Israel Aerospace Industries

İsrail Aerokosmik Sənayesi (ivritcə: התעשייה האווירית לישראל ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur.

IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.

IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir.

İsrail Aerokosmik Sənayesi
Tipi Dövlət şirkəti
Yaranma tarixi 1953
Təsisçilər

Şimon Peres

Al Şvimmer
Hakim simaları Cozef Veiss (CEO və prezident)
Məhsulu Mülki və hərbi təyinatlı aviasiya avadanlıqları
Gəliri 3.83 milyard $
Əməliyyat mənfəəti 571 milyard $
Xalis mənfəəti 27 milyon $
İşçi sayı 16,000
Sayt www.iai.co.il

Həmçinin bax

Xarici keçidlər

Arrow

Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir.

İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır.

İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir. "ARROW" raketdən müdafiə sistemi dünyada yer-yer tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı "ARROW" raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir. “Green Pine” radarı ballistik raketləri keçdiyi bütün yolboyu izləyir. Radar həmçinin eyni vaxtda çox sayda raketi izləyərək onların uçuş trayektoriyası barədə idarəetmə mərkəzinə xəbərdarlıq göndərmək qabiliyyətinə və məlumatları “Arrow” sisteminə ötürmək imkanına malikdir. Ballistik raketlər ölkəyə doğru yönələrsə radar avtomatik olaraq hər bir raketin təhlükəlilik dərəcəsinin çoxfunksiyalı qiymətləndirməsini aparır və özü hansı ardıcıllıqla raketləri vuracağını hesablayır. Hazırda İsraili müxtəlif növ raketlərdən etibarlı şəkildə bu sistem qoruyur.

ARROW layihəsi (2 milyard USD) 1998-ci ildə ABŞ-ın maliyyə yardımı ilə İsrail tərəfindən başladılıb və 2010-cu ildə hazırlanmış sistem bütün sınaqları keçərək İsrail ordusuna daxil edilib. ARROW öz göstəricilərinə görə bütün rəqiblərini üstələyir.

Texiki göstəricilərinə görə ARROW-un hədəfi müəyyən etmə ehtimalı 99.9 %, hədəfi məhv etmə ehtimalı isə 90 %-dir. Sistem hədəfləri 3 000 km-ə qədər məsafədə müəyyən edir, izləyir, 100 km radiusda isə məhv edir. İntellektual sistem əsas döyüş başlığını decoy-dan ayırmaq imkanı verir. Buraxıcı qurğudan ayrıldıqdan sonra raketin sürəti 3 km/saniyəyə çatır. Sistem eyni vaxtda 12 hədəfi izləyib məhv edə bilir.

Barak 8

“İldırım” (“Barak-8”) (İvritcə: בָּרָק‬) ZRK İsrailin “Rafael” şirkəti tərəfindən istehsal edilir. ZRK “Barak-1” xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur. ZRK-nin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.

Zenit-raket kompleksinin istehsalçısı İsrailin “Rafael” şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan “Israel Aerospace Industries (IAI)” holdinqinə daxil olan “Elta Systems” (radarları istehsal edir) tərəfindən istehsal olunur. Bəzi sifarişlərdə kompleksə “Elta Systems” şirkətinin istehsalı olan EL/M-2080 “Gren Pine” radarı daxil edilib.

“Barak-8” Azərbaycanın satın almaq istədiyi “Dəmir Qübbə” (İron Dome) kompleksinin əsas elementidir. Onu da qeyd edək ki, İsrail versiyasında “Dəmir Qübbə” əsasən 122 və 155 mm-lik “yer-yer” tipli raketlərə qarşı tətbiq edildiyi halda, Azərbaycanın əldə edəcəyi sistem bunun əksinə – hava hücumundan müdafiə üçün nəzərdə tutulur. Yəni düşmənin “Qrad” və bu tip raketlərinə qarşı deyil, operativ-taktiki raketlərinə və hava vasitələrinə qarşı.

“Barak-8” ZRK-nin atış mənzili 90 km, “Barak-8ER” konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 macdır (680 metr/saniyə).

“Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.

IAI Harop

IAI Harop İsrail Aerokosmos Sənayesi (Israel Aerospace Industries) qurumunun aerokosmos diviziyası tərəfindən hazırlanan Pilotsuz Uçan Aparatdır. Bu dron anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Əlavə olaraq əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır: Hədəfi özünü hədəfə vurmaqla məhv edir.

Dron həm avtonom olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər: Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər dost təyyarələr düşmən Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.

IAI Heron

IAI Heron (Machatz-1) — İsrailin Israel Aerospace Industries (IAI) şirkəti tərəfindən istehsal olunan orta yüksəklikdə uzun müddət uçuş həyata keçirmək imkanlarına sahib olan pilotsuz uçuş aparatı. Bu PUA yer səthindən 10 km-dən artıq yüksəklikdə 52 saatdan çox müddət ərzində əməliyyat uçuşu yerinə yetirir. 52 saat davamlı uçuş imkanları mövcud olsa da, əlavə vasitələrlə yüklənmə və uçuş profilindən asılı olaraq maksimal effektiv uçuş müddəti nisbətən aşağı ola bilir. PUA-nın daha da inkişaf etdirilmiş variantı olan Heron TP bəzi mənbələrdə IAI Eitan adı ilə də tanınır.

11 sentyabr 2005-ci ildə İsrail Müdafiə Qüvvələrinin 50 milyon ABŞ dolları dəyərində Heron sistemləri aldığı barədə açıqlama verilmişdir.

Ərəb-İsrail müharibəsi (1948)

1948-ci il Ərəb-İsrail müharibəsi, Birinci Ərəb-İsrail müharibəsi və ya 1948-ci il müharibəsi (ərəb. حرب 1948‎‎, translit. hərb 1948) — 1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə. 1947-1949 Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir.Fələstin müharibəsinin birinci mərhələsi 1947-ci ilin 30 noyabrında yəhudiləri daşıyan iki avtobusun pusquya düşürülməsi ilə başlandı. 1917-ci ildə elan edilmiş Balfur bəyannaməsindən və 1920-ci ildə Fələstində Böyük Britaniya mandatlığı yaradıldıqdan sonra yəhudilərlə ərəblər arasında toqquşmalar davam edirdi. Böyük Britaniyanın Fələstindəki siyasəti həm yəhudiləri, həm də ərəbləri narahat edirdi. Bu ərəblərin 1936-cı ildə üsyan qaldırması ilə nəticələndi. Üsyan 1939-cu ilə qədər davam etdi. Fələstində 1944-1947-ci illərdə yəhudi qiyamı baş verdi. 29 noyabr 1947-ci ildə BMT-nin Fələstin üçün Bölünmə planı vətəndaş müharibəsinin başlanması ilə nəticələndi. Bu plana görə Fələstin ərəb və yəhudi dövlətlərinə bölünməli idi. Yerusəlim və Betlehəm şəhərləri isə xüsusi beynəlxalq rejimin hakimiyyətinə verilməli idi.

Fələstində Böyük Britaniya mandatı rejiminin sona çatmasından dərhal sonra 14 may 1948-ci ildə Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası nəşr etdiyi bir bəyanat ilə İsrail dövlətinin qurulduğunu elan etdi. Yeni qurulan dövlətin sərhədləri haqqında "Eretz İsrail" istisna olmaqla heç bir bəyanat yox idi. ABŞ və Sovet İttifaqı növbəti gün İsraili tanıdılar.

15 may 1948-ci ildə vətəndaş müharibəsi İsrail ilə ərəb dövlətləri arasında müharibəyə çevrildi. Misir, Suriya və İraqın hərbi qüvvələri Fələstinə daxil oldular. İordaniya 2 mayda Yişuv elçiləri ilə baş tutan görüşdə müharibəyə girməyəcəyini bildirsə də, o da döyüşlərə qoşuldu. Ərəb qüvvələri Fələstin ərəbləri üçün nəzərdə tutulmuş bölgələri tutduqdan sonra İsrail ərazisinə hücuma keçdilər. Fasilələrlə 10 ay davam etmiş müharibə zamanı hərbi əməliyyatlar Fələstində, Sinay yarımadasında və cənubi Livanda keçirilmişdir.

Müharibənin nəticəsi kimi İsrail dövləti onun üçün nəzərdə tutulmuş torpaqlarla yanaşı Bölünmə planında ərəblər üçün nəzərdə tutulmuş torpaqların 60 faizini ələ keçirdi. Bura Yaffa, Lidda, Ramla, Neqevin böyük bir hissəsi, Təl-Əviv – Yerusəlim yolunun əksər hissəsi və İordan çayının qərbindəki bəzi ərazilər daxil idi. Qüds şəhəri İordaniya və İsrail arasında bölüşdürüldü. Misir Qəzzanı, İordaniya isə İordan çayının qərb sahilini ələ keçirdi. 1948-ci ilin 1 dekabrında keçirilmiş Çeriço konfransında 2 min fələstinli nümayəndə İordaniyaya birləşmək barədə qərar qəbul etdi.

1948-ci il müharibəsindən sonra müharibəyə qatılan ərəb ölkələrində siyasi rejim dəyişikliyinə gətirib çıxaran qarışıqlıqlar oldu. Ən əhəmiyyətli dəyişiklik Misirdə yaşandı. Misirdə Kral Faruq qiyam nəticəsində general Nəcib tərəfindən əvəz edildi.

Müharibə nəticəsində Fələstin qaçqınları anlayışı formalaşdı. Fələstin hələ mandatlıqda olarkən baş vermiş toqquşmalar və I Ərəb-İsrail müharibəsindən sonra təxminən 750,000 fələstinli ərəb öz evlərindən ya qovulmuş, ya da özü qaçmışdı. 1951-ci ildə BMT-nin Barışıq Komissiyasının hesabatına görə təxminən 711,000 fələstinli qaçqın var idi. BMT bu qaçqınlara yardım etmək üçün BMT Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyini (ing. United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East) qurmuşdur. Ərəb dövlətləri isə fələstinli qaçqınları tam olaraq mənimsəməmiş, onlara, onların övladlarına vətəndaşlıq statusu verməmişdir (İordaniya istisna olmaqla). Hətta geri dönmək istəyənlərə icazə belə verilməmişdir.

Eyni şəkildə, bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi. 1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-ci ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.