Mis

Mis (Cu) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.

Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pulsilah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürüncdə mis tərkiblidir. Kənd təsərrüfatında, su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30-230 mq-a qədər olur. Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz. Bitkilərdə misin fizioloji rolu fermentativ proseslərdə aktivator kimi və ya misə malik fermentlərdə iştirakı ilə əlaqədardır. O, nəfəsalmanın intensivliyini gücləndirir, askarbin turşusunun oksidləşməsini katalizləşdirir, nitrat azotunun asimiliyasiyası və atmosfer azotunun fiksasiyasını təmin edir.

Mis bitkilərin hormonal balansının tənzimlənməsində iştirak edir: fenol təbiətli inkişaf inhibitorlarının miqdarına tənzimləyici təsir edərək mis bitkilərin polimerizasiyaya davamlılığını artırır. O, həmçinin quraqlığa, şaxtaya və istiyə davamlığı da artırır. Mis çatışmadıqda bitkilərdə böyümə və çiçəklənmə ləngiyir, xloroz, turqozun itməsi, solma müşahidə olunur. Kəskin mis çatışmazlığı olduqda dənli bitkilərdə yarpaqların kənarları ağarır, sünbül inkişaf etmir, meyəvlilərdə qurubudaqlılıq əmələ gəlir və bitki məshulsuz ola bilir. Mis kuporosu məhlulunu qızılgül, cavan alma ağaclarının qanadlarına çilədikdə şaxtaya davamlılıq artır.

Torpaqda mis artıq miqdarda olduqda kaliforniya laləsinin böyüməsi 2 dəfə azalır, rəngi isə göyümtül-tünd göy olur, qızılgülün qanadlarında qeyri-normal quruluşlu yarpaqlar əmələ gəlir, gülün ləçəkləri isə mavi və hətta qara olur. Heyvanlar arasında mis ilə daha çox zəngin olanlar bəzi onurğasızlardırlar. Mis onlarda hemosianinlərin-hemolimfaların nəfəsalma piqmentlərinin tərkibinə daxildir. Hemosianinlər orqanimzdə oksigen nəqlini həyata keçirirlər. (molyuskalarda və xərçəngəbənzərlərdə, 0,5-026% mis olur). Oksidləşmiş hemosianinlər göy rəngli, reduksiya olmuşlar isə rəngsiz olurlar. İnsan orqanizmində 80-150mq mis olur, həm də onun miqdarı qara ciyərdə 5mq %-dən, sümüklərdə 0,7mq %-ə qədər, qanda 100mkq %-dən, onurğa beyni mayesində 10mkq%-ə qədər dəyişir. Hər gün biz qida ilə 3,5 mq mis qəbul edirik ki, onun da yalnız 30%-i orqanizm tərəfindən mənimsənilir. Qida ilə orqanizmə daxil olaraq mis bağırsağa sovrulur, qan zərdabının zülalı ilə əlaqələnir (albumin ilə), sonra qara ciyər tərəfindən udulur, oradan seruloplazmin (qanın qlobulyar zülalı) tərkibində qana qayıdır və orqanlara və toxumalara daşınır. Seluloplazmin qanyaratmada, misin misli zülalların (məsələn, sitoxromoksidara) sintezi yerinə çatdırılmasında iştirak edir.

Dəmir kimi mis də qanın normal tərkibinin saxnılmasında əhəmiyyətli rol oynayır. Qanda misin miqdarının artması dəmirin mineral birləşmələrinin üzvi birləşmələrə çevrilməsinə səbəb olur, qara ciyərdə toplanmış dəmirin hemoqlobin sintezində istifadəsini stimullaşdırır. Mis həmçinin ürəkdə, beyində, böyrəklərdə , əzələ və sümük toxumalarında toplanır, sümük beyninin qan əmələgətirmə funksiyasını stimullaşdırır, xolisterinin miqdarına nəzarət edir. Misin kiçik dozaları karbohidratlar (qanda şəkərin azalmasına), mineral maddələr (qanda fosforun miqdarı azalır) mübadiləsinə təsir edir. Əlavə olaraq o, sümükləri möhkəmləndirir, qanın qırmızı və ağ hüceyrələrinin əmələ gəlməsini gücləndirir, immun funksiyasını təmin edir, kiçik uşaqların böyüməsinə kömək edir və revmatoit artritinin müalicəsi üçün başlıca vasitədir.

Mis çatışmazlığı qandaşıyıcı damarların destruksiyasının, sümük sisteminin xəstələnməsinə, şiş xəstəliklərinin yaranmasına gətirib çıxarır, heyvanlarda dəmirin sovrulması və istifadəsi azalır ki, bu da ishal və halsızlıq ilə müşayət olur ki, bu da anemiyaya səbəb olur.

Mis ilə zəhərlənmə anemiyaya, qaraciyərin xəstələnməsinə, vilson xəstəliyinə səbəb olur. Misin sorulması və çıxarılmasının incə mexanizmi sayəsində insanda zəhərlənmə nadir hallarda baş verir. Lakin, artıq miqdarlarda mis qusmaya səbəb olur, ümumi zəhərlənmə baş verə bilir (ishal, nəfəs almanın və ürək fəaliyyətinin zəifləməsi, boğulma, komatoz vəziyyəti). Misin zəhərlilik dozası 250mq-dan çoxdur.

Misin orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır.

Bitki mənşəli məhsullar: qoz, fındıq, araxis, kartof, qarğıdalı, paxlalılar, gicitkan.

Heyvan mənşəli məhsullar: yumurta sarısı, qara ciyər, süd, turş süd məhsulları (kefir, prostokvaşa, yoqurt), dəniz məhsulları.

Misin daha çox məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:

CuSO4∙5H2O –– mis kuporosu, mis (II) sulfatın kristal hidratı.

(CuOH)2CO3 – mis hidrokarbonat, malaxit.

CuFeS2 –– xalkopirit

Mis çox qədimdən məlum olan 7 metaldan biridir (təmiz metal və qalay ilə ərinti bürünc kimi).

Bəşər tarixinin bütöv bir dövrü bürünc və ya mis əsri adlanır. Onun adı Kipr adasının coğrafi adındandır. (Latın dilində Cuprum Kipr deməkdir. Mis filizlərinin çıxarıldığı yerdir).

İnsan orqanizmində mis atomlarının sayı 1,0∙1021, bir insan hüceyrəsində isə 1 ∙ 107 ədədidir.

Tibbdə CuSO4∙5H2O mikrob əleyhinə və dağlayıcı vasitə kimi istifadə olunur. Misli preparatlar dayaq- oynaq aparatının xəstəliklərinin profilaktikası və müalicəsində istifadə olunur.

Mis kuporosu CuSO4∙5H2O məhlulu kənd təsərrüfatında istifadə olunur. O, həmçinin toxumlarda kif göbələklərinin sporlarını məhv edir.

Malaxit mineralı gözəl tünd yaşıl bəzək daşıdır, misin əsasi karbonatıdır (CuOH)2CO3

NatCopper
Mis
29 nikelmissink
-

Cu

Ag
Cu-TableImage
Ümumi
Ad, İşarə, Nömrə mis, Cu, 29
Qrup, Dövr, Blok 11, 4, d
Xarici görünüşü
Cu-Scheibe
Atom kütləsi 63.546 q/mol
Elektron formulu [Ar] 3d<sup10 4s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
8.92 q·sm−3 8920 q/L
Ərimə temperaturu 1084.62 °C
(1357.77 K, 1984.32 °F)
Qaynama temperaturu 2562 °C
(2835 K, 4643 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
İonlaşma enerjisi kCmol-1
Almaniya–Azərbaycan münasibətləri

Azərbaycan–Almaniya münasibətləri — Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.

Ağdərə

Ağdərə — Azərbaycan Respublikasının qərbində şəhər, keçmiş Ağdərə rayonunun mərkəzi. İnzibati olaraq Tərtər rayonu ərazisində yerləşir.

Ağstafa su anbarı

Ağstafa su anbarı - 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln. m³-dir.

Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir.

Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.

Bürünc

Bürünc — mis və sinkin ərintisindən alınan metal.

Faydalı qazıntılar

Faydalı qazıntılar - insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlardır.

Düşüncə ilə faydalı qazıntı axtarmaq üçün isə insanlara 12 -15 min il lazım olmuşdur.

Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium -27, alüminium -8, dəmir -5, kalsium -5, natrium, maqnezium və kalium 2- 2,7 faiz təşkil edir.

4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir.

Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər.

Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə - dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə - mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır.

Gədəbəy

Gədəbəy — Azərbaycanda şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.100 nəfərdir.

Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb.

İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.

Gədəbəy rayonu

Gədəbəy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Gədəbəy şəhəridir.

Mehmana

Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Mehmana kəndi Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Mis Sərçeşmə

Mis Sərçeşmə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,451 nəfər və 2,182 ailədən ibarət idi.

Mis dövrü

Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi.

Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:

insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi;

qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır;

yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu;Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsədə,ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi.

Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir. Bu,Xəzər dənizin sahillərində,Qafqazın dağətəyi və dağlıq ərazilərində,həmçinin Ön Asiya yaylalarının şərq hissəsində yaşayan qəbilələrin iqtisadi ,ictimai,mədəni,daha sonra isə siyasi həyatında olduqca ciddi dəyişikliklər dövrü idi.

Mis filizləri ilə zəngin olan Azərbaycan tunc dövründə metallurgiya və metal emalının mərkəzinə çevrilir.Arxeoloji qazıntılar zamanı mis əridən kürələrin qalıqları,tökmə formaları,istehsal alətləri ve tullantıları aşkar edilmişdir.Tapıntıların sayı burda metallurgiya prosesinin yaxşı təşkil olunduğunu və genişmiqyaslı xarakter daşıdığını göstərir.Mis hasil edilir,mis-arsenli tunc əridilir,həm isti,həm də soyuq döymədən istifadə edən coxsaylı emalatxanalarda isə tunc baltalar,bıçaqlar,ox ucluqları,qadın və kişi bəzək əşyaları hazırlanırdı.Azərbaycan tarixçələri arasında belə bir fikir mövcuddur ki,e.ə III minilliyin sonu- II minilliyin əvvəllərində bu məmulatlar hətta Şərqi Avropaya ixrac edilirdi.

Duluşçuluq sənəti bu dövürdə geniş yayılır.Doğrudur,duluşçu kürəsindən hələlik nadir hallarda istifadə olunurdu.Məmulatlar əsasən əl ilə hazırlansa da,onların çeşidi daima artırdı.Artıq təsərrüfatda forma və ölçülərinə görə müxtəlif olan qablar,səhəng,piyalə və digər əşyalar işlənirdi.Daha sonrakı dövürdə,akademik Vəli Əliyevin müəyyən etdiyi kimi,naxışlı keramikanin üzərində insan,heyvan,quş və mifik varlıqlar təsvir olunmağa başlayır.

Əhliləşdirilmiş heyvan sürülərinin sayı artırdı.İnsanlar yağ və digər süd məhsullarını əldə etməyi öyrənir,inək,qoyun,keçi,donuz bəsləyirdi.Eyni zamanda tarixçilərin qeyd etdiyi kimi,xırda buynuzlu mal-qaranın ümumi çəkisi tədricən artırdı.Nəticədə yeni və geniş otaqlar tələb edən köçürmə maldarlıq meydana gəlirdi.Ona görədə dağətəyi və dağ rayonları daxil olmaqla yeni ərazilər mənimsənilirdi.Təsərrüfatda at və uzunqulaqdan daha geniş istifadə edilirdi.

Nikel

Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci element.

Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur. Son illər reaktiv aviasiyada, raket qurğuların hazırlanmasında, atom reaktorlarının tikintisində tətbiq olunmağa başlamışdır. Nikelin müxtəlif metallarla əmələ gətirdiyi ərintilər (latun, neyzilber, melxior, bürünc, nixrom, platinit və s.) xalq təsərrüfatında geniş istifadə olunmuşdur.

Qacaran

Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır.

Qafan rayonu

Qafan rayonu — Ermənistan SSR və Ermənistan Respublikası ərazisində 1930-1995-ci illər aralığında mövcud olmuş rayon. Mərkəzi Qafan şəhəri idi. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Qubadlı, Sisyan, Gorus, Mığri və Zəngilan ra-yonları ilə həmsərhəddir. Ərazisi 1.345 kv.km təşkil edir. Əhalinin orta sıxlığı 1988-ci ildə hər kvadrat kilometrdə 22 nəfər, Qafan şəhərinin özün¬də isə 300 nəfər təşkil etmişdir.

Hal-hazırda Ermənistan Respublikasının inzibati-ərazi bölgüsünə görə Qafan adlı rayon yoxdur. Qafan şəhəri isə Sünik mərzinin mərz mərkəzidir.

Qızıl

Qızıl ya Altın (Au) – təbiətdə saf şəkildə rast gəlinən metal. Kimyəvi elementlərdən biridir (element, kimyəvi yollarla daha bəsit cisimlərə parçalanmayan bir cisim). Kimyəvi elementlərin dövri cədvəlində 79-cu element.

Təmiz halda qızılın rəngi samanı-sarıdır və melallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda inun rəbgi açıq-sarı, mis olduqda yaşımtıl sarı, bismut olduqda isə qırmızımtıl olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun çiqdarı 25% olduqda ona "ağ qızıl" deyilir.

Vərziqan

Vərzəqan, Vərziqan — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Vərziqan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,549 nəfər və 930 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.

Vərziqan ətrafında olan, dünyanın yüzdə 3 ümumi olaraq tanınan mis rezervuarına malik olan Süngün mis mədəni və Əndəriyan qızıl mədəni üçün məşhurdur.

Zambiya

Zambiya - Afrikanın cənubunda dövlət. Ölkə Zambia adı ilə müstəqilliyini qazanmadan əvvəl Şimali Rodeziya adı ilə 1924-ci ilə qədər Böyük Britaniya müstəmləkəsi olmuş və bu tarixdən sonra da Böyük Britaniyanın himayəsi altına girmişdir. Ölkənin Anqola, Konqo Demokratik Respublikası, Tanzaniya, Malavi, Mozambik, Zimbabve, Namibiya və Botsvana ilə sərhədi var. Ölkənin adı Zambezi çayından götürülmüşdür. Zambiya 24 oktyabr 1964 tarixində Birləşmiş Krallıqdan müstəqilliyini qazanmışdır. Paytaxtı Lusaka şəhəridir.

Ölkə

Ölkə - müəyyən sərhədə və dövlət suverenliyinə malik coğrafi ərazi olub, sərbəst və ya başqa dövlətin hakimiyyəti altında fəaliyyət göstərə bilir.

Çox vaxt ölkə ilə dövlət anlayışları bir-birinə sinonim kimi işlədilir. Ancaq onların arasında müəyyən fərq vardır. Ölkə daha çox mədəni, coğrafi vəhdətlik və başqa amilləri nəzərə aldığı halda, dövlət ilk növbədə müəyyən ərazi daxilində hakimiyyətin siyasi sistemini təsvir edir.

Məsələn, Britaniya imperatorluğu vahid dövlətdir, amma bir neçə ölkədən ibarətdir. Başqa misal, müasir Azərbaycan və kommunist dövründəki Azərbaycan - eyni ölkə olaraq qalmış, amma dövlət dəyişilmişdir.

Ölkə (ing. land) geomorfologi­yada bir relyef formasının üstünlük təşkil etdiyi yer səthinin geniş sahəsi. Mis: düzənlik ölkə, dağlıq ölkə, vulkanik ölkə və s.

Şəki xanlığı

Şəki xanlığı — XVIII əsrdə Azərbaycan ərazisində mövcud olmuş ən güclü xanlıqlardan biri.

Kimyəvi elementlərin dövri cədvəli
Qrup 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
Dövr
1 1
H

2
He
2 3
Li
4
Be

5
B
6
C
7
N
8
O
9
F
10
Ne
3 11
Na
12
Mg

13
Al
14
Si
15
P
16
S
17
Cl
18
Ar
4 19
K
20
Ca
21
Sc
22
Ti
23
V
24
Cr
25
Mn
26
Fe
27
Co
28
Ni
29
Cu
30
Zn
31
Ga
32
Ge
33
As
34
Se
35
Br
36
Kr
5 37
Rb
38
Sr
39
Y
40
Zr
41
Nb
42
Mo
43
Tc
44
Ru
45
Rh
46
Pd
47
Ag
48
Cd
49
In
50
Sn
51
Sb
52
Te
53
I
54
Xe
6 55
Cs
56
Ba
57
La
72
Hf
73
Ta
74
W
75
Re
76
Os
77
Ir
78
Pt
79
Au
80
Hg
81
Tl
82
Pb
83
Bi
84
Po
85
At
86
Rn
7 87
 Fr 
88
Ra
89
Ac
104
Rf
105
Db
106
Sg
107
Bh
108
Hs
109
Mt
110
Ds
111
Rg
112
Cn
113
Nh
114
Fl
115
Mc
116
Lv
117
Ts
118
Og

58
Ce
59
Pr
60
Nd
61
Pm
62
Sm
63
Eu
64
Gd
65
Tb
66
Dy
67
Ho
68
Er
69
Tm
70
Yb
71
Lu
90
Th
91
Pa
92
U
93
Np
94
Pu
95
Am
96
Cm
97
Bk
98
Cf
99
Es
100
Fm
101
Md
102
No
103
Lr
Açar
Metallar Metalloidlər Qeyri-metallar Təsirsiz qazlar LantanoidlərAktinoidlər

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.