Keramika

Keramika — çox qədim zamanlardan məlum olan, qeyri-üzvi maddələrin birgə bişirilməsi (sinterlənməsi) sayəsində əldə edilən polikristallik bərk materialdır. Keramika tikinti materialları, ev əşyaları ilə bərabər maşınqayırmada da geniş tətbiq olunur. Bu sahədə tətbiq olunan keramik materiallara texniki keramika deyilir. Texniki keramikanın mexaniki xassələri onun tətbiq sahəsindən asılı olaraq optimallaşdırılır. Maşınqayırmada tətbiq sahələrindən biri də mexaniki emaldır. Burada keramika kəsici alət materialı kimi istifadə olunur. Kəsici keramika üç növə bölünür: oksidkeramika, oksidsiz keramika və qarışıq keramika.

Oksidkeramika saf aluminium-oksiddən (Al2O3) ibarət olur. O, hal-hazırda ən geniş yayılmış keramik kəsici alət materialı sayılır (tətbiq sahəsi: 2000°C-yə qədər). Yüksək yeyilməyə davamlığına görə incə emalda tətbiq olunur. Zərbələrə həssas olduğundan kobud emalda istfadəsi mümkün deyil.

Keramikanın ən yaxşı nümunələri müxtəlif dövrlərdə xalqların yüksək nailiyyətlərini əks etdirir. Terrakota, mayolika, çini və s. keramikanın əsas texnoloji növlərindəndir.

Qazıntılar zamanı Göytəpənin bütün təbəqərində keramika nümunələrinə rast gəlinir.Saxsı məmulatının gili müxtəlif tərkibli olub əsasən bitki və mineral qatışıqlıdırlar.Bitki və mineral terkibli keramika demek olar ki,say etibarı ilə eynidir.Mineral tərkibli keramika əsasən abidənin alt qatında üstünlük təşkil edir və üst qata doğru tədricən azalır.Forma verən keramika parçalarının təhlilindən məlum olur ki,oturacaqları düz,qalın divarlı,konusvari və əyri formalı küplər,dopular,dərin xeyrələr,qulpları olmayan kiçik qablar Göytəpə sakinlərinin istifadə etdiyi əsas mətbəx qab-qacağı olmuşdur.Keramika məmulatının səthlərinin texniki işlənilməsi çox bəsit formada aparılmışdır.

Keramika qabların üzərində yapma üsulu ilə düzəldilmiş naxış nümunələrinə də rast gəlinir.Bunların içərisində ən çox istifadə olunmuş naxışlar,qabların ağız kənarını,bəzəyən bir,bəzən isə iki və ya üç uzun sov məməciklər,dalğavari xəttlər,dairəvi və yarımdairəvi,üçbucaq formalı yapmalardır.Bundan əlavə,abidənin üst qatında ağız hissəsi boyalı olan yaxşı bişirilmiş keyfiyyətli keramika nümunələrinə də rast gəlinmişdir.Qabların boyanmasında əsasən qırmızı və ya qırmızımtıl-qəhvəyi rəngli boyalardan istifadə olunmuşdur.Ehtimal etmək olar ki,Göytəpə dulusçuları boyaları yerli xammal olan oxra və ya gematitdən alırdılar.[1]

Mineralwasserkruege
Keramik su qabları, XİX əsr

İstinadlar

  1. Quliyev, F. Sivilizasiyanın başlanğıc nöqtəsi - Göytəpə neolit dövrü abidəsi
Azərbaycan arxeologiyası

Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.

Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.

Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.

Azərbaycanda bədii keramika sənəti

Azərbaycanda bədii keramika sənəti —Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi.

Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.

İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.

Tunc və dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar mədəniyyəti təşkil edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivləri Ön Asiya, Yaxın Şərq sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir. Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq Yunan-Roma sənətkarlığının təsiri izlənməkdədir. Yaloylu təpə (Qəbələ) keramikasının konstruktiv və plastik xüsusiyyətləri bu mədəni kontaktların bariz nümunəsidir.

Arxeoloji qazıntılar zamanı əldə edilmiş tapıntılar göstərir ki, keramika erkən orta əsrlərdə də Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olmuşdur. Azərbaycanın Qəbələ, Beyləqan, Bakı, Mingəçevir, Naxçıvan və s. yerlərindən tapılmış saxsı məmulatları bu növün bədii və texnoloji xüsusiyyətləri haqda bizə ətraflı məlumatlar verərək, keramik məmulatda dekorativliyin artmasını nümayiş etdirirlər. Şirəaltı və şirəüstü keramika rəngkarlığı, ştamp və s. texnoloji üsulların bədii ifadə vasitələri yeni materialların tətbiqi ilə müşayiət olunur. Lyustr (lustreware) şirələrinin tətbiqi belə dekorativliyi artıran amillərdən biri olmuşdur.

Əldə olan məlumatlar göstərir ki, bu əsrlərdə Azərbaycanda əhali arasında külli miqdarda istifadə edilən saxsı məmulatları əsas etibarı ilə fırlanan dulusçuluq dəzgahı vasitəsilə düzəldilirdi. Dulusçu dəzgahından çıxmış sürahi, tabaq, küpə, fincan, çıraq, kasa və s. saxsı məmulatları özünün hamarlığı, formasının dəqiqliyi və yaxşı bişirilməsi ilə artıq fərqlənirdi.

Cilovxanlı məscidi

Cilovxanlı məscidi — Naxçıvan Muxtar Respublikası ərazisində orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyəti nümunələri içərisində kəndlərdə inşa olunmuş məscidlər də xüsusi yer tutur. Belə məscidlərdən biri də Babək rayonundakı Cilovxanlı məscididir.

XV əsrdə inşa olunmuş məscid Babək rayonundakı Cəhri kəndinin Cilovxanlı məhəlləsində yerləşir. Daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə qadınlar üçün ikinci mərtəbə düzəldilmişdir. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanmışdır. Mehrabı tağ şəkilli taxçadan ibarətdir. Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur.

1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.

Dəmirçi nekropolu

Dəmirçi nekropolu — Şərur rayonunun Dəmirçi kəndinin şimalında, Sarıdaş yaxınlığındakı yüksəkliklərdən birində yerləşən arxeoloji abidə. Naxçıvan-Sədərək şossesi nekropolu Dəmirçi kəndindən ayırır.

Həsənlu

İranda, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, Kəlyaşin və Rəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir.1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859-824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi adı Həsənlinin qədim adıdır. O, göstərir ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənli əhalisinin İrandilli olmadığını sübut edir.

M.Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi əleyhinə yürüşlərindən bəhs edən Taştəpədəki (Həsənlidən 40 km Şərqdə) qayaüstü kitabələrini şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənli təpəsindəki qədim qalanım Urartu dilində adıdır və Həsənli IV təbəqə Urartu yürüşləri zamanı dağıdılmışdır.

Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl startirafiyasını verən Həsənli təpəsi 27,5 metr dərinliyə qazılmışdır. Bu startiqrafiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.

R.Dayson Həsənlidə qazılmış materialları on dövrə ayırır.X-VI dövr materialları Həsənli təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.

Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V-IV təbəqələrdir.

Keramika məmulatı dibinin formasına görə "Button Base Phase" adlanan V dövr e.ə. 1200-1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənli təpəsi kiçik binalarla abadlaşdırılır. E.ə.1100-800-cü illərə aid IV dövr "Grey Ware Phase" əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili-əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aid edilir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binaların qalmış daş və ağac hissələrindən istifadə edərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaq yolu ilə bərpa olunmuşdur.

Bu dövrün binalarından bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində "Kadaşman-Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşurballitin sarayı" və daş qab üzərində "Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı" yazılmışdır.

R.Daysonun fikrincə IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.

III dövr "Triangle Ware Phase" xarabalıqlarının toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki – erkən III B (e.ə. 750-600-cü illər) və son III A (e.ə.600-400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışlar.

Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr "Post Triangle Ware Phase" və I İslam dövrü gəlir.

Həsənlidə qazılmış arxeoloji material Güney Azərbaycanın və ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır vəə onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.

Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır.

Həsənli təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.

Həsənlidən 1,5 km Cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənli X dövrə uyğun gələn daha qədim dövr (e.ə.VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onların üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi.

IX və VIII dovrlər muvafiq olaraq Dəlmətəpə və Pişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir.

Dəlmətəpə tapıntıları e.ə. V minilliyin sonlarına aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effekli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.

Pişdəlitəpə VIII dovr e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün Şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıqlar aşkar edilmişdir. Buraya qəhvəyi-qara rəngli, həndəsi rəsmli sarımtıl keramika, dəvəgözü və çaxmaqdaşından silahlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.

Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İran və Türkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir.

Həsənlidə tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun tədqiqatinda aparılmışdır. Müəllif Həsənlidə yeddi dövrdə (I-V, VII, IX) aşkar edilmiş 120 kişi, uşaq və qadın skletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83-ü) IV dövrə, 21 V dövrə aiddir. Qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı Şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur.

Həsənli təpəsinin Şimal ətəyindəki nekropol ərazisində 1947-1948-ci illərdə mustəqil qazıntılar aparmış və M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürürdülər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi.

Kiran

Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX-IV əsrlərə aid edilmişdir.

Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. “Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri”ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir.

Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır. Bu qazıntılar zamanı abidə ərazisində bir neçə məzar açılaraq öyrənilir, Xarabagilan və ətraf ərazilərin qısa təsviri verilir. 1927-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin verdiyi mandat əsasında Xarabagilan ərazisində S. V. Ter-Avetisyanın rəhbərliyi Qafqaz Tarix-Arxeologiya Komitəsinin ekspedisiyası qazıntılara başlamışdır. Xarabagilan yaşayış yerinin sistematik arxeoloji tədqiqinə 1976-cı ildə Naxçıvan arxeoloji ekspedisiyasının V. Q. Əliyevin rəhbərlik etdiyi Xarabagilan dəstəsi tərəfindən başlanılmışdır. Qazıntılar nəticəsində Kiran karvansarayı aşkar edilmiş və onun şimal tərəfi təmizlənmişdir. 1980-ci ildə AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş və Q. M. Aslanovun rəhbərlik etdiyi Xarabagilan ekspedisiyası şəhər ərazisində qazıntılara başlamışdır. Ekspedisiya üzvləri Xarabagilanın şəhər mərkəzində və yaxınlıqdakı Muncuqlutəpə nekropolunda qazıntılar aparmışdır. Ümumilikdə orta əsr şəhəri ərazisində 5000 m2 ərazidə qazıntı aparılmışdır.

Xarabagilan abidəsinin arxeoloji tədqiqi zamanı aşkara çıxarılmış artefaktlar arasında keramika məhsulları növ və keyfiyyət zənginliyi ilə diqqəti cəlb edir. S. V. Ter-Avetisyanın tədqiqatları zamanı əldə edilmiş 50-yə yaxın keramika nümunəsi hazırda Gürcüstan Milli Muzeyinin, V. M. Sısoyevin tədqiqatları zamanı əldə edilmiş 200-dən çox keramika nümunəsi Azərbaycan Tarix Muzeyində, sonrakı dövrdə Xarabagilanda araşdırmalar zamanı tapılmış keramika nümunələri isə Naxçıvan Tarix Muzeyində saxlanılır. Xarabagilan qazıntıları zamanı şəhristanın VI məhəlləsindən aşkarlanmış üstü arami yazılı bir qulplu saxsı kuzə şəhərin mədəni həyatının öyrənilməsi üçün böyük əhəmiyyət təşkil edir.

Orta əsr Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş, böyümüş və yaşamışlar.

Manna

Manna (akkad Mannai), Minni (ivr. מנּי‎) və ya Manas — e.ə. IX əsr–e.ə. VI əsrlərdə tarixi Azərbaycan ərazisində, indiki İranın şimal-qərbindəki Urmiya gölünün sahilində qədim dövlət. Manna yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət hesab edilir. Paytaxtı İzirtu şəhəridir. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e.ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullubi, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.Manna dövləti e.ə. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır

Mərdangöl nekropolu

Мərdangöl nekropolu — Ordubad rayonunun ərazisindəki Xarabagilanda yerləşən tarixi abidə.

Мərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalıkeşanda olanlarla oxşardır. Qəbir abidələrinin tədqiqi zamanı boz və çəhrayı rəngli keramika qabları aşkar edilmişdir. Boya ilə naxışlanmış qablar azlıq təşkil edir. Qazıntılar zamanı, həmçinin dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq da tapılmışdır. Мuncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır.

Nəhəcir nekropolu

Nəhəcir nekropolu — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə.

Nəhəcir nekropolu Nəhəcir yaşayış yerinin şərq qurtaracağında yerləşir. Nekropol şimaldan Nəhəcir dağı, qərbdə Tunc dövrünün yaşayış yeri, cənubda Nəhəcir kəndi, şərqdə torpaq yolla məhdudlaşır. Buradakı qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Lakin diametri 9-11 metr olan kromlexlər indi də qalmaqdadır. Nekropoldakı qəbirlərin bir neçəsi vaxtilə qazılıb, dağıdılmışdır.

Nekropoldakı kromlexlərdən birinin tədqiqi göstərdi ki, qəbir kamerası torpaqda qazılmış oval çaladan ibarətdir. Nəhəcir nekropolundan aşkar olunan materiallar monoxrom boyalı küpə və kasa tipli qablardan ibarətdir. Bizim A.Q.Seyidovla apardığımız araşdırmalar zamanı həmçinin basma naxışlı keramika məmulatı da aşkar olunmuşdur.

Talıstan

Talıstan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Əhalisi əsasən taxılçılıq və heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi var. Talıstan çayının sol həm də sağ yaşayış yeri və qəbir abidələrindən metal əşyalar, silahlar, zəngin keramika nümünələri və saxsı qablar tapılmışdır. Tapıntılardan məlum olmuşdur ki, bu ərazidə hələ 2-1 əsrlərdə yaşayış olmuşdur.

Xalıkeşan nekropolu

Xalıkeşan nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Sabirkənd və Kələntər Dizə kəndlərinin yaxınlığında arxeoloji abidə.

Nekropol şərti olaraq çayın adı ilə adlandırılmışdır. Əslində Xaraba Gilan şəhər yerinə aiddir. Şəhərə qərbdən giriş yolu nekropolun üstündən keçdiyindən qəbirlər güclü dağıntıya məruz qalmışdır. Nekropolun yerləşdiyi dağ müxtəlif qalınlıqlı sal daş qatlarından ibarətdir. Qəbirlərin qurulmasında bu daşlardan istifadə olunmuşdur. Nekropolun çox hissəsi dağıldığından yalnız bir neçə, nisbətən salamat qalmış qəbir tədqiq edilmişdir. Bəzi qəbirlərin örtük daşlarının bir hissəsi salamat qalmışdır. Qəbirlərin dördbucaqlı planda qurbangahları vardır. Quruluşuna və planına görə Muncuqlutəpə qəbirlərinə oxşayırlar. Lakin Xalıkeşan qəbirlərinin giriş yolu yoxdur. Qəbirlərin çoxunun və qurbangahların divarları yanı üstə dikinə qoyulmuş sal daşlardan ibarətdir. Bəzi qəbirlərin divarları bir neçə qat həmin daşlarla işlənmişdir. Xalıkeşan nekropolundan əldə edilən tapıntılar əsasən qara boz və çəhrayı rəngli keramika məmulatından, tuncdan hazırlanmış xəncər, qolbaq, sırğa və sancaqdan və müxtəlif bəzək əşyalarından ibarətdir. Bu materialların oxşarlarına Naxçıvanın həmdövr abidələrində və Urmiya gölü hövzəsi abidələrinin materiallarında rast gəlinir. Əldə olunan arxeoloji materiallar Xalıkeşan nekropolunu e.ə. II minilliyin sonu, I minilliyin əvvəllərinə aid etməyə imkan verir.

Xocalı-Gədəbəy mədəniyyəti

Gədəbəy - Xocalı mədəniyyəti — Azərbaycanın Gədəbəy və Xocalı rayonu ərazisindəki abidələr, yerli türk əhalisinin yaşayış tərzi, ənənələri və digər mədəniyyət nümunələridir. Rayonun memarlıq abidələrindən Söyüdlü kəndində Qız qalasını (“Namərdqala” - 9 cu əsr) və Mahrasa məbədini, Novosaratovka kəndindəki məbədi (1535), Qalakənd kəndindəki qalanı (XVI əsr), Böyük Qaramurad kəndindəki qalanı (1634), Dikdaş kəndi ərazisindəki (Bayram dərəsində) alban kilsəsini və Həmşivəng məbədini, Cəbətkeçməz kəndindəki üç körpünü (XIX əsr) xüsusi qeyd etmək lazımdır.

Xorasan

Xorasan (fars. خراسان — gün çıxan yer) — İranın şərqində tarixi vilayət. Xorasan qədim yaşayış yeri olub dünya şöhrətli memarlıq abidələri və xalçaları ilə tanınır.

29 sentyabr 2004-cü ildə vahid Xorasan ostanı üç ostana bölünmüşdür.

Mərkəzi: Məşhəd şəhəri

Ərazisi: 148.959 km² (144.681 km²)

Əhalisi: 5.593.079 (2006) 5,994,279 (2011)

Əhalinin sıxlığı: 38-40 nəf/km²

Xələc (Şərur)

Xələc — Şərur rayonunun eyniadlı kəndindən 200 metr cənubda Arazın sol sahilində,eyniadlı dağın şimal yamacında Eneolit dövrünə aid yaşayış yeri.

Yaycı nekropolu

Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə.

Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır.2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır. Ancaq 5 ədəd küpə, 1 ədəd şamdan və 1 ədəd kasadan ibarət qablar aşkar olunmuşdur.

Yaycı nekropolundan aşkar edilmiş arxeoloji materiallar əsasən boyalı qablardan ibarət olub küpə və kasa tipli qablarla təmsil olunmuşdur. Onların gilinə narın qum qatılmış, çəhrayı rəngdə yaxşı bişirilmiş, qırmızı boya ilə örtülərək xaricdən cilalanmışdır. Boyalı keramika məmulatı arasında uzunboğazlı küpələr yüksək sənətkarlıq nümunəsi olmaları ilə fərqlənir. Onların boğazı dar, gövdəsi qabarıq, oturacağı yastıdır. Bu tip küpələrin bəzisinin gövdəsi bikonus formalı, bəzisi isə şarşəkillidir. Boğazı və gövdəsinin yuxarı hissəsi qırmızı anqob üzərindən qara rənglə çəkilmiş üçbucaq, sınıq və dalğalı xətlərlə naxışlanmışdır. Onların birinin gövdəsində həndəsi ornamentlər arasında yerləşən quş təsvirləri verilmişdir. Digərinin gövdəsi isə iki cərgə heyvan təsviri ilə naxışlanmışdır. Birinci cərgədə quş təsvirləri, ikinci cərgədə isə bir-birinin ardınca düzülmüş maral, it, keçi və qoyun təsvirləri verilmişdir. Təsvirlərin kompozisiyası Şumer mədəniyyətinə məxsus elementləri xatırladır. Bu cür mürəkkəb kompozisiyası olan boyalı qablar Naxçıvanda hələlik başqa abidələrdən məlum deyil. Aşkar olunmuş bu monoxrom naxışlı boyalı qablar Azərbaycan boyalı qablar mədəniyyətinin ilk mərhələsi üçün xarakterikdir.2011-ci ildə Yaycı nekropolundan aşkar olunmuş küpələr orjinal ornamentasiyası ilə diqqəti cəlb edir. Yeni tapıntıların üzərindəki ornamentlər, xüsusilə kəpənək şəkilli üçbucaqlar və torşəkilli dördbucaqlı naxışların bənzərləri Naxçıvan və Şərqi Anadolu abidələrindən üzə çıxarılmışdır. Küpələrdən biri bəzəmə motivinə görə arxeoloji ədəbiyyatda Təzəkənd mədəniyyəti adı ilə tanınan abidələrdən aşkar olunmuş keramika məmulatı ilə bənzərdir. Bu küpə gövdəsinin yuxarısında, qırmızı rəng üzərinə qara rənglə, iki paralel xətt arasına alınmış həndəsi ornamentlərlə naxışlanmışdır. Naxışlar bəzi yerlərdə iki pilləli olub yuxarıda bitişik üçbucaqlar (qumsaatı motivi), aşağıda isə torlu ya da ştrixlənmiş dördbucaqlardan ibarətdir. Bu motivdə bəzənmiş küpələrə Kirovakan, Ariç, Verin Naver, Təzəkənd nekropolu və digər abidələrdə rastlanmışdır. Bu küpə bəzəmə motivinə görə yuxarıda qeyd olunan abidələrdən aşkar olunan materialların heç birini təkrar etmir. Bəzəmə motivində istifadə olunan ornamentlər ştrixlənmiş üçbucaqlar II Kültəpə, Şahtaxtı və Şortəpə üçün xarakterikdir. Qum saatı motivlərinə isə daha çox Qızılburun və Şahtaxtıda rastlanır.Yaycı boyalı qabları üçün xarakterik ornamentlərin Təzəkənd mədəniyyəti nümunələrində aşkar olunması bu mədəniyyətin Naxçıvandan gedən tayfalar tərəfindən yaradıldığını göstərir.

Örənqala (qədim şəhər yeri)

Örənqala — V-XIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri. Beyləqan şəhərindən 15 kim. şimal-qərbdə yerləşir.

Şamaxı

Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzidir.

Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir.

Əsməra

Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər «Asmara» kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.