Kiçik Asiya

Kiçik Asiya və ya Anadolu - Qara dəniz, Mərmərə dənizi, Egey dəniziAralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.

Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. TürkiyədəYaxın Şərqdə Anadolu adlanır.

Kiçik Asiya
Anatolia composite NASA
40°15′00″ şm. e. 36°00′00″ ş. u.
AkvatoriyasıAralıq dənizi, Qara dəniz, Egey dənizi
Sahəsi757,000 km²
Ölkə Türkiyə Türkiyə
Red pog.png

Çayları

Kiçik Asiya yarımadasının çayları Qara, Aralıq, EgeyMərmərə dənizlərinə tökülür. Ən böyük çaylarından Qara dənizə Qızıl İrmak (950km), Yaşıl İrmak (400 km, Kilkit qolu ilə), Çorox (360 km), Səkəriyə (690 km); Egey dənizinə Kiçik Məndərəs, İldiz, Böyük Məndərəs; Aralıq dənizinə isə Seyhan (450km) və Ceyhan (350 km) ayları tökülür. Mesepatomiyanın böyük çaylarından Fərat öz mənbəyini və yuxarı axarında yerləşən qollarını Şərqi Anadoludan alır.

Arava

Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. הערבה‎, ərəb. وادي عربة‎‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir.

Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır.

Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir. Elə bu vaxt səhranı düzən səth quruluşu formalaşmışdır. Sonradan aridləşmə nəticəsində müasir səhranın quruluşu formalaşır. Mövsümü yağışlar nəticəsində yarananan çaylar səhranın sətkinə böyük dağıdıcı təsir edə bilməmişdir. Mərkəzi hissələrə yaxın ərazilərdə qumluqlar yayılmışdır. Bızi hissələrdə isə bərk suxurlarla çınqıl-qraneli səthdən ibarətdir.

Asiya

Asiya –Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir.

Asiya Avropa ilə birlikdə 54 mln. km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. Əsasən şərq yarımkürəsində yerləşir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahesi Cenubi Amerika, Antraktida, və Avstraliyanın birge götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Ural və ya Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Don çayının aşağı axını, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi olaraq qəbul edilmişdir. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır.

Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan yarımadası Ərəbistan və Hindistan yarımadası Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dənizAsiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir.

Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal yarımadası, Taymır yarımadası , Çukot yarımadası və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali Amerikadan ayırır. Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.

Baba burnu

Baba burnu (türk. Bababurnu) — Türkiyənin Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Sahillərini Egey dənizinin suları yuyur. Burun Asiya qitəsinin ucqar qərb nöqtəsini təşkil edir.

Fales (Miletli)

Miletli Fales (yun. Θαλής, təxminən m. ö. E.ə. 640 – e.ə. 548) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var.

Falesin əslən haralı olması bir qədər mübahisə doğurur. Belə ki, onun yunan olmadığı və Finikiyada doğulması ilə bağlı iddialar mövcuddur.

Deyilənlərə görə tacir olan Fales səyahətlər edirmiş. O, bir müddət Misirdə yaşamış, kahinlərdən bir çox təbiət sirlərini öyrənmişdir. "Həndəsə" elmini məhz o Misirdən Yunanıstana gətirib yunanları bu elmlə tanış etmişdir.

Gəmiricilər

Gəmiricilər (lat. Rodentia) məməlilər sinfinə aid heyvan dəstəsi.

Kilikiya dənizi

Kilikiya dənizi — Aralıq dənizinin şərqində, Kiçik Asiya ilə Kipr adası arasında yerləşir. Adını Kiçik Asiyanın antik dövrdə mövcud olan eyni adlı vilayyətin (Kilikiya) adından götürmüşdür. Türkiyənin Adana, Mersin və Hatay, Şimali Kipr Türk Respublikasının isə Famaqusta və Kyrenia vilayyətləri sahillərində yerləşir. Dənizə Göysu və Ceyhan çayları axır. Şimal-şərqində İsgəndərum körfəzi yerləşir. Sahillərində İsgəndərum, Mersin və ən əsas limanı Ceyhan limanları vardır. Dəniz cənub şərqdə Livan dənizi, qərbdə isə Aralıq dənizi ilə əhatələnir.

Kilikiya yarımadası

Kilikiya yarımadası — Türkiyə ərazisində Kiçik Asiya yarımadasının cənubunda Kilikiya dənizinin akvatoriyasına daxil olan Mersin və Antalya körfəzləri (100 km) arasında yerləşir.

Yarımadanın şimalı Tavr dağlarının hündürlükləri və cənubu isə alçaq dağları ilə hüdudlanır. Ən hündür nöqtəsi 2257 metrdir. Karst məşhəlli təbiət abidələrinə rast gəlinir. Ərazidə Makvis, Enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil edir.

Kipr dənizi

Kipr dənizi- Aralıq dənizinin şərqində Kiçik Asiya yarımadası və Afrika arasında yerləşir. Dənizin şimalıda Kipr adası yerləşir. Kiprdən Kiçik Asiya arasında dəniz Kilikiya dənizi ilə şərqində isə Livan dənizi ilə əhatələnir. Dəniz Aralıq dənizinin ən isti və duzlu hissəsidir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Onun bu çür duzlu olmasına səbəb Nildən başqa iri çayın dənizə tökülməməsidir.

Kocaeli yarımadası

Kocaeli yarımadası (türk. Kocaeli) — Türkiyə ərazisində, Kiçik Asiya yarımadasının şimal-qərbində yerləşir. Qara dənizi (şimal) Mərmərə dənizindən (cənub) ayırır. Qərbdə Bosfor boğazı yerləşir. Cənubda Mərmərə dənizinin akvatoriyasına daxil olan İzmit körfəzi onun sahillərini yuyur. Bosfor və İsmit körfəzlərinin ərazisində sınma qırılma xətti keçdiyindən yarımada yüksək seysmikliyə malikdir.

Uzunluğu 75 km, eni 50 km təşkil edir. Yarımadadan vənubda arxipelaq yerlşir. Ərazidən dağ silsilələri keçir, bu da Pont dağlarının ardını təşkil edir. Ən hündür nöqtəsi 537 m təşkil edir. Əsas çayları olan Riva, Çayağzı, Ağva və Çanaq Qara dənizə, Kurbağalıdere Mərmərə dənizininə, Göysu və Küçüksu isə Bosfor boğazına tökülür.. Mərkəzdə Omerli gölü vardır.Aralıq dənizi iqlim tipinə malikdir. Bununla belə qışda şimaldan əraziyə soyuq hava kütlələri daxil olur. Burada əsasən şimalda makvis geniş yayılmışdır. Cənub isə tamamən antropogenləşmişdir. Kənt bitkiçiliyin üzüm və tut plantasiyaları salınmışdır.

Yarımadanın cənub və cənub-qərbində insanlar daha çox məskunlaşmışlar. Burada İstanbulun 13 bölgəsi yerləşir.

Ekoloji cəhətdən vəziyyət ilbəil pisləşir. Bunula belə yarımadanın cənubunda kurort zonası vardır.

Likiya yarımadası

Likiya yarımadası — Türkiyə ərazisində, Kiçik Asiya yarımadasının cənub-qərbində yerləşir. Yarımada Aralıq dənizinin akvatorriyasına daxil olan Antalya körfəzi ilə Fəthiyə körfəzi arasında (75 km) yerləşir.

Yarımadanın böyük hissəsini Qərbi Tavr dağları tutur (Elmalı, Bedağ və Teke silsiləsi). Ən hündür zirvəsi 3086 m təşkil edir. Dağlar sərt enişlər əmələ gətirir. Yarımadanın mərkəzi hissəsi çoxlu sayda göllər və şoranlıqlar vardır. Sahilləri parçalı və buxtalarla zəngindir. Dəniz sahilində makvis, yuxarı qalxdıqca isə enli və iynə yarpaqlı meşələr bir-birini əvəzləyir. Ərazi dağalar arası düzlərdən və yarımsəhralardan ibarətdir.

Mesopotamiya

İkiçayarası və ya Mesopotamiya (qədim yun. Μεσοποταμία - "İki çayın arası") - Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri. Çağdaş zamanda bu mədəniyyətin yerləşdiyi ərazi də Mesopotamiya olaraq adlanır.

Qədim şərq ölkələri Afrikanın şimal-şərqindən Asiyanın böyük bir hissəsinə qədər uzanan geniş coğrafi ərazini əhatə edirdi. Ən qədim şərq dövlətləri Misirdə, Aralıq dənizinin şərqində, Kiçik Asiya, İkiçayarası (Mesopatamiya), Iran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi.

Qara dəniz

Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) — Cənub-şərqi Avropa və Kiçik Asiya arasında aralıq tipli dəniz. Bosfor boğazı və Mərmərə dənizi vasitəsi ilə Aralıq dənizinə bağlanır. Səthinin sahəsi 422,000 km², ən dərin nöqtəsi 2210 m-dir. Qara dənizə tökülən çaylar arasında ən əhamiyyətliləri Dunay və Qızılirmaqdır. Qara dəniz sularının əksəriyyətini Don, Dnepr və Dunay kimi iri çaylardan götürür.

Qədim Yunanıstan

Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar.E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular. Dorilərin hücumunun təsiri ilə (e.ə. 12 əsrin sonu-e.ə. 11 əsr) ioniyalılar və eoliyalılar Kiçik Asiya sahillərinə və yaxınlıqdakı adalara sürgün edildilər.

E.ə. təqr. 700-cü ildə əhali ümumi adla-ellinlər, ölkə isə Ellada adlandı. Sonra yunanlar Qara dəniz və Aralıq dənizi sahillərində məskən saldılar. Bu dövrdə qonşu kaloniyalar ilə daim mədəni və ticarət əlaqələri saxlayan Neapol, Tarent, Sibaris, Sirakuza, Messena, Kirena, Bizans, Xalkida, Herakleya, Xersones, Sinopa, Pantikapey, Feodosiya, Oliviya, Toma və s. koloniyalar yaradılmışdı.

Koloniyalar Yunanıstanda demokratiyanın beşiyi hesab edilirdi.

Bu dövrdə şəhər-dövlətlərdə sürətlə yaranırdı. Bunlardan: Afina, Sparta, Korinf, Fiva, Arqos, Milet, Halikarnas, Efes, Mitilena, Xios və s. misal göstərmək olar. Siyasi quruluşuna görə bu kaloniyaların demokratik və ya aristokratik respublikalar idi. Spartanın rəhbərliyi ilə e.ə. 6 əsrdə Peloponnes ittifaqı yaradıldı. E.ə. 500-449 Yunan-İran müharibələrində istiqlaliyyət uğrunda mübarizə aparan yunanlar bir sıra qələbələr qazandılar.Yunan ittifaqına başçılıq edən Afina hərbi və iqtisadi cəhətdən möhkəmləndi. Afina ilə Sparta arasındakı ziddiyyətlər Peloponnes müharibəsinə (e.ə. 431-404) səbəb oldu. E.ə. 4 əsrdən tərəflərin ümumi böhranı başlandı. Yunanıstanda hökmranlıq uğrunda mübarizəyə girişən Makedoniya bundan isitfadə etdi. Xeroneya yaxınığındakı vuruşmada (e.ə. 338) məğlubiyyətdən sonra yunan şəhərləri Makedoniyanın hakimiyyətinə keçdi. Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası bir sıra dövlətlərə (ellinist monarxiyalara) parçalandı. E.ə. 3-2 əsrlərdə yunan şəhərlərində ictimai ziddiyyətlər yenidən kəskinləşdi. E.ə. 146-cı ildə Yunanıstan Romanın tərkibinə daxil edildi. Lakin 4 əsrdən Yunanıstan Şərqi Roma imperiyasının ərazisinə daxil olmuşdur.Qədim Yunanıstanın özünə məxsus cəhətlərindən biri də, qədim mədəniyyətə sahib olmasıdır.Yunan mədəniyyəti tarixən bütün dünya ölkələrinin mədəniyyətlərinə təsir etmişdir.

Türkiyə

Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.

Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir. Rəsmi dil türk dilidir. Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur. Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir. Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir. Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir. İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması "Üç Paşalar"ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi. Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi.

Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.

Xios

Xios(yun.Χίος) — Yunanıstan ərazisinin bir hissəsi kimi Kiçik Asiya yarımadasına yaxın Egey dənizində yerləşən ada. Əhali 50 388 (2001 il siyahıyaalma ). Xios adası,eləcə də Psara yaxınlığında yerləşən adalar( 14,2 km şimal-qərb ) və Inusses ( 6.3 km şərq) Yunanıstan Respublikasında inzibati vahid yaradır. Ən böyük məskunlaşma :Aya-İrmioni,Volisos,Vrondados,, Kambos,Karfas,Kataraktis, Lillikas, Megas-Limionas,Flatsia və Xios adalarında qeyd alınıb.

Ön Asiya

Ön Asiya (Qərbi Asiya, Cənub-Qərbi Asiya) — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya, İran yaylası, Mesopotamiya, Ərəbistan yarımadası və Levantı əhatə edir. Siyasi baxımdan isə Yaxın Şərq (Afrikadakı ərazilər istisna olmaqla), Orta Şərq və Cənubi Qafqaz nəzərdə tutulur.

Üsküdar

Üsküdar — Türkiyə Cümhuriyyətinin İstanbul ilinin tərkibinə daxil olan ilçələrdən biridir. Kiçik Asiya yarımadasında yerləşən ilçənin ərazisi 36 km²-dir. Türkiyə Statistika Qurumunun 31 dekabr 2011-ci il tarixinə olan rəsmi məlumatına əsasən ilçədə 532,182 nəfər əhali yaşayır. Onların 262,783 nəfərini kişilər, 269,399 nəfərini isə qadınlar təşkil edir. Bütün əhali tamamiylə şəhərdə yaşamaqdadır. Üsküdar ilçəsi 33 məhəllədən (və ya kiçik şəhərdən) ibarətdir.

Əshabi-Kəhf (mağara)

Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir.

Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi “mağara insanları” mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin “Əl-Kəhf” surəsində xatırlanılır. Lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış rəvayət də təqribən eyni məzmunludur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.

Əsli və Kərəm

Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur.

H.Araslı, M.Təhmasib, X.Koroğlu, N.Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M.F.Köprülü, V.M.Qocatürk, V.C.Aşkun, habelə, Azərbaycanda S.Mümtaz, M.H.Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.