Ensiklopediya

Ensiklopediya (yun. enkýklios - "çevrə formalı"; paideí - "dərs", "bilik") — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir.

Ensiklopediya – [yun. enkuklapaideia – biliklər dairəsi] 1)biliyin bütün və yaxud müəyyən ayrı-ayrı sahələrinə dair (aid) lüğət şəklində sistemə salınmış məlumatlar toplusu (məlumat kitabı), qamus. Məsələn, Azərbaycan milli ensiklopediyası, Tibb ensiklopediyası; 2)bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda mövzuya görə düzülür. Məzmununa görə universal, universal-milli ensiklopediyalar və sahə ensiklopediyaları olur; 3)lüğət formasında elmi sorğu vəsaiti; 4)məcazi mənada həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. Məsələn, canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında.

Ensiklopedik –1)ensiklopediyaya məxsus; 2)məcazi mənada hərtərəfli məlumata malik, hər şeydən məlumat verə bilən (adam); 3)elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Məsələn, ensiklopedik məlumat, ensiklopedik bilik; 4)ensiklopediya mahiyyətində olan. Məsələn, ensiklopedik lüğət.

Universal ensiklopediyalar insaniyyət üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.

Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur.

Encyclopedie de D'Alembert et Diderot - Premiere Page - ENC 1-NA5
D'Alembert və Diderotun 1772-ci ildə tərtib etdikləri "Encyclopédie" kitabın üz vərəqi

Tarixi

Ensiklopediyanın yaranması qədimə, antik Yunan vaxtlarına gedib çıxır. İlk dəfə olaraq sistematik ensiklopediya yunan filosofu, Platonun qohumu Speusippos tərəfindən yaradılmışdır. E.ə. 370-ci ildə heyvanat və bitki aləmi üzrə də ensiklopediya - Homoia yaradılır.

Başqa filosoflardan, məsələn Aristotel öz dövründə mövcud olan bilikləri toplu şəklinə salmışlar, ancaq onlar hər hansı ensiklopediya yarada bilməmişlər.

Roma dövründə dövlət adamı Marcus Pocius Catoe.ə. 150-ci ildə die Libri ad Marcum filium (Marcusun oğlanlarına kitablar) adlı toplunu tərtib edir. Bu kitablar kənd təsərrüfatı, tibb, retorika, döyüş texnikası kimi sahələrin pedaqoqika baxımından bir ensiklopediyada cəmlənməsi idi.

Növbəti ensiklopedik kitab Marcus Terentius Varro tərəfindən yazılmış Disciplinarum libri IX idi. O məlum kitabları tibb və arxitektura ilə tamamlayır. Onun 41 kitabından yalnız fraqmentlər bizə gəlib çatmışdır.

Ən qədim, tam bizə qədər gəlib çatmış, latın dilidə olan sistematik ensiklopediya Roma tarixçisi Plinius tərəfəindən tərtib olunmuşdur. Onun təbiətin tarixi adlı kitabı 37 cilddə, 2493 fəsildən ibarət idi. Burada kosmologiya, coğrafiya, etnologiya, antropologiya, psixologiya, zoologiya, botanika, mineralogiya və metallurgiya haqqında məlumat verilmişdir.

Mənbələrin verdiyi məlumatlara əsasən bu kitabın tərtib olunmasında 500 müəllif iştrak etmişdir. 1469-ci ildə bu ensikloipediya Venesiyada yenidən nəşr olunur. 1543-cü ildə onun 11 cildi alman dilinə tərcümə olunur və Strasburqda buraxılır.

Orta əsrlərdə tərtib olunan əsərlər daha yaxşı tərkibə malik idilər. Onlar latın dilində yazılmışdılar. Milli ensiklopediyalar sonralar, orta əsrin sonunda və yeni tarixin əvvəlində meydana gəlir. Bizantiya dövründə yazılmış yeganə kitab olan Suda da yunan dilində idi. Suda kitabında coğrafiya və tarixçi antik müəlliflər haqqında 32000 məqalə cəmlənməşdir.

Yeni dövrün başlanğıcında ensiklopediya yaradılması üzrə pioner fransız filosofu Fransiz Bakon sayılır. O 1620-ci ildə öz "Preparative toward a Natural and Experimental History" kitabında 130 adda müxtəlif elmləri safalayır. Bu təsnifatlandırma ondan sonrakı alimlər üçün əsas götürülürdü. Ondan sonra yaşamış Diderot öz ensiklopediyasında Bakona istinad edir.

1704-cü ildə riyaziyyatçı Con Harris Londonda texnika haqqında ensiklopediyanı (Lexicon technicum) çap etdirir. Bu texnika sahəsində ilk əlifba sırası ilə düzülmüş, ingilis dilində yazılmış ümumi ensiklopediya idi.

1751-ci ildə fransız Denis Diderot və d'Alembert tərəfindən fransız dilində tərtib olunmuş ensiklopediya Encyclopédie ou Dictionnaire raisonné des sciences,(Ağıllı şəkildə düzülmüş lüğət)işıq üzü görür.

17691771-ci illərdə Uilyam Smayl tərəfindən Encyclopædia Britannica üç cildə çap olunur.

Azərbaycan dilində ilk ensiklopediya 1976-1987-cı illərdə nəşr edilmiş 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasıdır. Kiril əlifbası ilə çap olunan bu ensiklopediya hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.

Həmçinin bax

Xarici keçidlər

Ədəbiyyat

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Azərbaycan Milli Ensiklopediyası

Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli, 55 nömrəli Sərəncamına əsasən nəşr olunması planlaşdırılmış çoxcildli ensiklopediya

Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi

Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi — Azərbaycan Milli Ensiklopediyasının yüksək səviyyədə hazırlanıb nəşr olunmasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə yaradılmış elmi mərkəz.

Azərbaycan Sovet Ensiklopediyası

Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (Kiril əlifbası: Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya.

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — 2 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. Baş redaktoru Yaqub Mahmudovdur.Nəşri Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 yanvar tarixli, 56 nömrəli Sərəncamına əsasən planlaşdırılmışdır

Azərbaycanca Vikipediya

Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 21 sentyabr 2019 — Azərbaycan dilində olan Vikipediyada 149.903 məqalə var.

2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100 000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10 000+ bölməsindən 100 000+ bölməsinə adlamışdır.

Azərbaycanın suvarma kanalları

Azərbaycanın suvarma kanalları - Hidrotexnikada suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu). Cəmi uzunluğu 90 min km.-dən artıq. 1,3 mln hektar torpaq sahəsinin suvarılmasına imkan verən sıx kanallar şəbəkəsi.

Baş-Muğan kanalı

Baş-Muğan kanalı (istismara verilmə tarixi 1960-сı il) — İmişli, Saatlı və Sabirabad rayonlarında 65 min hektar sahəni suvarma suyu ilə təmin edən 34 km uzunluqda kanal.

Boztəpəarx kanalı

Boztəpəarx kanalı - 1924-cü ildə İmişli rayonu ərazisində tikilmiş suvarma kanalı.

Britannika Ensiklopediyası

Britannika ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır.

Elm və təhsil (nəşriyyat)

"Elm və təhsil" nəşriyyatı — 2006-cı ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Əsas fəaliyyəti dərslik, kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur.

Encyclopædia Iranica

İranika Ensiklopediyası (ing. Encyclopædia Iranica) — Kolumbiya Universitetin İran mədəniyyət və tarixi barədə , 1973-ci ildə nəşr etdiyi ingilis dilində ​​ensiklopediya. Ensiklopediyanın məzmunu yalnız İranla məhdud deyil.İrandan başqa, müəyyən bir dövrdə fars dilinin hakim olduğu məntəqələrdə daxil edilibdir, o cümlədən: Əfqanıstan, Tacikistan, Türkiyə, Qafqaz, Cənubi Asiya, Orta Asiya və Mesopotamiya.Fars dünyasının digər mədəniyyətlərlə əlaqəsini də əhatə etmişdir.

İndiyə qədər 15 cild nəşr edilib və 45 cilddən çox nəşr olunması planlaşdırılır. Baş redaktoru professor Ehsan Yarşater və məsul redaktoru Əhməd Əşrəfdir.

Gürcüstan Sovet Ensiklopediyası

Gürcüstan Sovet Ensiklopediyası (gürc. ქართული საბჭოთა ენციკლოპედია, ქსე) - gürcü dilində ilk universal xarakterli ensiklopediya. İlk cildi 1965-ci ildə Tbilisidə çap olunmuşdur. Ensiklopediyaya 12 cild daxildir. Sonuncu 12-ci cild "Gürcüstan SSR"-ə həsr olunmuş xüsusi cildidir, gürcü və rus dillərində nəşr olunmuşdur.

Baş redaktoru İrakli Abaşidze olmuşdur.

Həyat ensiklopediyası

Həyat ensiklopediyası, EOL (ing. The Encyclopedia of Life) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası.

Naxçıvan Ensiklopediyası

Naxçıvan Ensiklopediyası — Naxçıvan MR barədə ensiklopediya.

Nurlan nəşriyyatı

"Nurlan" nəşriyyatı — Azərbaycanda nəşriyyat evi, 1992-ci ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

Əsas fəaliyyəti kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur.

Qanun Nəşriyyatı

Qanun Nəşriyyatı — Azərbaycanda fəaliyyət göstərən nəşriyyat.

Əsas fəaliyyəti kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur.

Vikipediya

Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı davamlı artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır. İnternetdə Viki texnologiyası ilə işləyən ən nəhəng layihə Vikipediya (Wikipedia) – azad onlayn ensiklopediyasıdır.

İslam Dünyası Ensiklopediyası

İslam Dünyası Ensiklopediyası (fars. دانشنامه جهان اسلام) — İslam başlanmasından etibarən bu zamana qədər İslam təlimləri və müsəlman millətlərin mədəniyyəti və sivilizasiyası haqqında ensiklopediya. 40 cildlik təşkil edəcək ensiklopediya, İslam Ensiklopediyası Fondunun səyilə indiyə qədər, 16 cilddə çap olunub. Bu cildlərə minlərlə məqalə daxildir.

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.