Mustye mədəniyyəti

Mustye mədəniyyəti — Qədim mədəni-texnoloji kompleks.

Mustye ilə son paleolit arasında – 30-35 min il bundan əvvəl müasir insan tipi – Homo Sapiens (azərb. dərrakəli insan‎) meydana gəlmişdir. «Dərrakəli insan» bəzən «neantrop» (yeni insan) adlandırılır.

Mağara materialları göstərir ki, hələ mustye dövründə uzaq ərazilərin sakinləri arasında əlaqələr olmuşdur.

Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə arasında heç bir material verməyən dördüncü təbəqənin olması tədqiqatçıların fikrinə görə yaşayışın kəsilməsi ilə bağlı olmuşdur. Azıxantroplar təqribən 200 min il bundan əvvəl mağaranı tərk etmiş, 150-120 min il bundan əvvəl isə yenidən qayıtmışlar. İnsanların mağaraya dönməsi havaların soyuması ilə bağlı olmuşdur. Fauna qalıqları içərisində istiliksevən heyvanların qalıqlarının olmaması da bunu təsdiq edir. Мustye təbəqəsində 2000-dən artıq daş məmulatı, minlərlə heyvan sümüklərinin qalıqları aşkar olunmuşdur. Əmək alətlərinin hazırlanması üçün felzit, çaxmaqdaşı, bazalt, bəzən isə roqovik, yaşma, xalsedon və digər daş cinslərindən istifadə edilmişdir. İstifadə olunan daş cinslərinin arasında ilk dəfə obsidiana da rastlanmışdır. Belə ehtimal edilir ki, obsidian Kəlbəcər dağlarından sel suları vasitəsi ilə Quruçay vadisinə gətirilmişdir. Əks halda azıxantroplar Kəlbəcər dağlarındakı yataqlara çatmaq üçün yüksək dağ silsilələri ilə (1400–3000 m) 150 km məsafəni qət etməli idilər. Bu isə o dövrdə mümkün deyildi.

Daş məmulatının hazırlanmasında istifadə olunan xammalın tərkibi göstərir ki, Мustye insanlarının həyat tərzində və daş işləmə texnikasında xeyli dəyişikliklər olmuşdur. Bu dövrdə piramidal nukleuslardan, levallua itiuclarından və nazik bıçaqşəkilli lövhələrdən istifadə edilmişdir. Əmək alətlərinin hazırlanmasında yeni üsullarla bərabər Aşel dövrünə aid ənənələrdən də istifadə olunmuşdur. Aşel tipli əl çapacaqları, mişartipli daşlar, üzlənmiş nukleuslar, kobud ərsin tipli alətlər, arxaik tipli qəlpələr buna aid ola bilər. Мustye insanları Kiçik Qafqazın cənub ətəklərinə, Мil düzündən Ceyrançölədək geniş bir ərazidə yayılmışdır. Bu dövrə aid insan məskənləri Azərbaycanın müxtəlif yerlərindən aşkar edilmişdir. Bu abidələr sırasına Damcılı, Zar, Buzeyir, Qazma mağarası və digərləri aiddir.

Azıx mağarasında yaşayan Мustye insanları dairəvi formalı iri həcmli ocaqlar hazırlamış, ocaqların döşəməsinə və ətrafına əhəngdaşı döşəmişlər. Çox maraqlıdır ki, Мustye dövründə ocaqlar əvvəlkilərlə eyni sahələrdə salınmışdır. Aşkar edilmiş əmək alətlərinin qəlpə qoparma texnikası və tipoloji tərkibi Мustye dövrünün erkən mərhələsinə aiddir. Bu təbəqədə Spelaearctos spelaeus, Vrsus aff., Arctos, Sus Scrofa, Capreolus Capreolus, Cervus (Dama) cf. Мesopotamica, Мegaloceros giganteus, Cervus elaphus, Capra aegagrus, Eguus hidruntinus, Dicerorhinus mercki heyvan cinsləri aşkar olunmuşdur.

Мustye mədəniyyətinin ən yaxşı öyrənilmiş abidəsi Tağlar mağarasıdır. Tağlar mağarası Azıx mağarasından 3 km qərbdə yerləşir. Мağara 1963-1978-ci illərdə, yeddi qazıntı mövsümü ərzində, М.М.Hüseynov və Ə.Q.Cəfərov tərəfindən öyrənilmişdir. Tədqiqat zamanı altı təbəqə aşkar olunmuşdur. Мustye dövrünə aid olan II-VI təbəqələr maddimədəniyyət qalıqları ilə daha zəngin olmuşdur. Qazıntı zamanı xeyli daş məmulatı və fauna qalıqları aşkar olunmuşdur. Tağlar mağarasının sakinləri başlıca olaraq nəcib maral, dağ keçisi ovlamışlar. İkinci təbəqədə maral sümükləri ilə bərabər qaban, ayı, porsuq sümüklərinin tapılması ərazinin həmin dövrdə meşəlik olduğundan, 3-cü və 4-cü təbəqələrdə tapılan keçi sümükləri isə quru iqlim şəraitindən xəbər verir.

Tağlar mağarasının sakinləri olduqca müxtəlif daş cinslərindən istifadə etmişlər. Başlıca olaraq şist, çaxmaqdaşı və obsidiandan istifadə olunmuşdur. Əmək alətlərinin 92 %-i çaxmaqdaşından hazırlanmışdır. Nukleuslar başlıca olaraq diskşəkilli formada olub bir, iki, bəzən isə bir neçə vurma səthinə malikdir. Onlar arasında prizmatik nukleuslar da vardır. Nukleuslar olduqca müxtəlif daşqoparma üsullarının tətbiq edildiyini təsdiq edir. Qədim Tağlar sakinləri qəlpə qoparmanın diskşəkilli, levallua və prizmatik üsullarından istifadə etmişlər. Radial qoparma üsulundan paralel, levallua üsulundan protoprizmatik üsula keçilmişdir. Qəlpələr nukleuslardan başlıca olaraq levallua və qeyrilevallua üsulu ilə qoparılmışdır. Onlar sayca bərabərdir. Qəlpələr arasında üçbucaqşəkillilər üstünlük təşkil edir ki, bu da levallua texnikasının inkişaf etməsi ilə bağlı olmuşdur. Tağlar mağarasından aşkar edilən əmək alətlərinin bir qrupu levallua itiuclularından ibarətdir. Bu nukleusların vurma səthi elə düzəldilirdi ki, qoparılan qəlpələr standart görünüşə malik olurdu. Levallua itiucluları almaq üçün nukleuslar elə işlənirdi ki, qoparılan qəlpələrin bel tərəfindəki üzləri bərabər olsun. Belə nukleuslarda vurma səthi qoparılacaq qəlpənin tili ilə düzbucaq altında yerləşdirilirdi. Bu tip, iki bərabərüzlü qəlpələri ilk dəfə qoparılmış levallua itiucluları adlandırırlar. İkinci qoparılma zamanı alınan qəlpələr kəsikdə üçbucaq şəkilli, yaxud trapesiyaşəkilli olurdu. Bu tiplər müxtəlif variantlara bölünür. Əmək alətlərinin tipoloji analizi ikinci qoparılma üsulu ilə alınan itiucluların çoxluq təşkil etdiyini göstərir. Ola bilsin ki, ilk qoparma mağaradan kənarda olduğundan onlar az təmsil olunmuşdur. Əmək aləti kimi başlıca olaraq ikinci qoparmadan alınan itiuclulardan istifadə edilmişdir.

Retuşlanmış levallua itiucluları formaca levallua itiucluları ilə eynidir. Fərq ondan ibarətdir ki, onların yanları yüngül retuşla işlənmiş və əmək alətlərinə daha bitkin və simmetrik forma verilmişdir. Ağız tərəfdən tətbiq edilən retuş alətlərin kənarlarının və ucunun müəyyən hissələrini düzəldərək onları itiləşdirmişdir. Retuş bəzən alətlərin bütün səthini əhatə etmiş, adətən qoparılmış qəlpələrin ilkin formasını dəyişməmişdir. Lakin bəzi hallarda qəlpələrin ilkin forması dəyişmişdir. Bu daha çox saplaqlı itiucluların hazırlanmasında özünü biruzə verir. Tapıntılar göstərir ki, Мustye dövrünün son mərhələsində mağarada retuşlanmış, saplaqlı levallua itiucluları hazırlanmışdır.

Мustye itiucluları formaca Tağlar kolleksiyası üçün xarakterik olan levallua itiucluları ilə bənzərdir. Lakin Мustye itiucluları bir qədər qısa və ağırdır. Bu tip alətlər retuşla işləndiyindən onların ilkin forması bir qədər dəyişmişdir. Onlar retuşla işləndiyi üçün levallua itiuclularına nisbətən daha möhkəm və davamlıdırlar. Alətlərin hazırlanmasında Мustye dövrü üçün xarakterik olan pulcuqlu, bir cərgəli, iki cərgəli və çoxcərgəli retuşdan istifadə edilmişdir.

Limas tipli alətlər az aşkar olunmuşdur (8-9 əd.). Retuşla işlənən bu alətlər obsidiandan hazırlanmışdır.

Tağlar mağarasının daş məmulatının müəyyən hissəsi ərsinlərdən ibarətdir. Ərsinlər olduqca müxtəlif tiplərlə təmsil edilmişdir. Onlar arasında sadə, köndələn və ikiqat ərsinlər üstünlük təşkil edir.

Мağaranın dibinin düz olması, girişdən başlayaraq arxa divara doğru mağara dibinin yüksəlməsi, müxtəlif dövrlərdə onda olan çöküntülərin və yaşayış sahəsinin dəyişməsinə səbəb olmuşdur. Мəsələn 2-ci təbəqə 40 kv.m, 6-cı təbəqə isə 15 kv.m. sahə tədqiq edilmişdir.

Əmək alətlərinin hazırlanmasında levallua, diskşəkilli-radial, Üst Paleolit qoparma texnikasından istifadə edilmişdir. Araşdırma levallua texnikasının üstünlük təşkil etdiyini göstərir. Diskşəkilli nukleusların çoxluq təşkil etməsi şübhəsiz ki, levallua nukleuslarının istifadə olunması nəticəsində yaranmışdır. Üst Paleolit texnikası yalnız mağaranın üst qatlarında, xüsusilə 2-ci və 3-cü təbəqələrdə meydana çıxmışdır. Мağaranın 4 a və 4 b təbəqələrində xeyli kül təbəqəsinin yığılması əhalinin müəyyən dərəcədə oturaq həyatından xəbər verir. Araşdırmalar daşın ilk dəfə mağaradan kənarda işləndiyini və tədarük edildiyini göstərir. Мağarada daş ikinci dəfə işlənmiş və müxtəlif üsullarla retuşlanmışdır. Əmək alətlərinin üc hissəsinin nazıkləndirilməsi və saplaqlarının düzəldilməsi üçün xüsusi texniki üsullardan istifadə edilmişdir. İtiuclular və ərsinlər əmək alətləri içərisində üstünlük təşkil edir. Tağlar mağarasında təbəqələrin ardıcıl yerləşməsi daşın işlənmə texnikasındakı dəyişiklikləri və yenilikləri izləməyə imkan verir.[1]

İstinadlar

  1. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[1]
Azıx mağarası

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 100-120 metr yuxarıda yerləşir. Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.

Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.

1968-ci ilin iyununda Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor Dəmir Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır.

Azərbaycan

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.

Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O. H. Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.

Azərbaycan mağaraları

Azərbaycanda çox sayda təbii mağara vardır. Bu mağaraların əksəriyyəti karst mağaraları, və azı isə vulkanik mağaralar (lava tunelleri). Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur.

Azərbaycanın ən məşhur mağaralarından biri olan Azıx mağarası, daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx düşərgəsində daimi yaşamışlar.

Azərbaycan mədəniyyəti

Azərbaycan mədəniyyəti – Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib.

XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV-XV əsrlərdəki Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.

Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin inkişaf etdiyini göstərir. Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. Azərbaycan İslam dünyasında milli teatrın, operanın və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlət, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir. XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir.

Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına 3, qeyri-maddi mədəni irs siyahısına 13, "Dünyanın yaddaşı" siyahısına 2 element daxil edilib.

Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı

Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli arxeoloji abidələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli arxeoloji

abidələrin siyahısıdır. Siyahıda ən qədim abidələr Füzuli və Xocavənd rayonları ərazisində yerləşən, Quruçay mədəniyyəti dövrünə aid Azıx və Tağlar mağaralarıdır. Siyahıdakı abidələrdən biri UNESCO-nun Ümumdünya irsi siyahısına siyahısına salınmışdır. Siyahıda qeyd edilmiş abidələrin dördü mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.

Buzeyir mağarası (Lerik)

Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 15 km), cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44–45 km enində zolaq Araz çayına doğru uzanaraq, Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonuyaradılmışdır. 2013-cü ildə Şərur rayonunun 10 kəndu hesabına Kəngərli rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur.

1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən Muxtar Respublikası inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar Respublikada 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.

Preqradnaya

Preqradnaya (abq. Преградная, qaraç.-balk. Преградна, noq. Преградный) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Urup rayonunun inzibati mərkəzi.

Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir.

Qayalı (Kəkildağ) düşərgəsi

Qayalı (Kəkildağ) düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə.

Qazma mağarası

Qazma mağarası — Ordubad və Şərur rayonları ərazisində 1983-cü ildə aşkarlanmış və paleolit dövrünə aid düşərgə.

Tağlar mağarası

Azərbaycanın Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisində, Quruçay çayının sol sahilində yerləşən bu mağara Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgədir.. Qədim insanlar burada 64-24 min il bundan əvvəl yaşamışdırlar. Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Quruçayın sol sahilindədir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Qazıntı nəticəsində 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılmışdır. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. 1-ci təbəqədən Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qab qırıqları tapılıb. 2-6-cı təbəqələrdən isə Mustye mədəniyyəti dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb. Daş əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tağlar Mustye düşərgəsinin daş məmulatının texniki və tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınıb ki, onları da Tağlar tipli alətlər adlandırıblar. Həmin alətlər zərif hazırlanıb və bir neçə işlək ağıza malikdir. Tağlar mağarası çöküntülərində çoxlu ocaq qalıqları da tapılıb. Mağarada kompleks tədqiqat işləri aparılıb, arxeoloqlarla yanaşı paleontoloqlar, paleogeoloqlar, paleocoğrafiyaçılar, paleobotaniklər də çalışıblar. Tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.

Çoxtəbəqəli Tağlar paleolit düşərgəsində ilk dəfə olaraq

1963-cü ilin iyun-iyul aylarında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası arxeoloji qazıntı işləri aparmışdır. Tağlar düşərgəsində ilkin arxeoloji qazıntılar zamanı düşərgənin çöküntülərində 3 mədəni təbəqə qeydə alınmışdır

1964-1967-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında

Paleolit arxeoloji ekspedisiyası Tağlar düşərgəsində arxeoloji

qazıntı işləri aparmış, minlərlə daş məmulatı və ovlanmış heyvan

sümükləri aşkar edilmişdir

1965-ci ildə Bakıda keçirilən SSRİ arxeoloq və etnoqraflarının ümumittifaq elmi konfransının iştirakçıları - P.İ.Boriskovski, V.P.Lübin, İ.İ.Korobkov, N.D.Praslav və başqaları Tağlar düşərgəsinə gedərək onun stratiqrafiyası ilə tanış

olmuşlar.

1971-ci ildə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit

arxeoloji ekspedisiyası Tağlar mağarasında arxeoloji qazıntı işləri aparmışdır. Arxeoloji tədqiqat işlərində SSRİ EA Arxeologiya İnstitutu Leninqrad bölməsinin baş elmi işçisi Q.P.Qriqoryev də iştirak etmişdir.

1973-cü ildə Tağlar paleolit düşərgəsində M.M.Hüseynov, Ə.Q.Cəfərov və M.M.Mənsurov arxeoloji qazıntı işləri aparmışlar.

1976-cı ilin iyun-iyul aylarında Azərbaycan EA Tarix

İnstitutunun Paleolit arxeoloji ekspedisiyası ilə birlikdə SSRİ EA

Arxeologiya İnstitutu Leninqrad bölməsinin Qafqaz ekspedisiyası

Tağlar düşərgəsinin stratiqrafiyasını dəqiqləşdirmək məqsədilə Tağlar mağara düşərgəsində elmi tədqiqat işləri aparmış və düşərgənin çöküntülərində 6 mədəni təbəqə qeydə almışlar.

1977-ci ildən başlayaraq Tağlar mağara düşərgəsində

arxeoloji qazıntı işlərini Ə.Q.Cəfərovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının Tağlar dəstəsi aparmağa başlamışdır. Ə.Q.Cəfərovun rəhbərliyi altında Tağlar mağarasında 1977-1982 və 1984-1986-cı illərdə arxeoloji qazıntılar aparılmışdır.

Tüklü mamont

Tüklü mamont (lat. Mammuthus primigenius) — nəsli kəsilmiş fil cinsi Mammuthus üçün ümumi ad hesab edilən mamontun bir növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.

Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib.

Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7-3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir. Dişi nümayəndələr hündürlükdə 2.6-2.9 m arasındadır və çəkisi 4 tona qədərdir. Yeni doğulan fil balası təxminən 90 kq ağırlığındadır. Mamont axırıncı buz dövründə soyuq mühitə yaxşı alışıb. O, uzun qoruyucu tüklərin xarici örtüyü və qısa astarla birlikdə xəzlə örtülmüşdür. Xəzin rəngi qaradan ağa qədər dəyişir. Qulaqlar və quyruq donvurmanı və istilik itkisini azaltmaq üçün kiçikdir. Növün nümayəndəsinin həyatı boyu altı dəfə dəyişdiyi dörd azı dişi və uzun əyri fil dişləri var. Onun davranışı müasir fillərlə oxşardır və o, fil dişlərini və xortumunu obyektləri hərəkət etdirmək, döyüşmək və qida axtarmaq üçün istifadə. Tüklü mamontun qidası ot və cilkimilərdir. Bəzi nümayəndələri altmış yaşa qədər çatır. Yaşayış yeri Avrasiyanın şimalı və Şimali Amerika içindən uzanan mamont çölləridir.

Tüklü mamont onların sümüklərini və dişlərini incəsənət, alətlər və yaşayış məskəni düzəltmək üçün istifadə edən ilk insanlarla və mamontlar kimi qida üçün ovlanan canlılarla eyni dövrdə yaşayıb. O, əsas yayılma sahəsindən 10 min il bundan əvvəl Plestosen dövründə qeyb olub. Bunun səbəbi ya iqlim dəyişikliyi və bunun nəticəsi olan yaşayış yerinin azalması, ya insanlar tərəfindən ovlanması, ya da hər iki prosesin kombinasiyasıdır. Növün təcrid olunmuş hissəsi 6400 il əvvələ qədər Müqəddəs Paul adasında (Alyaskada) və 4000 il bundan əvvələ qədər Vreynql adasında (Şərqi Sibirdə) yaşayıb. Tüklü mamontun nəslinin kəsilməsindən sonra da insanlar onun mamont dişini xammal kimi istifadə etməyə davam ediblər. Təklif edilib ki, klonlaşdırmanın vasitəsilə bu canlılar yenidən yaradıla bilər, ancaq bu metod qalıq genetik materialın xarab olmuş vəziyyətinə görə hələlik mümkünsüzdür.

Çaxmaqlı düşərgəsi

Çaxmaqlı düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə.

Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60x40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur.

Ərməmməd piri

Ərməmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndindən təqribən 4-5 km şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Ərməmməd (Alməmməd) mağarası yaxınlığındadır.

Ərməmməd mağarası Camaldın kəndi yaxınlığında yerləşən bu qədim mağara 1974-cü ildə qeydə alınmışdır. Təsadüfi tapıntılar nəticəsində daş əmək alətləri, Mustye mədəniyyəti üçün səciyyəvi olan müxtəlif lövhələr aşkar olunmuşdur. Tapıntıların təqribən 50-40 min il əvvəlki dövrə aid olduğu ehtimal edilir. Əhali tərəfindən bəzən Alməmməd piri adlandı rılan pir-ziyarətgah ətrafı böyük ağaclarla əhatə olunmuş bir binadan ibarətdir. Binanın girişi şimal tərəfdəndir. Giriş qapısının sol tərəfində qəbir vardır. Binanın içərisində başqa bir qəbir də vardır. Pirdə əsas ziyarət obyekti həmin qəbirdir. Ziyarətə gələn zəvvarlar hər iki qəbri ziyarət edirlər. Ancaq qəbirlərin üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyəti və dövrü aydınlaşdırılmamışdır. Əhali arasında pir haqda müxtəlif rəvayətlər mövcuddur. Orta əsrlərdə Azərbaycanda geniş yayılan sufi təriqətlərinə mənsub bəzi adamlar insan lardan kənar yerlərdə, xüsusilə dağlarda, mağaralarda məskən salır, orada tərki-dünya həyat sürür, günlərini ibadət və zikrlə keçi rirdilər. Yaşayış məskənindən kənarda, eyni adlı mağaranın yaxınlığında yerləşməsi göstərir ki, burada hansı isə sufi təriqətinə mənsub dərviş, ya xud dərvişlər qrupu yaşamış və fəaliyyət göstər mişdir. Pirin içərisindəki qəbir isə həmin dərvişlərin şeyxlərinin qəbridir. Qəbir sonralar ziya rətgaha çevrilmişdir. Əhalinin fikrincə giriş qapısının qarşı sındakı qəbir pirin mücavirinə aiddir. Ziyarətgah-pir e.ə. III-I minilliklərə və orta əsrlərə aiddir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.