ISBN

Kitabın beynəlxalq standart nömrəsi (İSBN) (ing. International Standard Book Number) - hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə [1].

EAN-13-ISBN-13
ISBN kodu

Ədəbiyyat

  • Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 146

İstinadlar

  1. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunu

Xarici keçidlər

Həmçinin bax

  • ASIN (Amazon Standard Identification Number)
  • ISMN (International Standard Music Number)
  • ISAN (International Standard Audiovisual Number)
  • ISRC (International Standard Recording Code}
  • ISSN (International Standard Serial Number)
  • ISWC (International Standard Work Code, see http://iswc.org)
Abaran mahalı

Abaran mahalı — İrəvan xanlığında mahal.

Abovyan

Abovyan, Ellər — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյան համայնքի, l. Abovyan hamayanki) təşkil edir. Ellər rayonunun mərkəzi.

Amerika Birləşmiş Ştatları

Amerika Birləşmiş Ştatları (ing. United States of America), ABŞ (ing. USA), Birləşmiş Ştatlar (ing. United States) və ya sadəcə Amerika (ing. America) — 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir və bütün Avropa qitəsindən təxminən 3,9 milyon mil2 (10,1 milyon km2) kiçikdir. 327 milyon nəfərdən çox əhalisi olan ABŞ dünyanın ən çox əhaliyə malik üçüncü ölkəsidir. Paytaxtı Vaşinqton, ən çox əhaliyə malik şəhəri Nyu-Yorkdur. Qırx səkkiz ştat və federal ərazi kontinentaldır və Şimali Amerikada Kanada və Meksika arasında yerləşir.

Paleohindilər ən azı 12 min il əvvəl Sibirdən Şimali Amerika materikinə köçmüşdürlər. Avropalıların kolonizasiyası XVI əsrdə başlamışdır. ABŞ şərq sahili boyunca qurulan On üç ingilis koloniyasından yarandı. Fransız-hindu müharibəsindən sonra Böyük Britaniya ilə koloniyalar arasında çoxsaylı mübahisələr 1775-ci ildə başlamış ABŞ istiqlalına və ardından 1776-cı ildə ABŞ istiqlal bəyannaməsi ilə nəticələndi. Müharibə ABŞ-ın Avropa hakimiyyətindən müstəqillik əldə edən ilk ölkə olması ilə 1783-cü ildə başa çatdı. Mövcud konstitusiya 1788-ci ildə qəbul edilmiş və bir çox fundamental vətəndaş azadlıqlarını təmin etmək üçün ümumilikdə hüquqlar haqqında Bill adlanan ilk on dəyişikliklə 1791-ci ildə ratifikasiya edilmişdir. ABŞ XIX əsrdə Şimali Amerikada güclü bir genişlənməyə başladı, yeni torpaqlar aldı, yerli amerika qəbilələrini köçürdü və 1848-ci ildə qitəyə yayılanadək tədricən ştatları qəbul etdi. XIX əsrin ikinci yarısında ABŞ-da vətəndaş müharibəsi ölkədə hüquqi köləliyin sona çatmasına səbəb oldu. Əsrin sonunda ABŞ Sakit okeana qədər genişləndi və Sənaye inqilabı tərəfindən böyük ölçüdə yönləndirilən iqtisadiyyatı yüksəlməyə başladı. İspan-ABŞ müharibəsi və Birinci Dünya Müharibəsi ölkənin qlobal hərbi güc statusunu təsdiqlədi. ABŞ İkinci dünya müharibəsindən qlobal bir supergüc, nüvə silahı inkişaf etdirən ilk ölkə, müharibədə istifadə edən yeganə ölkə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq çıxdı. Mülkiyyət hüquqları qanunvericiliyinin, xüsusən 1964-cü il Vətəndaş hüquqları aktı, 1965-ci il Səsvermə hüquqları aktı və 1968-ci il Ədalətli mənzil aktının qəbulu irqi və ya rəngə əsaslanan ayrı-seçkiliyi qadağan etmişdir. Soyuq müharibə zamanı ABŞ və Sovet İttifaqı 1969-cu ildə ABŞ-ın Aya enişi ilə pik nöqtəsinə çatan Kosmik yarışda mübarizə apardı. Soyuq müharibənin sona çatması və 1991-ci ildə Sovet İttifaqının dağılması ABŞ-ı dünyanın yeganə supergücü etdi.O, federativ respublika və nümayəndəlik demokratiyasıdır. ABŞ Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Amerika Dövlətləri Təşkilatının (ADT) və bir çox digər beynəlxalq təşkilatların təsisçi üzvüdür. Qlobal ÜDM-in təxminən dörddə birini təşkil edən nominal ÜDM üzrə dünyanın ən iri iqtisadiyyatı və AQP üzrə ikinci ən iri iqtisadiyyatına malik ABŞ yüksək inkişaf etmiş ölkədir. ABŞ iqtisadiyyatı xidmətlərin və biliyə əsaslanan fəaliyyətlərin dominantlığı ilə xarakterizə edilən geniş postsənaye iqtisadiyyatdır, buna baxmayraq istehsalat sektoru dünyada ən böyük ikincidir. ABŞ dünyada dəyərinə görə məhsulların ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır. Əhalisi dünya cəminin yalnız 4,3%-i olmasına baxmayaraq ABŞ dünyada ümumi sərvətin 31%-ni təşkil edir, qlobal sərvətin ən böyük payı tək bir ölkədə cəmlənmişdir.Geniş gəlir və sərvət bərabərsizliyinə baxmayaraq, ABŞ orta əmək haqqı, insan inkişafı, adambaşına düşən ÜDM və işçi məhsuldarlığı da daxil olmaqla sosial-iqtisadi göstəricilərdə çox yüksək sırada qalmağa davam edir. Qlobal hərbi xərclərinin üçdə birini təşkil edən ABŞ dünyanın ən qabaqcıl hərbi qüvvəsidir və beynəlxalq səviyyədə aparıcı siyasi, mədəni və elmi gücdür.

Azərbaycan Milli Ensiklopediyası

Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli, 55 nömrəli Sərəncamına əsasən nəşr olunması planlaşdırılmış çoxcildli ensiklopediya

Dilican şəhəri

Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir.

Düymə (ölçü vahidi)

Düym— ölçü vahidi.Niderland dilində mənası baş barmaq deməkdir.

Karbi mahalı

Karbi mahalı — XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olmuş mahal.

Kəvər şəhəri

Kəvər — Ermənistan Respublikası Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonunun mərkəzidir.

1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S.A.Ter-Petrosyan)

Pəmbək mahalı

Pəmbək mahalı — Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində tarixi mahal.Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından birir.

Kəndləri: Saral,Arcut, Qursalı, Qızılörən, Hallavar

Qafan

Qafan (erm. Կապան; Kapan) — Ermənistan Respublikasının cənubunda yerləşən və Sünik mərzinin mərkəzi olan şəhər. Qafan rayonunun mərkəzi.

Oxçuçay sahilində yerləşən şəhər 1938-ci ildən respublika tabeli şəhərdir.

Spitak

Spitak, Hamamlı[Mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir.

Sərdarabad (şəhər)

Armavir, Sərdarabad — Ermənistan Respublikasında şəhər. Keçmiş Armavir rayonunun inzibati mərkəzi.

Armavir şəhəri bir neçə mühüm avtomobil yolunun qovşağında yerləşir. 1947-ci ildən respublika tabeli şəhərdir.

Talin mahalı

Talin mahalı — Qərbi Azərbaycanda tarixi mahal.

Tumanyan

Tumanyan, Allahverdi və ya Alaverdi — Ermənistan Respublikasında şəhər. Keçmiş Tumanyan rayonunun mərkəzi.

Yaponiya

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, "Yaponiya dövləti"), köhnə mənbələrdə Japon (Köhnə Azərbaycan Türkcəsi: ژاپون) və ya Məmləkəti Japon (Köhnə Azərbaycan Türkcəsi: مملکت ژاپون) — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır.

Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.

Aparılmış arxeoloji qazıntı işləri Yaponiyanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Yaponiya haqqında məlumat verən ilk mənbə I əsrə aid olan Çin tarixi mətnləridir. Digər regionlardan, xüsusilə Çindən böyük təsir, həmçinin izolyasiya dövrü, daha sonra Qərbi Avropanın təsiri Yaponiya tarixini xarakterizə edir. XII əsrdən 1868-ci ilə qədər Yaponiya imperatorun naminə fəaliyyət göstərən feodal şoqunlar tərəfindən idarə olunmuşdur. Yaponiya XVII əsrin əvvəllərində uzun müddət davam izolyasiya dövrünə daxil olmuş, bu izolyasiya 1853-cü ildə ABŞ donanmasının Yaponiyaya Qərbi Avropaya açılması barədə təzyiq etməsinə qədər davam etmişdir. Təxminən 20 il davam edən daxili konfliktdən və üsyandan sonra 1868-ci ildə İmperator Meyci ölkənin hökmdarı olmuş və Yaponiya imperiya, imperator isə xalqın müqəddəs simvolu elan edilmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində — Yaponiyanın hərbi gücünün artdığı dövrdə Birinci Çin-yapon müharibəsi, Rus-yapon müharibəsi və Birinci Dünya Müharibəsində əldə olunmuş qələbələr Yaponiyaya imperiya ərazisini genişləndirməyə imkan yaratmışdır. 1937-ci ildə baş vermiş İkinci Çin-yapon müharibəsi 1941-ci ildə İkinci Dünya Müharibəsinin bir hissəsinə çevrilmiş, lakin Yaponiya İmperiyasının müharibəyə qatılması 1945-ci ildə Hiroşima və Naqasaki şəhərlərinə atom bombalarının atılması, sonda isə məğlub olması ilə nəticələnmişdir. 1947-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri Yaponiya imperator və seçkilərlə seçilmiş qanunverici orqan — Yaponiya parlamenti tərəfindən idarə olunan unitar, konstitusiyalı monarxiyaya malik ölkədir.

Yaponiya BMT, G7, G8 və G20-nin üzvüdür. Yaponiya böyük gücdür. Yaponiya nominal ÜDM-ya görə dünyanın ən güclü 4-cü, alıcılıq gücünün tarazlığına görə isə dünyanın ən güclü 3-cü iqtisadiyyatına malikdir. Dövlət həm də dünyanın ən böyük 5-ci ixracatçısı və dünyanın ən böyük 5-ci idxalçısıdır. Yaponiya rəsmi olaraq müharibə elan etməmək istədiyini konstitusiyasında göstərsə də, Yaponiya dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir və silahlı qüvvələrindən ancaq özünü və sülhü qorumaqda istifadə etdiyini bildirir. Yaponiya yüksək yaşayış normasına və İnsan İnkişafı İndeksinə malik inkişaf etmiş ölkədir, əhali yüksək yaşayış imkanlarından yararlanır. Ölkə körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Yaponiya Ölkə Brend İndeksində 1-ci, Qlobal Sülh İndeksində isə Asiya ölkələri arasında 1-ci yerdədir.

Üçkilsə

Üçkilsə, Üçmüəzzin, Vağarşapat, Eçmiədzin (erm. Վաղարշապատ) — Ermənistanda Ağrı vadisində (dəyişdirilmiş adı Ararat düzənliyi) yerləşən şəhər. Üçkilsə rayonunun mərkəzi.

1924-cü ildən rayon, 1938-i ildən respublika tabeli şəhərdir. Şəhərin eramızın II əsrinin ikinci yarısında salındığı yazılır. XV əsrdən Erməni Qriqoryan Kilsəsinin mərkəzidir. Dünya ermənilərinin katolikosu burada oturur.

İstanbul

İstanbul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin əhali, iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhəridir. Şəhər, iqtisadi böyüklük baxımından dünyada 34-cü, əhali baxımından Avropada birinci, dünyada isə Laqos şəhərindən sonra altıncı sırada iştirak etməkdədir.İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca salınmış şəhərdir. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avropa yakası (tur. Avrupa Yakası), Asiyadakı hissəsinə isə Asiya yakası (tur. Anadolu Yakası) deyilir. Tarixdə ilk dəfə olaraq üç tərəfini Mərmərə dənizi, Boğaziçi və Haliç'in qucaqladığı bir yarımada üzərində qurulan İstanbulun qərbdəki sərhədi İstanbul Surlarını meydana gətirir. İnkişaf və böyümə prosesində şəhər hər dəfə qərbə doğru divarlar quraraq 4 dəfə genişlənmişdir və şəhər 39 rayondan ibarətdir. Böyükşəhər bələdiyyəsi (tur. Büyükşehir Belediyesi) ilə birlikdə 40 bələdiyyəsi vardır.

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330-395-ci illər arasında Roma İmperiyasının, 395-1204 ilə 1261–1453 illəri arasında Bizans İmperiyasının, 1204–1261 arasında Latın İmperiyasının və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.Son illərdə ard-arda ortaya çıxarılan arxeoloji tapıntılar bəşəriyyətin tarixində mühüm rol oynamışdır. Yarımburgaz mağarasında çıxarılan daş alətlərlə, ibtidai insan izlərinin 400.000 il əvvəlinə söykəndiyi ortaya çıxmışdır. Bu arxeoloji tapıntılar təkcə İstanbul deyil, bütün Marmara regionunun ən qədim insan izləridir. Anadolu tərəfindəki ilk qəsəbələr İstanbulun Asiya yakasında Kalkedon, Avropa yakasında isə Bizans olmuşdur. Müstəqillik dövründən yüz il əvvəllər də əsarəti altında olduğu dövlətlərin paytaxtı olan İstanbul, bu xüsusiyyətini 13 oktyabr 1923-cü ildə paytaxtın Ankaraya daşınması ilə itirdi. Ancaq İstanbul hal-hazırda ölkənin ticarət, sənaye, nəqliyyat, turizm, təhsil, mədəniyyət və incəsənətin mərkəzi olaraq davam edir.Qara dəniz ilə Mərmərə dənizini birləşdirən və Asiya ilə Avropanı ayıran İstanbul Boğazına ev sahibliyi etməsi səbəbiylə, İstanbulun geosiyasi əhəmiyyəti olduqca yüksəkdir. Bu gün demək olar ki, İstanbuldakı bütün təbii limanlar doldurulur və ya itirilir. Bu xüsusiyyətlərə görə, uzun müddətli suverenlik mübahisələri məhz bu bölgənin ərazisində baş vermişdir. Əsas çaylar Riva, Kağıthane və Əlibəy axınlarıdır. Şəhər torpaqları kələ-kötür deyil, ən yüksək nöqtəsi isə Qartal rayonundakı Aydos Təpəsidir. Şəhərdəki başlıca təbii göllər Büyükçekmece, Küçükçekmece və Durusu gölüdür. Hava temperaturu və yağıntı miqdarı qeyri-müntəzəmdir.

Şörəyel mahalı

Şörəyel mahalı – Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində XX yüzilin sonlarına qədər əhalisinin əsas hissəsini Azərbaycan türklərinin təşkil etdiyi tarixi mahal.

Ərtik

Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.