyaya uğrayan qısa qabaq ayaqları qalmışdır. 4 fəsiləsi, 4 cinsi, 140-adək növü məlumdur. Geniş yayılmış fəsiləsi 20-ədək cins dən və 120-ədək növdən ibarət ikiyerişlilərdir. Şimali Amerika, Mərkəzi Amerika və Cənubi Amerika, Afrika subtropik qurşaqlarında, Pireney yarımadası və Ərəbistan yarımadasında yayılmışlar. Torpaq altında qazdıqları yollarla quyruğu ilə irəliyə hərəkət edir. Əsasən, həşərat və xırda onurğasızlarla qidalanır. Qarışqa, termit və siçan yuvalarına 2–6 yumurta qoyur və çox vaxt orada da yaşayırlar.

Avrasiya

Avrasiya haqqında – Yerin ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Adalarla birlikdə sahəsi 54,759,000 km²-dir, dünya quru ərazisinin 36%-ni təşkil edir. Əhalisi 4,3 milyarddan çoxdur və dünya əhalisinin 3/4 hissəsini təşkil edir.

Ən ucqar nöqtələri: şimalda Çelyuskin burnu (77°43' şm.e.), cənubda Piay burnu (1°16' şm.e.), qərbdə Roka burnu (9°34' q.u.), şərqdə Dejnyov burnu (169°40' q.u.). Yer kürəsinin ən yüksək zirvəsi Everest dağı və quruda ən alçaq mütləq nöqtəsi Ölü dəniz (səviyyəsi -395 m), ən dərin gölü olan Baykal və ən rütubətli sahəsi Çerapunci Avrasiyadadır.

Avrasiyanı qərbdən Atlantik okean, şimaldan Şimal Buzlu okean, cənubdan Hind okeanı, şərqdən Sakit okean əhatə edir.

Avrasiya əhalisi

Avrasiya əhalisi - Avrasiyada daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu.

Avropa tarixi

Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir.

Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar. Əldə olunan kütləvi gəlirlə, sosial vəziyyətlərini daha da yaxşılaşdıran, Avropa xalqları digər qitələrdə yaşayan xalqların inkişafdan geri qalmasına səbəb olmuşlar.

XX əsrə qədər hərbi və iqtisadi baxımdan dünyada lider mövqedə olan Avropa xalqları, XX əsrdə bu liderlik yarışında Amerika Birləşmiş Ştatlarına məğlub olmuşlar. Asiya qitəsində əvvəlcə Yaponiya və Cənubi Koreyanın daha sonra isə Çin və Hindistanın texnelojo və iqtisadiyyat sahəsində anidən yüksəliş əldə etməsi, Avropa üçün yeni rəqiblərin meydana gəlməsinə səbəb olmuşdur. Avropanın 27 ölkəsinin üzv olduğu, 1952-ci ildə yaradılmış Avropa İttifaqı iqtisadiyyat, idxal və ixracat sahəsindəki uğurlarından sonra dünyada bir nömrəli iqtisadi gücə çevrilmişdir.

Covanni Battista Antonelli

Covanni Battista Antonelli (it. Giovanni Battista Antonelli; isp. Juan Bautista Antonelli) — İtaliyalı hərb memarı. Covvani Antonelli İtaliyanın Qatteo şəhərindən anadan olmuş və İspaniyanın Toledo şəhərində vəfat etmişdir. Əsasən qalaların və hərbi binaların tikintisi sahəsində fəaliyyət göstərmişdir. Covvaninin ən önəmli inşaat işlərindən biri Aralıq dənizi sahilləridə düşmən gəmilərini izləmək üçün tikilmiş müşahidə qüllələridir. Qardaşı Battista Antonellidə özü kimi hərb memarığı ilə məşğul olmuşdur.

Cəbəli-Tariq

Cəbəli-Tariq (ing. Gibraltar) — 1704-cü ildən Böyük Britaniyaya məxsus olan və Cəbəllütariq boğazının Pireney yarımadası sahilində yerləşən ərazi.

Cənubi Avropa

Cənubi Avropa — Avropa qitəsinin cənub hissəsi. Cənubi Avropaya bir qayda olaraq Aralıq dənizinin Pireney yarımadası ərtafındakı ölkələr (Portuqaliya, İspaniya, Andorra), Monako, Appenin yarımadasında yerləşən ölkələr (İtaliya, Vatikan, San-Marino), Yunanıstan, həmçinin ada dövlətləri olan Malta və Kipr aid edilir. Bəzən Cənubi Avropaya Xorvatiya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukraynanın cənub hissəsi olan Krımı, Odessa, Xerson, Nikolayev, Zaporojye vilayətlərini və Türkiyənin Avropa hissəsini aid edirlər.

Cənubi Avropa - Avropa qitəsinin cənub hissəsi. Cənubi Avropa ərazisinə Aralıq dənizi sahillərində yerləşən Pireney yarımadası olkələri - (Portuqaliya, İspaniya, Andorra), Monako, Appenin yarımadasında yerləşən ölkələr - (İtaliya, Vatikan, San-Marino), Yunanıstan, həmçinin ada dövlətləri olan Malta və Kipr daxildir. Bəzən Cənubi Avropanın tərkibnə Xorvatiya, Serbiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, həmçinin Türkiyənin Avropa hissəsi də daxil ediir.

Düfureylər

Düfureylər (lat. Dufourea dentriventris) — buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinə aid olan növ.

Hispaniya

Hispaniya (lat. Hispania) — hal-hazırda Portuqaliya, İspaniya, Andorra və Cəbəlütarikin olduğu Pireney yarımadasına romalılar tərəfindən verilən ad.

Kataloniya müstəqillik referendumu (2017)

2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır.

Kəkilli torağaylar

Kəkilli torağaylar (lat. Galerida) — Sərçəkimilər dəstəsinə, Torağaykimilər fəsiləsinə aid olan quş cinsi.

Afrika və Avrasiyada yayılmışdır. Uzunluqları 18 sm təşkil edir. Bitki toxumları və həşəratlarla qidalanırlar.

Mavrlar

Mavrlar (yun. “mauros” – tünd, qara) – qədim dövrdə və orta əsrlərdə bir sıra müxtəlif tayfalara verilən şərti ad. Qədim romalılar Mavritaniyada (Afrikanın şimal-qərbində ölkə) yaşayan əhalini mavrlar adlandırırdılar. Pireney yarımadası ərəblər və barbarlar tərəfindən fəth edildikdən sonra Avropada onları mavr adlandırmağa başladılar. Kordova xilafəti dövründə Pireney yarımadasının bütün müsəlmanlarına mavr deyirdilər; Rekonkistadan sonra Şimali Afrikanın müsəlman ərəblərini, əsasən də şəhərliləri mavr adlandırırdılar. Bəzən Cənubi Ərəbistan və Seylon adasından gələnlərin qarışıq kəbinlərindən törəyənlərə də mavr deyirdilər.

Mirvari kərtənkələsi

Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ (lat. Timon lepidus) — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir.

İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55-70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir.

Bu növ kərtənkələ əsasən Pireney yarımadası və Fransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır.

Kolluqlar, quru meşələr, həmcinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.

Tarif adası

Tarif adası və ya Palomas (isp. Isla de las Palomas) — Cəbəllütariq boğazında yerləşən kiçik ada. Tarif şəhərinin yaxınlığında yerləşir.

Ada Pireney yarımadası ilə damba vastəsi ilə birləşdirilmişdir (1808). Adanın cənubunda Mərakeş burnu yerləşir. Burun Avropa qitəsinin ucqar cənub nöqtəsidir. Burunda mayak fəaliyyət göstərir.

Uzaq İspaniya (Roma əyaləti)

Uzaq İspaniya (latın dilində:Hispania Ulterior) - qədim Roma respublikasının Pireney yarımadasında, müaasir İspaniyanın Əndəlus və Qvadalkvivar və Qalisiya ərazilərində və İspaniya ərazisində yerləşən əyaləti.

Yaxın İspaniya (Roma əyaləti)

Yaxın İspaniya (latın dilində:Hispania Citerior) - qədim Roma respublikasının Pireney yarımadasında, müasir İspaniyanın şimal-şərqində, Ebro (latın dilində:Iberus) çayının (sonralar bütün yarımada əarzisi bu çayın adı ilə İberiya adlandırılmışdır) sahilində yerləşən əyaləti. Əyalətin mərkəzi Tarrako şəhəri idi.

Yəhudilər

Yəhudilər (ivr. יהודים‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-da yaşayır. Ənənəvi dini iudaizmdir. Yəhudilərin əksəriyyəti yaşadıqları ölkənin dilində danışmırlar. İsraildə isə rəsmi dövlət dili XX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.

İspaniya tarixi

İspaniya tarixi — İspaniyanın keçmişi, Pireney yarımadasında ilk insan kolonializminin yaranmasından bu günə qədər olan dövrünü əhatə edir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.