Fiksiya

Fiksiya – uydurma, yalan.

Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə Samral tərəfindən redaktə olundu. 11 gün əvvəl. (Yenilə)

Ədəbiyyat

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Alaha

Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır.

Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir.

Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.

Andlı iclasçı

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir.

Cinayət prosesi

Cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu. Hər bir dövlətin qanunvericiliyində cinayət prosesinin tənzimlənməsi fərqlənsə də, əsasən, ittihamın irəli sürülməsi ilə başlayır və cavabdeh barədə ittiham və ya bəraət hökmünün verilməsi ilə başa çatır.

Döyüş oyunları

Döyüş oyunları (ing. Fighting - döyüş) - kompüter oyununun janrlarından biridir. İlk döyüş janrında hazırlanan oyun 1979-cu ildə Tim Skelli tərəfindən hazırlanan "Warrior" oyunudur. 1984-cü ildə hazırlanan "Karate Champ" oyunu ilk professioanl döyüş janrında olan oyunlardandır. Bu janrda olan ilk məşhur oyun 1991-ci ildə hazırlanan "Street Fighter II" oyunu sayılır. Ardınca döyüş janrında çoxlu oyunlar hazırlanmış və onlardan ən çox məşhurluq qazanan "Mortal Kombat" oyunu olmuşdur. Döyüş oyunu qəddar janrı ilə seçilir.

Fiqh

Fiqh (ərəb. فقه‎‎), kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir.

İstilahi (şəriət baxımından) mənası: Quran və Məhəmmədin sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm. İslam hüququ (fıqh) 4 əsas qaynağa dayanır: Quran, Hədis, İcma, Qiyas. Bunların xaricində istihsan, ıstıhlah, ürf, məsləhət uygulamaları da var.

Fiqh - ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir. Fiqh elmi ilə məşğul olanlara fəqih deyilirdi.

Hərbi məhkəmə

Hərbi məhkəmə (Azərbaycan) —

Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.

Hərbi məhkəmə (Rusiya) —

Müflisləşmə

Müflisləşmə — iflas, bankrotluq.

var-yoxdan çıxmaq, öz öhdəliklərinə görə borclarını ödəməkdən imtina etmək, vəsaitin olmaması ucbatından borcunu ödəyə bilməmək, borcu ödəmək iqtidarında olmamaq;

məcazi mənada - imkansızlıq, iflas olmaq, plan və ümidlərin məhv olması.

Müqavilə

Müqavilə - İki təşkilat arasında aparılan işlərin razılığıdır. Mülki hüquqda – iki və ya bir neçə şəxsin (vətəndaşların və ya hüquqi şəxslərin) mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş saziş. İştirakçıların sayından asılı olaraq müqavilə ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız öhdəlik yarandıqda müqavilə birtərəfli (məs. Borc müqaviləsi), hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı halda müqavilə ikitərəfli (məs. Alqı-satqı müqaviləsi, daşınma müqaviləsi) adlanır. Formasına görə müqavilə sadə və notarial təsdiqli olur. Bəzi müqavilələr müvafiq dövlət orqanlarında qeyd olunmalıdır.

Məhkəmə

Məhkəmə – Cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı. Ədalət mühakiməsini həyata kеçirən, haqqın, ədalətin təntənə çalmasına xidmət еdən, dövlətin Ali hakimiyyət orqanı.

Azərbaycan Respublikasının Məhkəmə Sistemi Azərbaycan Respublikası ALİ məhkəməsində, Apelyasiya məhkəmələrindən, ümumi məhkəmələrdən və digər ixtisaslaşmış məhkəmələrdən ibarətdir. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir:

Birinci instansiya məhkəmələri

Apelyasiya instansiyası məhkəmələri

Kassasiya instansiyası məhkəməsi

Polis

Polis (fr. Police, q.yun. ἡ πολιτεία — dövlət, şəhər) — ictimai asayişi qorumaq üzrə dövlət xidməti sistemi. Müxtəlif ölkələrdə müxtəlif spektrdə vəzifələr yerinə yetirir. Əsas vəzifəsi cinayətkarlıqla mübarizə və yol hərkətinin təşkilidir. Onun üzərinə obyektlərin qorunması, müəyyən sahələrdə inzibati nəzarət, dövlət orqanlarının qərarlarının yerinə yetirilməsi qoyula bilər.

Həmçinin müəyyən ölkələrdə yanğın söndürmə və qəzalardan xilasetmə xidməti də polisin tabeliyindədir.

Polis sistemi bəzi ölkələrdə mərkəzləşmiş (Azərbaycan, Rusiya, Türkiyə və s.), və ya qeyri-mərkəzləşmiş (Almaniya, ABŞ və s.) ola bilər. Polis orqanları bir nazirlikdə, və ya bir neçə nazirlikdə (İtaliya — «beş polis ölkəsi»).

Qanun (hüquq)

Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir.

Qanunverici hakimiyyət

Qanunverici hakimiyyəti — qanun sahəsində hakimiyyət. Hakimiyyət bölgüsü olan dövlətlərdə, hakimiyyətin bu tipi xüsusi olaraq qanun qəbulu ilə məşğul olur. Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsini təsdiqi, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da ümümi adı — parlamentdir.

Qanunverici orqanlar xüsusi hüquqa malik olan və qanunları qəbul etmək səlahiyyətində olan dövlət hakimyyətinin ali orqanları.

Qanunvericilik

Qanunvericilikː

Obyektiv hüququn əks etdirilməsinin zahiri forması.

Hakim sinfin (ümumxalq dövlətində bütün xalqın) iradəsini ifadə edən və rəsmən ümumi – məcburi qaydalarda möhkəmləndirilən aktlar.

Qanunverici orqanın əsas fəaliyyət növü, dövlət qanunlarının işlənməsi, hazırlanması və qəbulu.

İctimai, iqtisadi, mülki münasibətləri tənzimləyən ölkədə fəaliyyət göstərən qanunların məcmusu.

Dövlətin öz funksiyalarını həyata keçirməsində əsas metodlardan biri; dövlət hakimiyyəti orqanlarının qanunlar verməsindən ibarətdir.

Tribunal

Tribunal (latın tribunal-divanxana; Məhkəmə; əsas mənası: Qədim Romada mühüm vəzifəli şəxslərin-konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü

oturduqları hündür yer, təpə)

İnqilab dövründə, bəzi dövlətlərdə (Böyük Fransa İnqilabi, Böyük Oktyabr İnqilabı) - əksinqilaba və xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparmaq üçün təsis edilmiş fövqəladə Məhkəmələr;

Hərbi Tribunallar -hərbi cinayətləri: hərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət qayda pozuntularını araşdıran Məhkəmələr;

Beynəlxalq Hərbi Tribunallar -İkinci Dünya Müharibəsi bitdikdən sonra (1945), SSRİ, ABŞ, İngiltərə və Fransa dövlətlərinin birgə razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və cəzalandıran Məhkəmələr (Nyurnberq və Tokio prosesləri);

Fransada, İtaliyada birinci instansiya Məhkəməsi və barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məhkəmə instansiyası; bəzi Ali Məhkəmələrin adı.

Təbii hüquq

Təbii hüquq (lat. lex naturalis) – dövlətdən asılı olmayan və guya insan zəkasından və "təbiətindən"irəli gələn ideal hüquq haqqında təlim.

Təbii hüquq ideyaları hələ antik dövrdə irəli sürülmüş (Sokrat, Platon və b.) orta əsrlərdə ilahiyyat qanununun çalarlarından biri hesab edilmişdir (Foma Akvinalı). Təbii hüquq ideyaları Qərbdə burjua inqlabları dövründə (XVII-XVIII əsrlər) daha çox yayılmışdır. Təbii hüquq haqqında təlimin tərəfdarları Qrotsi, Spinoza, Lokk, Russo, Monteskyo, Holbax, Kant, Radişşev və b. bu təlimdən formalizmin tənqidində, burjua cəmiyyətinin "təbiiliyinin" və "zəkaya uyğunluluğunun" əsaslandırılması üçün istifadə etmişlər.

Video oyun janrı

Video oyun janrı - təyin olaz zaman təsnif etmədə video oyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir.

Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir.

Video oyunlarının janrlarının müxtəlif növləri vardır.

Vəkil

Vəkil (ərəb. ماحم‎‎)

Vəkalətə əsasən iş görən şəxs.

Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu.

İcraedici hakimiyyət

İcraedici hakimiyyət — dövlət hakimiyyətinin üç müstəqil qolundan biri, dövlət qanunlarına tabedir.

İcraedici hakimiyyət dövlət işinin idarə edilməsini həyata keçirən dövlət orqanları sistemidir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.