Habsburqlar

Habsburqlar sülaləsiAvropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438-1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə hollanditalyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallar və imperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nigahlarla bu iki qol yenidən birləşdi.

Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XIIXIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi.

Kral ailələri ilə bağlanan nigahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi. 29 iyul 1617 tarixində bağlanan Onate müqaviləsi ilə hər iki tərəfin ailə üzərindəki haqları bərabərləşdi.

XVIII əsrdə ailənin varisi olmadığına görə, sülalə tükəndi. Ailənin böyük İspaniya qolu 1700-cü ildə II Karlın ölümü ilə sona çatdı və hakimiyyətə Burbonlar gətirildi. Avstriya qolunun oğul şəcərəsi isə 1740-cı ildə VI Karlın vəfatı ilə tükənmiş, onun böyük qızı Mariya Terezanın 1780-ci ildə vəfatı ilə isə nəsil tamamilə qurumuşdur. Müqəddəs Roma imperiyasının taxtına isə Lorreyn ailəsi gətirilsə də, tarixçilərin yanlış adlandırması ilə 1918-ci ilə qədər davam edən bu imperiya Habsburq imperiyası olaraq qalmışdır.

Habsburqlar
Familienwappen Habsburg-Stroehl
Banisi Qraf Radbot
Sonuncu hökmdar Mariya Tereza
Əsası qoyulan il XI əsr
Soyun kəsilməsi 29 noyabr 1780
Milliyyəti Alman
Titullar
İmperator
Kral
Hersoq
Qraf

Siyasi rolu

Aşağıdakı siyasi qurumların hakimiyyətində olmuşdur:

Sülalənin tarixi

Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən rast gəlindiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.

Tədqiqatçılardan Tarle qeyd edirdi ki, Avropanın beynəlxalq münasibətlərdə dominantlıq etməsi öz başlanğıcını coğrafi kəşflər nəticəsində yaranmış dünya ticarətindən götürür. Kapitalist istehsalı üsulunun ən qədim vətəni İtaliya hesab edilir. İlk burjua millətçilərinin vətəni də buradır. Burjua istehsalı nəticəsində tarixi vətən anlayışı və onun qorunması leksikona daxil olur. Dövlətlərin ticarət marağı meydana gəlir. Dəniz yollarının açılmasının digər nəticəsi dünya müstəmləkə sisteminin yaranması oldu. Lakin müstəmləkə siyasətində İngiltərə Portuqaliya, İspaniya və Fransadan sonra sonuncu yerdə gəlirdi.

XIV-XV əsrlərdə Portuqaliyanın tədricən Afrikanın qərb sahilləri boyu apardığı ekspedisiyalar artıq XVI əsrin ortaları üçün Portuqaliya mülklərinin Yaponiyanın sahillərinə qədər yayılmasına gətirib çıxardı. 1516-cı il də Habsburqlar sülaləsindən olan I Karlın hakimiyyətə gəlməsi Avropanın siyasi həyatına təsir göstərdi. Belə ki, Maksimilian Habsburqun nəvəsi olan I Karl nə özünə qədərki, nə də özündən sonrakı nəsillərin malik olmadığı şöhrəti qazandı və 1519- cu ildən etibarən Müqəddəs Roma imperiyasının imperatoru seçildi. Məhz bu dövrdə İspan imperiyasının şimal hüdudları İngiltərə və Skandinaviyaya qədər Avropa ölkələrini, qərb hüdudları isə qərb və Mərkəzi Amerikanın şərqini əhatə edirdi.

V Karl adını almış bu imperatoru "günəş kral" adlandırırdılar. XIX əsrin ortalarından etibarən məlum oldu ki, iki qat diplomatiyadan istifadə və dini müharibələrin qızışdırılması V Karlın adı ilə bağlıdır. Dünya ticarəti meydana gəldikdən sonra onun mərkəzinə çevrilən Antverpen və Amsterdam şəhərlərinin illik gəliri İspaniyanın tarixi ərazilirinin verdiyi illik gəlirə bərabər idi. 17 Niderland əyaləti isə İspaniyanın bütün müstəmləkələrinin verdiyi gəlirə bərabər gəlir verirdi.Habsburqların möhləknəməsində cənubi Almaniya burjuaziyasının və tacirlərinin böyük rolu olmuşdur. Almaniyanın ən qədim bankir evi sayılan Fuggerlər bankir evi İspan Habsburqları ilə qadın xəttilə qohum idi.

Müqəddəs Roma imperiyasının Habsburqlardan olan kralları

# Şəkil İmperatorun adı Kral İmperator Hakimiyyətinin sonu Möhrü Qeydlər
18.
Hans Burgkmair d. Ä. 005
III. Fredrix 2 fevral 1440 16 mart 1452 19 avqust 1493
Emperor Frederick III Arms
19.
Bernhard Strigel 007
I. Maximilian 16 fevral 1486 4 fevral 1508 12 yanvar 1519
Maximilian I Arms
III. Friedrich'in oğlu
20.
Emperor charles v
V. Karl 28 iyun 1519 24 fevral 1530 21 sentyabr 1556
Charles V Arms-imperial
I. Maximilianın nəvəsi
21.
Hans Bocksberger der Aeltere 001
I. Ferdinand 5 yanvar 1531 14 mart 1558 25 iyul 1564
Armoiries empereur Ferdinand Ier
I. Maximilianın nəvəsi
22.
Nicolas Neufchâtel 002
II. Maximilian 22 noyabr 1562 25 iyul 1564 12 oktyabr 1576
Armoiries empereur Ferdinand Ier
I. Ferdinandın oğlu
23.
Hans von Aachen - Portrait of Emperor Rudolf II
II. Rudolf 27 oktyabr 1575 2 noyabr 1576 20 yanvar 1612
Charles V Arms-imperial
II. Maximilianın oğlu
24.
Lucas van Valckenborch - Emperor Matthias as Archduke, with baton
Matthias 13 iyun 1612 13 iyun 1612 20 mart 1619
Charles V Arms-imperial
II. Maximilianın oğlu
25.
Kaiser Ferdinand II. 1614
II. Ferdinand 28 avqust 1618 20 mart 1619 15 fevral 1637
Charles V Arms-imperial
I. Ferdinandın nəvəsi
26.
Frans Luycx 002 - Emperor Ferdinand III
III. Ferdinand 22 dekabr 1636 15 fevral 1637 2 aprel 1657
Charles V Arms-imperial
II. Ferdinandın oğlu
27.
Benjamin von Block 001
I. Leopold 18 iyul 1658 18 iyul 1658 5 may 1705
Charles V Arms-imperial
III. Ferdinandın oğlu
28.
Joseph I, Holy Roman Emperor
I. Yozef I. Leopoldın oğlu
29.
Johann Gottfried Auerbach 004
VI. Karl 27 oktyabr 1711 27 oktyabr 1711 20 oktyabr 1740
Charles V Arms-imperial
I. Leopoldın oğlu

Sülalənin nümayəndələri

Xarici keçidlər

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.