Laqun

Laqun[1][2][3][4] (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ay­rıl­mış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su höv­zəsi. Daha çox atollun daxilində  rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur. Özünün qorunma xüsisiyyətinə görə əlverişli təbiət biotopudur. Bura quş, balıqyırtıcıların əlverişli yaşayış sahəsinə çevrilir. Əgər laquna iri çay axırsa bu zaman onun suyu hətta sirin ola bilər. Onun səviyyəsi bəzi hallarda dəniz səviyyəsindən yüksək olur. Buna misal kimi Kurş və Kalininqrad körfəzləri. Bu halda onlar faktiki olaraq limandırlar. Qara dənizAzov dənizində yerləşən xarici görünüş baxımından bu tip körfəzlər vardır ki, onlara çay tökülməsə də laqun adlanır.

Lagoon-of-venice-landsat-1
Venesiya laqunu.

İstinadlar

  1. *Allaby, Michael, ed. (1990). Oxford Dictionary of Earth Sciences. Oxford: Oxford University Press. .
  2. Kusky, Timothy, ed. (2005). Encyclopedia of Earth Sciences. New York: Facts on File. p. 245. .
  3. Nybakken, James W., ed. (2003). Interdisciplinary Encyclopedia of Marine Sciences. 2 G-O. Danbury, Connecticutt: Grolier Academic Reference. pp. 189–90. .
  4. Reid, George K. (1961). Ecology of Inland Waters and Estuaries. New York: Van Nostrand Reinhold Company, 74.
Alyaska yarımadası

Alyaska yarımadası (ing. Alaska) — Şimali Amerikanın şimal-qərbində, Sakit okean akvatoriyasına daxil olan Berinq dənizi və Bristol körfəzi onun sahillərini yuyur. Ərazisi Alyaska ştatının cənub-qərbində yerləşir. Uzunluğu 700 km, eni 170 kmdən 10 km qədərdir. Aleut sıra dağları ərazidən keçir. Burada fəaliyyətdə olan Katmay vulkanı(2047 m) vardır. Ən hündür zirvəsi Veniminovadır (2507 m). Yarımadanın ərazisi Dağ Tundra iqlim tipinə uyğundur. Kiçik miqdarda Buzlaq vardır. Şimal-qərb sahilləri laqun və kiçik göllər ilə zəngindir.

1980-ci ildə yarımadanın yaxınlığında yerləşən adaların bir qismi Alyaska dəniz milli qoruğu ərazisinə daxil edilmişdir. Yarımadanın bir qismi isə Alyaska yarımadası milli qoru ərazisinə daxildir.

Atoll

Atoll – tropiklərdə yayılmış daxili laqunu ensiz həlqəvi rif əhəngdaşı tirəsi şəklində (mərcan səddi) qapayan mərcan adası. Atoll adətən sualtı vulkanın zirvəsi üzərində inkişaf edir. Tirənin xarici yamacı çox dik (45°-60°) olur. Həlqənin daxilində adətən ləpədöyən bənd və çimərlik, qumlu dayazlıq, sualtı platonu dövrələyən laqun yerləşir. Atoll su səthindən bir neçə m hündürlüyə qalxır. Eni müxtəlif olub, 90 km-ə çatır. Atoll mərcanların, karbonat-su yosunlarının, mamırabənzərlərin həyat fəaliyyəti nəticəsində yaranır. Sinonim: Həlqəvi rif. Mərcanların əsasını adətən sualtı vulkanların əsası təşkil edir. Atollun hündürlüyü 7 m-ə qədər, diametri isə bir neçə km-dən 90 km-ə qədər ola bilər. Atollar Sakit və Hind okeanlarında daha çoxdur.

Azərbaycan gölləri

Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur.

Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Azərbaycan göllərindən 10 gölün sahəsi 10 km²-dən böyükdür. Bunların əksəriyyəti kiçikdir. Sarısu, Hacıqabul, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir. Sarısu gölü, Azərbaycan Respublikasının ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir.

Cənubi Amerika

Cənubi Amerika — Amerika qitəsinin cənub hissəsi. və s.olmaqla

Devon dövrü

Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mər­canlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nə­həng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devon­da suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir. Devon dövrü Atlantik və Sakit okean paleozoocoğrafi vilayətləri ayrılır.

Florida yarımadası

Florida yаrımadası (ing. Florida) — Şimali Amerikanın cənub-şərqində yerləşir. Ərazisinin böyük hissəsi Florida ştatını torpaqlarında yerləşir. Sahəsi 115 min km² təşkil edir. Şərqdə Atlantik okeanın, qərbdə isə Meksika körfəzi onun sahillərini yuyur. Kuba adasında onu Florida boğazı ayırır.

Yarımada ərazisində ən hündür zirvə 99 m təşkil edir. Bu yaylada karst məşəlli təbiət abidələrinə rast gəlinir. Yarımadanıb şərq hissəsi nisbətən yüksəlmiş, qərb hissəsi isə nisbətən alçaqdır. Bu hissə laqun və Manqrov meşələri ilə zəngindir. Ərazi okeanın təsirinə məruz qalır. Şimalda subtropik, cənub hissədə isə tropik iqlim qurşağında yerləşir. Qımı isti və günəşli, qışı isə bürküdür. Orta temperatur yanvarda 14 °S (şimalda), 20,7 °S (cənubda) arası dəyişir. İyulda isə temperatur 27°S 28,7°S təşkil edir. İllik yağıntının miqdarı — 1200—1400 mm. Çayları qısa ancaq bol suludur. Buna misal kimi Sent-Cons çayını göstərmək olar. Ərazi göllər və bataqlıqlarla zəngindir. Burada Amerikanın cənub hissəsində yerləşən ən böyük gölü (Okiçobi) məhz burada yerləşir. Everqleyds Milli Parkı milli park statusuna malikdir. Şimalında subtropik iqlim qurşağında (Şam ağacı, Maqnoliya, cırtdan palma), cənubunda isə — tropik bitkiləri , Palmakimilər və s. geniş yayılmışdır. Bölgə Fosforit və Titan kimi faydalı qazıntıları ilə tanınır. ABŞ-ın əsas turizm ərazilərindəndir. Xüsusi ilə Mayami qış ayları daha çox turist qəbul edir..

Gillər

Gillər - gilli mineralların üstünlük təşkil etdiyi sementləşməmiş əlaqəli çöküntü süxurlar. Gilli hissəciklərin diametri <0,001-0,005 mm. Plastikdirlər. Plastikliyini itirmiş daşlaşmış gillər argillitlərlə gillər arasında keçid təşkil edir. Genezisinə görə qırıntılı və kimyəvi, çökün­­tütoplanma mühi­tinə görə - dəniz, laqun, delta, çay, göl, su - buzlaq, elüvial gillərə ayırılır. Mineral tərkibinə görə kaolinit, hidromika, montmorillonit, palıqorskit və polimineral gillər məlumdur. Gillərdən farfor, fayans və keramika, odadavamlı əşyalar hazırlanır, adsorbent istehsalında istifadə edilir.

Karavasta laqunu

Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir.

Kayum (laqun)

Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir.

Kominotto

Kominotto (malta Cominotto, malta Kemmunett) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Komino adaları arasında, ikinci adadan 100 m aralıda qərarlaşır. Ümumi sahəsi 0,25 km²-dir.

Kominotto və Komino adaları arasında Mavi laqun (malta Bejn il-Kmiemen) yerləşir.

Laqun gilləri

Laqun gilləri - yarımqapalı dəniz hövzələrində - laqunlarda əmələ gəlir. Şirinsulu laqun gilləri süxurları adətən incədispers, naziktəbəqəli olur, bəzən bunlarda dəniz və şirinsu fauna və florası da rast gəlir; incə fraksiyasında müxtəlif gil mineralları, lakin daha çox hidromika iştirak edir; qeyri-gil minerallarından autigen mineralları, karbonatları, dəmir sulfidlərini və b. göstərmək olar. Laqun gilləri kömürlü çöküntülərin bəzi tiplərində geniş yayılmışdır. Şor sulu laqun gillərdə fauna olmur.

Laqunlu sahil

Laqunlu sahil – (rus. лагунный берег, ing. lagoon coast) sahil tipi, sahil xəttinin bütün girin­ti-çıxıntıları (körfəzlər, liman­lar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.

Perm dövrü

Perm dövrü - paleozoy erasının 45 milyon il davam etmiş sonuncu geoloji dövrü. Bu dövrdə vulkanik fəaliyyətlə müşayiət olunan güclü dağəmələgəlmə prosesləri baş vermişdir. Bilavasitə hersin tsiklinə aid olan bu proseslər nəticəsində Ural dağları tam formalaşmış, Mərkəzi Asiyanın möhtəşəm dağ silsilələri, Şimal Amerikanın Appalaç strukturları əmələ gəlmişdir. Bu dövr üçün dəniz, laqun və kontinental rejimli böyük epikontinental hövzələrin geniş yayılması səciyyəvidir. Perm dövrü isti və quru iqlim şəraitində geniş laqunlarda qalın evaporit çöküntüləri (dolomit, anhidrit və gipslər, daş və kalium duzları) toplanmışdır. Rütubətli isti iqlimin üstünlük təşkil etdiyi rayonlarda iri kömür yataqlarının (Peçora hövzəsi, Kuzbas, Çin və b.) əmələgəlməsi üçün ilkin material olan məhv olmuş bitki qalıqların toplanırdı. Cənub yarımkürəsində kontinental rejim üstünlük təşkil edirdi. Burada mövcud olan Qondvana qitəsində dəfələrlə dağ buzlaşması (Cənub Amerika, Avstraliya) baş vermişdi. Perm dövrü dəniz hövzələrində seratit xətli aimonoideyalar (seratitlər, bəzi aqoniatitlər) meydana gəlmiş, quruda anapsid və sinapsid sürünənlər və pulcuqlu kərtənkələlər, bitkilərdən-qatırquy­ruqu­kimi­lər və çılpaqtoxumlulardan bennettitlər inkişaf etmişdir. Perm dövrü foraminiferlərin (fuzulinidlər), mərcanların (tabuatoidealar və dördşüalılar), buğumayaqlıların (trilobitlər və evripteroidealar), başıayaqlı moluskaların (qoniatitlər), hiolitlərin, qıfıllı braxiopodların (ortidlər, strofomenidlər və produktidlər), mamırabənzərlərin (sistoporidlər, rabdomezonidlər, kriptosomidlər), balıqlardan akantodların, qədim şüaüzgəclilər və fırçaüzkəclilərin, ikicür tənəffüslülərin, bitkilərdən – qıjıların və b. məhv olması ilə səciy­yələnir; lepidodendronlar, kalamitlər, kordaitlər və b. tənəzzülə uğrayır. Perm dövrü hövzələri üçün foraminiferlər, tabulatoidealar və dördşüalı mərcanlar, ammonoideyalar (aqoniatitlər, qoniatitlər və seratitlər), qıfıllı braxiopodalar (produktidlər və spiriferidlər), mamırabənzərlər (kriptostomidlər), dəniz qönçələri və zanbaqları, bəzi köpəkbalıqıkimilər xarakterikdir. Quruda həşəratlar, suda-quruda yaşayanlardan – steqosefallar və qədim reptilialar (kotilozavrlar və b.) səciyyəvidir. Perm dövrü çılpaqtoxumlu bitkilər geniş yayılmış, yüksək inkişafın pilləsinə çatmışdır. Rifəmələgətirən orqanizmlər mamırabənzərlər, mərcanlar, krinoideyalar, süngərkimilər, sianobiontlar və yosunlar olmuşdur. Quruda aridləşmə muşahidə olunmuş, iynəyarpaqlılar meydana gəlmişdir. Karbonun fitocoğrafi vilayətiləri permdə yalnız bir müddət qorunub qalmışdır. Dövrün sonunda bitki aləminin yeniləşməsi başlamışdır.

Qaraboğazgöl

Qaraboğazgöl (türkm. Garabogazköl) — Xəzər dənizinin şərqində Türkmənistan ərazisində laqun məşəlli körfəz. Dənizlə dayaz və eni 200 metrə çatan eyni adlı boğazla birləşir. Onun sahəsi mövsümdən asılı olaraq dəyişir. Dərinliyi 4-7 metr arası dəyişir.

Körfəzin duzluluğu Xəzər dənizinə nisbətən daha yüksəkdir, 310 ‰ təşkil edir. Körfəzin duzluğunun yüksək olmasının səbəbi Mirabilit duzu ilə zənginliyidir.

Qumlu adası

Qumlu adası — Laptevlər dənizində yerləşən elədə böyük olmayan ada. Böyük Beqiçev adasından 74 km aralıda yerləşir. Materiklə arasındakı məsafə isə 62 km-dir.

Ada atolla bənzər formaya malikdir. Şimaldan cənubda diğru əyilir. Uzunluğu 12 km təşkil edir. Daxili hissədində laqun yerləşir. Adada yaşayış əlaməti yoxdur.

İlin böyük qismi buzla öttülü olur. Burada fırtınalar müşahidə edilir. Hətta iki ay sürən yay ayları belə iqlimi olduqca soyuq olur.

Sahillərində morj koloniyaları müşahidə edilir.

«Apostal Andrey» yaxtasının gündəliyindən (1 avqust 1999): «Tiksidən çıxdıqdan 3 gün sonra xoş küləklərin Qumlu adasına çatdıq. Qumlu adası Sakit okeanın atollarına bənzəyir. Ada 5 mil uzunluğunda dairəyə malikdir. Daxilindəki laqun üç boğazla dənizə birləşir. Bircə morj və buzların xaricində Palma və Papuqaylar çatışmır.»..

Qumyataq gölü

Qumyataq gölü — Abşeron yarımadasında, Abşeron rayonu inzibati ərazi vahidliyində yerləşən göl. Göl Sumqayıt şəhər inzibati sərhədinə yaxın ərazidə qərarlaşır. Bakı Sumqayıt avtomagistralının bir necə kilometrliyində yerləşir. Sumqayıt şəhəri ilə arasında məsafə 7 km-dir.

Solent

Solent (ing. The Solent) — La-Manşın şimalında yerləşən boğaz, Uayt adasını Böyük Britaniya adasından ayırır. Boğazdan çoxlu sayda sərnişin, yük və hərbi gəmilər keçir. Yelkənli qayıqların yarışları keçirilməsi ilə seçilir.

Sahilində iki mühüm liman şəhərləri yerləşir: Sauthemptom və Portsmunt. Boğazın şimalında Sauthemptom -Uoter körfəzi qərarlaşır.

Boğazın sahil hissəsinin böyük hissəsi qorunma bölgəsidir. Bölgənin bir hissəsi Nyu-Forest Milli parkə ərazisinə daxildir.

Taş adası

Taş adası — Şimal Torpağının tərkib hissəsidir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir.

Kara dənizi ilə Vilkiç boğazı arasında yerləşir. Bolşevik adasında yerləşən Mordivin burnundan 1 kilometrə yaxın məsafədə yerləşir. 500 metr uzunluğa malikdir. Ərazisində hündürlük yoxdur. Şimalında laqun məşəlli göl vardır.

Tombolo (relyef)

Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəyifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir.

Körfəz tipləri
BuxtaHavanQubaKörfəz • Laqun • LimanRia • Sor • FiordEstuari

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.