Kratos (mifologiya)

Kratos və ya Kratus (yun. Κράτος — "güc"[2][3] və ya "hakimiyyət"[4][5]) — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır.[6] Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilikvulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir.[7] Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir. O, tez-tez Hefesti və Prometeyi lağa qoyur, lüzumsuz şiddətdən istifadəni dəstəkləyir. Kratos Zevsin zülmkar hakimiyyətini dəstəkləyir və Prometeyin heç vaxt azadlığa qovuşa bilməyəcəyini deyir. Eskilin "Xoeforlar" faciəsində Elektra Kratos, Dike (ədalət) və Zevsi qardaşı Orestə ataları Aqamemnonun intiqamını almaqda kömək etməyə çağırır. Kratos və Biya e.ə. V əsrin axırların hazırlanmış "İksionnun cəzalandırılması" adlı bir qırmızıfiqur skifos dulusçuluq işində də görülürlər. Bunun Evripidin qeyb olmuş bir faciəsindən səhnə olduğu ehtimal olunur. Onlar həmçinin "Zəncirlənmiş Prometey" faciəsinin XVIII və XIX əsrlərdə hazırlanmış romantik təsvirlərində və adaptasiyalarında da görülürlər.

Kratos
Illustration of the binding of Prometheus by John Flaxman
Prometeyin zəncirlənməsinin Con Flaksman tərəfindən çəkilmiş təsviri. Bu təsvir ilk dəfə 1795-ci ildə "Zəncirlənmiş Prometey" faciəsinin Riçard Porson tərəfindən edilən tərcüməsində nəşr edilmişdir. Hefest Prometeyi zəncirləyərkən Kratos və Biya onu tuturlar.[1]
Mifologiya Qədim yunan
Adının izahı güc, hakimiyyət
Yunanca adı Κράτος
Atası Pallant
Anası Stiks
Qardaşı Zel
Bacısı Nika • Biya
Əlaqəli personajlar Zevs
Əlaqəli hadisələr Titanomaxiya • Prometeyin zəncirlənməsi

Nəsil ağacı

 
 
 
 
Pallant
 
Stiks
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nika
 
Zel
 
Biya
 
Kratos

Mənbə

İstinadlar

  1. Van Kooy 2016, səh. 166–167.
  2. Ruffell 2012, səh. 25.
  3. Martin 2016, səh. 163.
  4. Lowe 2009, səh. 82.
  5. Şablon:LSJ
  6. Qants, səh. 25–26, 158; Hesiod, Teoqoniya 383–385; Apollodor 1.2.4
  7. Qants, səh. 158; Esxil (?), Zəncirlənmiş Prometey, 1 ff.

Ədəbiyyat

Qədim yunan mifologiyası
Coğrafiya · Xronologiya · Flora · Fauna · Atlar · Katasteriazm · Geneoloji bağlılıqlar
İlk
tanrılar
Protogenlər
Moyralar (Talelər)
Titanlar
Titanlar
Titanidalar
Titanların uşaqları
Olimp
tanrıları
Digər olimplilər
Haritalar (Qrasiyalar)
Stikslər
Su tanrıları
Əsas
Xtonik tanrılar
Əsas
Eriniyalar
Qrayyalar
Yerdə doğulanlar
Yer
Qruplar
Qəhrəmanlar
Kateqoriyalar: Din və mifologiya · Tanrılar və tanrıçalar · Qəhrəmanlar · Mifik xalqlar · Mifik varlıqlar
Portal

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.