Orta Şərq

Orta Şərq (fars. خاورمیانه,ing. Middle East,rus. Средний Восток, urdu مشرقی وسطٰی, ərəb. الشرق الأوسط‎‎, ivr. המזרח התיכון‎, kürd. ڕۆژھەڵاتی ناوین/Rojhilata Navîn) — Orta şərq anlayışı Avropa mərkəziyyətçi yanaşmaya əsaslanır və britanyalıların XIX əsrdə istifadə etdikləri anlayışdır. Bu təyin etməyə əsasən İngiltərə və Avropa ölkələri mərkəz qəbul edilmiş, Şərq, Uzaq Şərq, Yaxın Şərq, Orta Şərq kimi anlayışlar da buna görə təyin edilmişdir.

Ümumi məlumat

Bu tanımaya görə Orta Şərq ölkələri Suriya, İraq, Qətər, Kipr, İordaniya, İsrail, Livan, İran, Fələstin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Bəhreyn, Yəmən, Misir, Əfqanıstan, Pakistan, Tunis, Əlcəzair, Liviya, SudanMərakeşdir.

Yaxın Şərq anlayışı Fransanın Osmanlı İmperiyasınən torpaqları üçün istifadə etdiyi Yaxın Şərq təbiridir. XX əsrin başlanğıcına qədər tez-tez istifadə edilmişdir. Böyük Britaniyanın XIX əsrdən etibarən HindistanÇinin zənginliklərinə yayılması da "Uzaq Şərq" anlayışının istifadə edilməsinə səbəb olmuşdur. Bu iki anlayış Qərb dövlətləri üçün yeni bir regional təyin etmə ehtiyacını ortaya çıxarmışdır. Bu istiqamətdə İngilislər, Yaxın Şərq termininə cavab, Osmanlı Dövləti torpaqları içərisində qalan və Uzaq Şərqya keçişdə əhəmiyyətli bir atlama daşı olan bölgə üçün Yaxın Şərq "terminini istifadə etməyə başlamışdır.

Yaxın Şərq, Şərqi ilə Qərbi, Aralıq dənizi ilə Hind Okeanı, Rusiya ilə isti dənizləri bir-birinə bağlayan, eyni zamanda Şərq ilə Qərb arasındakı bütün ticari və mədəni əlaqələrin edildiyi bir bölgədir. Yer üzünün ən əhəmiyyətli quru və suyollarını əmr etməsinin özünə qazandırdığı bənzərsiz geosiyasi dəyər, Yaxın Şərq tarixin ilk dövrlərindən bu yana dünya suverenliyi arxasında qaçan qüvvələrin əsas hədəfi halına gətirmişdir. Qara qızıl olaraq təyin olunan neftin XX əsrin ilk yarısından etibarən dəyər qazanmasıyla Yaxın Şərqin, bu səbəbdən buradan keçən quru və dəniz yollarının strateji əhəmiyyəti dünyanın heç bir yeri ile müqayisə edilə bilməyəcək dərəcədə artmışdır.

Antik fəlsəfə

Antik fəlsəfə — Antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim Roma dönəmlərini əhatı edir (m. ö. VII — m. VI). Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə Boesius sayılır.

Arktika

Arktika (yun. ἄρκτος) — Yer kürəsinin şimal qütbü ətrafını əhatə edir. Qış mövsümündə Arktika tamamilə buz ilə örtülür.

Bakı Dövlət Universitetinin Tarix fakültəsi

Tarix fakültəsi Bakı Dövlət Universiteti yaranan ildə -1919-cu ildə tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlamış və sonralar müxtəlif adlar altında (ictimai elmlər fakültəsi, pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. 1934-cü ildə müstəqil fakültəyə çevrilmişdir. Hazırda fakültədə 8 kafedra və 2 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir.Fakültənin dekanı Azad Rzayevdir. Prof. Sani Hacıyev 2006-2011-ci illərdə fakültənin dekanı olmuşdur ,indi prorektordur.Hal-hazirda dekan əvəzi prof. R.C.Süleymanovdur.

Bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

1. Tarixçi və tarix müəllimi

2. Regionşünaslıq (Qafqazşünaslıq)

3. Regionşünaslıq (Amerikaşünaslıq)Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

1. Qədim dünya tarixi

2. Orta əsrlər tarixi

3. Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi

4. Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi

5. Yaxın və Orta Şərq tarixi

6. Asiya və Afrika ölkələrinin tarixi

7. Azərbaycanın qədim və orta əsrlər tarixi

8. Azərbaycanın yeni və müasir tarixi

9. Şərqi Avropa xalqları tarixi

10. Türk dünyası tarixi

11. Arxeologiya və etnoqrafiya

12. Etnologiya

13. Muzeyşünaslıq

14. Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı

15. Tarixin tədrisi metodikası

16. Regionşünaslıq (Qafqazşünaslıq)

Cənub okeanı

Cənub Okeanı və ya Antarktik okean — Yerin beş okeanından biri hesab edilirdi. Antarktida qitəsini əhatə edir. Sahəsi 20 327 min kv.km. (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m.Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser–Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mauson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir.

Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir, ancaq bu qərar təsdiq edilmir. Qüvvədə olan 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.

Hind okeanı

Hind Okeanı -dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 75 000 000 km², həcmi 292,131,000 km²-dir.

Kənd təsərrüfatı

Kənd təsərrüfatı — bitki və heyvan mənşəli məhsulların istehsal olunması, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsi, bu məhsulların uyğun şərtlərdə mühafizəsi, işlənib qiymətləndirilməsi və satışa çıxarılmasına deyilir. İnsan qidanı ola biləcək və iqtisadi dəyəri olan hər cür bitki-heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikiləşdirmə fəaliyyətlərinin hamısıdır.

Bu elm sahəsi elmi məlumatın yanında xüsusi qabiliyyət və ayanlıq tələb edir. Tətbiqli bir elm sahəsi olub, məqsədi insanların faydasına iqtisadi dəyərlər əldə etməkdir.

Kənd təsərrüfatı, iki təməl istehsal budağından meydana gəlir. Bunlar Bitki mənşəli İstehsal və Heyvan mənşəli İstehsaldır. Bu iki təməl Kənd təsərrüfatı istehsal budağı və hətta tərifləri arasındakı tək ayrı-seçkilik, istifadə etdikləri materialın birində bitki, o birində isə heyvan materialı olmuşdur.

Heyvan mənşəli istehsalı əkinçiliyin xaricində qəbul etmək, günümüzün gerçəklərinə zidd və çağın gerisində qalmış bir görüşdür və ancaq geri qalmış ya da inkişaf etməkdə olan cəmiyyətlərdə etibarlıdır. Çünki bu iki təməl istehsal qolu, bir-birinə ehtiyacı olan, bir-birini tamamlayan və dəstəkləyən iki istehsal budağıdır.

Mərkəzi Amerika

Mərkəzi Amerika — Şimali Amerikada, Meksikadan Panama kanalına qədər olan ərazidə yerləşən bölgə. Bölgəyə yeddi dövlət daxildir:

Beliz

Salvador

Honduras

Kosta Rika

Qvatemala

Nikaraqua

Panama

Mərkəzi Asiya

Mərkəzi Asiya və ya Orta Asiya — Mərkəzi Asiyanın siyasi və coğrafi adlandırılması, 1924-1925-ci illərə qədər "Türküstan" adlanırdı. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın bir qisimindən ibarət olan bölgə və bölgəni təyin etmək üçün istifadə edilən coğrafi termin. Türkdilli xalqların ana yurdu sayılır.

Mərkəzi Avropa

Mərkəzi Avropa — coğrafi cəhətcə Avropanın aşağıdakı ölkələrini əhatə edir:

Avstriya (alm. Mitteleuropa, Zentraleuropa‎)

Macarıstan (mac. Közép-Európa)

Almaniya

Polşa (pol. Europa Środkowa)

Slovakiya (slovak. Stredná Európa)

Sloveniya (sloven. Srednja Evropa)

Xorvatiya (xorv. Srednja Europa)

Çexiya (çex. Střední Evropa)

İsveçrə (fr. Europe centrale, it. Europa centrale)

Serbiya ( ölkənin Voyevodina diyarının bir hissəsi, Belqrad və onun ətrafı; serb. Средња Европа)

Nəcməddin Naxçıvani

Nəcməddin Naxçıvani - XIII əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri. O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmlərinə dair əsərləri ilə Yaxın və Orta Şərq ölkələrində şöhrət tapmışdır.

Qəzəl

Qəzəl – klassik Şərq şeiri növüdür.

Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir.

Qəzəl ictimai-siyasi, fəlsəfi məzmunlu olmaqla, əsasən, lirik şeir növüdür.

Saksoniya

Saksoniya (almanca: Freistaat Sachsen) - Almaniyanın vilayəti. Vilayətin paytaxtı Drezden şəhəridir. Sahəsi 18.415,51 km², əhalisi 4.228.006 nəfər, bir nəfərə düşən sahəsi isə 231 km²-dir.

Saksoniya Almaniyanın orta-şərq hissəsində yerləşir. Şimaldan Brandenburq, şimal-qərbdən Saksoniya-Anhalt, qərbdən Türingiya, cənubdan Bavariya ilə həmsərhəddir. Bundan əlavə o cənubdan Çexiya, şərqdən isə Polşa ilə ümumi sərhəddə malikdir.V-VI əsrlərdə anqlo-sakon tayfası yut adalarında birləşib Saksoniyada məskunlaşıblar.

Time (jurnal)

Taym jurnalı (ing. Time) - həftəlik informasiya jurnalı.

"Taym" dünyanın ən nüfuzlu xəbər və siyasət jurnallarından biridir. Jurnal, öz reklam kampaniyalarında adının "The International Magazine of Events" (Hadisələrin Beynəlxalq Jurnalı) ifadəsinin qısaltması olduğunu ifadə edir.

ABŞ-da yerləşən jurnalın Avropa distributivi Taym Avropa (Time Europe), əvvəlki adı ilə Taym Atlantik (Time Atlantic), şirkətinə məxsusdur və Londonda dərc olunur. Taym Avropa Orta Şərq, Afrika və Latın Amerikasını da əhatə etməkdədir. Həmçinin, Asiya, Kanada və Okeaniya distributivi də vardır.

Taym jurnalı 1923-cü ildə Brayton Heden və Henri Lyus tərəfindən ABŞ-ın ilk həftəlik xəbər jurnalı olaraq yaradılmışdır. Hazırda jurnalın həftəlik tirajı 4 milyondan artıqdır.

Xaş

Xaş ya Kəllə paça - Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biri. Iran, Bosniya və Herseqovina va Türkiyədə Kəllə paça adlanır (fars. کله پاچه) , (türk. Kelle paça), (bosn. Pače).

Xaş malın (dana) imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur.

Yaxın Şərq

Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, asurilər, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350-360 milyon müsəlman (türklər, farslar, kürdlər, ərəblər və s.), 60-70 milyon xristianlar (ermənilər, Anadolu yunanları, gürcülər, Assuriya, Koptlar, Maronitlər və s.), 7 milyon Yahudi 3 milyon Druz, 2 milyon Yezidis və s. Yaxın Şərq vasitəsilə Avropadan və Afrikadan Asiyaya gedən əsas marşrut.

İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var.

Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.

Ön Asiya

Ön Asiya (Qərbi Asiya, Cənub-Qərbi Asiya) — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur.

Şimal Buzlu okean

Şimal Buzlu okean - Şimal yarımkürəsində, əsasən Arktika zonasında yerləşən okean. Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Skandinaviya yarımadası ölkələri, Kanada, həmçinin İslandiya və Qrenlandiya adaları vasitəsi ilə digər okeanlardan ayrılır. Dünyada sahəcə ən kiçik okeandır - 13 000 000 кm².

Şimal Buzlu okeanında bir çox adalar vardır: Novaya Zemlya, Severnaya, Qrelandiya, Vrangel, Novosibirsk, Kanada-Arktika arxipelaqı. Dünyanın ən böyük adası olan Qrelandiya adası da bu okeanda yerləşir. Okeanın bir çox boğazları vadır ki, onlara misal kimi Avstriya boğazı, Matoçkin Şar boğazı, Smit boğazı, Qdansk boğazı, Robeson boğazı, Kennedi boğazı, Parri boğazı, Danimark boğazı, Forlandsundet boğazı,Şahzadə Regent boğazı, Taymır boğazı, Friman boğazı, Lonq boğazı, Sterleqov boğazı, Disko boğazı (körfəz), Franklin boğazı, Qırmızı Ordu boğazı, Kara darvazası (boğaz), Stur-ford boğazı, Şərq boğazı (Şərqi Sibir dənizi), Dis boğazı, Şimal boğazı (Şərqi Sibir dənizi), Yaqorski Şar boğazı, Şokalski boğazı, Fram boğazı, Fram (boğaz), Kuroçkin boğazı, Dmitriy Laptev boğazı, Kiçik Caun boğazı, Kostin Şar boğazı, Vilkiç boğazı, Pomorski boğazı, Fari və Hekla boğazı, Eterikan boğazı, Hinlopen boğazı, Cons boğazı, Yevqenov boğazı, Uels Şahzadəsi (boğaz), Malıgin boğazı, Sannikov boğazı, Kildinski boğazı, Şimal boğazı (Laptevlər dənizi), Blaqoveşenski boğazı, Pevek boğazı, Radzeevski boğazı, Zaya boğazı, Kolıma boğazı, Yeddiada Reydi boğazı, Dolfin və Yunion boğazı, Hudzon boğazı, Mak-Klinton boğazı, Ağ dənizinin boğazı, Simpson boğazı və s. göstərmək olar.

Şimal Buzlu okean ən şirin okean hesab olunur.

Okeanın akvatoriyasında bir sıra dənizlər vardır: Linkoln dənizi, Bofort dənizi, Baffin dənizi, Şərqi Sibir dənizi, Vandel dənizi, Şahzadə Qustav-Adolf dənizi, Norveç dənizi.

Şimali Avropa

Şimali Avropa — Avropanın şimalında tarixi-geosiyasi bölgə.

Şərqi Avropa

Şərqi Avropa — Avropanın şərqində şərti tarixi-geosiyasi bölgə.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.