Kitab

Kitab — üzərinə müxtəlif yollarla köçürülmüş mətn və ya rəsm şəklində informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. Elektron formasında yazılmış kitab elektron kitabdır.

2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib[1].

Book 06490 20040730160049 L
Kitab

Yaranması

İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub. Eramızdan əvvəl IV-III minilliklərdə qədim misirlilər papirus adlı yazı materiallarından isifadə etmiş, sonra Kiçik Asiyanın Perqama şəhərində gələn perqament onu əvəz etmişdir.[2][3]

Eramızdan əvvəl I-II əsrlərdə Çində kağızın meydana gəlməsi uzun müddət gizli saxlanılmış, yalnız 751-ci ildə Bağdad xəlifəsinin Səmərqənd nümayəndəsi Çin sərhəddindən əsir tutduğu iki kağız mütəxəssisinin köməyindən sonra Səmərqənddə kağız istehsalına başlanılır. Məhz bu fakta görə kağızın vətəni Şərq sayılır. Kağızın meydana gəlməsi əlyazma kitabların yaranmasına və geniş yayılmasına böyük təsir göstərdi.

İlk çap maşını

Mütaliyəyə marağın artması əlyazma kitabların tədricən sıradan çıxmasına və kitab çapının meydana gəlməsinə şərait yaratdı. VIII əsrin ilk amillərində Koreyada, Çində, Yaponiyada kitab çapı ilə bağlı ilk axtarışlar başlasa da, yalnız 1440-cı ildə alman ixtiraçısı İohann Qutenberqin ixtirası kitab tarixində yeni dövr açmışdır. Ksiloqrafiya üsulu ilə ilk çap kitabları XV əsrin ikinci yarısında Qərbi Avropada meydana gəldi. Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər nəticəsində inkişaf etdi.

İstinadlar

  1. Jim Milliot. "Study: E-books Settle In".
  2. Azərbaycan Sovet Ensiklopediyası. V cild. Bakı, 1981.
  3. H.Həsənov. Azərbaycan kitabının inkişaf mərhələləri. Bakı, 1989.
Azərbaycanın Milli Qəhrəmanları (kitab)

"Azərbaycanın Milli Qəhrəmanları" — Azərbaycanın Milli Qəhrəmanları haqqında kitab.

Bibliya

Bibliya — Xristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq və Əhdi-Cədid adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır. Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir.

Müqəddəs Kitab bütün zamanların ən çox satan kitab hesab olunur və 100 milyon nüsxə illik satış qiymətləndirmişdir. Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.

Elm nəşriyyatı

"Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat.

Elm və təhsil (nəşriyyat)

"Elm və təhsil" nəşriyyatı — 2006-cı ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Əsas fəaliyyəti dərslik, kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur.

Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)

Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0).

Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir.Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.

Ginnesin Rekordlar Kitabı

Ginnesin Rekordlar Kitabı (ing. The Guinness Book of Records) — insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuə. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunmuşdur.

Herodot

Herodot (Yunan dili: Ἡρόδοτος Ἁλικαρνᾱσσεύς Hērodotos Halikarnāsseus; E.ə. 484 — E.ə. 425) — qədim yunan tarixçisi.

O "Tarix" əsərinin müəllifidir. Yunan tarixçisi Herodot Əhəmənilər imperiyasına daxil olan xalqlardan bəhs edərkən Azərbaycanın şimalında Kaspilərin adini çəkir. Herodot bəşəriyyət tarixi boyunca ilk tammiqyaslı tarix traktatının müəllifidir. Onun "Tarix" əsərində yunan-fars müharibələri və həmin dövrün xalqlarının adət-ənənələri və yaşayışı təsvir edilir. Herodotun işləri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Siseron onu "tarixin atası" adlandırırdı.

Kitabxana

Kitabxana — növündən asılı olmayaraq kitab şəklində çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yer.

Miniatür Kitab Muzeyi

Miniatür Kitab Muzeyi — 2002-ci il aprelin 23-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk özəl miniatür kitab muzeyi. Muzey İçəri Şəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşir.

Nəsli kəsilməkdə olan növlər

Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi.

Qrey Anatomiyası (dərslik)

"Qrey Anatomiyası" — məşhur ingilisdilli insan anatomiyasından bəhs edən klassik ədəbiyyat.

İlk dəfə olaraq bu ədəbiyyat 1857-ci ildə Böyük Britaniyada, bir il sonra isə ABŞ-sa "Qrey Anatomiyası: təsviri və cərrahi nəzəriyyə" adı altında çap edilmişdir.

İnfeksion xəstəliklərin pata morfologiyasını öyrənən Qrey 34 yaşında təbii çiçək xəstəliyinə yoluxaraq vəfat etmişdir. Kitab üzərində iş digər mütəxəssislər tərəfindən davam etdirilərək bir neçə dəfə təkrar nəşr olunmuşdur. 26 sentyabr 2008-ci ildə professor Syuzan Standrinqin redaktorluğu altında məşhur ədəbiyyatın 40-cı britan nəşrinin yubileyi qeyd edilmişdir.

Quran

Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir.

Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk – Cəbrayıl (ə) vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) vəhy edilmişdir.

"Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, qiraətiylə ibadət edilən, özünəxas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır.

Qırmızı kitab

Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan rəsmi dövlət kitabı. "Qırmızı kitab"lar beynəlxalq, milli və regional səviyyədə ola bilər.

Qırmızı kitab – planetimizdə nəsli kəsilmək təhlükəsinə məruz qalan heyvan və bitkilər haqqında faktlar və illüstrasiyalar toplanmış kitab.

Rusiya Dövlət Kitabxanası

Rusiya Dövlət Kitabxanası — Rusiyada kitabxana

Moskva şəhərində yerləşən Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir.

Tankobon

Tankobon (yap. 単行本 «ayrı nəşr olunan kitab») — kitab nəşrinin formatı. Adətən seriyaya daxil olunmayan kitab kimi olur. Çox vaxtı yumşaq üzlukdə olur.

«Tankobon» terminini bir əsərin çoxlu hissələri yığılan nəşrlərə də aid etmək olar. Belə tankobonlar 300-400 səhifədən ibarət olurlar, cib kitabı olçüsündə, yumşaq üzlük və həftəlik jurnallarla müqayisədə daha yüksək keyfiyyətli kağızdan hazırlanırlar. Adətən manqa əvvəlcə jurnallarda çap olunur, sonradan tankobon formatında çıxır. Bəzi manqalar dərhal tankobon kimi, bəziləri isə heç vaxt tankobon formatında çap olunmurlar.

Ən çox müvəffəqiyyətlər qazanmış manqanı aydzobana (yap. 愛蔵版 aydzo:ban) formatında kolleksionerlər üçün xüsusi nəşr kimi çap edirlər. Aydzobanalar məhdud tirajla, yüksək keyfiyyətli kağızda çap və əlavə bonuslarla təchiz olunurlar: xüsusi futlyar, başqa üzlük, rəngli səhifələr va sair. Ən məşhur manqalar adətən tankobon formatında çap olunurlar. Hərdən aydzobana sözünün sinonimi kimi kandzenban (yap. 完全版, «tam versiya») terminidən istifadə olunur.

Övliya Çələbi

Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir.

İncil

İncil müasir (ərəb dili إنجيل; yunan dili εὐαγγέλιον Evanqelion – "xoş xəbər"). Əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur.

İslamda müqəddəs kitablar

İslam inancında imanın şərtlərindan biri "kitablara iman"dır. Bu anlayış Allah tərəfindən bəzi peyğəmbərlərə kitablar nazil edildiyində bu kitabların içindəkilərinin tamamilə doğru və gerçək olduğuna inanmaq deməkdir.

İslam inancına görə dəyişdirilmiş 3 kitab vardır. Tövrat (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), Zəbur (Yəhudilik inancı tərəfindən dəyişdirilmişdir), İncil (Xristianlıq inancı tərəfindən dəyişdirilmişdir). Dəyişdirilməyən tək kitab isə Qurandır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.