Partizan müharibəsi

Partizan müharibəsi və ya Gerilla müharibəsi — hərbi qruplaşmaların yerli əhali arasında gizlənərək düşmənləriylə açıq və iri döyüşlərdən qaçmaqla apardığı müharibə.

Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə Solavirum tərəfindən redaktə olundu. 6 ay əvvəl. (Yenilə)

KorogluF-15, 71st Fighter Squadron, in flightM1A1 abrams front

Müharibə
Hərbi tarix
Müharibə dövrləri
Ən qədim tarix müharibələri · Qədim dövr müharibələri
Orta əsr müharibələri · Barıt müharibələri
Sənaye müharibələri · Müasir müharibələr
Döyüş meydanları
Hava döyüşləri · İnformasiya müharibələri
Quru qoşun döyüşləri · Dəniz müharibələri
Kosmos müharibələri · Hərbi itkilər ·
Silahlar
Zirehli maşınlar · Artilleriya
Bioloji silahlar · Süvari qoşunları
Kimyəvi silahlar · Elektron silahlar
Piyada · Nüvə silahı
Psixoloji silah
Hərbi taktika

Gücdən salma taktikası · Partizan müharibəsi
Manevr müharibəsi, o cümlədən Bliskriq
Mühasirə · Səngər müharibəsi

Hərbi strategiya

İqtisadi müharibə · Nüvə strategiyası

Silahlı Qüvvələrin strukturu

Silahlı Qüvvələrin strukturu · Hərbi rütbə
Şablon:Birləşmiş strateji komandanlıq

Hərbi logistika

Hərbi avadanlıq · Materiallar
Hərbi təminat

Digər

Müharibə cinayətləri · Soyuq müharibə (dəqiqləşdirmə)

Hərbi siyahılar
Döyüşlərin siyahısı · Komandanların siyahısı
Hərbi əməliyyatların siyahısı · Mühasirə siyahısı
Hərbi nəzəriyyəçilərin siyahısı · Müharibələrin siyahısı
Hərbi cinayətlərin siyahısı · Silahların siyahısı
Hərbi yazıçıların siyahısı
Afrika

Afrika – böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür.

Birinci ingilis-əfqan müharibəsi (1838-1842)

Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.

Boliviya İstiqlal müharibəsi

Boliviya İstiqlal müharibəsi Bu müharibə Boliviyanın yerli(hindu) və boliviyalılarla ispan koloniya rejiminə qarşı baş verir.Müharibə 1809-1825 ci illəri əhatə edir.Boliviyanın müstəqiliyi ilə nəticələnir(isp. Republica de Bolivia).Bu müharibə Amerikada İspan ağalığına qarşı istiqlal müharibələrini bir parcasıdır.

Hərbi rütbə

Hərbi rütbə - hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi.

Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi paqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.

Kontestado müharibəsi

Kontestado müharibəsi (port. Guerra do Contestado). Braziliyanın cənubunda Kontestado vilayyətində kəndli üsyanı 1912-1916 cı illəri əhatə etmişdir.Bu ərazi Parana və Santa-Katarina ştatları arasında mübahisə predmeti idi.

Üsyanın səbəbi ikili sıxlşdırılma idi.Bir tərəfdən böyük latfundiyalar və digər tərəfdən xariçi ölkərərin əraziyə yatırımları böyük rol oynayırdı.Kəndli üsyanlarını iki fazaya bölmək olar ki, 1902-1911 ci illərdə partizan müharibəsi xüsusiyyəti daşıyırdısa ,artıq 1912-1916 illərdə daha qanlı müharibə xarakteri alırdı.Kəndli üsyanına 1910-cu ildəki Portuqaliya inqilabı öz təsirini göstərmişdi.Müharibənin gedişində 20.000 insan həlak olur.Bu münaqişə Kanudus müharibəsindən sonra Braziliyada ən qanlı vətəndaş muharibəsi hesab edilir.

Makedoniyalı İsgəndər

Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər (yun. Ἀλέξανδρος ὁ Μέγας, Aléxandros ho Mégas, Yunan dilindən : ἀλέξω alexo "müdafiə etmək, kömək etmək" və ἀνήρ aner "adam") (d. e.ə. 20/21 İyul 356 – ö. e.ə. 10/11 İyun 323) Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı (Basilevs) və Argeadlar sülaləsinin nümayəndəsi. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.Gəncliyində İsgəndər filosof Aristoteldən 16 yaşına qədər dərs alıb. Atası II Filippin öldürülməsindən sonra eramızdan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər güclü dövləti və təcrübəli ordunu miras alıb. O, Yunanıstanın generallığı ilə mükafatlandırılıb və bu səlahiyyətdən atasının hərbi işğal planlarını həyata keçirməyə başlamaq üçün istifadə edib. E.ə. 334-cü ildə o, Anatoliyanı idarə edən Əhəmənilər imperiyasını işğal edib və 10 il davam edən hərbi əməliyyatlara başlayıb. İsgəndər həlledici döyüşlərdə, xüsusilə İss və Qavqamel döyüşlərində İranın gücünü məhv edib. O, axırda İran hökmdarı III Daranı hakimiyyətdən salıb və ilk İran imperiyasının tamamını işğal edib. Bu zaman onun imperiyası Adriatik dənizindən Hind çayına qədər uzanırdı.

"Dünyanın sonuna və Böyük Xarici Dənizə" çatmaq istəyən İsgəndər E.ə. 326-cı ildə Hindistanı işğal edib, ancaq ordusunun tələbi onu geri qayıtmağa məcbur edib. İsgəndər E.ə. 323-cü ildə paytaxt etmək istədiyi Babil şəhərində bəlkə də Ərəbistanın işğalı ilə başlayacaq hərbi yürüşlərini həyata keçirə bilmədən öldü. Onun ölümündən sonrakı illərdə bir çox vətəndaş müharibələri onun imperiyasını parçaladı və İsgəndərin generalları və varisləri - Diadoxinin idarə etdiyi dövlətlər yarandı.

İsgəndərin mirasına işğallarının səbəb olduğu yunan-buddist kimi mədəni diffuziyalar daxildir. O, İsgəndəriyyə də daxil olmaqla öz adını daşıyan təqribən iyirmi şəhərin əsasını qoydu. İsgəndərin yunan mühacirlərini məskunlaşdırması və şərqdə Yunanıstan mədəniyyətinin yayılması yeni ellinizm sivilizasiyasının yaranmasına səbəb oldu və bu sivilizasiyanın xüsusiyyətləri XV əsrin ortalarında Bizans imperiyasının ənənələrində və 1920-ci illərə qədər mərkəzi və uzaq şərqi Anatoliyada yunanca danışanların olmasında görülür. İsgəndər Axilles kimi klassik qəhrəman oldu və o, tarixdə və yunan və qeyri-yunan mədəniyyətlərinin əfsanələrində xarakterizə olundu. İsgəndər hərbi liderlərin özünü müqayisə etdiyi ölçü vasitəsi oldu və dünyanın bir çox yerində hərbi akademiyalar hələ də onun hərbi taktikalarını öyrədir. İsgəndər tez-tez müəllimi Aristotel ilə yanaşı olaraq bütün dövrlərin ən çox təsir gücünə malik şəxsləri arasında sıralanır.Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Murad bəy

Murad bəy (1750-1801) — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. İbrahim bəylə birlikdə Misiri idarə ediblər. İbrahim kimi o da gürcü əsillidir.

Napoleonun ordusuna məğlub olandan sonra Murad Yuxarı Misirə qaçır və burada qısa müddət ərzində partizan müharibəsi aparır.

1800-cü ildə Murad Kleberlə sülh imzalayır və Qahirədəki qarnizona rəhbərlik etməyə razılıq verirsə də, onun yanına gedərkən yolda bubon taunu xəstəliyindən vəfat edir.

Müharibə cinayətləri

Müharibə cinayətləri — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir.Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır.

Nüvə silahı

Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.

Paraqvay müharibəsi

Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdi. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-ci ilin 13 dekabırında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan – 1865-ci ildə, Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələniş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdi. Ölkə əlalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azaldı (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri aldı. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi.

Qaçaq Nəbi

Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı.

Qırmızı kxmerlər

«Qırmızı kxmerlər» (kxm. ខ្មែរក្រហម, Kmae Krɑhɑɑm, Khmer Kror-Horm; fr. Khmer Rouge) — Kambocada partizan müharibəsi ilə hakimiyyətə gələrək 1975-1979-cu illərdə ölkəni idarə edən radikal kommunist hərəkat. Hərəkatın qurucusu və lideri Pol Potdur. 1967-ci ildə Kamboca Kommunist Partiyasının silahlı qanadı kimi qurulmuşdur. Təqribən 2 milyon insanın öldürülməsi ilə nəticələnən Kamboca soyqırımında günahlandırılır.

Silahlı Qüvvələr

Silahlı qüvvələr — dövlətin hərbi təşkilatı. Dövlətin suverenliyini və ərazi bütövlüyünü hücumlardan və müharibədən daima qorumaq üçün mövcud olan zəruri dövlət təsisatı. Dövlətin dayaq sütunlarından biri sayılır. Müxtəlif qoşun növlərinə aid olaraq həqiqi və ehtiyat hərbi hissələrdən ibarət olur.

Sipahilər üsyanı (1857-1859)

Sipahi üsyanı - Hindistanda ingilis müstəmləkəçilərinə qarşı milli- qurtuluş mübarizəsi.

Tamil İlamin Azadlıq Pələngləri

Tamil İlamin Azadlıq Pələngləri — Şri-Lankanın ən təhlükəli terror təşkilatı olmuşdur.

Təşkilat 1976-cı ildə ölkədə əksəriyyət təşkil edən sinhal cəmiyyətinin diskriminasiya siyasətinin güclənməsinə etiraz əlaməti olaraq yaranmışdır. Təşkilatın əsas məqsədi müstəqil Tamil dövlətinin yaradılması idi. Təşkilatın lideri Velupillayi Prabxakaran ideoloqu isə Balasinqam idilər. 1983-cü ildən Tamil İlamin Azadlıq Pələngləri hökümətə qarşı partizan müharibəsi başlatmışdır. Onlar əsasən kənd yerlərindəki məmurlara siyasi və hərbi liderlərə qarşı terror aktları törədirdilər. 1990-1993-cü illər ərzində təşkilat yüksək vəzifəli məmurlara qarşı silsilə terror aktları həyata keçirmişdir.

Belə ki 1990-cı ildə tamil siyasətçisi Amer Talinqam nazir Rəncan Viceratın 1991-ci ildə Hindistanın baş naziri Raciv Qandi 1992-ci ildə ordu generalı Denzil Kobbakadova baş vitse-admiral Klansi Fernando 1993-cü ildə isə Şri Lanka prezidenti Ranasinqh Premadasa qətlə yetirilmişdir. Tamil İlamin Azadlıq Pələngləri həmçinin əhalinin daha çox toplaşdığı yerlərdə məbədlərdə banklarda nəqliyyat vasitələrində terror aktları törədir. Təşkilatın döyüşçü qüvvələrinin sayı on min nəfərdən çoxdur. Tamil İlamin Azadlıq Pələngləri Şri-Lankanın şimal və qərb hissələrini nəzarət edir.

Terrorçuların əsas toplaşdığı yer Cafna yarımadasıdır. Təşkilatın xarici ölkələrdə çoxsaylı filialları var. Ümumdünya Tamil Assosiyası Ümumdünya Tamil Hərəkatı Kanada Tamilləri Assosiyaları Federasiyası bu qabildəndir. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı tərəfindən beynəlxalq terrorçu təşkilatlar siyahısına daxildir. Tamil İlamin Azadlıq Pələngləri 2009-cu ilin 19 may tarixində ABŞ, Hindistan və Şri Lanka tərəfindən təşkil olunan birgə hərbi əməliyyat zamanı məğlub edilmişdir.

İkinci İngilis-Birma müharibəsi (1852-1853)

Birinci İngiltərə-Birma müharibəsi (5 aprel, 1852- 20 yanvar, 1853) - Birma Pequ əyalətinin işğalı ilə nəticələnən müharibə.

İngilis-əfqan müharibələri

İngilis-əfqan müharibələri (1838-1842), (1878-1880), (1919) — İngiltərənin Əfqanıstanla müharibələri.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.