Millimetr

Millimetr (milli… və metr sözlərindən əmələ gəlmişdir.) — məsafə ölçü vahidi metrənin 1/1000 (mində bir) hissəsi. Qısa olaraq "mm" kimi ifadə olunur.

1 mm = 0,001 m = 0,01 dm = 0,1 sm = 1000 mkm.

2S31 Vena

|

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan SSRİ istehsalı olan “Vena” özüyeriyən artilleriya qurğusudur. 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu ilk dəfə İDEX-97 silah sərgisində nümayiş etdirilmişdir. 2S31 “Vena” PDM-3-ün bazasında hazırlanmış 120 millimetr çaplı artilleriya qurğusudur. O, 13 km məsafədə düşmənin canlı qüvvəsi və texnikasını məhv etməyə qadirdir. “Vena” Perm şəhərində, Motovilixin zavodlarında hazırlanıb.

İstehsalçı firma: Zavod “SKB”

Layihələşdirilməsi: 1980-2007

İstehsal tarixi: 1996

Xidmətə giriş vaxtı: 2014-cü

ildən bu günə kimi.

Ağırlıq: 19.5 ton.

Ekipaj: 4 nəfər.

Uzunluğu: 6.8 metr.

Qüllə daxil olmaqla: 7.5 metr.

Eni: 3.36 metr.

Hündürlüyü: 3.43 metr.

Klirens: 0.45 metr.

Zireh qalınlığı: 16 mm-lik güllə keçirməz.

Aktiv müdafiə sistemləri: “TŞU-2” və “Ştora-1” 12x82 mm-lik Sis bombaları

Zəminə təzyiq: 0.61kq/sm².

Dalış dərinliyi: Üzə bilir.

Xəndək keçmə: 2.5 metr

Divar dağıtmaq: 0.8 metr

Qalxma dərəcəsi: 35°

Motor: UTD-29 dizel.

At gücü: 450

Maksimal sürəti: 80 km/saat.

Mənzili: 600 km.

Dayandırılması: fərdi burulma bar.

Əsas silahlar: 120 mm-lik 2A80 yarı-avtomatik yivli top-haubitsa-minaatan funksiyalarını özündə birləşdirir.

Kalibri: 120 mm.

Qüllənin qalxma bucağı: -4° +80°

Üfüqi tuşlama bucağı: 360°

Atəş tezliyi: Dəqiqədə 10 atəş

Atəş məsafəsi: 7.2 km

Maksimal atəş məsafəsi: 14 km

Mərminin ağırlığı: 13–28 kq arasında dəyişir.

Əsas silahı 120 mm-lik istənilən növ mərmini atəşləyə bilər və bura idarə olunan mərmilərdə daxildir.

Köməkçi silahları:

7.62 mm-lik “PKT” pulemyotu

Kalibri: 7.62 mm

Mərmi: 7.62x54 mm

Atəş tezliyi: 750-800 atəş dəqiqədə

Güllənin başlanğıc sürəti: 855 metr/saniyə

Atəş məsafəsi: 1.5 km

Maksimal atəş məsafəsi: 4 km

Cari istifadəçilər: Rusiya Federasiyası, Azərbaycan, Venesuela

Blu-ray Disc

Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılışmışdır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır.

Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür.

Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür. Blu-ray drayver obyektivləri təxminən 60 dəfə daha böyükdür.

Elektrik lampası

Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı.

XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi.

Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb.

Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər

böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.

Fiziki terminlər

Adheziya

Ağırlıq qüvvəsi

Aksion

Amper

Antimaddə

Amplituda

Arximed qanunu

Atom saatı

Atom

Atomistika

Almaz

Ballistika

Batareya

Benzinli mühərrik

Betatron

Bərk cism

Bimetal

Binokl

Blok

Buxar

Buxarlanma

Cərəyan şiddəti

Cisim

Çəki

Civə

Coul

Dalğa

Deformasiya

Desibel

Diffuziya

Dinamika

Dizel mühərriki

Dopler effekti

Exolokasiya

Elastiklik

Elektrik

Elektrik cərəyanı

Elektrik dövrəsi

Elektrik lampası

Elektrik müqaviməti

Elektrik sahəsi

Elektrik tutumu

Elektrodinamika

Elektrohərəkət qüvvəsi

Elektroliz

Elektromaqnit hadisəsi

Elektromaqnit induksiyası

Elektron volt

Elektron

Elektrostatika

Elektrostatik induksiya

Elementar hissəcik

Enerji

Entropiya

Farad (ölçü vahidi)

Ferromaye

Feynman diaqramı

Fiziki kəmiyyət

Fotoelektrik effekt

Foton

Generator

Güc

Gümüş

Günəş

Güzgü

Hers

Həcm

Xətkeş

İmpuls

İon

İstilik

İşıq

Karbon

Kation

Katod

Kelvin

Kinematika

Kinetik enerji

Kondensasiya

Kulon (ölçü vahidi)

Kulon qanunu

Kurvimetr

Kütlə

Kvant nöqtəsi

Qalaktika

Qaz

Qızıl

Qrafen

Qram

Qravitasiya

Qüvvə

Lampa

Lazer

Ling

Litr

Lorens qüvvəsi

Lupa

Maddə və sahə zərrəcikləri

Maddələr

Maqnit

Maqnit induksiyası

Maqnitostatika

Materiya

Maye

Mexaniki hərəkət

Mexaniki iş

Menzurka

Metr

Mərkəzəqaçma təcili

Mikroskop

Millimetr

Molekul

Moment

Myuon

Neytron

Nyuton (ölçü vahidi)

Nüvə

Nyuton qanunları

Oksigen

Om (ölçü vahidi)

Om qanunu

Optika

Parallaks

Paskal (ölçü vahidi)

Period

Plank sabiti

Plazma

Pozitron

Proton

Radioaktivlik

Reaktiv hərəkət

Rezonans

Rəqsi hərəkət

Saat

Santimetr

Selsi

Sərbəstdüşmə təcili

Sərtlik

Səs

Sıxlıq

Siklotron

Sinergetika

Spektr

Stator

Su

Superqüvvə

Supersimmetriya

Sürət

Sürtünmə qüvvəsi

Şrapnel

Ştangenpərgar

Şüalanma

Temperatur

Tenzor

Termometr

Tezlik

Təcil

Tərəzi

Ulduz

Uzunluq

Vatt

Veber

Volt

Zaman

Göz xəstəlikləri

Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa.

Kvadrat metr

Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi.

1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.

1 m² =

0,000 001 kvadrat kilometr (kk²)

100 kvadrat desimetr (dm²)

10 000 kvadrat santimetr (sm²)

1 000 000 kvadrat millimetr (mm²)

0,000 1 hektar

0,01 ar

1,195 990 kvadrat yard

10,763 911 kvadrat fut

1 550,003 1 kvadrat düym

Metr

Metr (işarələmə: m; q.yun. μέτρον — ölçü) — Sİ-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur.

Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.

Novoivanovka

Novoivanovka (keçmiş adları - Qarapapaq, Seyiddərəsi, Qərib Seyid) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Rub əl-Xali

Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‎‏‎ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47-50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' - 56°30' ş.u və, 16°30' - 23°00'. şim.e.

Sahə (ölçü parametri)

Sahə – düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi , həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri.

SİM kart

SİM-kart (ing. Subscriber Identification Module — abunəçinin eyniləşdirmə modulu) — mobil rabitədə tətbiq edilən abunəçinin eyniləşdirmə modulu.

SİM-kartlar GSM şəbəkələrində tətbiq edilir. Başqa müasir mobil şəbəkələr də həm SİM ilə oxşar həm də başqa analoji funksiyalar ilə eyniləşdirmə modulları tətbiq edilir (UMTS şəbəkələrində USIM, CDMA şəbəkələrində R-UIM və s).

Tennis

Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Sözügedən rezin topu rəqib tərəfə vurmaq üçün hər oyunçu yalnız Tennis oyununa məxsus olan xüsusi raketkalardan istifadə edir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır.

Uzunluq (fizika)

Uzunluq fizikada xətti uzanmanın və obyektlər arasındakı məsafənin ölçüsü üçün əsas parametr sayılır. O ölçü normativi ilə və uzunluq vahidləri ilə təyin olunur. Uzunluğun işarəsi l, vahidi Sİ vahidlər sistemində metr m-dir. Başqa ölçü vahidləri metrəyə əmsalların vurulması ilə alınır. Bu aşağıda verilmişdir:

Hesablanan vahidlər

Kilometr: 1 km = 1000 m = 103 m

Hektometr: 100 m = 102 m

Dekametr: 10 m = 101 m

Metr: 1 m = 1000 mm = 100 m

Desimetr: 1 dm = 100 mm = 10−1 m

Santimetr: 1 cm = 10 mm = 10−2 m

Millimetr: 1 mm = 1000 µm = 10−3 m

Mikrometr: 1 µm = 1000 nm = 10−6 m

Nanometr: 1 nm = 1000 pm = 10−9 m

Pikometr: 1 pm = 1000 fm = 10−12 m

Femtometr: 1 fm = 1000 am = 10−15 m

Attometr: 1 am = ... = 10−18 m

Çeptometr: 1 zm = ... = 10−21 mYol və əyri uzunluğu üçün s işarəsindən istifadə edilir.

Uzunluğun ölçülməsi müxtəlif ölçmə cihazlarının köməyi ilə aparılır. Klassik fizikada iki tərpənməz nöqtə arasındakı məsafənin uzunluğu dəyişməz hesab olunur. Nisbilik nəzəriyyəsində isə uzunluq müşahidəçinin nisbi hərkətindən asılıdır.

Üfüqi istiqamətdə uzunluğa en də deyilir.

Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir.

Volta qövsü

Volta qövsü və ya elektrik qövsü — güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə

toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırıldıqda bu naqillərin ucları arasında yaranan parlaq işıq saçan alov hadisəsidir. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuqdan da istifadə etmək olar. O zaman bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.

Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni

ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta qövsündən işıqlandırma üçün istifadə etməyin mümkünlüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq etdi.

Xabarovsk

Xabarovsk — Rusiyada şəhər( 1880-ci ildən), Rusiyanın və Xabarovsk diyarı-nın Uzaq Şərq federal dairəsinin inzibati mərkəzi. Rusiyanın Uzaq Şərq federal dairəsində ən böyük siyasi, maarifləndirici və mədəni mərkəzlərindən biridir.

Əhali — 616 242 (2017) nəfərdir.Şəhərin sahəsi — 386 кm².

Xabarovsk beynəlxalq dəmir yolu və hava nəqliyyatı yollarının kəsişməsi mərkəzində, Amur çayı və Çinlə sərhədin yaxınlığında Sredamursk ovalığının sağ sahilində yerləşir.

Xabarovskdan Moskvaya qədər hava yolu ilə məsafə — 6 100 kilometr, dəmiryolu ilə təxminən — 8 533 kilometr təşkil edir.

Şəhərdə iki aeroport var, dəmiryol vağzalı, dörd dəmir yolu stansiyası, avtomobil dayanacağı, çay limanı var.

1858-ci il 31 mayda Şərqi Sibir general-qubernatoru Nikolay Muravyov tərəfindən Xabarovka kəndinin əsası qoyulmuşdur.XVII əsrinin rus tədqiqatçı səyyahı Yerofey Xabarovun şərəfinə adlandırılmışdır.

1880-ci ildən — Xabarovka şəhər statusu almış, Primorsk vilayətinin inzibati mərkəzi, 1884-cü ildən — Amur ətrafı general-qubernatorluğun inzibati mərkəzi olmuşdur. 1893-cü ildə şəhərin adı Xabarovsk olarak dəyişdirilmişdir.1922-ci ilin noyabrında RSFSR-ın Uzaq şərq respublikasının tərkibinə daxil olur.1926-cı ildə şəhər Uzaq şərq vilayətinin inzibati mərkəzi idi, 1938-ci ildən — Xabarovsk diyarının inzibzti mərkəzidir.2002-ci ildə şəhər Uzaq şərq federal dairəsinin mərkəzi statusunu aldı, burada da həmçinin Uzaq Şərqin inkişafı üzrə federal nazirlik yerləşir,Şərq hərbi dairəsinin qərargahı və federal hakimiyyətin və idarənin regional orqanları burada yerləşir, şəhər Uzaq Şərqin paytaxtıdır, Sibir və uzaq şərq şəhərləri Assosiasiyasının üzvüdür. Xabarovsk — "hərbi şöhrətin Şəhəridir".

Xorvatiya kunası

Kuna (xorv. kuna) — 1941-1945 ci illərdə və 30 may 1994-cü ildən Xorvatiyanın pul vahididir

Beynəlxalq kod sistemində ISO 4217 — HRK.

Valyutanın adı slavyanların əsas pul vahidləri ilə tarixən bağlıdır

İsmayıllı-1 SES

İsmayıllı-1 SES (tam adı: "İsmayıllı-1" Su Elektrik Stansiyası) — İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında yerləşən su elektrik stansiyası.

“İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində Azərbaycan Respublikasında inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.Stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir.Stansiyanın binasının foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır.Bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir.Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcəkdir. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.Ölkə prezidenti İlham Əliyev 14 avqust 2013-cü ildə "İsmayıllı-1" Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

İsrail Silahlı Qüvvələri

İsrail Silahlı Qüvvələri - İsrail dövlətinin hərbi qüvvəsi

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.