Kərbəla

Kərbəla şəhəri ərəb. كربلاء‎‎ — İraqın ən böyük şəhərlərindən biri. 1987-ci ildə aparılmış rəsmi siyahıya əsasən əhalisi 296.705 nəfərdir[2]. Müsəlman ŞiəƏləvi məzhəblərinə görə, Məkkə,MədinəNəcəfdən sonrakı ən müqəddəs şəhərdir. Kərbəla döyüşü (Kərbəla Hadisəsi) burada cərəyan etmişdir.

Şəhər
Kərbəla
ərəb. كربلاء‎‎
Kerbela Hussein Moschee

32°37′00″ şm. e. 44°02′00″ ş. u.


Ölkə İraq İraq
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 28 m
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Poçt indeksi 56001
Kərbəla xəritədə
Kərbəla
Kərbəla

Haqqında

Kərbəla İraqın bir şəhəridir. Bağdadın 100 km cənub-qərbdə yerləşir.

Etimologiya

Kərbəla sözünün mənşəyi ilə əlaqədar olaraq bir çox iddia ortaya atılmışdır. Bir çox tarix öncəsi Assur dilində (ca Akad) ""karb"" və ""əla"" (yaxın): Sözlərindən Allah törəməsinə inanır.

Bundan başqa, Farsca kaarbolo (çalışmaq) sözlərindən bitdiyinə (daha yüksək) inananlar da var.

İstinadlar

  1. 1,0 1,1 http://www.citypopulation.de/Iraq.html
  2. GeoHive: Global Statistics
Abbas ibn Əli

Abbas ibn Əli, Əbülfəzl Abbas (ərəb. العباس بن علي‎‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) şiələrin 1-ci imamı, Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu.

Abbas ibn Əli tarixdə daha çox öz ögey qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli döyüşçü kimi tanınmışdır.

Aşura

Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər.

Ehqaqilər

Ehqaqilər bir qrup Azərbaycan Türkləridirlər ki şiə məzhəbinin Şeyxiyyə təriqətinin Ehqaqiyə qoluna bağlıdırlar ki əksəriyyəti Küveytdə və bir azıda İraqın Kərbəla şəhərində və İranda yaşayırlar.Azərbaycanlı şeyxilərin başçısı bu soydan seçilər.Ehqaqilərin mənşələri İranın Şərqi Azərbaycan ostanında olan Üskü şəhristanıdır.

Hacı Məhəmmədəli Şirvani

Hacı Məhəmmədəli ibn Axund İskəndər Şirvani (1783, Şamaxı - ?) — azərbaycanlı tarixçi, səyyah şair.

Hüseyn ibn Əli

Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎‎) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Taiyabi və Mustaali İsmaili şiələrinin 2-ci imamı, xəlifəsi və 5-ci məsumu; Dörd, Yeddi, On iki imam şiələrinin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə.

İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası olaraq elan etmişdir. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında iştirak edərək, döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətcə Həsənin sülh müqaviləsinə sadiq qalmışdır.

680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvəti üzərinə Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizliklərindən ötəri Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq Kufə və oradan da Şama göndərilmişdir.

Hüseynin Kərbəladakı şəhidliyi İslam tarixi və şiəlik baxımından xüsusilə İslamın ilk illərində təyinedici bir rol oynamışdır. Hüseynin həyatı və şəhidliyi həssas dövrlərdən və ilk əsrlərin çox gərgin hadisələrindən biri olaraq sayılmaqdadır. Əməvilərə qarşı üsyanı adının müqavimət, mübarizə və şəhidliklə xatırlanmasına səbəb olmuş və digər yandan zəmanə hakimlərinə qarşı genişmiqyaslı qiyamların başlama səbəbi və ilham qaynağı olmuşdur. Aşura hadisəsi şiə cəmiyyətinin fərqli zümrə və təbəqələrindəki müxtəlif ədəbiyyat, yazı, şəkil və kitabələrində əsrlərdir özünü göstərir.

I Mirzə Məhəmməd xan

Mirzə Məhəmməd xan Dərgahqulu xan oğlu (1727-1768)—1747—1768-ci illərdə Bakı xanı.

Kərbəla döyüşü

Kərbəla döyüşü və ya Kərbəla hadisəsi - 10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin, Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.

Kərbəla mühafəzəsi

Kərbəla mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Kərbəla mühafəzəsinin ərazisi 5.034 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 594.235 nəfər, inzibati mərkəzi Kərbəla şəhəridir.

Muxtar

Muxtar — Azərbaycan kişi adı və təxəllüs.

Muxtar Səqəfi — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı

Muxtar Qasımov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Muxtar Maniyev — Azərbaycanın görkəmli kino aktyoru, Azərbaycanın xalq artisti (2000).

Muxtar Həmzəyev (alim) — psixologiya elmləri doktoru, professor.

Muxtar Həsənov — Yeni Azərbaycan Partiyasinin üzvü

Muxtar Şaxanov — tanınmış qazax yazıçısı, hüquqşünası, Qazaxıstanın Qırğızıstandakı səfiri

Muxtar İbadov — aktyor, inzibatçı.Yaşayış məntəqələriMuxtar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.

Muxtar (Əsgəran) — Əsgəran rayonu ərazisində bir kənd.

Muxtar Səqəfi

Muxtar ibn Əbu Übeyd Səqəfi (622, Taif - 687, Kufə) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı.

Məhəmməd Füzuli

Məhəmməd Füzuli ibn Süleyman — (əsl adı: Məhəmməd ibn (oğlu) Süleyman, d. 1494, Kərbala, İraq, Ağqoyunlu dövləti — ö. 1556, Kərbala, İraq, Osmanlı imperiyası) — Orta əsr azərbaycan türk şairi, mütəfəkkir və filosof. Azərbaycan və türk ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri kimi tanınmaqdadır. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Rübab binti İmra əl-Qeys

Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎‎) ‏‎ İmam Hüseynin həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.

Seyid Məhəmməd Təbatəbai

Seyid Məhəmməd Təbatəbai (tam adı: Seyid Məhəmməd Seyid Əbdülkərim oğlu Təbatəbai, fars. میرزا سید محمد طباطبائی; ləqəbi: Səngilaci (fars. سنگلجی; 22 dekabr 1842(1842-12-22), Kərbəla – 28 yanvar 1920(1920-01-28), Tehran) — İran Məşrutə hərəkatının dini rəhbərlərindən biri.

Zeynəb

Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎‎ ) — Məhəmməd peyğəmbərin nəvəsi.

Atası Əli ibn Əbu Talib, anası Fatimə.

Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır.

Həyat yoldaşı əmisi oğlu Əbdüllahdır (Cəfəri-Təyyarın oğlu).

Həzrət Zeynəbin Arifə, Muhəddisə, Alimə və s. kimi ləqəbləri vardı.

Zeynəb aşura faciəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmiş, həm də öz atəşin xütbələri ilə Yezid hökumətinin iç üzünü açıb insanlara göstərmişdi.Zeynəb (Ərəbcə: حضرت زینب ;Zaynab bint Əli), Əli və Fatimənin qızıdır. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur. Zeynəb şücaət, fəsahat və bəlağəti ilə nümunə göstəriləcək bir şəxsiyyəti ilə Kərbəla qiyamının daimi olmasına səbəb olmuşdur. Tarixi qeydlərə görə Hicrətin 63-cü ilində Şamda vəfat etmiş və orada dəfn edilmişdir.

Əbdül Əbdülzadə

Əbdülzadə Əbdül Abbas oğlu —

Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - «1001 xırdavat» mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub.

Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,).

18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib. 1920-nin yanvarında Cümhuriyyət onu oxumağa Türkiyəyə – İstanbul Universitetinin hüquq fakültəsinə göndərib. Bu vaxt London və Parisdə də olub. 1920-nin iyulunda Tiflisdən keçməklə Bakıya qayıdıb və 25 avqust 1920-dən nəşriyyatlarda tərcüməçilik edib.

1921-də təhsilini M.Əzizbəyov adına Bakı Politexnik İn-tunda (indiki Neft Akademiyası) davam etdirib və 1925-də mexanika bölməsini bitirərək mühəndis olub. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində riyaziyyat ixtisası üzrə də oxuyub (20.5.1926-da bitirib). 11 sentyabr 1922-dən 14 may 1927-yədək Nərimanov adına texnikumda müəllim işləyən Ə.Əbdülzadə 18 yanvar 1927-də həbs edilib və 1922-1924-də «Müsavat» partiyasının gizli təşkilatında iştirakına görə 8 il iş verilərək 1928-in yayında Solovki adasına sürgünə göndərilib.

1934-də sürgündən qayıdıb, ancaq Bakıda yaşamağa icazə verilmədiyinə görə Gəncəyə gedib.

1934-1936-cı illərdə orada Gəncə Sənaye Politexnik Texnikumunda, Gəncə dəmiryol inşaatı texnikumunda və Fəhlə fakültəsində dərs deyib. 9 nəfər köhnə məhbus yoldaşıyla birgə 24 dekabr 1936-də yenidən gizli müsavatçılıq fəaliyyəti üstündə həbs edilərək 28 iyul 1937-də onlarla birgə güllələnib.Xudad Məlikaslanov, Əhməd Pepinov, Ağa Axundov, Məhəmmədbəy Məhəmmədbəyov, Əbdül Əbdülzadə və Əliheydər Babayev tərəfindən tərtib edilmiş "Dəmiryol işlətmə istilahları" (1924) da dövrün soraq-məlumat nəşri kimi diqqəti cəlb edir.

Əli Əkbər

Əli əl-Əkbər — İmam Hüseyn və Ümm Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.

Əli Əkbər (yazıçı) — Azərbaycan yazıçısı.

Əli Əkbər (şair) — Azərbaycan şairi.

Əli Əkbər Naxçıvani — Bəhai dinin ardıcılı.

Əli Əkbər Salehi — İran İslam Respublikasının xarici işlər naziri

Əli Əsğər

Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎‎) — İmam Hüseynin kiçik oğlu. Kərbəla döyüşündə vəfat etmiş ən azyaşlı şəhid.

Əli əl-Əkbər

Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎‎) — İmam Hüseyn və Ümm Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.