Endemik

Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar.

Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir. Azərbaycanda 240 endemik bitki növü mövcuddur (Eldar şamı, Lənkəran akasiyası və s.) [1]

Crocus caspius
Yalnız Azərbaycanda bitən Xəzər Zəfəranı (Crocus caspius)

Paleoendemiklər

Paleoendemiklər yaşayış yerinin onlardan daha mütərəqqi qruplardan təcrid olması sayəsində həyatda qala bilən qədim taksonların nümayəndələridirlər.[2]

Paleoendemiklərin ən parlaq nümayəndələri Avstraliyanın birdəlikli (Monotremata) və kisəli (Metatheria) məməliləridir. Hazırda Avstraliyaya çoxlu sayda bitki və heyvan növlərinin gətirilməsi ilə əlaqədar digər endemik florafauna sıxışdırılır. Məsələn, Avstraliyaya dovşanların və keçilərin gətirilməsi onun təbiətinə nisbətən böyük ziyan vurmuşdur.

Ən qədim qrupların nümayəndələri olan paleoendemiklər canlı qazıntılar adlanır və təkamül nəzəriyyəsi baxımından böyük maraq kəsb edir. Ən məşhur canlı qazıntılar bu balıqlardır: Crossopterygii aid olan latimeria (Latimeria chalumnae) və sürünən heyvanlara aid edilən və dimdikbaşlar (Rhynchocephalia) dəstəsindən olan tuatara (Sphenodon punctatum).

Neoendemiklər

Neoendemiklər yeni təcrid olunmuş yerlərdə yaranan mütərəqqi gənc növlər və formalardır. Britaniya adalarının, Krımın, Baykalın endemikləri buraya aid edilir. Baykal gölünün ən tanınmış endemiki baykal suitisi (Pusa sibirica) sayılır.

İstinadlar

  1. Bitki örtüyü
  2. Endemik Bitki Nedir
Acacia plicata

Acacia plicata (lat. Acacia plicata) - paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.

Acacia plicata Şərqi Avstraliyanın Pert və Ceraldton rayonları arasında yayılmış endemik növdür. Bu akasiya növü kol bitkisi olub hündürlüyü adətən 0,9–2 m-ə çatır. Onun kürəşəkilli sarı rəngli çiçəkləri qışda açır və yazın ortalarına qədər solmur.

Ada

Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur.

Areal

Areal (lat. area - sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır.

İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində

darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir.

Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin

hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir.

Azərbaycan qoruqları

Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır.

Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.

Bununla yanaşı bir Qobustan dövlət tarixi-bədii qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər.

Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.

Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax dövlət təbiət yasaqlığı (36836 ha.) yaradılmışdır.

Azərbaycanın qorunan əraziləri

Azərbaycanda qorunun ərazilərə daxildir:

Azərbaycan Dövlət Qoruqları (11)

Azərbaycanın Milli Parklar (8)

Azərbaycanın Dövlət Oyun Qoruqları (24)Azərbaycan 9 iqlim qurşağında yerləşir. Burada 4500-ə yaxın bitki növü vardır ki, onlarında 240 endemik və reliktdir. Həmçinin 140 isə nəsli kəsilməkdə və qorunandır.

Faunalardan 107 məməlilər, 394 quşlar, 54 sürünən, 9 amfibiyalar, 14000 həşərat və təxminən 108-i balıqlardır.

İlk qoruqlar 1930-cu ildə Azərbaycanda yaradılmağa başlayır. Onlar Göygöl, Zaqatala və Gizildağdır.

1969-cu ildə təbiəti qorumaq üçün qanun qəbul edilir. Sonra 7 qoruqda onlara əlavə edilir: Şirvan, Bəsitçay, Qarayazı, Ağgöl, İsmayıllı, İlisu və Altıağac. Ümumilikdə Azərbaycan ərazisinin 10,3% qorunur.

Həmçinin

Biosfer

Milli parklar

Ekoloji parklar

Təbii abidələr

Zooloji parklar

Botaniki və dendraloji parklar

Sanatoriya

İstirahət zonaları

Daşaltı Dövlət Təbiət Yasaqlığı

Daşaltı Dövlət Təbiət Yasaqlığı – 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir.

Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır.

Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır.

Eldar şamı

Eldar şamı - (lat. Pinus eldarica Medw.). Şamkimilər – (Pinaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – N. Azərbaycanın relikt, endemik növüdür, arid dağların rəmzidir.

Gəvən

Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Hirkan Milli Parkı

Hirkan Milli Parkı — Azərbaycanın Lənkəran və Astara rayonlarının ərazisində milli park. 2004-cü ildə yaradılmışdır. Ərazisi 40 358 hektar, (403,58 km²) sahəni əhatə edir.

Kobalt

Kobalt (Co) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element.

Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq%

kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun vəziyyətini yaхşılaşdırır.

Kobalt qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşularının sintezini artırır. Ona görə də hər gün kobaltla zəngin olan məhsullar yemək lazımdır. Həftədə ən azı bir dəfə qaraciyər və böyrək, hər gün turşudulmuş süd məhsulları (süd, kefir, asidofilin, yoqurt), 17-20 qram kərə yağı, soya yağı, yumurta (sarısı çiy, ağı bişmiş), cücərmiş buğda və buğda kəpəyi, qarabaşaq və qarğıdalı yarması yeyilməlidir. Bu məhsullar əsasən termiki emaldan keçirildikdən sonra yeyilir. Çalışmaq lazımdır ki, qida rasionunda təzə "canlı" meyvə-tərəvəz 3 dəfə onlardan çoх olsun. Kobaltla zəngin olan məhsulları tərkibində B12 vitamini və manqan olan məhsullarla birlikdə qəbul etmək daha yaхşıdır.

Bitkilər arasında kobaltın miqdarı ən çox olanlar yosunlardır: təxminən 0,00025% (kütlə ilə). Tərəvəz bitkilərindən kobalt ilə daha zən-gin olanlar sarımsaq, kartof, paxlalılar və dənli bitkilərdir. Əksər dərman bitkiləri, xüsusən itburnu, meşə gilası kobaltı toplayır. Kobaltın disbalan-sının korreksiyası üçün ən yaxşı mənbə itburnu növlərinin hamısıdır.

Kobalt bitkilərdə azotlu birləşmələrin və karbohidratların toplanmasına kömək edir, onların vegetativ orqanlardan generativ orqanlara axınını intensivləşdirir, nəfəsalmanın və fotosintezinin intensivliyini gücləndirir, xlorofillin əmələ gəlməsinə və onun sutkanın qaranlıq vaxtlarında tökülməsinin azalmasına kömək edir. Bitkilərdə suyun ümumi miqdarını artırır, xüsusən də quraqlıq vaxtı, kök yumrusu bakteriyalarının çoxalması və onların azotufiksasiyası üçün mütləq vacibdir. Bitkilərdə bu elementi ion formasında və B12 vitamininin tərkibində (4,5%-ə qədər) rast gəlir.

Bitkilər də heyvanlar kimi özləri B12 vitaminini sintez etmir. O, kökümeyvəli bitkilərin bakteroidləri tərəfindən istehsal olunur və metio-nın sintezində iştirak edir. Təbii şəraitlərdə kobalt çatışmazlığı səbəbindən bitkilərin böyüməsinin zəifləməsi praktiki olaraq müşahidə olunmur.

Bitkilərdə kobalt çatışmazlığı bu elementin otlaq heyvanları üçün vacibliyi ilə əlaqədar olaraq baxılır.

Yemlərdə kobalt çatışmazlığı onun miqdarının torpaqda 2,5mq/kq-dan az olduğu hallarda müşahidə edilir.

Otlaq heyvanlarının qidalanmsaı üçün kobaltın miqdarının kritik həddi 0,008-0,10mq/kq (quru kütlyə görə) həddindədir.

Kütləsi 70 kq olan insan bədənində 14mq-a yaxın kobalt olur. Günədlik tələbat 0,007-0,015mq-dır. Göyşəyən heyvanlarda bu tələbat çoxdur, məsələn, qoyunda 1mq, sağmal inəkdə isə 20mq-a qədər. Rasionda kobalt çatışmadıqda heyvanların məhsuldarlığı azalır, maddələr mübadiləsi və qanəmələgəlmə pozulur, göyşəyən heyvanlarda endemik xəstəliklər – akobaltozlar yaranır.

Əvvəllər belə xəstəliklər müxtəliv ölkələrdə rast gəlirdi. Avstriyada və İsveçrədə naməlum xəstəliyi bataqlıq, kolluq, sahil boyu, digər ölkələrdə suxotka adlandırırdılar. Heyvanlar iştahı itirirdi və arıqlayırdı, onların yunları parıltılı olmurdu, selikli qişaları solğun olurdu, hemoqlobinin miqdarı kəskin azalırdı. Xəstəliktörədiciləri tapa bilmirdilər. Amma, onun yayılması tam epizootiya (eyni zamanda heyvanların kütləvi xəstələnməsi) təəssüratı yaradırdı. Əgər xəstəlik düşmüş rayona sağlam heyvanlar gətirilirdisə, onda bir-iki il sonra həmin heyvanlar da xəstələnirdi. Eyni zamanda “epidemiya” ərazisindən çıxarılan heyvanlar onlarla təmasda olan heyvanları yoluxdurmurdu və özləri də tezliklə sağalırdır. Bu vəziyyət xəstəliyin səbəbini qidada axtarmağa məcbur edirdi və çox böyük həcmli tədqiqatlar aparılaraq müəyyən edildi ki, səbəb orqanizmdə kobalt çatışmazlığıdır – akobaltoz. Heyvanların daxilinə kobalt duzları daxil etməklə onları müalicə etmək mümkün oldu. Bu duzlar heyvanların özlərinə yox, bağırsağın mikroflorası və çoxkameralı mədəyə lazımdır ki, onlar kobaltı mənimsəsinlər və B12 vitaminin sintezində istifadə etsinlər.

Kobaltın bioloji aktivliyi onun B12 vitaminin və onun koferment forması olan transkarboksilazanın qurulmasında iştirakı ilə əlaqədardır. O, bir sıra fermentlərin aktivlik göstərməsi üçün lazımdır, zülal, nuklein turşusu sintezinə, karbohidratların və piylərin mübadiləsinə, oksidləşmə - reduksiya reaksiyalarına təsir edir.

Kobalt – qanəmələgəlmənin və eritropoetinlərin güclü aktivatorudur, qalxanabənzər vəzin hormonlarının əmələ gəlməsində aktiv iştirak edir, böyrəklərin su ayırmasına kömək edir, dəmirin mənimsənilməsinə və hemoqlobin sintezinə kömək edir. Ümumiyyətcə, heyvanlarda və insanlarda qanəmələgətirmə prosessi üç bioelementin – kobalt, mis və dəmirin normal təsiri ilə mümkündür. Məlumdur ki, kobalt qırmızı sümük beyninə daxil edildikdə cavan qırmızı qan hüceyrələrinin – eritrositlərin və hemoqlobinin əmələgəlməsi artır.

Kifayət qədər kobalt istifadə olunmadıqda mərkəzi sinir sisteminin funksiyasının bəzi pozulmaları, qan azlığı, iştahın azalması baş verir.

Kobaltın orqanizmdə üzvi əlaqələnmiş formada – B12 vitamini çatışmazlığı formasında daha xarakterik özünü göstərməsi anemiyadır. Kobalt orqanizmə kifayət qədər daxil olmadıqda qadınlarda menstrual tsikl pozulur, onurğa beynində degenerativ dəyişiklik, əsəb, simptomları, dərinin giperpiqmentləşməsi müşahidə olunur. Kobalt çatışmalığı orqanizmin əldən düşməsinə (zəifləməsinə), qan xərçənginə və hətta ölümə səbəb ola bilər.

B12 vitamininin dərman forması siankobalamin təbiətdə rast gəlmir.

Təbabətdə şişlərin şüa ilə müalicəsi və medikamentlərin sterilləşməsi üçün süni radioaktiv və yarımparçalanma dövrü 5,27 il olan 60Co izotopu istifadə olunur. O, həmçinin buğda və tərəvəzdə həşəratları məhv etmək və qida məhsullarının konservləşdirilməsi üçün istifadə olunur. Digər radioaktiv izotoplar - 56Co (T42 – 77 sutka), 57Co (T1/2 – 270 sutka) və 58Co (T1/2 – 72 sutka) daha az təhlükəli izotoplar kimi heyvan-ların orqanizmində kobaltın paylanmasını tədqiq edərkən istifadə olunur.

Masallı rayonu

Masallı rayonu — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Masallı şəhəridir.

Masallı rayonu Lənkəran ovalığı və qismən Talış dağlarında cəmlənmişdir.

Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarında ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi, Qərbdə isə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Sahəsində maksimal hündürlük 917 m-ə çatır, ən aşağı ərazisi Xəzər dənizi sahillərində -26,5 m.dir. Mineral və geotermal mənbələr var. Yanvar ayının orta temperaturu 2,5 °C, iyul ayının orta temperatur 25,6 °C. İllik yağıntının miqdarı - 600-800 mm. arasında dəyişir. Ən böyük çayı Viləşdir.

şabalıd palıd, vələs, fıstıq, Ambur (Parrotia persica), palma Hirkan, tarix-gavalı, əzgil. Meşələrin ümumi sahəsi 16,9 hektardır - Ağac növlərindən şabalıdyarpaq palıd, vələs, palıd, fıstıq, əzgil, gavalı, dəmirağac, lənkəran akasiyası, azad, şümşad kimi növlər var. Əksəriyyəti endemik növdür.

Tarixi: Masallı rayonu 1930-cu ildə salınmışdır.

Masallı şəhər. Əhalinin orta sıxlığı - 158 nəfər / kv km. Ən böyük kəndləri: Boradigah, Ərkivan( artıq qəsəbədir) və Mahmudavar. Digər kəndlər: Şərəfə,Bambaşı, Qızılağac, Təzə Alvadı, Kalinovka, I Yeddioymaq, II Yeddioymaq, Qasımlı, Köhnə Alvadı, Təzəkənd, Kürdəbaz, Qarğalıq, Qədirli, Hüseynhacılı, Xallıcallı, Bala Təklə, Təklə, Şıxlar, Ərəb, Musaküçə, İsgəndərli, Sığdaş, Ninəlov,Kolatan, Alışanlı, Zuvandlı, Hişkədərə, Kubin, Xırmandalı, Rudəkənar, Xıl, Çaxırlı, Sığıncaq, Köçəkli, Əhmədli, Sərçuvar, Lürən, Kosakül, Gəyəçöl, Tatyanoba, Yeyənkənd,Xəlfələr,Güllütəpə, Böyük Xocavar, Səmitxan, Seybətin, Ətçələr, Mollaoba, Sirəbil, Aşurlu, Eminli,Qızılavar və s.

Moneqros səhrası

Moneqros (isp. Desierto de los Monegros) — İspaniyanın şimal-şərqində, Araqon muxtar bölgəsi ərazisində yerləşən yarımsəhra.

Nazikbarmaq gekkonlar

Nazik barmaq gekkonlar (lat. Cyrtopodion) — Gekkonlar fəsiləsinə aid cins.

Bədəninin uzunluğu 8 sm-dir. Uzun barmaqlara sahibdirlər.

Nəsli kəsilməkdə olan növlər

Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi.

Qızılca Dövlət Təbiət Yasaqlığı

Qızılca Dövlət Təbiət Yasaqlığı – 1984-cü ilin fevralında Gədəbəy meşə təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Onun yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır.

Ərazidə meşə və meşə altından çıxmış dağ- bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir.

Yasaqlıqda cüyür, qonur ayı, çöl donuzu, dovşan kimi heyvanlar qorunur.Respublika ərazisinin 0.006%-nə, yasaqlıqların ümumi ərazisinin isə 2.1%-nə bərabərdir.

Ərazi 1500-2000m hündürlükdə yerləşir; dağ sistemləri dərin dərələrlə parçalanmışdır.

Yasaqlığın ərazisində bir neçə kiçik çay vardır. Bu çaylar orta axım zonasına aid olub, hər kvadrat kilometr ərazidə 10-15l/san su axıdır. Onların qidalanmasının 50%-i qrunt, 30%-i qar, 20%-i isə yağış suları hesabınadır; çayların maksimum su axıtma dövrü aprel-iyun aylarına təsadüf edir.

Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitgiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd, fıstıq və vələsdir. Fıstıq meşələri 1340, vələs meşələri 1240, palıd meşələri isə 900 ha ərazini əhatə edir, seyrək meşəliklər 307 hektar sahədə yayılmışdır. Ərazidə meşəsiz sahələr 502 ha çatır. Meşələrdə, həmçinin, ağcaqayın, göyrüş, müxtəlif meyvə ağac cinsləri, onlarla dərman bitgiləri, endemik bitgilər geniş yayılmışdır.

Burad cüyür, qonur ayı, çöl donuzu, dovşan və s. heyvanla, müxtəlif quşlar qorunur.

Sonora (səhra)

Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-ın Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır.

Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür. Səhrada 60 növ məməli, 350 növ quş, 20 növ suda-quruda yaşayan, 100 növdən çox sürünən, 30 növ balıq və 2000 növdən çox bitki yayılmışdır. Sənranın endemik bitkisi nəhəng kaktus olan Saquarodur.

Ərazisində Saquaro Milli Parkı yerləşir. Səhranın mərkəzində isə Arizona ştatının paytaxtı olan Finiks şəhəri qərarlaşır.

Xarıbülbül gülü

Qafqaz qaş səhləbi (Xarıbülbül) (lat. Ophrys caucasica) — səhləbkimilər (Orchidaceae) fəsiləsindən bitki növü.

Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır, çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.

Xulkimilər

Xulkimilər (lat. Gobiidae) — Xulabənzərlər yarımdəstəsinə aiddir. Bunların əsas xüsusiyyəti qarın üzgəclərinin yaxınlaşması və hətta sorucu disk əmələ gətirərək qovuşmasıdır. Bu suyun güclü hərəkəti zamanı balığa bir yerdə durmağa imkan verir.Birinci bel üzgəci adətən kiçik olur,şaxələnməyən şüalardan ibarətdir. Xırda balıqlardır.İri növlərin maksimal ölçüsü 300-350,kiçik növlərin ölçüsü isə 50 mm-ə çatır. Dünya okeanında aşkar edilmiş 1800 növ xulkimilər 200 cinsə aiddir. Xəzər dənizində indiyə qədər qeydə alınmış 36 növ və yarımnövdən 28-i endemik hesab edilir. Sistematik baxımdan onlar dünya okeanının az öyrənilmiş balıqları sayılır. Bu səbəbdən hər il yeni növlər aşkar edilir, ya da əksinə, əvvəllər təsvir edilmiş formalar birləşdirilir. Bu hər şeydən əvvəl həmin fəsilənin sistematikasında istifadə edilən zahiri əlamətlərin böyük dəyişkənliyi və ayırd edilməsinin çətinliyi ilə bağlıdır. Xulkimilərin müxtəlif növləri zahiri göstəricilərinə və yayılma xüsusiyyətlərinə görə başqa ümumbioloji cizgilərdən daha çox fərqlənirlər. Bu cizgilərin müqayisəli təhlili həmin balıqların ümumi xarakteristikasında verilmişdir. Xəzərin Azərbaycan sahilində və respublikanın şirin su hövzələrində 9 cinsdən olan 28 növ və yarımnöv aşkar edilmişdir

Xəzər suitisi

Xəzər suitisi (lat. Phoca caspica) — məməli heyvanların yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid növ.

Kateqoriyası və statusu: EN – Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50 - 80 % azalıb.

Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il).

Başqa dillərdə

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.