Mezolit dövrü

Təqribən 12 min il bundan əvvəl Üst Paleolit dövrü Mezolit dövrü ilə əvəz olunmuşdur. Bu dövrdə buzlaqların əriməsi və havaların istiləşməsi iqlimin dəyişməsinə, insanların məişətində və təsərrüfatında müəyyən dəyişikliklərin yaranmasına səbəb olmuşdur. Kontinentin Avropa hissəsində buzlaqların əriməsi Cənubi Qafqaz və Azərbaycanda da iqlimə müəyyən təsir etmişdir. Azərbaycanda Mezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında öyrənilmişdir. Bakı şəhərindən 60 km aralıda yerləşən Böyükdaş. Kiçikdaş və Cingirdaş daşlarının ətəklərinə iri əhəngdaşı parçalan səpələnmişdir. Daşdan qoparaq aşağıya doğru sürüşən daş yığınlarının arasında bəzən qayaaltı sığınacaqlara rastlanır. Daşın ətəyinə səpələnmiş bu əhəngdaşı parçalarının üzərində və sığınacaqların divarlarında xeyli rəsmlər çəkilmişdir. Böyükdaş dağındakı qayaaltı sığınacaqlarda aparılan qazıntılar zamanı müəyyən olmuşdur ki, buradakı təsvirlər Neolit və Mezolit dövrünün sonuna aid maddi-mədəniyyət qalıqları ilə örtülmüşdür. Qobustan təsvirlərinin ən qədimləri daş üzərində qazılmış, əlində ox və kaman tutan, bəzən isə əl-ələ tutaraq rəqs edən vəziyyətdə təs'vir olunan siluet insan təsvirləri və vəhşi öküzlərin kontur qravüralanndan ibarətdir. Araşdırmalar Qobustan təsvirlərində qədim insanların totem və ovsunla bağlı ideoloji təsəvvürlərinin əks olunduğunu təsdiq edir. Bu təsvirlərdə qədim insanların həyat tərzi və məşğuliyyəti aydın şəkildə əks olunmuşdur.

Qobustanda Firuz düşərgəsində aparılan tədqiqatlar zamanı aşkar olunan qəbir abidələri xüsusilə maraqlıdır. Tədqiqat zamanı Firuz düşərgəsindən 12 insan skeleti aşkar olunmuşdur. Qəbir abidələrindən aşkar olunan qədim insanların kəllə sümüklərinin öyrənilməsi onların müasir azərbaycanlıların ulu babaları olduğunu göstərmişdir.

Arxeoloji tədqiqatlar Qobustanda çaydaşı və əhəngdaşımdan hazırlan¬mış əmək alətlərinin üstünlük təşkil etdiyini göstərir. Əmək alətləri həmçinin çaxmaqdaşı və sümükdən hazırlanmışdır. Qobustanın Mezolit düşərgələrin-dən çoxlu heyvan sümükləri də tapılmışdır. Tapıntılar qədim qobustanlıların həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. Onlar vəhşi at, vəhşi qulan. vəhşi uzunqulaq, öküz, maral və başqa heyvanlar ovlamışlar.

Damcılı mağarasından aşkar olunan, Mezolit dövrünə aid edilən əmək alətləri çaxmaqdaşı və obsidiandan hazırlanmışdır. Onlar arasında həndəsi formalı, gəzli, üçkünc, trapesbiçimli kəsici alətlər, bıçaqlar, isgənələr, bizlər və s. vardır.Mezolit dövrünə aid abidələrdən aşkar olunan əmək alətləri bu dövrdə mikrolit alətlərin istehsalı texnikasının mənimsənildiyini göstərir. Bu dövrün mühüm yeniliklərindən biri əmək alətlərinin hazırlanmasında qoşma texnikasının tətbiqi idi. Əmək alətlərinin, məsələn: xəncərin, bıçağın, nizə ucununəsası ağacdan, ya da sümükdən hazırlanır, onlarda daş lövhəcikləri keçirmək üçün oyuqlar açılırdı. İti daş lövhələr həmin yarıqlara keçirilərək bərkidilirdi. Mikrolitlərin meydana çıxması Mezolit dövrü üçün xarakterikdir. Onların ölçüləri 1-2 sm olurdu. Mikrolitlər çaxmaqdaşından, yaxud yaxşı qəlpələnən digər daşlardan xüsusi sıxaclar vasitəsi ilə qoparılırdı. Mikrolitlər həndəsi formalı olurdular. Mikrolitlər ox ucluğu və müxtəlif alətlərin hazırlanması üçün geniş istifadə olunmuşdur. Mikrolit alətlərin hazırlanma texnikasının mənimsənilməsi ox və kamanın ixtirası üçün də şərait yaratmışdır. Mezolit dövründə iti yerişli heyvanları ovlamaq üçün ox və kaman misli olmayan bir ixtira idi. Ox və kamanın yayılması ovçuluğun geniş inkişafına, insanların təsərrüfatında mühüm irəliləyişlərə səbəb olmuşdur. Tədricən yığıcılıq və ovçuluq kimi mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına-əkinçilik və maldarlığa keçidin əsası qoyulmuşdur. Mezolit insanları özlərindən əvvəlki insanlara nisbətən ətraf aləmdən daha çox faydalanmışlar. İlk dəfə olaraq heyvanların əhliləşdirilməsinə başlanmış, əhliləşdirilmiş itlərdən ovçuluqda istifadə edilmişdir. Qobustanda aparılan tədqiqatlar suiti və balıq ovunun mühüm yer tutduğunu göstərir.[1]

Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə 188.253.224.63 tərəfindən redaktə olundu. 8 gün əvvəl. (Yenilə)

Mezolit dövrünün xarakterik xüsusiyyətləri

  • 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl istiləşmə əvəz etdi;
  • mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur.İnsanlar arasında münasibətlər,incəsənət,din,ənənə,qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq ön plana keçdi;
  • mənimsəmə təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı;
  • əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi;
  • heyvanların əhliləşdirilməsinə başlandı;
  • ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ovçuluqdan isə maldarlıq yarandı.

Azərbaycan mezolit dövründə

  • Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir. Qobustan əhalisi:
  • Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdu;
  • Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdi;
  • Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi);
  • Axirət dünyasına inanırdı (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu);
  • Ox və kaman ixtira edildi;
  • İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.

İstinadlar

  1. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[1]
Ana zağa düşərgəsi

"Ana zağa" düşərgəsi — Qobustan ərazisində arxeoloji abidə.

Azərbaycan

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-ın "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.

Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.

Azərbaycan tarixi

Azərbaycan tarixi — qədim dövrdən bu günə kimi Azərbaycanın tarixi. Azərbaycan ərazisində hələ Paleolit dövründən etibarən məskunlaşma var idi (Azıx mağarasından tapılmış Azıxantrop və Qobustan petroqlifləri). E.ə. IV əsrdən 705-ci ilə qədər Azərbaycan ərazisində Qafqaz Albaniyası çarlığı mövcud idi, regionun cənub-şərqi hissəsi isə Atropatenanın tərkibində idi. VIII əsrdə Albaniya və Atropatena Ərəb Xilafətinin tərkibinə daxil olur və islam və islam mədəniyyəti ilə tanış olur. Ərəb Xilafətinin zəifləməsindən sonra Azərbaycanda bir sıra feodal dövlətlər meydana gəlir (Şirvanşahlar, Salarilər, Sacilər, Şəddadilər və Rəvvadilər).

XI əsrdə Azərbaycanın Böyük Səlcuq İmperiyasının tərkibinə daxil olması Azərbaycan xalqının formalaşması prosesində əhəmiyyətli rol oynayır. Azərbaycan xalqının formalaşması XV əsrdə başa çatır. Arran XII əsrdə Azərbaycan Atabəyləri dövlətinin tərkibinə daxil olur, XIII əsrdə isə monqolların hücumuna məruz qalır. Azərbaycan Elxanilər Teymurilər dövlətinin tərkibinə daxil olur. Teymurilərin zəifləməsi ilə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri yaranır. XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olur. 1747-ci ildən XIX əsrin əvvəllərinə qədər regionda Azərbaycan xanlıqları mövcud olmuşdur. Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra Azərbaycan ərazisi quberniya və uyezdlərə bölünür.

Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1920-ci ildə yaranan Azərbaycan SSR 1936-cı ildə SSRİ-in tərkibinə daxil oldu. 1991-ci ildə Azərbaycan Respublikası SSRİ-dən ayrılaraq müstəqilliyini elan etdi.

Azərbaycan tarixinin xronologiyası

Azərbaycan Tarixi

(Ən Mühüm Hadisələrin Xronoloji Xülasəsi)

Qeyd: Bu hissədə H.S.Hüseynova və habelə Ə.Ə. Qocayev, S.A.Əliyeva, A.H.Hacıyevin tərtib etdikləri Azərbaycan tarixi xronologiyasından geniş şəkildə istifadə edilmişdir.

Bəşəriyyətin kəşflər tarixi

Bəşəriyyətin kəşflər tarixi — xronoloji ardıcıllıqla düzülmüş dünya kəşflərinin siyahısıdır.

Daş dövrü

Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsas əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur.

Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt, Orta, Üst.

Firuz-1 düşərgəsi

Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə.

Neolit

Daş dövrünün sonu hesab olunan neolit dövrü ən azı Yaxın Şərqdə əkinçiliyin və heyvandarlığın yayılması ilə müşahidə olunur. Müxtəlif insan tipləri aradan çıxıb öz yerlərini vahid insan tipinə, bu günkü insanın birbaşa sələfinə verdilər. Bu dövr həm də keramikanın meydana çıxması ilə xarakterizə olunur. İnsan həyatına balıqçılıq və toxuculuq daxil oldu. İnsan geniş ərazilərə yayıldı, şəhərlər əmələ gəldi. Neolitin sonunda metal əmək alətləri və silahlar meydana çıxdı. Peşəkar ordunun yaradılması və istifadəsi də neoliti səciyyələndirən cəhətlərdən biridir.

Qazax rayonu

Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir.

Qobustan dövlət tarixi-bədii qoruğu

Qobustan dövlət tarixi-bədii qoruğu – Azərbaycan ərazisində,Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.

Yaponiya

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti"), köhnə mənbələrdə Japon (Köhnə Azərbaycan Türkcəsi: ژاپون) və ya Məmləkəti Japon (Köhnə Azərbaycan Türkcəsi: مملکت ژاپون) — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsi və Birinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür. Yaponiya böyük gücdür. Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.