Kərpic

KərpicDüzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material.

Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir.

Kərpic hələ keçmiş zamanlardan - X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.

Stapel bakstenen - Pile of bricks 2005 Fruggo
Qırmızı kərpic yığını

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.