Oton

Mark Salvi Oton (lat. Marcus Salvius Otho Caesar Augustus;[2] (28 aprel 32-16 aprel 69) 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru.

Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür.

Ölüm anında demişdir:

Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.[3]

Oton
lat. Marcus Salvius Otho Caesar Augustus
Oth001
bayraqRoma imperatoru
15 yanvar 69 — 16 aprel 69
Sələfi Qalba
Xələfi Vitelli
Şəxsi məlumatlar
Doğum tarixi 28 aprel 32
Doğum yeri Ferentum
Vəfat tarixi 16 aprel 69 (36 yaşında)
Vəfat yeri Roma
Həyat yoldaşı Poppina Sabina

İstinadlar

  1. 1,0 1,1 http://dbe.rah.es/biografias/17054/oton
  2. Klassik Latın dilində, Otonun adı MARCVS SALVIVS OTHO CAESAR AVGVSTVS şəklində yazılırdı.
  3. Plutarx. Müqayisəli tarixçələr. Oton. 18
Antoninlər sülaləsi

Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) - termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96-180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır.

Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə secilir.

Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir.

Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna - Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.

Didi Yulian

Mark Didi Salvi Yulian Sever (d. 133 ya da 137– ö. 193) — 28 Mart 193-cü ildən 1 iyun 193-cü ilədək hakimiyyətdə olmuş Qədim Roma İmparatoru. Öldürttüyü sələfi Pertniaksdan sonra hakimiyyəti pulla alaraq İmparator oldu. Bu hərəkəti 193–197-ci illər arası Romada daxili müharibələrə gətirib çıxartdı. 193-cü ildə Didi Yulian xələfi Septimi Sever tərəfindən hakimiyyətdən salınıb, ölümə məhkum edildi.

Dominat

Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284—305) tətbiqini tapmışdır.

Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV - VI əsrlərə aid olub, imperatora müraciət forması - lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.

Domisian

Tit Flavi Domisian (51, Roma-96, həmin yerdə) — Roma imperatoru (81-96), Flavilər sülaləsinin son nümayəndəsi. Atası Vespasianın hakimiyyət uğrundakı mübarizəsində fəal iştirak etmişdir. Əyalət şəhərlərini müdafiə etmiş, onların əhalisinə Roma vətəndaşlığı hüququ verirdi. Bürokratik aparatı və hakimiyyətini senatın hüquqları hesabına möhkəmlətməsi senatın narazılığına səbəb olmuşdu. Domisianı azad edilmiş qullar öldürmüşlər. Domisianın dövründə romalılar Azərbaycan ərazisinə gəlmişdilər. Qobustanda tapılmış (1948) kitabədə Domisian və XII İldırımsürətli legionun adı çəkilir.

Flavilər sülaləsi

Flavilər sülaləsi (lat. Flavii) — 69-96-cı illərdə hökmranlıq etmiş Qədim Romada imperator sülaləsi. Əsası Vespasian (69—79) tərəfindən vətəndaş müharibəsindən (68—69) sonra hakimiyyətə gəlməsilə qoyulmuşdur. Ondan sonra oğlanları böyük Tit (79-81) və kiçik Domisian (81-96) hakimiyyətdə olmuşlar. Domisian sui-qəsd nəticəsində öldürüldükdən sonra hakimiyyət Nerva-Antonnlərə keçmiş olur.

II Konstantin

II Konstantin (* Fevral 317 Arelate (Arles); † 340 Cervignano del Friuli) Flavi Klavdi Konstantin — Roma imperatoru, Böyük Konstantin, Flavi Valeri Avrelinin oğlu.

Klavdi

Tiberi Klavdi Neron Germanik (d. E.ə. 10, Luqdunum - ö. 54) — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 42-ci ildə Anadoluda Likiyanı, 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina tərəfindən zəhərlənmişdir.

Mark Avreli

Mark Avreli, Markus Avrelius (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121 – 17 mart 180) — Roma imperatoru (161-180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162-166), german və sarmatlarla (166-180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür.

Nerva

Mark Kokçey Nerva (lat. Marcus Cocceius Nerva; * 8 noyabr 30; † 27 yanvar 98) — Antoninlər sülaləsinin banisi, "Beş yaxşı imperator"dan birincisi.

Pertinaks

Publiy Helviy Pertinaks(lat. Publius Helvius Pertinax * 1 avqust 126, Alba Pompeya; † 28 mart 193, Roma) — 31 dekabr 192 - 28 mart 193 tarixdə XVIII Roma imperatoru olmuşdur.

Prinseps

Prinseps (lat. princeps — birinci), senat prinsepsi (lat. princeps senatus - Qədim Roma senatorlarının siyahısında birinci olanı), adətən senzorlardan ən yaşlısı, konsulun sorğusuna senatda ilk olaraq fikrini bildirmək hüququndan başqa rəsmi olaraq elə bir xüsusi hüquq və səlahiyyətlərə malik olmayan bir zatdır.

Qədim Romanın respublika dövründə bəzi senat prinsepsləri (Sçipion, Pompey) böyük avtoritetə və güclü siyasi təsirə malik olmuşlar. İmperiya zamanında, Avqustdan başlayaraq, senat priençepsi termini monarxiyanın daşıyıcısı olan imperatora şamil edilirdi

Prinçeps titulu özü hec bir hakimiyyət hüququna malik olmadığından, imperatorun hakimiyyət gücü onun maqistrata malik olmasında idi. Prinseps eyni zamanda imperiyanın prokonsulu və bütün Roma qoşunlarının baş komandanı sayılırdı.

Prinsepsdən əmələ gəlmiş prins (şahzadə) sözü monarx nəslinin nümayəndəsi (xələf) mənasını daşıyır.

Prinsipat

Prinsipat (lat. principatus, prinseps Məclisi açan ilk senator) – şərti termin olub Qədim Romanın ilkin imperiya dövrünə (27 e.ə. — 284 b.e.) xas olan hakimiyyət-idarə üsülunun adı. Monarx və respublika hakimiyyətini özündə birləşdirən idarəetmə üsulu. Bu idarə üsulunun başında duran prinseps termini ilə adlandırılır. Prinseps monarx olmayıb, bərabər olanların birincisi sayılır. Bu o deməkdir ki, dıvlətin idarəetmə səlahiyyətlərinə xalq trubinas kimi prinseps də malikdir. Bəzən bu titul imperatorla qarışdırılır.

Prisipat sistemi Avqustun zamanından, hakimiyyətin müxtəlif magistratlara əsaslandığı bir dıvrdə tətbiq edilməyə başlanılmışdır. Avqust və onun xələfləri sonralar prinseps kimi öz əllərində ali vətəndaş (xalq tribunası) və magistratlara aid hərbi hakimiyyəti cəmləyərək respublika idarəçiliyini: senatı, komisi (xalq tribunasını) və magistratları (senzorlardan başqa) daha da formallaşdırırlar. Bu institutlara seçkilər və onların fəaliyyəti prinsepsin nəzarəti ilə həyata keçirildiyindən funksiyalarını getdikcə itirərək, beləliklə prinsipat hakimiyyəti siyasi simasını dəyişərək onun yerini imperator idarə üsulu tutmağa başlamış olur.

Tarixdə prinsepat imperiyanın ilkin yaranma dövrünü səciyyələndirir.

Qalba

Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi. Hətta həmişə onları çiddi tədbirlərlə intizama dəvət edəcəyi ilə təhdid edirdi. Qalbanın öz düşmənləri ilə; plebeylərlə, eləcə də əsgərlərlə ciddi rəftarı və xəsisliyi aşağı təbəqələr arasında da ona hörmət qazandırmadı. Buna görə də о yalnız yeddi ay hakimiyyətdə qala bildi. Qalba yanvarın 15-də 69-cu ildə forumda öz adamları ilə birlikdə öldürüldü.

Septimi Sever

Lusi Septimi Sever (lat. Lucius Septimius Severus Augustus) (* 11 aprel 146-cı il Leptis Maqna; † 4 fevral 211-ci il Eborakum (indiki York) 9aprel 193-cü ildən 4 fevral 211-ci ilə kimi Roma imperatoru, Severlər sülaləsinin əsasını qoymuş Beş İmperator İli imperatoru

Trayan

Mark Ulpi Trayan (18 sentyabr, 53-9 avqust, 117) — Roma imperatoru, Antoninlər sülaləsindən, romalı olmayan ilk Roma imperatorudur. Təcavüzkar xarici siyasət yeritmişdir. Dakların torpağını (Dakiya əyaləti adı ilə), Nabatiyyə padşahlığını (Ərəbistan vilayəti adı ilə) Romaya birləşdirdi. Trayan Parfiya padşahlığının paytaxtı Ktesifonu (Mədəini) ələ keçirmiş, Ermənistan və Mesopotamiyanı bütünlüklə işğal etmişdi. Trayan dövründə Romada böyük tikinti işləri görülmüşdü.

Vespasian

Tit Flavi Vespasian (17 noyabr, 9, Reate-23 iyun, 79, həmin yerdə) Roma imperatoru, Flavilər sülaləsinin banisi. Yəhudi padşahlığında Roma əleyhinə üsyanı (66-73) yatırmışdı. Vespasian əyalət əyanlarının bir çox nümayəndəsini senata daxil etmişdi. Sələflərindən fərqli olaraq əyalət adamlarına Roma və latın vətəndaşlığı hüququnu daha çox verir, yeni vergilər qoyur, ordunu azaldır, bununla imperiyanın ictimai əsasını möhkəmlədirdi. 72-74-cü illərdə Klavdi tərəfindən Roma əyalətinə çevrilən Anadolu ölkəsi Likiyanın torpaqları Pamfiliya əyalətinə birləşdirmişdi.

Vitelli

Aul Vitelli Germanik(lat. Aulus Vitellius Germanicus Augustus;24 Sentyabr 15 - 22 Dekabr 69)69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru idi.

Yulian (imperator)

Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus, 331-363) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi.

Roma imperatorları
Prinsipat
e.ə. 27-235
Avqust  · Tiberi  · Kaliqula  · Klavdi  · Neron  · Qalba · Oton · Vitelli  · Vespasian  · Tit  · Domisian  · Nerva · Trayan · Hadrian · Antonin Piy · Mark Avreli/Lusi Ver  · Kommod  · Pertinaks · Didi Yulian · Septimi Sever  · Karakalla/Geta  · Makrin  · Helioqabal  · Aleksandr Sever · Imperatores Romani
Böhran
235-284
Frakiyalı Maksimin · I Qordian · II Qordian · Balbin/Pupien · III Qordian · Ərəb Filipp · Desi Trayan · Gerenni Etrusk · Trebonian Qall · Hostilian · Voluzian · Emilian · Valerian · Qallien · II Klavdi  · Kvintill  · Avrelian  · Tasit · Florian · Prob · Kar  · Karin · Numerian
Dominat
235-395
Diokletian/Maksimian  · I Konstansi  · Qaleri  · Flavi Sever  · Maksensi  · Maksimin Daza · Lisini · Valeri Valent · Martinian  · I Konstantin  · II Konstantin  · Konstant  · II Konstansi  · Maqnensi  · Neposian  · Vetranion  · Mürtəd Yulian  · İovian  · I Valentinian  · Qrasian  · II Valentinian  · Maqn Maksim  · Yevgeni  · I Feodosiy
Qərbi İmperiya
395–480
Flavi Honori • III Konstansi • İohann • III Valentinian • Petroniy Maksim • Avit • Mayorian • Libiy Sever • Antemi • Olibri • Qliseri • Yuli Nepot • Romul Avqust
Roma İmperiyası

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.